Məhkəmə qərarları › İş №2-1(112)-3011/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3011/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3011/2021 19.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Noda kənd ərazi icra nümayəndəsi kimi sentyabr 2007-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 1725 manat kompensasiya və mart 2008-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2515 manat sonuncu haqqhesab pul ödənişlərini nəzərə almaqla dövlət qulluğu üzrə pensiyasının yenidən hesablanması, fərqin pensiya hüququnun yarandığı gündən birdəfəlik ödənilməsi haqqında öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Noda kənd ərazi icra nümayəndəsi kimi sentyabr 2007-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 1725 manat kompensasiya və mart 2008-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2515 manat sonuncu haqq-hesab pul ödənişlərini Azərbaycan Respublikası Prezidentinin 2005ci il 7 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyalarının yenidən hesablanması Qaydaları”na müvafiq olaraq dövlət məvacibindəki sonrakı artımlar nəzərə alınmaqla dövlət qulluğu üzrə pensiyasının yenidən hesablanması, fərqin pensiya hüququnun yarandığı gündən birdəfəlik ödənilməsi haqqında öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 31 ildən artıq ictimai əmək fəaliyyəti ilə məşğul olmuşdur. Müxtəlif dövlət orqanlarında, o cümlədən 06 noyabr 1975-ci ildən 24 noyabr 1991-ci ilədək keçmiş Noda kənd XDS icraiyyə komitəsinin sədri, 24 noyabr 1991-ci ildən 23 iyul 2007-ci ilədək Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Lerik Rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2007-ci il tarixli 57 nömrəli əmri ilə həmin tarixdən axırıncı haqq-hesab ödənilməsi şərti ilə Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsindən azad edilmişdir. 01 avqust 2007-ci il tarixdən o, kənd ərazi icra nümayəndəsi vəzifəsi üzrə dövlət qulluqçusu kimi pensiya alır. O, 1991-2007-ci illərdə Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən məzuniyyət hüququndan istifadə etməmişdir. Ona işlədiyi dövlət orqanı - Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 1991-2007-ci iş illərinin istifadə etmədiyi əmək məzuniyyətlərinə görə iyul 2007ci ildə 1725 manat kompensasiya və 2515 manat sonuncu haqq-hesab hesablanmışdır. Lakin Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2007-ci il xərclər smetasının müvafiq xərc yarımmaddəsində həmin məbləğdə vəsait olmadığından işdən azad olunduğu gün, yəni 23 iyul 2007-ci ildə və həmin ilin iyul ayı ərzində ödənilməmişdir. Noda kənd ərazi icra nümayəndəsi vəzifəsində işləyərkən istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona 1725 manat kompensasiya sentyabr 2007-ci ildə ödənilmişdir. Sentyabr 2007-ci ildə ona ödənilən 1725 manat kompensasiyaya görə 431,25 manat məcbüri sosial sığorta haqqı tutulmuş və DSMF-na onun məcburi sığorta hesabına (uçot nömrəsi: 5600014, SUN **********409) köçürülmüşdür. 2515 manat sonuncu haqq-hesab isə işlədiyi dövlət orqanı - Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ona 2008-ci maliyyə ilində ödənilmişdir. Belə ki, 12 mart 2008-ci ildə 2525 manat sonuncu haqq-hesab hesablanmış, həmin vəsaitdən 460 manat gəlir vergisi, 75 manat Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi sosial sığorta ödənişi olmaqla 535 manat tutulmuş, 1980 manat ona ödənilmişdir. Əlavə olaraq dövlət orqanı - Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ona ödənilən 2515 manat son haqq-hesaba görə 22 faiz və əlavə 3 faiz olmaqla 629 manat məcburi sosial sığorta haqqı hesablanaraq onun DSMF-na məcburi sığorta hesabına (uçot nömrəsi: 5600014, SUN **********409) köçürülmüşdür. Lakin DSMF-nin Lerik rayon şöbəsi ona 01 avqust 2007-ci ildə kənd ərazi icra nümayəndəsi vəzifəsi üzrə son 24 ayın əmək haqları və digər pul ödənişləri əsas götürülməklə dövlət qulluqçusu kimi pensiya təyin edərkən və sonrakı illərdə vəzifə maaşları artımı ilə əlaqədar yenidən hesablanarkən Noda kənd ərazi icra nümayəndəsi vəzifəsində işlədiyi illər üçün sentyabr 2007-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 1725 manat kompensasiya və mart 2008-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2515 manat sonuncu haqq- hesab pul ödənişlərini nəzərə almayaraq dövlət məvacibinə daxil etməmişdir və onun pensiyasını düzgün hesablamamış və ödəməmişdir. O, bununla əlaqədar dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə müraciət etmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsi qanuni tələblərini yerinə yetirməkdən imtina edərək onun pensiyasının düzgün hesablandığını bildirmişdir. 01 yanvar 2019-cu ildən dövlət qulluqçularının pensiyasının hesablanması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. Buna görə də, o, cavabdeh inzibati orqana 16 sentyabr 2020-ci ildə müraciət edərək kənd ərazi icra nümayəndəsi kimi istifadə edilməmiş məzuniyyətlərinə görə ona ödənilən və məcburi sosial sığortaya cəlb edilən 1725 manat kompensasiya və 2515 manat sonuncu haqqhesab ödənişlərini nəzərə almaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan onun müraciətindən 60 gündən artıq vaxt keçməsinə baxmayaraq, ona rəsmi cavab verməmişdir. O, cavabdeh inzibati orqanın bu hərəkətsizliyini qanuni tələblərini icra etməkdən imtina kimi qəbul edir. O, hesab edir ki, cavabdeh inzibati orqanın üzərinə kənd ərazi icra nümayəndəsi kimi istifadə edilməmiş məzuniyyətlərinə görə ona ödənilən və məcburi sosial sığortaya cəlb edilən 1725 manat kompensasiya və 2515 manat sonuncu haqq-hesab ödənişləri nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyi qoyulmalıdır. O, 06 noyabr 1975-ci ildən 24 noyabr 1991-ci ilədək keçmiş Noda kənd XDS icraiyyə komitəsinin sədri, 24 noyabr 1991-ci ildən 23 iyul 2007-ci ilədək Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Lerik Rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2007-ci il tarixli 57 nömrəli əmri ilə həmin tarixdən axırıncı haqq-hesab ödənilməsi şərti ilə Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. 01 avqust 2007-ci il tarixdən kənd ərazi icra nümayəndəsi vəzifəsi üzrə dövlət qulluqçusu kimi pensiya alır. O, 1991-2007-ci illərdə Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən məzuniyyət hüququndan istifadə etməmişdir. Ona işlədiyi dövlət orqanı Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 1991-2007-ci iş illərinin istifadə etmədiyi əmək məzuniyyətlərinə görə iyul 2007ci ildə 1725 manat kompensasiya və 2515 manat sonuncu haqq-hesab hesablanmışdır. Lakin Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2007-ci il xərclər smetasının müvafiq xərc yarımmaddəsində həmin məbləğdə vəsait olmadığından işdən azad olunduğu gün, yəni 23 iyul 2007-ci ildə və həmin ilin iyul ayı ərzində ödənilməmişdir. Noda kənd ərazi icra nümayəndəsi vəzifəsində işləyərkən istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona 1725 manat kompensasiya sentyabr 2007-ci ildə ödənilmişdir. Sentyabr 2007-ci ildə ona ödənilən 1725 manat kompensasiya görə 431,25 manat məcbüri sosial sığorta haqqı tutulmuş və DSMF-na onun məcburi sığorta hesabına (DSMF-də uçot nömrəsi: 5600014, SUN **********409) köçürülmüşdür. 2515 manat sonuncu haqq-hesab isə işlədiyi dövlət orqanı - Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ona 2008-ci maliyyə ilində ödənilmişdir. Belə ki, 12 mart 2008-ci ildə 2525 manat sonuncu haqq-hesab hesablanmış, həmin vəsaitdən 460 manat gəlir vergisi, 75 manat Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi sosial sığorta ödənişi olmaqla 535 manat tutulmuş, 1980 manat ona ödənilmişdir. Əlavə olaraq dövlət orqanı Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ona ödənilən 2515 manat son haqq-hesaba görə 22 faiz və əlavə 3 faiz olmaqla 629 manat məcburi sosial sığorta haqqı hesablanaraq onun DSMF-na məcburi sığorta hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyalarının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın tələblərinə görə 01 yanvar 2019-cu ilədək vətəndaşlara, o cümlədən dövlət qulluqçularına pensiya təyinatını həyata keçirən DSMF-nin yerli Lerik rayon şöbəsi ona 01 avqust 2007-ci ildə kənd ərazi icra nümayəndəsi vəzifəsi üzrə son 24 ayın əmək haqları və digər pul ödənişləri əsas götürülməklə dövlət qulluqçusu kimi pensiya təyin edərkən və sonrakı illərdə vəzifə maaşları artımı ilə əlaqədar yenidən hesablanarkən Noda kənd ərazi icra nümayəndəsi vəzifəsində işlədiyi 1991-2007-ci illər üçün sentyabr 2007-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 1725 manat kompensasiya və mart 2008-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2515 manat sonuncu haqq-hesab pul ödənişlərini nəzərə almaqla ona dövlət qulluqçusu kimi pensiya hesablamalı və ödəməli idi. Lakin DSMF-nin yerli bölməsi sentyabr 2007-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 1725 manat kompensasiya və mart 2008-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2515 manat sonuncu haqq-hesab pul ödənişlərini nəzərə almayaraq dövlət məvacibinə daxil etməmişdir və onun pensiyasını düzgün hesablamamış və ödəməmişdir. Beləliklə, təqdim olunmuş əmək kitabçasının təsdiq olunmuş surətinin 1ci və 2-ci qeydlərindən görünür ki, o, 06 noyabr 1975-ci ildən 24 noyabr 1991-ci ilədək keçmiş Noda kənd XDS icraiyyə komitəsinin sədri, 24 noyabr 1991-ci ilədən 23 iyul 2007ci ilədək Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Lerik Rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2007ci il tarixli 57 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, o, 23 iyul 2007-ci il tarixdən axırıncı haqq- hesab ödənilməsi şərti ilə Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsindən azad edilmişdir. DSMF-nin Lerik rayon filialının 09 sentyabr 2020-ci il tarixli **********7 nömrəli arayışından görünür ki, o, 01 avqust 2007-ci ildən halhazıradək dövlət qulluqçusu kimi pensiya alır və aylıq pensiyası hal-hazırda 937,92 manat təşkil edir. Lerik rayon dövlət arxivinin 09 sentyabr 2020-ci il tarixli 93 saylı arayışından görünür ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ona mart 2008-ci ildə 2515 manat axırıncı haqq-hesab ödənilmişdir. Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 mart 2008-ci ildə tərtib edilmiş ödəniş cədvəllərindən görünür ki, sabiq Noda kənd ərazi icra nümayəndəsi kimi ona 2525 manat sonuncu haqq-hesab hesablanmış, həmin vəsaitdən 460 manat gəlir vergisi, 75 manat Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi sosial sığorta ödənişi olmaqla 535 manat tutulmuş, 1980 manat ona ödənilmişdir. Dövlət Sosial Sığorta Şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, DSMF-da **********409 nömrəli fərdi uçot nömrəsi (SSN) ona məxsusdur. Dövlət Sosial Müdafiə Fondunun Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında 2006-2008-ci illər üzrə məlumat cədvəllərindən görünür ki, 1991-2007-ci illərdə işlədiyi dövlət orqanı - Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən sentyabr 2007-ci ildə ona ödənilən 1725 manat kompensasiya görə 431,25 manat məcbüri sosial sığorta haqqı tutulmuş və DSMF-na onun məcburi sığorta hesabına (DSMF-də uçot nömrəsi: 5600014, SUN nömrəsi **********409) köçürülmüşdür. Əlavə olaraq işlədiyi dövlət orqanı - Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən mart 2008-ci ildə 2525 manat sonuncu haqq-hesab hesablanmış, həmin vəsaitdən 629 manat məcburi sosial sığorta haqqı hesablanaraq onun DSMF-na məcburi sığorta hesabına (DSMF-də uçot nömrəsi:5600014, SUN **********409) köçürülmüşdür. Azərpoçt MMC-nin Lerik filialının 16 sentyabr 2020-ci il tarixli ********* nömrəli qəbzindən görünür ki, o, cavabdeh inzibati orqana - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (idarəsinə) müraciət edərək sentyabr 2007-də ildə ona ödənilən 1725 manat kompensasiya və mart 2008-ci ildə ona ödənilən 2515 manat sonuncu haqq-hesab nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin rəsmi müraciətindən 60 gündən artıq vaxt keçməsinə baxmayaraq inzibati orqan tərəfindən ona cavab verilməmişdir. Cavabdehin hərəkətsizliyindən də görünür ki, o, onun qanuni tələblərimi icra etməkdən, Noda kənd ərazi icra nümayəndəsi kimi sentyabr 2007-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 1725 manat kompensasiya və mart 2008-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2515 manat sonuncu haqq-hesab pul ödənişlərini nəzərə almaqla dövlət qulluqçusu pensiyasını yenidən hesablamaqdan imtina edir və onun sosial təminat hüququnu pozur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respubliksaı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 fevral 2019-cu il tarixli **********2 saylı əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və Bakı şəhəri İdarəsi haqqında əsasnamələri təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddia tələbi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. İddia tələbində qeyd edilən son haqq-hesabla bağlı pensiyanın yenidən hesablanması ilə bağlı bildirir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uğun olaraq 01.08.2007-ci il tarixdən son 24 ayın əmək haqqına uyğun olaraq dövlət qulluğu pensiyası təyin edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliində DSMF-nin Lerik rayon filialının 09.09.2020-ci il tarixli **********7 saylı arayışından görünür ki, Günəşli kənd sakini İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF PHŞ Lerik rayon filialından yaşa gorə dövlət qulluqçusu kimi pensiya alır. Hazırda aylıq pensiya məbləği 937,92 manatdır (şəxsi hesab № 580184). İş materiallarında olan İddiaçı məxsus pensiya işində (№ 580184) olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 24.08.2007-ci il tarixli Qərarına əsasən İddiaçı 01.08.2007-ci il tarixdən yaşa görə dövlət qulluqçusu kimi ömürlük əmək pensiyası təyin edilmişdir və pensiya 01.08.2007-ci il tarixdən son 24 ayın əmək haqqından hesablanır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş (Əlavə 1) «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın: 2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır; 3-cü maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş (Əlavə 2) «Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları»nın: 2-ci maddəsinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır; 3-cü maddəsinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı»na əsasən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclərə aid edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya 01.08.2007-ci il tarixdən yaşa görə dövlət qulluqçusu kimi ömürlük əmək pensiyası təyin edilmişdir və pensiya 01.08.2007-ci il tarixdən son 24 ayın əmək haqqından hesablanır. Hazırda iddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə sentyabr 2007-ci ildə ona ödənilmiş 1725 manat kompensasiya və son haqq-hesab olaraq mart 2008-ci ildə ona ödənilmiş 2515 manat məbləğində vəsaitin nəzərə alınmaqla dövlət qulluğu üzrə pensiyasının yenidən hesablanmasını və fərqin pensiya hüququnun yarandığı gündən birdəfəlik ödənilməsini tələb edir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı»ndan da görünür ki, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclərə aid edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya dövlət qulluqçusu kimi pensiya 01.08.2007-ci il tarixdən son 24 ayın əmək haqqından hesablanmışdır və artımlar nəzərə alınmaqla pensiya məbləği yenidən hesablanır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar