Məhkəmə qərarları › İş №2-1(112)-301/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-301/2025

10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-301/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi vəkili Vəkil, Üçüncü şəxs X22 nümayəndəsi X16 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X23 və X34) “bağ sahəsinə dair arayışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki ölçüsü 1138 kv.metr olan 1465 nömrəli bağ sahəsinə dair X11 mülkiyyət hüquqlarının mövcud olması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövləət Xidməti Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X25 xx.xx.1942-ci ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində doğulmuşdur. O X25 ilə xx.xx.1974-cü ildə nikaha daxil olumuş və nikahdan sonra Məmmədova soyadını götürmüşdür. X25 Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 3257S nömrəli xx.xx.1989-cu il tarixli əmrinə əsasən Əmək veteranı medalı ilə təltif edilmişdir. X2 Azərbaycan SSR Daxili İşlər Nazirliyinin və müstəqillik əldə edildikdən sonra isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qaəralarının İcrası Baş İdarəsində xidmət etmişdir. Bakı şəhər X20 İcrayyə Komitəsinin 6/265 nömrəli xx.xx.1990cı il tarixli qərarına əsasən əlli üzvdən ibarət 203№-li Bağ Tikinti Kooperativinin tərkibi təsdiq edilmiş və həmin Ləhiş 203№-li Bağ Tikinti Kooperativi üzvlərinin siyahısının 40-cı bəndində ünvan 1 ünvanında qeydiyyatda olan əmək veteranı X13 bağ sahəsi ayrılması qərara alınmışdır. Adıçəkilən qərar əsasında Bakı şəhər İcrayyə Komitəsinin Bağlar T əsərrüfatının İnkişafı və X21 bağlar sahəsindəki 203№-li Kooperativinin 40 №-li orderindən görünür ki, adıçəkilən kooperativin nəzdində 0.12 ha torpaq sahəsi olan 1465 №-li bağ sahəsi X13 ayrılmışdır. X25 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Həmin şəxsin qanun üzrə vərəsəsi kimi 2023-cü ilin yanvar ayında İddiaçı tərəfindən vərəsəlik işi açılması üçün 2 saylı Bakı ASAN xidmət mərkəzində Notariat ofisinə müraciət edilmişdir. Həmin müraciət əsasında başlanmış vərəsəlik işi ilə X14 miras əmlakına Bakı şəhəri Sabunçu rayonu. Ləhiş bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin daxil olması müəyyən edilmişdir. Adıçəkilən Notariat ofisinin xx.xx.2023-cü il tarixli. 101 №-li məktubu əsasında AR ƏMDK yanında DƏDRX nın Bakı şəhər Ərazi İdarəsinə mürciət edilərək X17 məxsus torpaq sahəsinə dair Çıxarışın verilməsi xahiş edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən adıçəkilən torpaq sahəsi üzrəində hüquqların daşınmaz əmlakı dövlət reyestrində qeydiyуata alnması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edilmişdir. Həmin müraciətə cavabdeh tərəfindən baxılmış və xx.xx.2023cü il tarixli 321-330/2-6726/2013 **********26 №li daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş tərtib olunmuşdur. Həmin bildirişdə imtinaya səbəb kimi Torpaq sahəsinin nömrəsinin bağlar təsərrüfatı korporativinin sxematik xəritəsində öz əksini tapmaması; Hüquq sahibinin adı ilə (yəni X24) ilə xx.xx.2023-cü il tarixli 101 №li Notarial ofisinin məktubunda göstərilən mirasqoyanın adı arasında uyğunsuzluğun mövcud olması;Təqdim edilmiş orderin nüsxəsinin İdarənin arxivində mövcud olmaması:Torpaq sahəsinin sənəd üzrə 1200 kv.m olsa da onun faktiki olaraq 1 138 kv.m təşkil etməsi;Hesab edilir ki cavabdehin imtinası əsassızdır. Həmin imtina əasalarına ayrı-ayrılıqda münasibət bildirməyi məqsəduyğun hesab edilir. Torpaq sahəsinin nömrəsinin X5 sxematik xəritəsində öz əksini tapmaması ilə bağlı mövqeyi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 May tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yer qurluşu işləri aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri"nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə " Torpaq islahatı haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və verquruluşu haqqında", “Geodeziya və kartoqrafıya haqqında" Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydasına, "Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyala keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinalı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən elmək cavabdehin vəzifəsidir. Qevd etdildiyi hallar əsasında müəyyən olunur ki, cavabdehin imtinasının birinci əsası qanuni və ədalətli olmamışdır. Hüquq sahibinin adı ilə (yəni X24) ilə xx.xx.2023-cü il tarixli 101 №li Notariat ofisinin məktubunda göstərilən mirasqoyanın adı arasında uyğunsuzluğun mövcud olması ilə bağlı mövqeyi iddia ərizəsinə əlavə edilmiş X14 doğum haqqında şəhadətnamə, nikahın bağlanması haqqında şəhdətnamə, şəxsiyyət vəsiqəsinin surəti, ölüm haqqında şəhadətnamə, Bakı şəhər XDS İK nın qərarı, orderin surəti, işlədiyi orqanlar tərəfindən verilmiş vəsiqələrin surətlərindən görünür ki, iddiaçının ərinin adı yalnız əmək veteranı medalının verilməsinə dair vəsiqə, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 56/339 №-li pensiya təyin olunması barədə vəsiqəsində həmçinin Bakı şəhər XDS İK-nın qəarı və orderində “Neymət” kimi qeyd olunmuş digər sənədlərdə isə Nemət kimi əks olunmuşdur. Cavabdeh inzibati orqan hesab edir ki, X24 ilə X25 fərqli insanlardır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçıya bağ sahəsi əmək veteranı olduğuna görə ayrılmışdır. Onun əmək veteranı olmasını təsdiq edən vəsiqədə adının Neymət kimi qeyd olunduğundan bağ sahəsinni ayrılmasına dair hüquqmüəyyənedici səndələrdə məntiqi olaraq adı ad qrafasında Neymət qeyd olunmuşdur. Təqdim etdiyimi sənədlərdən də görünür ki. Bakı şəhəri XDS İK nın Qərarında qeyd olunan X24 ilə iddiaçının əri olan X25 eyni şəxslər olmuşdur. Bu əsasdan hesab edirk ki. cavabdeh orqanın ikinci imtina əsası da qanuni olmamışdır.Təqdim edilmiş orderin nüsxəsinin İdarənin arxivində mövcud olmaması ilə bağlı mövqeyimiz. Bununla bağlı olaraq qeyd etməliyik ki. iddia ərizəsinə əlavə eldiyimiz Bakı şəhəri XDS İK nın 6/265 №li xx.xx.1990-cı il tarixli qərarı Dövlət arxivində mövcuddur və həmin qərarda göstərilən məlumatlar ilə bizdə mövcud olan Orderdəki məlumatlar bir birini təsdiqləyir. Bundan başqa cavabdeh orqan yalnız orderin idarənin arxivində olmamasını qeyd etsə də, 203 saylı Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısına nəzər yetirməyi yaddan çıxarmışdır. Həmin Siyahıya nəzər yetirdikdə iddiaçının ərinin adının orada qeyd olunduğu aşkar ediləcəkdir. Sənəd üzrə X17 1200 kv.m torpaq sahəsi ayrılsa da hazırda həmin torpaq sahəsinin 1138 kv.mdir. Həmin torpaq sahəsinin faktiki ölçüsü üzrə yəni 1138 kv.m hissəsinə dair hüquqların qeydiyyata alınmasına etiraz edilmir. Göründüyü kimi cavabdehin bu imtinası da formal xarakter daşımışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən:8.0.7.2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanununun 22.2ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və va digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X23 və X34 iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci kil tarixli protokol qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki ölçüsü 1138 kv.metr olan 1465 nömrəli bağ sahəsinə dair X14 mülkiyyət hüquqlarının məxsusluğu barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövləət Xidməti Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki ölçüsü 1138 kv.metr olan 1465 nömrəli bağ sahəsinə dair X14 mülkiyyət hüquqlarının mövcud olması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin nömrəsi X5 sxematik xəritəsində öz əksini tapmamışdır. Həmçinin təqdim edilmiş sənədlərdə qeyd olunan hüquq sahibinin adı ilə xx.xx.2023-cü il tarixli, 101 nömrəli notariat ofisinin məktubunda göstərilən miras qoyan hüquq sahibinin adı arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə, surəti təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində mövcud deyil. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd olunsa da faktiki olaraq 1138 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********26 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu ünvanlanmışdır. Əlavə olaraq bildirlir ki, idarədə mövcud olan arxiv məlumatlarına əsasən müqavilə əsasında 1465 saylı bağ sahəsi X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra alqı-satqı müqaviləsi ilə X26 adına özgəninkiləşdirilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********26 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Flialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-M-00185/2023 nömrəli məktubdan görünür ki, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətə əsasən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu xx.xx.1990-cı il taixli, 6/265 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli AZ-İİ 018784 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X25 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi Dairəsinin xx.xx.2023-cü il tarixli 101 nömrəli məktubundan görünür ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində vərəsə- İddiaçı(ünvan: ünvan 4əsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2019-cu ildə vəfat etmiş əri-X14 mirası üzrə vərəsəlik işi sənədləşdirilmişdir. Mirasqoyanın miras əmlakına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən torpaq sahəsi daxildir. Göstərilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimatın” 7-ci bəndinə və “Notariat haqqında” AR Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq, X17 məxsus yuxarıda göstərilən torpaq sahəsinə dair Çıxarışın verilməsi xahiş olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli **********26 saylı daşınmaz əmlakın hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ərizəçiyə ünvanlanmış bildirişdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1465 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, torpaq sahəsinin nömrəsi X5 sxematik xəritəsində öz əksini tapmamışdır. Həmçinin təqdim edilmiş sənədlərdə qeyd olunan hüquq sahibinin adı ilə xx.xx.2023-cü il tarixli, 101 nömrəli notariat ofisinin məktubunda göstərilən miras qoyan hüquq sahibinin adı arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə, surəti təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində mövcud deyil. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd olunsa da faktiki olaraq 1138 kv.m təşkil edir.Yuxarıda sadalananlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Bakı şəhər XDS-nin İK-nin xx.xx.1990-cı il tarixli 6/265 saylı qərarından görünür ki, Ləiş 203 №li bağ-tikinti kooperativinin bağ sahəsi ayrılması nəzərdə tutulmuş üzvlərinin siyahısında üzvlərinin siyahısında X14 adı 40-cı sırada qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 56/339 nömrəli xx.xx.1988-ci il tarixli vəsiqəsindən görünür ki, X17 (rütbəsi polkovnik leytnant) xidmət ilinə görə Azərbaycan Respublikasının “Hərbi Qulluqçularının pensiya təminatı” qanununa əsasən pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 75 saylı MKİS-inin xx.xx.2023-cü il tarixli 269 nömrəli arayışından görünür ki, X27 M.Rüstəmov küçəsi 12 saylı evin 132-ci mənzilində qeydiyyatdadır. Göstərilən ünvan əvvəl Taqanroq küçəsi adlanmışdır.Hal-hazırda M.Rüstəmov küçəsidir. Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayonu İcra Hakimyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 75 saylı MKİS-inin xx.xx.2023-cü il tarixli 270 nömrəli arayışından görünür ki, M.Rüstəmov 12, mənzil 132-də yaşamış X14 xx.xx.2019cu il tarixli AZ İİ №018784 saylı ölüm haqqında şəhadətnaməyə əsasən vəfat etmişdir. Vəfat etdiyi günə kimi həmin ünvanda ailəsi ilə birgə yaşamışdır. Ədliyyə Nazirliyi Məhkəmə Qərarların İcrası Baş İdarəsinin xx.xx.2001-ci il tarixli 059 nömrəli vəsiqəsindən görünür ki, vəsiqəsahibi silahlı qüvvələr veteranı olduğu üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası Ərazisində qüvvədədir. İ-ЖГ seriyalı 313252 nömrəli nikah şəhadətnaməsindən görünür ki, X25 ilə X28 arasında xx.xx.1974-cü il tarixində nikah bağlanmışdır. xx.xx.2023-cü il tarixli, 2-1(112)-11568/2023 saylı sorğuya əsasən keçmiş Bakı şəhər XDS İk- nin iindiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarının 1-ci və sonuncu səhifələri və 203 №-li Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısının təsdiq edilmiş ksero surətləri göndərilmişdir. Vətəndaşlara bağ sahələrinə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********23 saylı məktubundan görünür ki, idarənin arxivində ВТК nəzdində Ləhiş bağ massivində 1465 saylı bağ sahəsinə dair order aşkar olunmamışdır. Vahid elektron kadastr baza məlumatlarında digər fiziki şəxsin müraciəti və qeydiyyatı barədə məlumat yoxdur. Bakı şəhəri, Sabunçu rayon, Ləhiş bağ massivində yerləşən 1465 saylı torpaq sahəsinin ortofoto görüntüsünü göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli **********34 saylı məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1465 saylı bağa dair arxiv qovluğunun təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1465 saylı bağa dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli nömrəli (qeydiyyat tarixi xx.xx.2009-cu il, qeydiyyat nömrəsi 110) çıxarışa əsasən ünvan 6 X12 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi **********) çıxarışa əsasən ünvan 6 X22 xüsusi mülkiyyətindədir. xx.xx.2011-ci il tarixli AN-İ seriyalı ******* nömrəli X23 və X34 arasınada bağlanmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, bağ AR ƏMDK DƏDRX Bakı Əİdən xx.xx.2010-cu il tarixdə 11/30430 № ilə verilmiş arayışa əsasən faktiki 0.1141 ha torpaq sahəsində yer üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. X6 bağ sahəsini alıcı X22 mülkiyyətinə vermişdir.Satıcı bağı 5500 manata satmışdır. ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin planının surəti məhkəməyə təqdim edimişdir. AN-İ seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli X9 və X23 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X9 ünvan 6ni alıcı X15 4000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2009, qeydiyyat nömrəsi **********13) çıxarışdan görünür ki, X9 ünvan 6ndə qeydiyyata alınmışdır. X10 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatının inkişafı Departamenti X10 və istismarı Birliyi 25004 saylı xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Birlik Sabunçu rayonunun Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 1465 №-li bağı X3 istifadəsinə vermişdir. Müqavilə 10 il müddətinə bağlanmışdır,xx.xx.2013-cü ilədək bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2009cu il tarixli 17144 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, sahəsi 1141.9 kv.m olan torpaq sahəsinin qiyməti 17356.88 azn-dır. X10 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış bağın icarəyə verilməsi haqqında 2500h nömrəli,xx.xx.1993-cu il tarixli müqavilədən görünür ki, Birlik Sabunçu rayonunun Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan bağı X3 istifadəsinə vermişdir. Müqavilə xx.xx.2003-cü ilədək bağlanmışdır. xx.xx.1993-cü il tarixli ərizədən görünür ki, Ləhiş sahəsinin Ramiz Mərdan oğlunun adına olan №1465 bağ sahəsini onun və ailəsinin razılığı ilə X3 adına keçirilməsi xahiş olunmuşdur. Ramiz Mərdan oğlunun xx.xx.1993-cü il tarixli 2768 nömrəli ərizəsindən görünür ki, Ləhiş bağ sahəsində 1465 №-li bağ sahəsini X31 verilməsinə etiraz etməmişdir. Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli **********31 saylı məktubunda bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1465 nömrəli bağ sahələrinə dair arxiv qovluğunun məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1465 saylı bağ sahəsinə dair arxiv qovluğu baxış keçirilməsi üçün nümayəndə vasitəsilə məhkəməyə təqdim ediləcəkdir. Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli **********11 saylı məktubunda bildirmişdir ki, 203 nömrəli Bağlar Tikinti Kooperativinə aid bağ sahələrinin bölgü sxeminin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğunun icrası ilə əlaqədar olaraq 203 nömrəli Bağlar Tikinti Kooperativinə aid bağ sahələrinin bölgü sxeminin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Sabunçu rayonu Ləhiş qəsəbəsində X3 25004 nömrəli müqavilə ilə müraciət edən 165 saylı bağ sahəsinin rəsmiləşdirilməsinə dair rəydən görünür ki, bağ sahəsi daş hasar içərisindədir.Bağda 1-ci tikintisi yarımçıq tikilmiş ev sanitar qovşaq sənədlə 0.12 ha, faktiki isə 0.1126 ha-dır. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İHB-nin A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyin 275 nömrəli xx.xx.2005-ci il tarixli arayışdan görünür ki, Hüseynov X1 9 saylı evdə yaşayır. Ev 4 otaqdan ibarətdir. Evin yaşayış sahəsi 62.2 kv.m-dır. 19 nömrəli arayışdan görünür ki, Ləhiş ərazisindən 25004 nömrəli müqavilə ilə 0.12 ha torpaq sahəsi olan 1465 nömrəli bağın icarədarı X35r. Həmin bağ X3 adına keçirilmişdir. Sənədlər baxılmasından ötrü Bakı Şəhər İcra Hakimiyyətinin komissiyasına göndərilmişdir. X10 və istismarı birliyinin məktubundan görünür ki, bağ sahəsinin ayrılması haqqındakı ərizəyə baxılmışdır, qeydiyyata qeydiyyata götürülmüşdür.Növbə qqydasına uyğun olaraq, bağ tikinti kooperativinin birində bağ sahəsi ilə təmin olunacaqdır. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İHB-nin A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyin 116 nömrəli xx.xx.1993-cü il tarixli arayışdan görünür ki, X4 16 saylı evdə yaşayır. 2 otaqdan ibarətdir, sahəsi 29 kv.m-dır. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-755/2024 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, Bakı şəhər X20 İcraiyyə Komitəsinin 6/265 saylı xx.xx.1990-ci il tarixli qərarı ilə təsdiq edilmiş 203 №-li Bağ Tikinti Kooperativinin üzvləri siyahısının 40-cı bəndinin və Bakı şəhər İcraiyyə Komitəsinin X10 və X21 bağlar sahəsindəki 203 №-li Kooperativinin 40№-li orderin xx.xx.1942-ci il tarixdə Azərbaycan, Tovuz rayonunda doğulmuş X17 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-755/2024 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli məktubunuzda 2(011)-755/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamənin qanuni qüvvəsini alıb-almaması barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir. 2(011 )-755/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir, qətnamə icraya yönəldilmişdir və hazırda icra mərhələsindədir. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-755/2024 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, Bakı şəhər X20 İcraiyyə Komitəsinin 6/265 nömrəli xx.xx.1990-cı il tarixli qərarı ilə təsdiq edilmiş 203№-li Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısının 40-cı bəndinin və Bakı şəhər İcraiyyə Komitəsinin X10 və X21 bağlar sahəsindəki 203№-li Kooperativinin 40№-li orderinin xx.xx.1942-ci il tarixdə Azərbaycan, Tovuz rayonunda doğulmuş X17 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli **********96 nömrəli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən BTK-lara ayrılan sahələrin dəqiq sərhədləri olmadığına görə(ayrıc yoxdur) qeyd olunan sualın cavablandırılması tərəfimizdən mümkün olmamışdır. Həmçinin 203 saylı ВТК sxemində 1465 saylı bağ nömrəsi aşkar edilməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-1945/2025 saylı məktubdan görünür ki, torpaq sahəsinə dair koordinatlar qeyd olunmuş sxem və ortofoto görüntüsü göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaçı ilə torpaq sahəsinin üst-üstə düşmədiyini, aralarında hər hansı bir mübahisə olmadığını, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsindan: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. X44 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X44 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı X20 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/265 saylı qərarına əsasən X17 Ləiş bağ massivi 203 №-li BTK nəzdində bağ sahəsinin ayrılması qərara alınmış, Bakı Şəhər İcraiyyə Komitəsinin X10 və X33 bağlar sahəsindəki 203 №-li kooperativ tərəfindən təqdim edilmiş 40 nömrəli orderi ilə ona Ləhiş bağlar sahəsində 203 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1465 №-li bağ ayrılmışdır. X14 istifadəsinə verilmiş torpaq sahəsinə dair qərar qüvvədədir, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə 1465 saylı bağın sahəsinin ölçüsü 0,12 ha olaraq qeyd olunsa da, faktiki ölçüsü 1138 kv.metr təşkil edir. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan faktiki 1138 kv.metr torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən bildirilən nömrənin təkrarlanması barədə dəlil iddiaçının hüquqlarının qeydiyyatından və məxsusluq barədə arayışın tərtib edilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, üçüncü şəxslə iddiaçının torpağı üst-üstə düşmür, torpaq sahəsi iddiaçının istifadəsindədir, hər hansı bir mübahisə mövcud deyildir. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 1138 kv.metr 1465 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X17 məxsus olması barədə arayış verilməlidir. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mərhum ərinin qanunla müəyyən edilmiş mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki ölçüsü 1138 kv.metr olan 1465 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X14 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar