Məhkəmə qərarları › İş №2-1(112)-3010/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3010/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3010/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsinə dair cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə məcburi öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 mart 2022-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanuni əsaslar üzrə əldə etdiyi və uzun illər mülkiyyətçi kimi faktiki sahiblik və istifadə etdiyi ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 246,60 kv.metrdən ibarət olan 23 №-li mağazanın (qeyri-yaşayış binasının) daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyata alınmasını və iddiaçıya həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsini xahiş etmişdir. Sözügedən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas olan 25 noyabr 1997-ci il tarixli, 314-1/63 №-li "Alqı-satqı" müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti ərizəyə əlavə olunmuşdur. Həmin müqavilə Bakı şəhəri 8 saylı dövlət notariat kontorunda bağlanılmışdır. İddiaçı bu müqavilə üzrə alıcı qismində iştirak etmişdir. Onun müraciəti ilə bağlı cavabdehin yazdığı 28 aprel 2022-ci il tarixli, **********01 nömrəli məktubda ərizənin icrasının mümkün olmadığı bildirilir. Cavabdeh bunun səbəbini sözügedən qeyri-yaşayış sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması ilə izah etmişdir. İddiaçı isə cavabdehə 20 may 2022-ci il tarixli ərizə ilə müraciət edərək idarənin mütəxəssislərinə hər cür şərait yaratmağa hazır olduğu və onları obyektə dəvət etdiyini bildirmişdir. Əlaqə yaratmaq üçün istifadə etdiyi mobil telefon nömrələri ərizədə göstərilmişdir. Bu müraciətdən sonra həmin idarənin mütəxəssisləri tərəfindən obyektə texniki baxış keçirilmiş, lakin inventarlaşdırma işləri aparılmamışdır. Cavabdehin iddiaçının hüquqi ünvanına göndərdiyi 17 iyun 2022-ci il tarixli, **********4 nömrəli məktubda inventarlaşdırma işlərinin aparılmasının mümkünsüzlüyü sözügedən qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması ilə əlaqələndirilir. Halbuki,həmin sənəd ərizə ilə birikdə cavabdehə göndərilmişdir. Buna baxmayaraq, cavabdehin tələb etdiyi hüquqmüəyyənedici sənəd iddiaçı tərəfindən (25 noyabr 1997- ci il tarixli, 314-1/63 nömrəli "Alqı-satqı" müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti) 29 iyun 2022-ci il tarixli müşayətedici məktubla təkrarən ona göndərilmişdir. Bundan sonra cavabdeh iddiaçının ərizəsi ilə bağlı heç bir inzibati akt qəbul etməmiş, həmçinin inzibati aktın qəbul edilməsindən rəsmən imtina etməmişdir. Cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının mülkiyyət hüquqları və qanuni maraqları pozulmuşdur. Aşağıdakı istinadlara və izahlara görə iddiaçı cavabdehin hərəkətsizliyini tamamilə qanunsuz və əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3010/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə yerində müayinə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək Bakı şəhəri 8 saylı dövlət notariat ofisində 25 noyabr 1997-ci il tarixdə 3 M-1/63 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 246,60 kv.metrdən ibarət olan 23 №-li mağazanın (qeyri-yaşayış binasının) İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3010/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək notariat qaydasında təsdiq edilmiş 25 noyabr 1997-ci il tarixli, 314-1/63 nömrəli “Alqı-satqı” müqaviləsi əsasında əldə etdiyi ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 246,60 kv.metrdən ibarət olan 23 №-li mağaza (qeyri-yaşayış binası) üzərində onun mülkiyyət hüququnun tanınması, iddia etdiyi qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyata alınmasına dair cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə məcburi öhdəlik qoyulması, ona həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsinə dair cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** saylı ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, müvafiq qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə İdarədə məlumat aşkar edilməmişdir. Koordinatlarla göstərilən ərazinin bir hissəsi ilə bağlı dövlət əmlakı kimi Dostluq marketinin yerləşdiyi torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının xx.xx.2022-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət məktubu: - iddiaçı cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli məktub ilə təkrar müraciət məktubu: - Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli imtina məktubu: - Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli etiraz məktubu; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli müşayət məktubu ; - Bakı şəhəri 8 saylı dövlət notariat ofisində 25 noyabr 1997-ci il tarixdə 3 M-1/63 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyat İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasport; - "xxxx" Kiçik Müəssisəsinin adına 6094 nömrəli xx.xx.1994-cü il tarixli “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında” şəhadətnamənin surəti;

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və iş üzrə icraat materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, mülkiyyətçi kimi faktiki sahiblik və istifadə etdiyi ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 246,60 kv.metrdən ibarət olan 23 nömrəli mağazanın (qeyri-yaşayış binasının) daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyata alınmasını və həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli məktub ilə təkrar müraciət edərək, cavabdeh idarənin mütəxəssisləri tərəfindən həmin qeyri-yaşayış sahəsinə texniki baxış keçirildiyini və məsələnin hüquqi həllində onun (iddiaçının) iştirakı tələb olunarsa, ərizədə qeyd etdiyi mobil telefon nömrələri vasitəsilə əlaqə yaradılmasını xahiş etmişdir. Cavabdeh inzibati icraat zamanı iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, idarədə mövcud olan arxiv məlumatlarına əsasən qeyd olunan qeyri-yaşayış sahəsi barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə olaraq sözügedən yaşayış sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-13258/2022 saylı inzibati iş mövcuddur, lakin yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Cavabdeh sonradan məhkəmə icraatında iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etiraz məktubunda isə qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə idarədə məlumat aşkar edilməmişdir. Koordinatlarla göstərilən ərazinin bir hissəsi ilə bağlı dövlət əmlakı kimi Dostluq marketinin yerləşdiyi torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə Bakı şəhəri 8 saylı dövlət notariat ofisində 25 noyabr 1997-ci il tarixdə 3 M- 1/63 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.1997-ci il tarixli mağazanın alqı-satqı müqaviləsinə əsasən "xxxx" şəxsi k/m-nin təsisçisi X4 ona məxsus olan ünvan 2, 23 nömrəli ünvanda yerləşən 246,60 kv m olan mağazanı vətəndaş İddiaçı satmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyat İdarəsi tərəfindən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 23 ünvanında yerləşən "xxxx" K/M məxsus olan 1 mərtəbəli, 246,60 kv metr olan qeyri yaşayış sahəsinin 1997-ci il tarixdə “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” Texniki Pasportu tərtib edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 1341 saylı xx.xx.1993-cü tarixli Sərəncamı ilə, “Dalğa” kooperativi Lök-Batan qəsəbə Sovetinin nəzdindən çıxarılmış və "xxxx" şəxsi kiçik müəssisə kimi adlandırılmışdır. Kooperativin balansında olan yardımçı təsərrüfat və əsas vəsaitlər "xxxx" şəxsi kiçik müəssisinin balansına keçirilmişdir. İş materiallarından görünür ki, "xxxx" Kiçik Müəssisəsinin adına 6094 nömrəli xx.xx.1994-cü il tarixli “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında” şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. "xxxx" X1 əsasən Müəssisəsinin ünvanı ünvan 6ir. İş materiallarında olan, məhkəmənin müvafiq sorğusuna cavab olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mağaza) dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisəli qeyri-yaşayış sahəsinə (mağazaya) yerli baxış keçirilmiş, yerində müayinə zamanı həmin qeyri-yaşayış sahəsinin müstəqil tikili olduğu və həmin qeyri-yaşayış sahəsinin adının iddiaçı tərəfindən qoyulduğu və əvvəllər “Dostluq market” daha sonra “Qardaşlar market” olaraq dəyişdirildiyi müəyyən edilmişdir. xx.xx.2023-cü tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi tələblərinin torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması olmadığını bildirmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmasının mübahisəsiz olduğunu, tələbin yalnız notarial qaydada bağlanılmış müqaviləyə uyğun olaraq qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından ibarət olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Dövlət Notariat arxivdən təqdim edilən (sənədlərdən) 3 M-1/63 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin arxiv nüsxəsindən məlum olur ki, iddiaçı qeyd olunan əmlakı tam qanunvericiliyə uyğun olaraq əldə etmişdir, bu isə həmin əmlaka dair mülkiyyət hüququna dair sənədin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci madddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Mülki Məcəllənin 146.8-cı maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Göründüyü kimi 8 saylı dövlət notariat ofisində 25 noyabr 1997-ci il tarixdə 3 M-1/63 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. "xxxx" şəxsi k/m-nin təsisçisi X4 ona məxsus olan ünvan 2, 23 nömrəli ünvanda yerləşən 246,60 kv m olan mağazanı vətəndaş İddiaçı satması xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən notarial qaydada rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Göründüyü kimi, Mülki Məcəllə artıq birbaşa subyektin vəziyyətinin pisləşdiyi halında qanunun geriyə qüvvəsi şamil edilə bilməz kimi imperativ norma qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə müvafiq olaraq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib- göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmin Qanunun 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Vətəndaşdan bilmədiyi qaydaya riayət edilməsini tələb etmək olmaz. Bu prinsip hüquq münasibətlərinin subyektləri arasındakı münasibətlərin sabitliyini və hüquq qaydasının möhkəmliyini qoruyur. Prinsipin əksini qəbul etmək, həmin normativ hüquqi akta tabe olanların hafizəsində onun nüfuzunu sarsıtmaq demək olardı. 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir. Həmin Məcllənin 228-ci madəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, o normaların geriyə qüvvəsi vardır ki, onlar şəxsin qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etsin, başqa sözlə hüquqi vəziyyətini yaxşılaşdırsın. Məhkəmə qeyd edir ki, ünvan 2, 23 nömrəli ünvanda yerləşən 246,60 kv m olan mağazanı vətəndaş İddiaçı satmasına dair alqı-satqı müqaviləsi xx.xx.1997-ci il təsdiq edilmişdir. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Beləliklə, mübahisəli qeyri-yaşayış sahəsinə dair hüquq münasibətləri 1997-ci il tarixdə yarandığından, hazırkı mübahisə üzrə xx.xx.2001-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilənin bağlanıldığı dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, münasibətlər rəsmiləşdirilərkən, yəni 1997-ci il tarixində qüvvədə olan Mülki Məcəllədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinin yol verilməməsi və bu cür əmlak barəsində bağlanmış müqavilələrin etibarsız sayılmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin koordinatlarla göstərilən ərazinin bir hissəsi ilə bağlı dövlət əmlakı kimi Dostluq marketinin yerləşdiyi torpaq sahəsi barədə elektron kadastr bazasında məlumatın mövcud olması ilə bağlı imtina dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdehin imtinasında göstərdiyi hal daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin deyil, həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində (notarial qaydada bağlanılmış müqaviləyə uyğun olaraq) iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, hüquqların qeydə alınmasının tələb edildiyi qeyri-yaşayış sahəsinin adı əvvəllər “Dostluq market” daha sonra da “Qardaşlar market” olaraq dəyişdirilmiş və iddiaçının istifadəsində olmuşdur. 28 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi qüvvəyə mindiyi gündən «Azərbaycan SSR Mülki Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Sovet Sosialist Respublikasının 1964cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1964-cü il, № 26, maddə 121) qüvvədən düşmüş hesab edilmişdir. 26 may 2000-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvəyə minmə müddətlərinin dəyişdirilməsi haqqında Azərbaycan Respublİkasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmişdir. Beləliklə də, hazırkı halda müqavilə bağlanarkən qüvvədə olan qanunvericilik normaları tətbiq edilməli olduğundan və həmin vaxt qüvvədə olan qanunvericilikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilməməsi və bu cür əmlak barəsində bağlanmış müqavilələrin etibarsız sayılmasına dair müddəa nəzərədə tutulmadığından, həmçinin sonrakı qəbul edilmiş normativ hüquqi akt şəxsin vəziyyətini pisləşdirdiyindən və onun tətbiq edilməsi yolverilməz olduğundan, eyni zamanda qüvvədə olan müvafiq qanunvericilikdə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan iddiaçını tələbi təmin edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (maddə 8.0.2) qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindənkeçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; (maddə 8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; (maddə 8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (maddə 8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (maddə 8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); (maddə 8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - (maddə 8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (maddə 8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; (-)... Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Beləliklə, yuxarıda istinad olunan normaların tələbləri baxımından və qeyd olunan səbəblərdən iddiaçının əldə etdiyi əmlak üzərində hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması və iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun, 8.0.1 və 8.0.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul edilmiş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair notariat tərəfindən imzalanmış və təsdiq edilmiş müqavilə məhkəmə və ya hər hansı bir səlahiyyətli dövlət orqanı tərəfindən ləğv edilməmiş, hazırda qüvvədədir, cavabdehin isə həmin müqaviləni təftiş etməyə və yaxud onu şübhə altına almağa səlahiyyəti yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdehin imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 8 saylı dövlət notariat ofisində 25 noyabr 1997-ci il tarixdə 3 M-1/63 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 246,60 kv.metrdən ibarət olan 23 №-li mağazanın (qeyri-yaşayış binasının) İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri 8 saylı dövlət notariat ofisində 25 noyabr 1997-ci il tarixdə 3 M-1/63 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 246,60 kv.metrdən ibarət olan 23 №-li mağazanın (qeyriyaşayış binasının) İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar