Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3001/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azrbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qaraja verilmiş texniki pasportda dəyişiklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azrbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Azrbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra İdarə) ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qaraja verilmiş texniki pasportda qarajın ümumi sahəsinin 37,8 kv.metr, o cümlədən əsas sahənin 18,9 kvm., zirzəmi sahəsinin 18,9 kv.metr olmasının və zirzəminin daxili hündürlüyünün 2,0 metr əks etdirilməsi ilə dəyişikliyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 2942 məhəllə, M.Hadi 63 saylı binanın yanında yerləşən ona məxsus qarajın ümumi sahəsi 37,8 kv.m., o cümlədən əsas sahənin 18.9 kv.m., zirzəmi sahəsinin 18.9 kv.m. olmasınınn və zirzəminin daxili hündürlüyünün 2.0 metr əks etdirən yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, Məhəmməd Hadi küçəsi, 63 saylı binanın yanında yerləşən qaraja Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 09.01.2018-ci il tarixdə tərtib edilmiş, 13.01.2018-ci il tarixli 11/5057 inventar nömrəli texniki pasportda dəyişikliyin edilməsi, yəni qarajın altında olan zirzəminin texniki pasportda əks etdirilməməsi ilə bağlı 30.07.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. İdarənin 19.08.2021-ci il tarixli, **********48 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, müraciəti ilə əlaqədar qeyri-yaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizəsinin icrası mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 193 nömrəli Çağrı Mərkəzinə 02.09.2021-ci il tarixdə müraciət edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ona heç bir müraciət edilməmişdir. Bundan sonra İdarənin mütəxəssisləri ona müraciət etmiş və qaraja texniki baxış keçirmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.09.2021-ci il tarixli **********31 nömrəli məktubu ilə texniki pasporta dəyişikliyin edilməsinin məqsədəmüvafiq sayılmaması bildirilmişdir. Qeyd etməyi lazım bilir ki, qaraj inşa edilərkən eyni vaxtda əvvəl dəmir-beton və mişar daşı ilə 2 metr hündürlüyündə 18,9 kv.metr sahəsi olan zirzəmi tikilmiş və zirzəminin üzərində mişar daşı ilə 18,9 kv.metr sahəsi olan qaraj tikilmişdir. Lakin ona verilmiş 13.01.2018-ci il tarixli, 11/5057 inventar nömrəli texniki pasportda zirzəminin sahəsi 0,0 kv.metr göstərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbiniə etiraz edərək verdiyi izahatında bildirdi ki, 09.01.2018-ci il tarixində tərtib edilmiş iddiaçıya məxsus qeyriyaşayış binasının (qarajın) texniki pasportu mövcud qaydalara uyğun hazırlanmışdır, həmin qarajda yenidən inventarlaşma işlərinin aparılması və sənədə düzəliş edilməsi məqsədəmüvafiq sayılmamışdır. Belə ki, mübahisəli daşınmaz əmlak qaraj kimi inşa edilmişdir. Zirzəminin inşa edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hər hansı sənəd inzibati orqana təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - İdarə tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası – qaraj barəsində tərtib edilmiş texniki pasportun surətindən görünür ki, ümumi sahəsi 18,9 kvm. olan həmin qaraj X3 adına qeyd alınaraq 09.01.2018-ci il tarixdə texniki pasportu tərtib edillmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 18.10.2021-ci il tarixli, **********08 №-li və 22.02.2022-ci il tarixli, **********29 №-li məktublara əlavə edilmiş sənədlərdən görünür ki, Şaumyan rayonu xalq deputatları soveti icraiyyə komitəsinin 06.10.1989-cu il tarixli, 80/62 saylı qərarı ilə Məhəmməd Hadi küçəsi, ev 63, mənzil 71 ünvanında yaşayan və növbədə olan İ.İddiaçı Əhmədli yaşayış massivi, 2942-ci məhəllə, Məhəmməd Hadi küçəsi 63 nömrəli evin yanında fərdi qarajın tikilisi ilə bağlı sahə ayrılmışdır. 14.09.96-cı ildə tərtib edilmiş texniki pasporta əsasən X4 tərəfindən 2942-ci məhəllə, Məhəmməd Hadi küçəsi 63 nömrəli evin yanında 1990-cı ildə sahəsi 24,2 kvm. olan daş qaraj inşa edilmişdir. 01.11.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X4 Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, M.Hadi küçəsi, 63 nömrəli evin yanında yerləşən ümumi sahəsi 18,9 kvm. olan qeyri-yaşayış sahəsi hədiyyə alan İddiaçı bağışlamışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 19.08.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 63 saylı binanın yanında yerləşən qeyri-yaşayış sahəsinə verilmiş texniki pasportda dəyişikliklərin edilməsi ilə bağlı ********** nömrəli, 04.08.2021-ci il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirirlər ki, qeyri-yaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-cü maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyriyaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 14.09.2021-ci il tarixli **********31 nömrəli məktubun surətindən görünür ki, ünvan 1nda yerləşən qaraja dair verilmiş texniki pasportda dəyişikliyin edilməsi ilə bağlı müraciətinin icrasında qarşılaşdığı çətinliklər barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 nömrəli Çağrı Mərkəzinə daxil olmuş 02 sentyabr 2021-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Araşdırma zamanı məluma olmuşdur ki, 09.01.2018-ci il tarixdə tərtib edilmiş qeyri-yaşayış binasının (qarajın) texniki pasportu mövcud qaydalara uyğun hazırlandığından, həmin qarajda yenidən inventarlaşdırma işlərinin aparılması və sənədə düzəliş edilməsi məqsədəmüvafiq sayılmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şaumyan rayonu xalq deputatları soveti icraiyyə komitəsinin 06.10.1989-cu il tarixli, 80/62 saylı qərarı ilə İ.İddiaçı Əhmədli yaşayış massivi, 2942-ci məhəllə, Məhəmməd Hadi küçəsi 63 nömrəli evin yanında fərdi qarajın tikilisi ilə bağlı sahə ayrılmışdır. 14.09.1996-cı ildə tərtib edilmiş texniki pasporta əsasən X4 tərəfindən 2942-ci məhəllə, Məhəmməd Hadi küçəsi 63 nömrəli evin yanında 1990-cı ildə sahəsi 24,2 kvm. olan daş qaraj inşa edilmişdir. 01.11.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 həmin qarajı İddiaçı bağışlamışdır. Hazırda İddiaçı ümumi sahəsi 37,8 kvm., o cümlədən əsas sahənin 18,9 kvm., zirzəmi sahəsinin 18,9 kvm. olması və zirzəminin daxili hündürlüyünün 2.0 metr əks etdirən yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, M.Hadi küçəsi, 63 nömrəli evin yanında yerləşən ümumi sahəsi 18,9 kvm. olan qeyri-yaşayış sahəsinin – qarajın inşa edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədlər mövcud olsa da sahəsi 18,9 kvm. olan zirzəminin inşa edilməsi ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı sənəd nə məhkəməyə, nə də inzibati orqana təqdim edilmədiyindən həmin sahənin qeydə alınmaqla yeni texniki pasportun verilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3001/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3001/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver