Məhkəmə qərarları › İş №2-1(112)-3000/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3000/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3000/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük borcunun dövlət büdcəsinə ödənilməsi haqqında irəli sürülmüş tələbin ləğv edilməsi” barədə tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 01 oktyabr 2020-ci il tarixli 1400-012/0xx-xx/007522 nömrəli məktubu ilə **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə 6.738,82 manat idxal vergisi, 31.210,43 manat əlavə dəyər vergisi, 13 851,48 manat dəbbə pulu olmaqla, ümumilikdə 51.800,73 manat gömrük borcunun dövlət büdcəsinə ödənilməsi haqqında İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı irəli sürülmüş tələbin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya 03 dekabr 2020-ci il tarixli məktub ünvanlayaraq iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılan İPM-in 2.2-ci maddəsinə uyğun (konkret göstərilən cavabdehin üzərinə hansı öhdəliyin qoyulması barədə qərar qəbul edilməsi kimi) dəqiqləşdirməyi təklif etməsinə baxmayaraq, iddiaçı tərəfindən buna dair müvafiq hərəkət edilməmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 18 fevral 2021-ci il tarixə təyin edilmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi iddiaçının ünvanına 04 mart 2020-ci il tarixli 1400-0120xx-xx/001711 nömrəli məktubunu göndərərək **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə gömrük borcu və dəbbə pulunu ödənilməsini bizdən xahiş etmişdir. İddiaçı cavabdehə 05 mart 2020-ci il tarixli, AC-2020/19 nömrəli məktubla müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 18 noyabr 2019-cu il tarixli 1000/331 nömrəli sərəncamına əsasən, İdarənin 01 yanvar 2016-cı tarixdən 01 yanvar 2019-cu tarixədək olan dövr üzrə fəaliyyətinin audit yoxlamasının nəticəsi barədə Aktdan iddiaçıya aid hissə üzrə təsdiq olunmuş çıxarışın təqdim etməsini, həmçinin Cavabdehin 04 mart 2020-ci il tarixli məktubuna əlavə edilmiş adi vərəqdə qeyd olunmuş məbləğlərin əsaslandırılmasını xahiş etmişdir. İddiaçının məktubu Cavabdehə 06 mart 2020-ci il tarixdə təqdim edilmişdir, lakin onun tərəfindən cavab verilməmişdir. Sonra iddiaçı yuxarıda qeyd olunan məsələ ilə əlaqədar olaraq təkrarən Cavabdehə, həmçinin Komitəyə müraciət etmişdir. X2 İdarəolunması və Audit Baş İdarəsinin 04 iyun 2020-ci il tarixli, 1000-160/1xx-xx/010087 nömrəli məktubu ilə iddiaçının sorğu etdiyi məlumatın təqdim etməsi təmin olunmamışdır. Həmin məktubun mətni ilə əlaqədar bildirirlər ki, onlar Aktın bütün mətni deyil, Aktdan təsdiq olunmuş çıxarışın (yalnız onlara aid hissə üzrə) təqdim edilməsini xahiş etmişlər. İdarənin 04 mart 2020-ci il tarixli məktubuna əlavə edilmiş adi vərəqdə qeyd olunmuş məbləğlər də Komitənin 04 iyun 2020-ci il tarixli məktubu ilə əsaslandırılmamışdır. Daha sonra iddiaçı iki dəfə Komitənin sədrinin adına müraciət edərək bildrmişik ki, Cavabdehin 04 mart 2020-ci il tarixli məktubuna əlavədə və Komitənin 04 iyun 2020-ci il tarixli məktubunda qeyd olunmuş gömrük bəyyannamələri əsasında müvvəqəti idxal olunmuş mallar Cavabdehin icazəsi əsasında gömrük ödənişlərindən və vergilərdən qismən deyil tamamilə azad olunmuşdur. Beləliklə, mallar gömrük ödənişlərindən və vergilərdən tam azad olunduğundan bu gömrük bəyyannamələri üzrə MMC-nin heç bir borcu mövcud deyil. Həmin müraciətlər (şikayətlər) ilə cəmiyyətin hüquqlarının müdafiə etməsini, Aktdan cəmiyyətə aid hissə üzrə təsdiq olunmuş çıxarışın təqdim etməsinin, müvvəqəti idxal olunmuş malların Cavabdehin icazəsi əsasında gömrük ödənişlərindən və vergilərdən tamamilə azad olunduğundan onların gömrük borclarının olmadığını nəzərə alaraq cəmiyyətə qarşı irəli sürülmüş tələblərin ləğv etməsinin xahiş etmiş, lakin cavablar verilməmişdir. Cavabdehin 01 oktyabr 2020-ci il tarixli 1400-012/0xx-xx/007522 nömrəli məktubu ilə **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə 6.738,82 manat idxal vergisi, 31 210,43 manat əlavə dəyər vergisi, 13 851,48 manat dəbbə pulu olmaqla ümumilikdə 51 800,73 manat gömrük borcunun dövlət büdcəsinə ödənilməsi iddiaçıdan xahiş edilmişdir. Bir daha bildirirlər ki, həmin gömrük bəyyannamələri əsasında müvvəqəti idxal olunmuş mallar Cavabdehin icazəsi əsasında gömrük ödənişlərindən və vergilərdən qismən deyil tamam azad olunmuşdur. Həmin səbəbdən də iddiaçının heç bir borcu mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının 7.5-ci bəndinə əsasən gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlər yalnız gömrük rüsumlarından və vergilərdən azad olunan müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinnin 192.2-ci maddəsinə görə mallar gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən də azad edilirlər. Cavabdeh tərəfindən **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük rüsumlarından və vergilərdən Qaydaların 1.2 və 1.3-cü bəndlərinin müddəalarına uyğun olaraq tamamilə azad edilmişdir. Beləliklə, Cavabdehin iddiaçıya qarşı 6 738,82 manat idxal vergisi, 31 210,43 manat əlavə dəyər vergisi, 13 851,48 manat dəbbə pulu olmaqla ümumilikdə 51 800,73 manat gömrük borcunun dövlət büdcəsinə ödənilməsininə dair tələbi əsassızdır. Məhkəmə iclasında cavabdeh iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək bildirdi ki, İddiaçı MMC Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 01 oktyabr 2020-ci il tarixli 1400-012/0xx-xx/007522 nömrəli məktubu ilə **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə 6738,82 manat idxal rüsumu, 31210,43 manat ƏDV, 13851,48 manat dəbbə pulu olmaqla, ümumilikdə 51800,73 manat gömrük borcunun dövlət büdcəsinə ödənilməsi haqqında iddiaçıya qarşı irəli sürülmüş tələbin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı Baş Gömrük İdarəsi iddiaçının ərizəsində irəli sürülən tələbə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Cavabdeh tərəfindən aparılmış təftiş zamanı 2017-2018-ci illər ərzində müvəqqəti idxal xüsusi gömrük prodedurunda rəsmiləşdirilmiş mallara görə tərtib edilmiş **********3431, **********2533, **********3575 və **********4446 sorğu nömrəli gömrük bəyannamələri üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli, 245 nömrəli “Malların müvəqqəti idxal xüsusi gömrük prodeuru altında yerləşdirilməsi Qaydalarının tələblərinin pozulması faktı aşkar edilmiş, gömrük rüsumları və vergilərin İddiaçı MMC tərəfindən ödənilmədiyi müəyyənləşdirilmişdir. İddiaçı MMC-nin rəhbəri İslam Abdullayev Bakı Baş Gömrük İdarəsinə xx.xx.2020-ci il tarixli, AC-2020/047 saylı Öhdəlik məktubu ilə müraciət edərək, **********3431, **********2533, **********3575 və **********4446 sorğu nömrəli gömrük bəyannamələri üzrə yaranmış borcun ödənilməsini təmin edəcəyini öhdəsinə götürmüşdür. Borcunu etiraf etdiyi üçün iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə mövcud deyildir. Qeyd olunanlara əsasən iddia qeyri mümkün hesab edilməlidir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanan 04 iyun 2020-ci iol tarixli 1000-160/1xxxx/010087 saylı məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İddiaçı MMC-nin 14 may 2020-ci il tarixli müra ciətini araşdıraraq bildirmişdir ki, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalan”-nın 7.2.1-7.2.9-cu bəndlərində qeyd olunmuş fəaliyyətlərin yerinə yetirilməsi üçün idxal edildikdə 1 (bir) il müddətinə və ya idxalatçı tərəfindən müəyyən edilmiş daha qısa müvəqqəti idxal müddətinə gömrük ödənişlərindən tam, digər hallarda isə qismən azad olunur. Qaydaların 7.5-ci yarımbəndinə əsasən müvəqqəti idxal olunan mallar gömrük ödənişlərindən qismən azad edildikdə ümumi gömrük ödənişlərinin 3 (üç) faizi miqdarında aylıq ödəniş alınır və aylıq ödənişlərin hesablanması həmin qaydaların 7.7-ci yarımbəndinə (aylıq ödənişlərin hesablanması müvəqqəti idxal olunan mallar gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür) əsasən həyata keçirilir. Audit çərçivəsində aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Atlaskorp” MMC tərəfindən xx.xx.2017-ci il tarixli **********3431 nömrəli, xx.xx.20017-ci il tarixli **********3575 nömrəli, xx.xx.2017-ci il tarixli **********2533 nömrəli və xx.xx.2018-ci il tarixli **********4446 nömrəli gömrük bəyannamələri ilə idxal edilən mallar müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” nın 7.3-cü yarımbəndinin tələbi pozularaq gömrük borcu yaranmış və Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yaranmış gömrük borcu üzrə dəbbə pulu hesablanmışdır. Gömrük Məcəlləsinin 249-cu maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən məcburi tutulur. Məcəllənin 249.3-cü maddəsinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Qeyd olunanları nəzərə alaraq İddiaçı MMC tərəfindən təqdim olunmuş xx.xx.2017-ci il tarixli **********3431 nömrəli, xx.xx.20017-ci il tarixli **********3575 nömrəli, xx.xx.2017-ci il tarixli **********2533 nömrəli və xx.xx.2018-ci il tarixli **********4446 nömrəli gömrük bəyannamələri üzrə yaranmış gömrük borcunun ödənilməsinin zəruriliyini nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının 7.1-ci bəndinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi həmin malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verildikdə, gömrük orqanı tərəfindən bu Qaydalara uyğun olaraq müəyyənləşdirilir; 7.2.1. tədbirin keçirildiyi yerdən kənara aparılmaması, icarəyə verilməməsi və ya mükafat müqabilində başqa cür istifadə olunmaması şərtilə sərgilərdə, yarmarkalarda, konfranslarda, təqdimatlarda, müsabiqələrdə və iclaslarda nümayiş və ya istifadə üçün nəzərdə tutulan mallar; 7.3. Malların bu Qaydaların 7.2.1-7.2.9-cu yarımbəndlərində göstərilən şərtlərə uyğun istifadə edilməsi nəzərdə tutulmadıqda, müvəqqəti idxal müddəti 1 (bir) ildən artıq müəyyən edildikdə və ya müəyyən edilmiş daha qısa müvəqqəti idxal müddəti uzadıldıqda, müvəqqəti idxal edilən mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Həmin Məcəllənin 249.3-cü maddəsinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçıya Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249-cu maddəsinin tələbi baxımında ödənilməmiş vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulduğuğunu bildirərək, hər hansı inzibati akt qəbul etmədən xx.xx.2017-ci il tarixli **********3431 nömrəli, xx.xx.20017-ci il tarixli **********3575 nömrəli, xx.xx.2017-ci il tarixli **********2533 nömrəli və xx.xx.2018-ci il tarixli **********4446 nömrəli gömrük bəyannamələri üzrə yaranmış gömrük borcunun ödənilməsinin zəruriliyi barədə məktub ünvanlamışdır. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 01 oktyabr 2020-ci il tarixli 1400- 012/0xx-xx/007522 nömrəli məktubu ilə **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə 6 738,82 manat idxal vergisi, 31 210,43 manat əlavə dəyər vergisi, 13 851,48 manat dəbbə pulu olmaqla ümumilikdə 51 800,73 manat gömrük borcunun dövlət büdcəsinə ödənilməsi haqqında irəli sürülmüş tələbin ləğv edilməsinin cavabdehə həvalə olunmasını xahiş edir. “İnzibati İcraat haqqında” Qanunun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 4 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddia tələbindən görünür ki, iddiaçı ümumiyyətlə gömrük ödənişlərindən qismən deyil, təmamilə azad edildiyini qeyd edərək cavabdeh orqan tərəfindən məktub əsasında, (müfaiq icra, yaxud ödəniş sənədi olmadan) ödənilməsi tələb olunan ümumilikdə 51 800,73 manat ləğv edilməsini tələb edir. Halbu ki qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, cavabdeh orqan tərəfindən hər hansı müvafiq inzibati akt qəbul edilməmişdir. O cümlədən ləğv olunması tələb olunan məktub məlumat xarakteri daşımaqla, hər hansı məcburi öhdəliklərin icra edilməsi ilə əlaqədar olmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd olunan əsasla hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “gömrük borcunun dövlət büdcəsinə ödənilməsi haqqında irəli sürülmüş tələbin ləğv edilməsi” barədə tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar