Məhkəmə qərarları › İş №2-1(112)-3008/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3008/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3008/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirаkı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı X12 cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsində 104 №-li sahədə sahəsi 1200 kv.metr torpaq sahəsinin faktiki yerləşmə yerinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün tərtib edilərək verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07 fevral 1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Buzovna qəsəbəsində 104 №-li sahədə fərdi ev tikintisi üçün 1200 kv.metr torpaq sahəsinin ayrılması və evin tikintisinin 185-000-111 s tipli layihə əsasında aparılması qərara alınmışdır. Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07 fevral 1997-ci il tarixli sərəncamı əsasında ayrıc aktı tərtib edilmiş sahə faktiki olaraq yerində ona təhvil verilərək qonşu sərhədlər müəyyən edilmiş və 104 saylı sahənin cizgisi və xəritədən çıxarış ona təhvil verilmişdir. Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07 fevral 1997-ci il tarixli sərəncamının icrası qaydasında həmin sərəncama müvafiq olaraq göstərilən ünvanda onun tərəfindən yaşayış evi inşa edilmişdir. Göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün tərtib edilərək verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin cavabdeh tərəfindən bundan imtina edilmişdir. Cavabdeh DƏDRX-nin 17 aprel 2020-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, təqdim edilmiş Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07 fevral 1997-ci il tarixli sərəncamı əsasında İddiaçı adına 1150,0 kv.metr torpaq sahəsinin mülkiyyət hüququna dair keçmiş DTXK tərəfindən JN-19867D (Kod: ********) saylı şəhadətnamə verilmiş və özgəninkiləşdirilmişdir. Cavabdehin göstərilən hallara əsaslanmaqla imtinası əsassızdır.Belə ki, şərh olunduğu kimi Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07 fevral 1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Buzovna qəsəbəsində 104 №-li sahədə fərdi ev tikintisi üçün 1200 kv.metr torpaq sahəsinin ayrılması və evin tikintisinin 185-000-111 s tipli layihə əsasında aparılması qərara alınmışdır. Göstərilən sərəncam əsasında ayrıc aktı tərtib edilmiş sahə faktiki olaraq yerində ona təhvil verilərək qonşu sərhədlər müəyyən edilmiş və 104 saylı sahənin cizgisi və xəritədən çıxarış ona təhvil verilmişdir. Həmçinin həmin sərəncamın icrası qaydasında həmin sərəncama müvafiq olaraq göstərilən ünvanda onun tərəfindən yaşayış evi inşa edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Buzovna qəsəbəsində 104 №-li sahədə fərdi ev tikintisi üçün ona ayrılmış 1200 kv.metr torpaq sahəsi onun ayrıldığı 07 fevral 1997-ci il tarixdən faktiki olaraq onun istifadəsindədir və qonşu torpaqlarla əhatə olunur. Odur ki, işin bu cür halında keçmiş DTXK tərəfindən verilmiş (Kod: ********) saylı şəhadətnamə ona ayrılmış torpaq sahəsinə aid edilə bilməz. Odur ki, cavabdehin imtinası faktiki vəziyyətə və işin həqiqi hallarına uyğun deyildir.Göstərilənlərə əsasən, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07 fevral 1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Buzovna qəsəbəsində 104 №-li sahədə fərdi ev tikintisi üçün 1200 kv.metr torpaq sahəsinin ayrılması və evin tikintisinin 185-000-111 s tipli layihə əsasında aparılması qərara alındığından torpaq sahəsinin daimi istifadəçisi və həm də göstərilən sərəncama müvafiq olaraq həmin torpaq sahəsində tikili inşa etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya dair etiraz təqdim edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, sözügedən məsələ ilə bağlı X3 İlhamə Yusif qızının etibarnamə üzrə nümayəndəsi kimi İdarəyə müraciət etmişdir. Lakin təqdim edilmiş Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07.02.1997-ci il tarixli sərəncamı əsasında İddiaçı adına başqa ərazidə yerləşən 1150.0 kv.m torpaq sahəsinin mülkiyyət hüququna dair keçmiş DTXK tərəfindən JN-19867D (Kod: ********) saylı şəhadətnamə verilmiş və özgəninkiləşdirilmişdir. X6 ********** saylı ərizə ilə müraciəti zamanı vətəndaş tərəfindən tamamilə fərqli bir torpaq sahəsi göstərilmişdir.Yuxarıda qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3008/2021 nömrəli 28.01.2021-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı X12 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 ünvanlanmış 17.04.2020-ci il tarixli **********43 saylı məktubda qeyd edilmişdir ki, təqdim edilmiş Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07.02.1997-ci il tarixli sərəncamı əsasında İddiaçı adına 1150.0 kv.m torpaq sahəsinin mülkiyyət hüququna dair keçmiş DTXK tərəfindən JN-19867D (kod: ********) saylı şəhadətnamə verilmiş və özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. - Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının 07 fevral 1997-ci il tarixli 124 nömrəli İddiaçı adına fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında Sərəncamının surətindən görünür ki, Buzovna qəsəbəsi, Şirvani küçəsi, ev 16-da yaşayan, Əzizbəyov rayon sosial müdafiəsi mərkəzində sosial işçi vəzifəsində işləyən, 1 (bir) nəfər ailə tərkibindən ibarət olan İddiaçı Buzovna qəsəbəsində 104 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Ucar rayonu, Lək kəndi ünvanında qeydiyyatda olan X7 ünvanlanmış 28.03.2018-ci il tarixli 039-4741Ə-3118 nömrəli məktubun surətindən görünür ki, İddiaçı məxsus Buzovna qəsəbəsində yerləşən 104 saylı torpaq sahəsinə verilmiş JN-19867D kod 00301016 nömrəli Şəhadətnamənin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********54 saylı 04.09.2020-ci il tarixli məktubu ilə JN-19867D saylı şəhadətnamənin və onun verilməsinə əsas olan sənədlər təqdim olunmuşdur. İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN- 19867D saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, həmin şəhadətnamənin verilməsinə əsas Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07.02.1997-ci il tarixli sərəncamı olmuşdur. -Bakı şəhəri 17 saylı Dövlət Notariat ofisində 18 aprel 2005-ci il tarixdə 4Ə/1-27 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin 28.03.05-ci il tarixli JN-19867D 00301016 kodlu şəhadətnaməsinə əsasən İddiaçı məxsus olan ümumi sahəsi 0,115 ha olan Buzovna qəsəbəsi 104 saylı sahədə yerləşən torpaq sahəsi X1. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07.02.1997-ci il tarixli sərəncamı əsasında İddiaçı adına Buzovna qəsəbəsi 104 saylı sahədə yerləşən 1150.0 kv.m torpaq sahəsinin mülkiyyət hüququna dair keçmiş DTXK tərəfindən JN-19867D (Kod: ********) saylı şəhadətnamə verilmiş, daha sonra iddiaçı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X2. İddiaçının nümayəndəsi cavabdeh inzibati orqana müraciət edərək, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07.02.1997-ci il tarixli sərəncamı əsasında ona digər bir torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, yeni çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın imtina əsası iddiaçı tərəfindən istinad olunan hüquqmüəyyənedici sənədin bir dəfə istifadə edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10.1. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Hazırkı məhkəmə icraatında müəyyən edilir ki, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07.02.1997-ci il tarixli sərəncamı əsasında İddiaçı adına Buzovna qəsəbəsi 104 saylı sahədə yerləşən 1150.0 kv.m torpaq sahəsinin mülkiyyət hüququna dair keçmiş DTXK tərəfindən JN-19867D (Kod: ********) saylı şəhadətnamə verilmiş və özgəninkiləşdirilmişdir. Göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrılması barədə Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 124 saylı, 07.02.1997-ci il tarixli sərəncamı əsasında mülkiyyət hüquqları qeydiyyata alınaraq dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Odur ki, məhkəmənin mövqeyinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Odur ki, cavabdeh inzibati orqan tərəfindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar