Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3000/2020 02.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X6 olmaqla) “üçüncü şəxsin qeydiyyatdan çıxarılması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, X3 iddiaçıya məxsus ünvan 2 ünvanına pasport qeydiyyatı barədə qanunsuz qeydin ləğv ediməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-3000/2020 saylı 06 fevral 2020-ci il tarixli qərardadı ilə X6 3cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsi ev 81, mənzil 37-də pasport qeydiyyatında olmaqla orada yaşayır. Mənzil iddiaçının şəxsi mülkiyyətindədir və bu barədə ona qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin mənzildə atası X8, həyat yoldaşı X9, oğlu X11, qızları X13, X5 rəsmi qeydiyyatdadırlar. O yaxın vaxtlarda həmin mənziliailə üzvlərinin razılığı əsasında bacısı X7 bağışlama yolu ilə vermək qərarına gəlmiş və bunun üçün “ASAN’’ xidmətə müraciət edərkən bəlli olmuşdur ki, bir neçə il əvvəl ailə üzvlərinin heç birinin xəbəri olmadan Cavabdehndə əvvəl qeydiyyat işinə baxan hansısa şəxs tərəfindən X6 adlı şəxs pasport qeydiyyatına salınmışdır. Həmin şəxsin onun ailəsinə heç bir aidiyyəti yoxdur və onu tanımır. İddiaçı H.ismayılovun onun mənzilinə olan qeydiyyatının ləğv edilməsi xahişi ilə Cavabdehnə rəsmi ərizə ilə müraciət etmişdir. Oradan iddiaçıya 31 yanvar 2020-ci il tarixdə 2515İ nömrəli məktubla imtina cavabı göndərilmişdir. İmtinada qeyd edilmişdir ki, X3 iddiaçının mənzilinə olan qeydiyyatından çıxarılması mümkün deyildir. Hazırlıq icraatı mərhələsində iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 01 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan rayon İcraiyyə Komitəsinin Deputatlar X2 İdarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən 37 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 14 aprel 1990-cı il tarixdə 30/820 qeydiyyat nömrəsi ilə İddiaçının adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X1 Elşən İlyas oğluna məxsus ünvan 5 ünvanda qeydiyyatdadır. Məhkəmə araşdırması dövründə xx.xx.1982-ci il təvəllüdlü X4 ünvan 2 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti sorğu əsasında Bakı şəhəri Cavabdehndən tələb edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən 06 aprel 2020-ci il tarixli, 07897/7 saylı məktubla məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, X3 ünvan 2 ünvanına qeydiyyata alınmasına əsas verən sənədlərin saxlanma müddəti bitdiyindən məhv edilmişdir. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2515 i saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri cavabdehin səlahiyyəti daxilidə olmadığınan pasport qeydiyyatında olan X3 qeyiyyatdan çıxarılması mümkün deyildir Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı rayon İcraiyyə Komitəsinin Deputatlar X2 İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 81, 7 saylı mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Mənzil həmin tarixdən iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, xx.xx.1982-ci il təvəllüdlü X6 iddiaçıya məlum olmayan tarixdən və səbəbdən bu günədək iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin həmin mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, xx.xx.1982-ci il təvəllüdlü X4 iddiaçıya məxsus Bakı şəhəri, ünvan 8 ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 81 ünvanında yerləşən 37 saylı mənzildənqeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 81 ünvanda yerləşən 37 saylı mənzildən 3-cü şəxs X3 qeydiyyatdan çıxarılması vəzifəsiBakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3000/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3000/2020
02.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver