Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3012/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, tərəflərin iştirakı olmadan iddiaçı Harayeva Gülsənəm Əsəbəli qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə X2rşı “Rusiya Federasiyasının Açıq İnstitut – Ali Təhsil Məktəbinin iddiaçının adına verilmiş 10 iyul 2017-ci il tarixli, **********177 saylı diplomun tanınmasının mümkün hesab edilməməsinə səbəb olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən mənfi rəy haqqında sənədin etibarsız hesab edilməsi və həmin diplomun ölkəmizdə tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Harayeva Gülsənəm Əsəbəli qızı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə X2rşı “Rusiya Federasiyasının Açıq İnstitut – Ali Təhsil Məktəbinin iddiaçının adına verilmiş 10 iyul 2017-ci il tarixli, **********177 saylı diplomun tanınmasının mümkün hesab edilməməsinə səbəb olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən mənfi rəy haqqında sənədin etibarsız hesab edilməsi və həmin diplomun ölkəmizdə tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Harayeva Gülsənəm Əsəbəli qızı iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə Rusiya Federasiyasının Açıq İnstitutu- ali Təhsil Məktəbinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 2017-ci ildə bitirərək 10.07.2017-ci il **********1177 nömrəli diplom almışdır. 13.11.2018-ci il tarixdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə diplomunun ölkə ərazisində tanınması üçün ərizə ilə müraciət etmişdir. Nazirlik tərəfindən 04.06.2019-cu il tarixdə müraciət ilə əlaqədar cavab məktubu göndərildi. Məktubda diplomun tanınmasından imtina edilmişdir.İddiaçı cavabdehin imtina məktubunu əsassız hesab edir və ona məxsus **********233 saylı diplom qanunvericiliyə əsasən tanınmalıdır. Cavabdeh iddia tələbinə təqdim etdiyi etirazda göstərmişdir ki, iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətinin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi(nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Ekspert rəyində qeyd edilir ki, həmin təhsil müəssisəsinin normativ üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur.(İ il- 2 gün, İİ il getməyib;İİİ il getməyib; İV-getməyib: V il getməyib).Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükümnü yerinə yertirmək qeyrimümkündür. Cavabdeh iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı Harayeva Gülsənəm Əsəbəli qızının iddia ərizəsindən göründüyü kimi iddia tələbi cavabdehin 04.06.2019-cu il tarixli məktubunda qeyd edilmiş qərarın etibarsız hesab edilməsindən, diplomun tanınması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbindən ibarətdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33-cü maddəsində göstərilmişdir :”33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir.33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır." Həmin Məcəllənin 38.2. –cü maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsindən aydın olur ki, iddiaçı cavabdehin 04.06.2019-cu il tarixli məktubundan arzuladığı aktın qəbul edilməsindən imtina barədə məlumatı həmin vaxtı almışdır. Lakin iddia ərizəsi ilə məhkəməyə 04.02.2020-ci il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı Harayeva Gülsənəm Əsəbəli qızı tərəfindən iddia ərizəsində göstərilmiş iddia (məcburetmə haqqında iddia) üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmışdır. Beləliklə, iddiaçı Harayeva Gülsənəm Əsəbəli qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə X2rşı “Rusiya Federasiyasının Açıq İnstitut – Ali Təhsil Məktəbinin iddiaçının adına verilmiş 10 iyul 2017-ci il tarixli, **********177 saylı diplomun tanınmasının mümkün hesab edilməməsinə səbəb olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən mənfi rəy haqqında sənədin etibarsız hesab edilməsi və həmin diplomun ölkəmizdə tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Harayeva Gülsənəm Əsəbəli qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə X2rşı “Rusiya Federasiyasının Açıq İnstitut – Ali Təhsil Məktəbinin iddiaçının adına verilmiş 10 iyul 2017-ci il tarixli, **********177 saylı diplomun tanınmasının mümkün hesab edilməməsinə səbəb olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən mənfi rəy haqqında sənədin etibarsız hesab edilməsi və həmin diplomun ölkəmizdə tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3012/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3012/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver