Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3006/2020 13.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi Şükürov Ramin Ramiz oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi x1 Üçüncü şəxs x3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-kooperativ təsərrüfatı idarəsinə qarşı x5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mənzilə dair orderin ləğv edilməsi və mənzilin iddiaçının adına keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin bina-sın-da açıq şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-kooperativ təsərrüfatı idarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzilinə dair x3 adına verilmiş orderin ləğv edilməsi və mənzilin iddiaçının adına keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, “xxxxxxx” MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli yaşayış evinin 71 nömrəli mənzili kooperativin üzvü x4 verilmiş, mənzilin onun adına sənədləşdirilməsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 08.08.2008-ci il tarixli 438 nömrəli sərəncamı və onun əsasında verilmiş 22.08.2008-ci il tarixli, 028682 nömrəli orderlə rəsmiləşdirilmişdir. Mənzilinin dəyəri x5 tərəfindən MTK-ya tam ödənilmişdir. Sonradan x5 həmin mənzili Bakı şəhər 52 saylı notariat kontorunda qeydə alınmış 16.11.2013-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. “xxxxxxx” MTK üzvlərinin 29.01.2020-ci il tarixli yığıncağının protokolu ilə x3 “xxxxxxx” MTK-nın üzvlüyündən çıxmış hesab edilməsi, Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzilinin və müvafiq payın İddiaçı adına keçirilməsi və onun MTK-ya üzv qəbul edilməsi, həmçinin sənədlərin baxılıb, sərəncam verilməsi üçün Mənzilkooperativ təsərrüfatı idarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-kooperativ təsərrüfatı idarəsinin 13.01.2020-ci il tarixli, K-01 nömrəli cavab məktubu ilə İddiaçı ünvan 1 ünvanda yerləşən “xxxxxxx” MTK-ya məxsus yaşayış binasında 71 nömrəli mənzilə dair verilmiş orderin ləğv edilməsi və mənzilin onun adına keçirilməsi barədə müraciəti ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, məhkəmənin 28.02.2020-ci il tarixli qərardadına əsasən x5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 10.03.2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddia-çıiddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzili x4 22.08.2008-ci il tarixli 028682 saylı order əsasında verilmişdir. Həmin mənzili 16.11.2013-cü ildə x2 ilkin alqı-satqı müqaviləsi ilə almışdır. Mənzilə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün x3 adına verilmiş orderin ləğv edilməsinin və mənzilin iddiaçının adına keçirilməsi barədə sərəncamın verilməsinin zəruri olduğu bildirilmişdir. Bunun üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdehin 13.01.2020-ci il tarixli, K-01 nömrəli cavab məktubunda bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən,iddianın təmin olunma-sını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, təmsil etdiyi qurum iddiaya etiraz etmir. İddiaçı yaşadığı Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzilinə dair x3 adına verilmiş 22.08.2008-ci il tarixli orderin ləğv edilməsi və mənzilin iddiaçının adına keçirilməsinə dair sərəncam verilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-kooperativ təsərrüfatı idarəsinə müraciət etmiş, lakin idarənin belə bir səlahiyyəti olmadığından ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş x5 iddiaçının izahatına uyğun məzmunda izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş 22.08.2008-ci il tarixli, 028682 nömrəli orderdən məlum olur ki, Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzili x4 verilmiş, orderə əsas kimi Bakı şəhər İcra Hakimiyyətinin 08.08.2008-ci il tarixli 438 nömrəli sərəncamı göstərilmişdir. Bakı şəhər 52 saylı notariat kontorunda satıcı x5 və alıcı İddiaçı arasında rəsmiləşdirilmiş 16.11.2013-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, tərəflər 22.08.2008-ci il tarixli 028682 nömrəli orderə əsasən istifadədə olan Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzilinə dair gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Mənzilin satış qiyməti 92.000 manat müəyyən edilmişdir. “xxxxxxx” MTK tərəfindən 29.01.2020-ci il tarixdə verilmiş arayışlara əsasən, Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzilinin dəyəri x5 tərəfindən MTK-ya tam ödənilmişdir, həmin mənzildə 16.11.2013-cü il tarixədək x5 tək yaşamış, mənzildə qeydiyyatda heç kim yoxdur, İddiaçı 16.11.2013-cü il tarixdə mənzili x2 almış və həmin tarixdən bu günə kimi həmin mənzildə yaşayır. “xxxxxxx” MTK üzvlərinin 29.01.2020-ci il tarixli yığıncağının protokolundan çıxarışdan görünür ki, həmin yığıncaqda x3 ərizəsinə baxılaraq, x3 “xxxxxxx” MTK-nın üzvlüyündən çıxmış hesab edilməsi, Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzilinin və müvafiq payın İddiaçı adına keçirilməsi və onun MTK-ya üzv qəbul edilməsi, həmçinin sənədlərin baıxlıb, sərəncam verilməsi üçün Mənzilkooperativ təsərrüfatı idarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-kooperativ təsərrüfatı idarəsinin 13.01.2020-ci il tarixli, K-01 nömrəli cavab məktubundan görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən “xxxxxxx” MTK-ya məxsus yaşayış binasında 71 nömrəli mənzilə dair verilmiş orderin ləğv edilməsi və mənzilin onun adına keçirilməsi barədə müraciəti ilə bağlı ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Beləliklə, işin yuxarıda şərh edilən hallarını nəzərə alan iddiaçı hazırki iddiasında cavabdehə qarşı 2 tələb irəli sürmüşdür; 1) Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzilinə dair x3 adına verilmiş orderin ləğv edilməsi və 2) mənzilin iddiaçının adına keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə. Məhkəmə birinci tələblə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin; 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir 109.13. Dövlət orqanları, bələdiyyələr, digər fiziki və hüquqi şəxslər koopertivlə münasibətlərini müqavilə əsasında qururlar. Dövlət orqanları və bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, kooperativlərin təsərrüfat, maliyyə, təşkilati (idarəetmə orqanlarının formalaşdırılması) və digər fəaliyyətinə müdaxilə etmirlər. 109-4.1.1-ci maddəsinə görə kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq kooperativin üzvlərinin hüquqlarına daxil edilmişdir. 112.3. Əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda kooperativin digər üzvləri həmin payı (onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Hazırki iş üzrə də, “xxxxxxx” MTK-nın üzvü x5 öz payını Bakı şəhər 52 saylı notariat kontorunda qeydə alınmış 16.11.2013-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış. “xxxxxxx” MTK üzvlərinin 29.01.2020-ci il tarixli yığıncağının protokolu ilə x3 “xxxxxxx” MTK-nın üzvlüyündən çıxmış hesab edilməsi, Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzilinin və müvafiq payın İddiaçı adına keçirilməsi və onun MTK-ya üzv qəbul edilməsi, həmçinin sənədlərin baıxlıb, sərəncam verilməsi üçün Mənzil-kooperativ təsərrüfatı idarəsinə göndərilməsi qərara alınmışdır. Sənədləşdirmənin qeyd olunan formada aparılması düzgün və mövcud qanunvericiliyin tələblərinə tam uyğun olduğuna görə qanuni hesab olunur. Yerli icra hakimiyyəti orqanlarının bununla bağlı hər hansı formada əlavə tələbləri (sərəncam, order verməsi və sair) kooperativin fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir (Mülki Məcəllənin 109.13-cü maddəsi). Kooperativin üzvlərinə pay hüququnun yuxarıda qeyd edilən qaydada sənədləşdirilməsi və qəbul etdiyi qərarların hüquqi nəticəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mənzil-tikinti kooperativi evlərində yerləşən mənzillərin sənədləşdirilməsi, o cümlədən mənzil-tikinti kooperativi binasında yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün order tələb edilmir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən mənzilin əvvəlki sahibinin adına verdiyi orderin heç bir hüquqi qüvvəsi yoxdur. Odur ki, iddia tələbi Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzilinə dair x3 adına verilmiş orderin ləğv edilməsi hissəsində əsaslı və qanuni hesab edildiyi üçün təmin edilməlidir. İddia tələbinin mənzilin iddiaçının adına keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvələn, iddia tələbinin birinci hissəsi mübahisələndirmə haqqında iddia növünə aid olduğu halda, iddianın ikinci hissəsi məcburetmə haqqında yəni, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Həmin Qanunun 20.2-ci maddəsində xüsusi olaraq qeyd edilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Göründüyü kimi, qanunverici inzibati icraat qaydasında məcburetmə haqqında iddiaların dairəsini inzibati orqanın üzərinə istənilən məsələ ilə bağlı yox, yalnız publik hüquq sahəsinə aid olan, yəni normativ hüquqi aktlarla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması ilə məhdudlaşdırmışdır. Odur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Hazırki iş üzrə cavabdeh yerli icra hakimiyyəti orqanının idarəsidir və yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamədə və qüvvədə olan Mənzil Məcəlləsində yerli icra hakimiyyəti orqanlarına mənzil-tikinti kooperativləri tərəfindən inşa edilmiş yaşayış binalarında yaşayış sahələrinin ayrılması barədə sərəncam və order vermək səlahiyyəti verilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllə-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzilinə dair x3 adına verilmiş 22.08.2008-ci il tarixli, 028682 nömrəli orderin ləğv edilməsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-kooperativ təsərrüfatı idarəsinə həvalə edilməli, iddia tələbi Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzilinin İddiaçı adına keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-kooperativ təsərrüfatı idarəsinin üzərinə qoyulması hissəsində rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 33 nömrəli evin 71 nömrəli mənzilinə dair İddiaçı adına verilmiş 22.08.2008-ci il tarixli, 028682 nömrəli orderin ləğv edilməsi Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-kooperativ təsərrüfatı idarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Araz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3006/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3006/2020
13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver