Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-301/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, “Şimal” DRES-in Şimal-Şərq massivi ərazisində yerləşən Azərbaycan Respublikası Elmlər X9 bağçılıq yoldaşlığının 27 nömrəli bağ sahəsinin yerinin müəyyən edilməsi və onun istifadəsi üçün təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, torpaqşünaslıq ekspertizasının rəyinə əsasən dəqiq yeri və koordinatları müəyyən edildiyi üçün (vərəsəsi olduğu X7 məxsus olmuş) Bakı şəhəri, Xəzər rayonu, “Şimal DRES”in Şimal şərq massivi ərazisində yerləşən 27 saylı torpaq sahəsinə onun, İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2918/2017 nömrəli iş üzrə qəbul edilmiş 22 sentyabr 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, “Şimal” DRES sahədə yerləşən torpaq sahəsinə hüququn ölmüş şəxs X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulmuşdur. Həmin qərar qüvəyə mindikdən sonra ona müvafiq arayış təqdim edilmişdir. Hətta Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın alınması üçün onun telefonuna xəbərdarlıq da göndərilmişdir. Bakı şəhəri, Xəzər rayonu, “Şimal” DRES-i Şimal-Şərq massivi ərazisində yerəşən 27 saylı bağ sahəsinə dair arayışın və çıxarışın verilməsi üçün zəruri olan bütün sənədlərin əsilləri cavabdehə təqdim edilmişdir və hal-hazırda müvafiq arxiv qovluğunda saxlanılır. Belə ki, 36 nömrəli xx.xx.1988-ci il tarixli protokola əsasən Azərbaycan SSR X10 Heyətində 98 nəfər üzvdən ibarət bağçılıq yoldaşlığı yaradılmışdır. Bakı şəhər X15 xx.xx.1989-cu il tarixli, 3/86 nömrəli qərarına əsasən Azərbaycan SSR X10 Heyətinə yoldaşlığın Əzizbəyov rayonu, “Şimal” DRES-in Şimal-şərq istiqamətinin ərazisində torpaq sahələrinin ayrılması qərara alınmışdır. Bağçının üzvlük kitabçasının notarial qaydasında tədiq edilmiş surətinə əsasən Ruidə Dadanovaya Azərbaycan SSR X16 Heyəti aparatına ayrılmış bağçılıq sahəsində 27 nömrəli bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Elmlər Akademiyası İşlər İdarəsinin cavabdehə xx.xx.2016-cı ildə daxil olmuş xx.xx.2016-cı il tarixli, 20/8 nömrəli məktubuna əsasən Azərbaycan Milli Elmlər X9 bağçılıq yoldaşlığının üzvlərinin siyahısı müvafiq arxiv qovluğuna əlavə olunmaq üçün cavabdehə təqdim olunmuşdur. Məktuba əlavədə cavabdehə bağçılıq yoldaşlığının siyahısının əsli, torpaq sahəsinin planda ayrıca sxemi və bölgüsü, protokoldan çıxarışın əslininn təqdim edilməsi göstərilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21 iyun 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmuşdur. Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə dair texniki sənədlər olmadığı üçün sahənin yerinin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən idarənin mütəxəssislərinə faktiki olaraq ümumi hasarlanmış sahənin bir hissəsi göstərilmiş, həmin sahənin də başqa şəxsin istifadəsində olması müəyyən edilmişdir. Bu səbəbdən torpaq sahəsinə texniki baxış keçirtmək mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2918/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı əsasında Bakı şəhəri, Xəzər rayonu, “Şimal” DRES-in Şimal-Şərq massivi ərazisində yerləşən 27 saylı torpaq sahəsinə dair X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. Daha sonra iddiaçılar İddiaçı və X6 İdarəyə qarşı Bakı şəhəri, Xəzər rayonu, “Şimal” DRES-in Şimal-Şərq massivi ərazisində yerləşən 0.06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında inzibati iş olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 170/20 saylı 12 mart 2020-ci il tarixli qərardadı ilə İdarə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3822/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1722/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X17 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (8.1.). Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (8.2.). Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3.). xx.xx.2004-cu ildə ölmüş X1 üzrə vərəsəsi xx.xx.1955-ci il təvəllüdlü İddiaçıdır. Odur ki, İddiaçı, X1 üzrə vərəsəsi olduğunu nəzərə alan məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları: İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan X16 Heyəti Bağçılıq Yoldaşlığı üzvləri iclasının 25 fevral 1997-ci il tarixli 02 nömrəli protokolunun surətindən müəyyən olunur ki, Azərbaycan X16 Heyəti Bağçılıq Yoldaşlığı üzvləri iclasında F.Hüseynovun (20) və A.Cəfərovun (21) bağçılıq yoldaşlığı üzvlüyündən azad edilməsi və onlara verilmiş üzvlük kitabçalarının öz hüquqi qüvəsini itirmiş hesab edilməsi; X13 və X8 öz ərizələrinə əsasən Bağçılıq yoldaşlığı üzvlüyünə qəbul edilmələri və onların hər birinə 0,12 ha torpaq sahəsi (7-8, 20-21) ayrılması; Bağçılıq yoldaşlığı üzvərinin siyahısına müvafiq dəyişikliklər edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, keçmiş Bakı şəhər X15 İcraiyyə Komitəsi tərəfindən “Kollektiv bağçılıq təşkilatları üçün torpaq sahələrinin ayrılması barədə” 03 aprel 1989-cu il tarixli, 2/86 nömrəli qərarı ilə Azərbaycan SSRİ Elmlər X9 30 nəfər bağçılıq-yoldaşlıq üzvünə Bakı şəhərinin Xəzər rayonunda yerləşən “Şimal” DRES massivinin ərazisində kollektiv bağların salınması üçün torpaq sahələri ayrılmışdır. Azərbaycan Milli Elmlər X9 kollektiv bağçılıq-yoldaşlığı ilə əlaqədar olan bütün sənədləşdirilməsinin həmin təşkilatın Həmkarlar Komitəsinin möhürü ilə aparıldığını nəzərə alaraq, bağçılıq–yoldaşlığını Həmkarlar Komitəsinin möhürü ilə təsdiq olunmuş müvafiq sənədlərinin qəbul olunması xahiş olunur. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 23 iyul 2018-ci il tarixli 02/825 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı təqdim etdiyi hüquqmüəyyənedici sənədlər İddiaçı mərhum X7 aid olan ünvan 4 ünvandakı Torpaq üzərində mülkiyyət və ya digər əşya hüquqlarının mülkiyyət qanunvericiliyinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Bu arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri 12 saylı notariat kontorunun xüsusi notariusu X19 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2004-cü il tarixdə ölmüş X4 vərəsələri İddiaçı (ünvan ünvan 5rəsəliyi qəbul etmiş lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X18 xx.xx.2004-cü ildə vəfat etmiş anası X3 məxsus olmuş DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 02/825 qeydiyyatlı Müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş üzərində mülkiyyətə və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışda göstərilən ünvan 6 ünvanında yerləşən torpaq sahəsidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(103)-170/2020 saylı qərardadının surətindən müəyyən olunur ki, iddiaçılar İddiaçı və X14 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı idia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçıların Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X28-Şərq massivi ünvanında yerləşən 0.06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reysterdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3822/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(103)-170/2020 saylı qərarı ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3822/2018 saylı 03 oktyabr 2018- ci il tarixli qərarının ləğv edilməsi, iddiaçılar İddiaçı və X6 iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il ttarixli 2-1(102)-1722/2020 saylı qərarının surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)-170/2020 saylı qərarından narazı qalan iddiaçılar kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il ttarixli 2-1(102)-1722/2020 saylı qərarı ilə iddiaçıların kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-170/2020 saylı işüzrə 12 mart 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanıması qərara alınmışdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********76 №li xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, tərəflərindən sözügedən torpaq saəsinin texniki pasportu təqdim edilmədiyi üçün sahənin yerinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********23 saylı, xx.xx.2021ci il tarixli məktubu ilə təqdim olunmuş Bakı şəhəri 12 saylı notariat kontorunun 590 №-li, xx.xx.2016-cı il tarixli məktubunda xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsə- İddiaçı tərəfindən Bakı şəhəri, 12 saylı notariat kontoruna müraciət daxil olduğu, İddiaçı ərizəsi əsasında tərəflərindən 205/2009 №-li vərəsəlik işi açıldığı, qanunvericiliyin tələblərinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün Bakı şəhəri, Xəzər rayonu “Şimal” Dres-in Şimal-Şərq massivi ərazisində 27 saylı sahədə yerləşən torpaq sahəsinə dair Bakı şəhər XDS İK-nin 06 aprel 1989-cu il tarixli, 3/86 №-li qərarının dubilkatının verilməsini xahiş etdikləri qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 02/825 saylı, xx.xx.2018-ci il tarixli arayışında (surətində) göstərilmişdir ki, İddiaçı təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin İddiaçı mərhum X7 aid olan ünvan 4 ünvanındakı Torpaq üzərində mülkiyyət və ya digər əşya hüquqlarının Mülkiyyət qanunvericiliyinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verdiyi qeyd olunmuşdur. Eyni zamanda arayışda bu arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsəsinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. Bakı İnzibati Məhkəməsini xx.xx.2021-ci il tarixli 2-1(112)-7612/2021 saylı qərardadının icrası ilə bağlı X11 tərəfindən verilmiş 316 №-li, xx.xx.2022-ci il tarixli rəylə müəyyən olunmuşdur ki: - Bakı şəhər X23 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 3/86 nömrəli qərarına əsasən Azərbaycan SSR X10 Heyətinin bağçılıq-yoldaşlıq üzvlərinə Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, “Şimal” DRES-in şimal-şərq istiqamətinin ərazisində ayrılması qərara alınmış torpaq sahəsində mərhum X5 ayrılmış 0,06 ha ölçüdə 27 saylı bağ torpaq sahəsinin yerləşmə koordinatları (sərhədləri) yerdə (naturada) aşağıdakı kimidir.
1. X 2. Y
3. 434773.0635 4. 4482017.0847
5. 434760.4598 6. 4482045.4290
7. 434778.7815 8. 4482053.1641
9. 434791.6725 10. 4482024.4131
- Bakı şəhər X23 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 3/86 nömrəli qərarına əsasən Azərbaycan SSR X10 Heyətinin bağçılıq-yoldaşlıq üzvlərinə Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, “Şimal” DRES-in şimal-şərq istiqamətinin ərazisində ayrılması qərara alınmış torpaq sahəsində mərhum X5 ayrılmış və koordinatları müəyyən edilmiş 0,06 ha, 27 saylı torpaq sahəsinə dair mülkiyyət hüququ digər şəxslərin adına dövlət reyestrində qeydə alınmamışdır. - Tədqiq olunan 27 saylı 0,06 ha bağ torpaq sahəsi naturada boş vəziyyətdə olub, yəni torpaq sahəsinin sərhədləri daxilində hər hansı tikinti aparılmamışdır və həmin torpaq sahəsi hasara alınmış ərazinin hüdudları daxilində yerləşir. - Bakı şəhər X23 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 3/86 nömrəli qərarına əsasən Azərbaycan SSR X10 Heyətinin bağçılıq-yoldaşlıq üzvlərinə Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, “Şimal” DRES-in şimal-şərq istiqamətinin ərazisində ayrılması qərara alınmış torpaq sahəsində mərhum X5 ayrılmış 0,06 ha ölçüdə 27 saylı bağ torpaq sahəsinin sərhədləri (ölçüləri) naturada müəyyən edilərək, həmin bağ torpaq sahəsi faktikti olaraq 0,06 ha təşkil edir. Məhkəmənin Bakı şəhəri, Xəzər (keçmiş Əzizbəyov) rayonu, “Şimal” DRES-in şimal-şərq massivi ərazisində 27 saylı sahədə yerləşən torpaq sahəsinin X11 tərəfindən məhkəməyə təqdim edilmiş koordinatları (şərhədləri) əsasında Bakı şəhər X23 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 3/86 nömrəli qərarına əsasən mərhum X5 ayrılmış Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, “Şimal” DRES-in şimal-şərq massivi, 27 saylı bağ torpaq sahəsinə İdarənin mütəxəssisləri tərəfindən yerində müayinə keçirilməklə həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən halların mövcud olub-olmaması barədə məlumat (mütəxəssis rəyi) təqdim olunması darədə xx.xx.2022-ci il tarixli müvafiq sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********41 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində texniki baxış məqsədi ilə telefon əlaqəsi yaradılan zamanı iddiaçının X11 tərəfindən koordinatları təyin olunmuş torpaq sahəsinin digər fiziki şəxs tərəfindən ümumi hasara alındığı, bununla bağlı olaraq həmin sahəyə texniki baxışın keçirilməsinə şərait yaradılmadığı, məsələ ilə əlaqədar olaraq bundan öncəki məhkəmə baxışlarında iddiaçının digər torpaq sahəsinə iddia etdiyi vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin sənəd əsasları ilə sahənin yerləşməsi arasında uyğunsuzluq mövcud olduğu, bu ərazilərin digər bağ sahəsinin əraziləri olduğu qeyd olunmuşdur.
Məhkəmənin mövqeyi
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. - 9. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçının vərəsəsi olduğu mərhum X4 adına ünvan 4 ünvanındakı torpaq üzərində mülkiyyət və ya digər əşya hüquqlarının mülkiyyət qanunvericiliyinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verildiyi qeyd olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş 02/825 saylı, xx.xx.2018ci il tarixli arayış mövcuddur və həmin arayışda bu arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsəsinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına biləcəyi qeyd olunmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. İş üzrə verilmiş ekspert rəyi ilə isə müəyyən olunur ki, Bakı şəhər X23 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 3/86 nömrəli qərarına əsasən Azərbaycan SSR X10 Heyətinin bağçılıq-yoldaşlıq üzvlərinə Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, “Şimal” DRES-in şimal-şərq istiqamətinin ərazisində ayrılması qərara alınmış torpaq sahəsində mərhum X5 ayrılmış və koordinatları müəyyən edilmiş 0,06 ha, 27 saylı torpaq sahəsinə dair mülkiyyət hüququ digər şəxslərin adına dövlət reyestrində qeydə alınmamış; tədqiq olunan 27 saylı 0,06 ha bağ torpaq sahəsi naturada boş vəziyyətdə olub, yəni torpaq sahəsinin sərhədləri daxilində hər hansı tikinti aparılmamış, həmin torpaq sahəsi hasara alınmış ərazinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı hüquqları qanunla qorunur, həmin hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək isə cavabdeh orqanın vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, “Şimal DRES”in Şimal şərq massivi ərazisində yerləşən 27 saylı torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev