Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3013/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxs “xxxxxxxxx” ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “xxxxxxxxx” ASC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmənin icraatına 3-cü şəxslər qismində cəlb edilməklə«kompensasiya hesablanması və müvafiq siyahıya salınma » tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı kompensasiya hesablanması və müvafiq siyahıya daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3013/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxxxx 2020-ci il tarixli qərardadları ilə “xxxxxxxxx” ASC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxslər qismində cəlb edilmişdirlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 2014-cü il tarixində ASC “Xalq” Bankının mərkəzi filialı ilə bağlanmış kredit müqaviləsinə əsasən 3-cü şəxs Açıq Səhmdar Cəmiyyəti xxxxxxxxxdan 8.621 ABŞ dolları kredit götürmüşdür. Krediti hər ay vaxtında ödəmiş, 2015-ci ilin fevral ayında dollar infilyasiya uğradı. Buna baxmayaraq, iddiaçı ödənişləri dayandırmamış və son ödənişi 1.287,34 dollar təşkil etmişdir. Beləliklə, dolların devalvasiyası nəticəsində iddiaçıya ziyan dəymişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən, dolların devalvasiyası nəticəsində kredit götürən şəxslərə kredit ödənilməsi dolların yeni kursu ilə hesablanması nəticəsində dəyən ziyan vətəndaşlara qaytarılmalıdır. AR X7 Palatasının rəsmi saytında təqdim olunmuş kalkulyasiya vasitəsilə hesablamalara əsaslanaraq qeyd edir ki, iddiaçıya 1.220 manat məbləğində kompensasiya ödənilməlidir. 2019-cu il may ayının 10-da AR X7 X2 “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanına əsasən rəsmi qaydada müraciət etmiş. AR X7 X2 xx.xx.2019-cu il tarixli 28461 nömrəli qərarına əsasən, kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatlarında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin iddiaçının adına olmasının müəyyən edilməsi mümkün olmaması və ona görə də, məsələnin baxılması məqsədi ilə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilmiş, lakin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblirini rəhbər tutaraq, işə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəyişdirilmasə barədə ərizənin məzmununa izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X6 iddia tələbinə münasibət bildirərək öz izahatında qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Palatanın xx.xx.2019-cu il tarixdə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində Palatada yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Palatanın MKR və PK məlumat bazasına əsasən İddiaçı ilə “xxxxxxxx” ASC arasında xx.xx.2014-cü il tarixdə 8.621 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanmasına dair qeydlər üzrə kreditin eyniləşdirmə kombinasiyası bazaya düzgün ötürülmədiyindən vətəndaşın adı Fərmanın təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Sözügedən kredit müqaviləsinin həqiqətən də İddiaçı ilə “xxxxxxxx” ASC arasında bağlanması məhkəmə tərəfindən təkzibedilməz şəkildə təsdiq olunarsa, o zaman İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.220 manat məbləğində kompensasiya məbləğinin hesablanacaqdır. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında 3-cü şəxs qismində iştirak edən “xxxxxxxxx” ASC-nin nümayəndəsi X8iddia ərizəsinə öz münasibətini bildirərək, qeyd etdi ki, bank daxilində araşdırma aparılmış, müəyyən edilmişdir ki, iddiaçının şəxsiyyət vəsiqəsinin eyniləşdirmə nömrəsi sistemə düzgün işlənilməyib, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqlilik var, bu səbəbdən sözügedən kreditin iddiaçının adına olması görünmür, lakin xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi iddiaçı ilə bağlanmışdır, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə etiraz etmədi. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - AZE 13522926 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1980-cı ildə doğulmuşdur, Şamaxı rayonunda yaşayır. - № **********65814 saylı, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxx” ASC tərəfindən İddiaçı (AZE№ 13522926) 24 ay müddətinə illik 14% faiz olmaqla 8.621 ABŞ dolları kredit verilmişdir. - № **********65814/İP/AV saylı, xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, “xxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq 2014-cü ildə C.Koreyada istehsal olunmuş “Hyundai Accent” markalı, sedan tipli, ban № Z94CT41CBER299999, ağ rəngli avtomobil ipotekaya qoyulmuşdur. - № **********65814 saylı, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 2 saylı əlavədən görünür ki, kreditləşmənin bütün müddəti ərzində kreditorun xeyrinə aparılan ödənişlərin cəmi 9.989,08 USD təşkil etdiyi və kredit üzrə əsas məbləğin, həmçinin, faizlərin ödənilməsi ödəniş qrafiki əsasında həyata keçirilməsi qeyd olunmuşdur. - Kredit və ona hesablanmış faizlərin ödəniş qrafikindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli, № **********65814 saylı kredit müqaviləsi üzrə borcun ödəniş qrafiki tərtib olunmuş və ödənilmə tarixləri xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2016-cı il tarixədək olan dövrü əhatə etmişdir. - X4 X1 İddiaçı elektron qaydada ünvanlanmş qərarından görünür ki, İddiaçı müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin iddiaçının adına olmasının müəyyən edilməsi mümkün olmamışdır. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və eyniləşdirilməsinin məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Məsələnin baxılması məqsədilə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. - ödəniş qəbzlərindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə - 414 ABŞ, xx.xx.2014-cü il tarixdə 828 ABŞ, xx.xx.2014-cü il tarixdə - 828 ABŞ, xx.xx.2014-cü il tarixdə - 108 ABŞ, xx.xx.2014-cü il tarixdə - 828 ABŞ, xx.xx.2014-cü il tarixdə - 536 ABŞ, xx.xx.2015-ci il tarixdə 951 ABŞ, xx.xx.2015-ci il tarixdə 288 ABŞ, xx.xx.2015-ci il tarixdə 288 ABŞ, xx.xx.2015-ci il tarixdə 288 ABŞ, xx.xx.2015-ci il tarixdə 288 ABŞ, xx.xx.2015-ci il tarixdə 288 ABŞ, xx.xx.2015-ci il tarixdə 288 ABŞ, xx.xx.2015-ci il tarixdə 300 ABŞ, xx.xx.2015-ci il tarixdə 2.915 ABŞ dolları məbləğində İddiaçı tərəfindən “xxxxxxxxx” ASC-yə pul vəsaitləri ödənilmişdir. - Hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə 1.287,34 AŞB dollar olmaqla ödəniş xx xxxxxx 2015-ci il tarixdə həyata keçirilmiş və həmin tarix üçün kredit borcu üzrə qalıq məbləğ 4.880 ABŞ (Məzənnə 1,05= 4.880x1,05=5.124 AZN) dollar təşkil etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti xx xxxxxx 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.1-ci bənd); 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.2-ci bənd). Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasia məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (xx.xx.2015-ci il və xx.xx.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasında, İddiaçı kredit müqaviləsi üzrə kreditin eyniləşdirilmə kombinasiyası bazaya düzgün ötürülməmiş və bu səbəbdən iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Qanunun və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar”ı ilə tənzimlənir. Belə ki,“Banklar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, banklar bank sisteminin etibarlığını təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı Milli Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə görə, Banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir. Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Azərbaycan Respublikası Milli X10 xx xxxxxx 2004-cü il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx xxxxxx 2004-cü il tarixli, 3091 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar"a edilmiş əlavələrin 1.3-cü bəndinə görə, borcalanın eyniləşdirilməsi - hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) və Azərbaycan Respublikasının vətəndaşı olan bütün fiziki şəxs borcalanların şəxsiyyət vəsiqələrinin nömrələri və pin kodları, doğum yeri və doğum tarixləri, habelə şəxsiyyət vəsiqəsinə bərabər tutulan digər sənədlərin seriya və nömrələri. Bütün digər fiziki şəxs borcalanların rezidentləri olduğu ölkələrdə şəxsiyyətlərini təsdiq edən sənədlərin nömrələri, onların doğum yeri və doğum tarixləri deməkdir. Şərh olunan maddələrin normalarından göründüyü kimi, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına, kredit müqaviləsi üzrə tərəflərin adları, həmçinin hüquqi və fiziki şəxslər qismində çıxış edən borcalanların kreditləri barədə məlumat, o cümlədən, borcalanların eyniləşdirilməsi ilə bağlı məlumatlar daxil edilir. Həmin məlumatların düzgün və vaxtında daxil edilməsi isə kreditorlar, yəni müvafiq bankların öhdəliyidir. Borcalanın “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşüb-düşməməsi isə, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına daxil edilmiş məlumatlar əsasında yoxlanılır. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. 3-cü şəxs qismində çıxış edən “xxxxxxxxx” ASC-nin nümayəndəsi də İddiaçı ilə bağlanan kredit müqaviləsinin qeyd edilən Fərmanın təsiri altına düşməsini təsdiq etmiş, eləcə də, bildirmişdir ki, «xxxxxxxxxx» ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 8.621 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borclu tərəfindən xx xxxxxx 2015-ci il tarixdə 1.287,34 AŞB dollar məbləğində ödəniş həyata keçirilmiş və iddiaçının həmin tarixə kredit borcu üzrə qalıq məbləğ 4.880 ABŞ (Məzənnə 1,05=4.880x1,05=5.124 AZN) təşkil etmişdir. Beləliklə, Fərmanın 1.1-ci, 1.2-ci bəndləri və 2-ci hissəsi nəzərə alınmaqla, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona «xxxxxxxxx» ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanmasına etiraz edilmir. Göründüyü kimi, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxi edilməməsinin əsaslı səbəbi odur ki, borcalanın şəxsiyyət vəsiqəsinin məlumatları texniki səhvə yol verilərək “xxxxxxxxx” ASC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına daxil edilmişdir. Halbuki, həm iş materiallarında olan kredit müqavilələrin təsdiq olunmuş surətindən, həmçinin “xxxxxxxxx” ASC-nin nümayəndəsinin izahatından aydın olur ki, borcalan qismində AZE № 13522926 nömrəli, FİN:BBPEW1 şəxsiyyət vəsiqəsi üzrə İddiaçı Gülhəsən qızı çıxış edir. Məhkəmə hesab edir ki, “xxxxxxxxx” ASC ilə İddiaçı Gülhəsən qızı arasında bağlanmış kredit müqaviləsi üzrə əsas kredit borcu son devalvasiya tarixinə 4.800 ABŞ dolları təşkil etdiyi sənədlərdə (arayış, hesabdan çıxarı və qəbzlərdə)öz əksini tapdığından, həmçinin İddiaçı Gülhəsən qızının kredit müqaviləsi üzrə borcalan qismində çıxış etdiyi təsdiq edildiyindən, iddiaçının iddiası əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. . Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “xxxxxxxxx” ASC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmənin icraatına 3-cü şəxslər qismində cəlb edilməklə «kompensasiya hesablanması və müvafiq siyahıya salınma »tələbinə dair iddiası əsaslıdır, təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən “xxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış № **********65814 saylı, xx xxxxxx 2014-cü il tarixli kredit (borc) müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı kompensasiya hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3013/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3013/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver