Məhkəmə qərarları › İş №2-1(112)-3011/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3011/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3011/2025 19.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlillik qiymətləndirilməsinin həyata keçirilib təkrarən 2-ci qrup əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü ildə doğulmuşdur. O, xx.xx.2002-ci ildən xx.xx.2018-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş ehtiyatda olan mayordur. Həbi xidmətdə olduğu dövrdə xx.xx.2017-ci il tarixdə saat 20:10-da Qusar rayonu, X6 gecə döyüş atışı keçirərkən ayağı səngərə düşüb başı daşa dəyərək “qapalı kəllə-beyin travması, sağ gicgah və ənsə nahiyəsinin küt travması” xəsarətini almışdır. Aldığı xəsarətlər ilə əlaqədar olaraq huşunu itirmiş, ilk tibbi yardım olduqdan sonra ixtisaslı müayinə və müalicə olunması üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir. xx.xx.2017-xx.xx.2017-ci ilədək “qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2017-xx.xx.2017-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında Şəhadətləndirilərək xəstəliklər cədvəlinin 23b maddəsinin 3-cü hissəsinə əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. xx.xx.2018-ci il tarixdə xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, xx.xx.2019-xx.xx.2019-cu illərdə M.Ə.Əfəndiyev adına şəhər kliniki xəstəxanasında, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 5 saylı şəhər kliniki xəstəxanasında, xx.xx.2021xx.xx.2021-ci illərdə 2 nömrəli kliniki psixiatriya xəstəxanasında, xx.xx.2022-xx.xx.2022, xx.xx.2023-xx.xx.2023-ci illərdə M.Ə.Əfəndiyev adına şəhər kliniki xəstəxanasında, xx.xx.2023-xx.xx.2023-cü illərdə 2 nömrəli kliniki psixiatriya xəstəxanasında, xx.xx.2024xx.xx.2024-cü illərdə 2 nömrəli kliniki psixiatriya xəstəxanasında, xx.xx.2024-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli, 3775 №-li xəstəlik haqqında şəhadətnaməyə əsasən Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi ilə şəhadətləndirilmişdir. Cavabdeh orqan tərəfindən iddaçıya xx.xx.2019-cu il tarixdə 5 illik müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin əlillik səbəbi kimi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik göstərilmiş, diaqnoz hissəsində isə keçirilmiş qapalı kəllə beyin travması baş beyinin silkələnməsinin davamlı qalıq əlamətləri, baş beyin funksiyasının mühüm dərəcədə pozulması ilə sağ tərəfli piramid çatışmazlığı, sol tərəfli parez əlamətləri ilə, qıcolma tutmalarla (ayda 7-8 dəfə) və vegetativ damar davamsızlığı ilə nəticələnən post travmatik enesefalopatiya 3-cü mərhələ. OU hipertonik angiopatiya. Diskogen mənşəli sağ tərəfli Sİ radikulopatiya. NSD kardial və hipertonik tipli” kimi göstərilmişdir. Həmin əlillik müddəti bitdikdən sonra iddiaçı yuxarıda göstərilən tarixlərdə müalicə və müayinə olunduqdan sonra təkrar əlillik təyinatı aparılması üçün qeydiyyatda olduğu polikinika vasitəsi ilə forma 88 göndərmişdir. Həmin forma 88 əsasında iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh orqan tərəfindən əyani müayinə olunmuş və ona əlillik təyinatından imtina edilmişdir. İmtinanın səbəbi kimi diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Halbuki əlilliyin təyin olunması meyarlarına əsasən iddiaçıya qoyulmuş diaqnozlar T90.5, G40.3, G45, G93.2 olaraq qeyd olunmuşdur. Həmçinin həmin göndərişdə F07.0, F07.8 qruplaşdırılması da həyata keçirilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 3775 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2017), baş beyin silkələnməsinin sağ tərəfli piramid çatışmazlığı və tez-tez təkrarlanan epileptik tutmalarla təzahür edən posttravmatik ensefalopatiya ilə olan nəticəsi. Orta (mülayim) dərəcədə dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntusu, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə. Alnın sağ yarısının dəri çapığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təxminən 2017-ci ildən başlamış qıcolma tutmalarından şikayətlənmişdir. Medikamentoz preparatlardan Depakin qəbul etdiyini söyləmişdir. Tutmalarının ayda 1-3 dəfə baş verdiyini, ayıldıqdan sonra halsızlıq hiss etdiyini bildirmişdir. Ailəli olmadığını, nişanlanıb sonradan ayrıldığını, hal-hazırda heç yerdə işləmədiyini söyləmişdir. Müayinə zamanı alının sağ tərəfində sümükdə zədə əllənmişdir. Nevroloji müayinə zamanı EEQ dalğalar və təqdim edilmiş tutma videosu epitutmalara xarakterik olmamışdır. Xəstə Depakin qəbul etdiyini qeyd edir Psixi status: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuşdur. Ünsiyyətə həvəslə daxil olmuş, psixiatrik şikayətlər bildirməmişdir. Emosional labil, intellektualmnestik funksiyaları yaşına və təhsilinə uyğun izlənmişdir. Tənqidi qorunmuşdur. X7 xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Beyinin biopotensialların əsasən sol hemisferada artması, paroksizmlərə (müvafik şikayətlərini nəzərə alaraq, qıcolma həddinin enməsi) meyilliyi” kimi qeyd edilmişdir. 2 nömrəli X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Baş beyin üzvi xəstəliyi, hərbi əməliyyatlar zamanı KBT nəticəsində şəxsiyyət pozuntuları, koqnitiv pozuntular və tez-tez daxilolmalarla qıcolma tutmaları ilə (ayda 4 dəfə)” kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış QKBT) şəxsiyyət pozuntusu, davranış pozuntusu, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları” kimi qeyd edilmişdir. X7 xx.xx.2024-xx.xx.2024-cü tarixli Çıxarışında diaqnoz “Xroniki postravmatik baş ağrıları, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsi. Postravmatik ensefalopatiya, kəllədaxili hipertenziya. Epilepsiya, tez-tez təkrar olunan qıcolma tutmalarla. Üzvi mənşəli (QKBT) şəxsiyyətin davranış pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, anamnezində qıcolma tutmaları” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı onun barəsində əlverişli inzibati aktın qəbul edilməsi üçün qaldırdığı bu iddia məcburetmə haqqında iddia olmaqla inzibati mübahisədir. İddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddiaçı xx.xx.2024-cü il tarixli qərarla onun əlilliyinin müəyyən edilməsindən imtina edildikdən sonra hazırkı iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan 3775 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya T90.5. G 40.3. G93.2. Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2017), baş beyin silkələnməsinin sağ tərəfli piramid çatışmazlığı və tez-tez təkrarlanan epileptik tutmalarla təzahür edən posttravmatik ensefalopatiya ilə olan nəticəsi, F 07.0 Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntusu, koqnitiv funskiyaların enməsi və anamnezindəqıcolma tutmaları ilə. Alının sağ yarısının dəri çapığı diaqnozu qoyulmuş, hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddiaçıya “Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2017) baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Baş beyin funksiyasının mühüm dərəcədə pozulması ilə, sağ tərəfli piramid çatmamazlığı. sol tərəfli parez əlamətləri ilə, qıcolma tutmalarla (ayda 7-8 dəfə) və vegetativ damar davamsızlığı ilə nəticələnən postravmatik ensefotapotaiya Hİ mərbələ. OU hipertonik angiopatiya. Diskogen mənşəli sağ tərəfli S1 radikulopatiya. NSD kardial və hipertonik tipli.” diaqnozu üzrə xx.xx.2019-cu il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli B00192255QTB saylı göndərişdən görünür ki, Bakı Baş Səhiyyə İdarəsi tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün göndəriş verilmiş, göndərişdə iddiaçıya “ Əsas diaqnoz – T90.5. Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2017) baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. postravmatik ensefolapotaiya. Kəllədaxili hipertenziya, porsial epilepsiya. Teztez təkrarlanan (ayda 7-8 dəfə) generalizə olunmuş qıcolma tutmaları, Ağırlaşma – F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu. (Qapalı k/b travması), F06.7- Yüngül koqnitiv pozuntu, Yüngül koqnitiv pozuntularla.(koqnitiv funksiyanın enməsi) diaqnozu qoyulmuşdur, F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Generalizə olunmuş idopatik epilepsiya. Porsial epilepsiya. Tez-tez təkrarlanan (ayda 7-8 dəfə) generalizə olunmuş qıcolma tutmaları ilə, G93.2 - Xoşxassəli kəllədaxili hipertenziya, Xoşxassəli kəllədaxili hipertenziya. Postravmatik ensefalopativa.Kəllədaxili hipertenziya ilə” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-6215/2024 nömrəli qərarından görünür ki, “...İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 3775 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2017), bas beyin silkələnməsinin sağ tərəfli piramid çatışmazlığı və tez- tez təkrarlanan epileptik tutmalarla təzahür edən postttravmatik ensefalopatiya ilə olan nəticəsi. Orta (mülayim) dərəcədə dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntusu, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə. Alnın sağ yarısının dəri çapığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təxminən 2017-ci ildən başlamış qıcolma tutmalarından şikayətlənmişdir. Medikamentoz preparatlardan Depakin qəbul etdiyini söyləmişdir. Tutmalarının ayda 1-3 dəfə baş verdiyini, ayıldıqdan sonra halsızlıq hiss etdiyini bildirmişdir. Ailəli olmadığını, nişanlanıb sonradan ayrıldığını, halhazırda heç yerdə işləmədiyini söyləmişdir. Müayinə zamanı alının sağ tərəfində sümükdə zədə əllənmişdir. Nevroloji müayinə zamanı EEQ dalğalar və təqdim edilmiş tutma videosu epitutmalara xarakterik olmamışdır. Xəstə Depakin qəbul etdiyini qeyd edir. Psixi status: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuşdur. Ünsiyyətə həvəslə daxil olmuş, psixiatrik şikayətlər bildirməmişdir. Emosional labil, intellektual-mnestik funksiyaları yaşına və təhsilinə uyğun izlənmişdir. Tənqidi qorunmuşdur. X7 xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Beyinin biopotensialların əsasən sol hemisferada artması, paroksizmlərə (müvafik şikayətlərini nəzərə alaraq, qıcolma həddinin enməsi) mevillivi” kimi qeyd edilmişdir. 2 nömrəli X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Baş beyin üzvi xəstəliyi, hərbi əməliyyatlar zamanı KBT nəticəsində şəxsiyyət pozuntuları, koqnitiv pozuntular və tez-tez daxilolmalarla qıcolma tutmaları ilə (avda 4 dəfə)” kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (Hərbi xidmət vəzifələrini verinə yetirərkən alınmış QKBT) şəxsiyyət pozuntusu, davranış pozuntusu, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları” kimi qeyd edilmişdir. X7 xx.xx.2024-xx.xx.2024-cü tarixli Çıxarışında diaqnoz “Xroniki postravmatik baş ağrıları, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsi. Postravmatik ensefalopatiya, kəllədaxili hipertenziya. Epilepsiya, tez-tez təkrar olunan qıcolma tutmalarla. Üzvi mənşəli (QKBT) şəxsiyyətin davranış pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, anamnezində qıcolma tutmaları” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” İddiaçı hazırda barəsində qəbul edilmiş bu qərarı mübahisələndirərək ona əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdən görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş ilə “ Əsas diaqnoz – T90.5. Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2017) baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. postravmatik ensefolapotaiya. Kəllədaxili hipertenziya, porsial epilepsiya. Tez-tez təkrarlanan (ayda 7-8 dəfə) generalizə olunmuş qıcolma tutmaları, Ağırlaşma – F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu. (Qapalı k/b travması), F06.7- Yüngül koqnitiv pozuntu, Yüngül koqnitiv pozuntularla.(koqnitiv funksiyanın enməsi) diaqnozu qoyulmuşdur, F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Generalizə olunmuş idopatik epilepsiya. Porsial epilepsiya. Tez-tez təkrarlanan (ayda 7-8 dəfə) generalizə olunmuş qıcolma tutmaları ilə, G93.2 - Xoşxassəli kəllədaxili hipertenziya, Xoşxassəli kəllədaxili hipertenziya. Postravmatik ensefalopativa.Kəllədaxili hipertenziya ilə” diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Meyarların 7.6.2-ci bəndinə əsasən F07.0- üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu üzrə şəxsin əlilliyi aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirilir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. İşin materiallarını araşdıran məhkəmə hesab edir ki, göstərilən qiymətləndirmə Meyarlarının iddiaçıda olması müəyyən edilir. Belə ki, işdə olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 276 saylı ekspert rəyndən görünür ki, İddiaçı ÜZVİ (KEÇİRİLMİŞ KƏLLƏ- BEYİN TRAVMASİ NƏTİCƏSİNDƏ) ŞƏXSİYYƏT POZUNTUSU (F07.0) aşkar olunur. Beləliklə, sualda göstərilən “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” öz təsdiqini tapır. Qeyd olunmalıdır ki, İddiaçı qeyd olunan “üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu” diaqnozu koqnitiv pozuntular və davranış pozuntuları ilə müşayiət olunduğundan əlavə psixiatrik diaqnozlara ehtiyac duyulmur. Həmçinin işdə olan "Respublika Neyrocərrahiyyə Xəstəxanasi" publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,”... Dəvətə əsasən, vətəndaş xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (AA*******, Fin: xxxxxxx) xx.xx.2025-ci il tarixdə tibb müəssisəmizə ambulator müraciət etmiş və həkim-neyrocərrah Emil İsmayılov tərəfindən konsultasiya olunmuşdur. İddiaçı deməsinə görə, 2017-ci ildə hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət alıb. İddiaçı qıcolma tutmaları, əsəbilik, gərginlik, emosional dəyişkənlik, baş ağrıları, başgicəllənmə, ümumi halsızlıqdan əziyyət çəkdiyini bildirərək, periodik müalicə aldığını və hazıradək antikolvunsant və psixotrop preparatlar qəbul etdiyini bildirmişdir. X3 İddiaçı “Baş-beyin” MRT və “EQQ” müayinələrini təyin etmişdir. Vətəndaş M.Həsənov xx.xx.2025-ci il tarixdə vətəndaş “X8”ndə keçirilmiş “EEQ” və xx.xx.2025-ci il tarixdə “X9”ində keçdiyi “Beyin” MRT müayinə nəticələrinə əsasən: “ (Müayinə zamanı vəziyyəti: sakit və oyaq vəziyyətdə. Qəbul etdiyi preparat:depakin 300mg). Alfa ritm tezliyi 9-10hs, amplitudu 40-60mkv olmaqla arxa aparmalarda üzə çıxır. Ritmikdir, requlyardır, orta modulyasiya olunur. Beta dalğa amplitudu 5-7mkv tezliyi 20- 25hs olmaqla ön aparmalarda üzə çıxır. Paylar üzrə məhəlli nisbət və yarımkürələr üzrə simmetriya saxlanıb. Aktivasiya reaksiyası:alfa ritmin tam depressiyası və bərpası. Ritmik FS: fotoritmlərin qəbulu normaldır. Fotoparoksizmal reaksiya yoxdur. Hiperventilyasiya zamanı fon aktivliyi bir qədər ləngiyir.Göz açıb-qapama artefaktları qeyd olunur. Fon yazısı boyu tezliyi 1 hs, max.amplitudu 95mkv olan bilateral-sinxron iti-ləng dalğa sıçrayışları qeyd olunur. NƏTİCƏ:1)Biopotensiallar yaş xüsusiyyətlərinə uyğundur.2)Başbeynin bilateral-sinxron epileptiform aktivliyi qeyd olunur.3) Dinamik müşahidə məsləhətdir” və “Mega sisterna magna varisasiyası təyin olunur. Hər iki serebellar hemisfer, pons va medulla oblangata normal görünüşdə olub, siqnal intensivliyi homogendir. Sağ vertebral arteriya dominant olub, medulla oblangata-ya təzyiq edir-vertebral arteriya kompressiya sindromuna uyğundur. İV ventrikul normal genişlikdədir. Bazal sisternalar təbiidir. Hər iki internal akustik kanal genişliyi və 7-ci, 8-ci sinir kompleksi normaldır. Hər iki pontoserebellar bucaqlar simmetrikdir. Subaraxnoidal sahələr və beyin sulkusların dərinliyi və genişliyi mülayim dərəcədə olmaqla artmışdır. Bazal qanqlionlar və talamuslar normaldır. Korpus kallozum, pinel vəzinin görünümü və siqnal dağılımı təbiidir. İİİ və hər iki lateral madacik genişliyi normaldır. Hər iki frontoparietal pay subkortikal ağ maddədə və periventrikulyar dərin ağ maddədə 4-5 mm ölçülərdə çox sayda olmaqla T2 FLAİR hiperintens qlial sahələr qeyd edilir-fazekas 1 mikroangiopatiyaya uyğun. Sağ gicgah payı bazal bölgədə 6 mm ölçülərdə ensefalomalazik-gliotik sahə təyin olunur. Bazal qanqlionlar bölgəsində ağ maddədə kiçik ölçülərdə genişlənmiş perivaskulyar sahələr izlənilir. DW rejimlərdə restriksiya göstərən kəskin və ya yarımkəskin dövr işemik ocaq görülmədi. Hipofiz vəz norma daxilində izlənilir. Kavernoz sinus simmetrik olub, siqnal dağılımı homogendir. Hər iki bulbus okuli, okulyar əzələlər, retrobulbar yağ toxuması normal olub, siqnal dağılımı homogendir. Mastoid hücrələrin pnevmotizasiyası təbiidir. MR nəticə: Serebral atrofiya mülayim dərəcəli. Hər iki frontoparietal pay subkortikal ağ maddədə və periventrikulyar dərin ağ maddədə 4-5 mm ölçülərdə çox sayda olmaqla T2 FLAİR hiperintens qlial sahələr qeyd edilirfazekas 1 mikroangiopatiyaya uyğun. Bazal qanqlionlar bölgəsində ağ maddədə kiçik ölçülərdə genişlənmiş perivaskulyar sahələr. Baş beynin mikroangiopatik ensefalopatiyaya uyğun MR görünüm. Sağ vertebral arteriya dominant olub, medulla oblangata-ya təzyiq edir vertebral arteriya kompressiya sindromuna uyğundur. Sağ gicgah payı bazal bölgədə 6 mm ölçülərdə ensefalomalazik-gliotik sahə” qeyd edilmişdir. M.Həsənov xx.xx.2025-ci il tarixdə müayinə nəticələri ilə birlikdə tibb müəssisəmizə yenidən ambulator müraciət etmiş və həkim-neyrocərrah Emil İsmayılov tərəfindən müayinə olunmuşdur. Həkim-neyrocərrah Emil İsmayılov baxış zamanı İddiaçı huşu aydın, davranışı ara-sıra dəyişkən, aqressivlik və horizontal nistaqmı qeyd etmiş və ətraflarında hissi pozulma və parez əlamətləri, patoloji reflekslər və meningeal əlamətlər olmadığlarını bildirmişdir. Eləcə də, həkim-neyrocərrah Emil İsmayılov İddiaçı romberg vəziyyətində nisbi dayanaqlı, koordinasiya sınaqlarını ara-sıra yanılma ilə yerinə yetirdiyini, kognitiv funksiyaları, yani yaddaş pozulması əlamətləri və tremor (əllərin əsməsi) olduğunu vurğulamışdır. Belə ki, qeyd olunanları nəzərə alaraq (Diaqnoz: Baş-beynin travmatik xəstəliyi. Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalotapiya, parsial epilepsiya, generativə olunmuş qıcolma tutmaları və üzvi şəxsiyyət pozuntusu ilə), X3 vətəndaş İddiaçı müayinə nəticələrinə və kliniki nevroloji vəziyyətinə əsasən, onda təcili neyrocərrahi əməliyyata göstəriş olmadığını və daim nevroloq və psixiatorun müayinə və müalicəsini tövsiyə etmişdir.” Göründüyü kimi, iddiaçıda F07.0 koda malik xəstəliyin olması ekspert tərəfindən təsdiq edilir. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətinin “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozuna uyğun gəlməməsinə istinad etsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar