Məhkəmə qərarları › İş №2-1(112)-3014/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3014/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3014/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 nömrəli qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 nömrəli qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müvafiq sənədləri ilə müraciət edərək xahiş etmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin, 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 №-li qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 №-li, 12 dekabr 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 02 fevral 1998-ci il tarixli sərəncamına dəyişiklik aparılması haqqında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 25 avqust 2000-ci il tarixli, 1233 №-li sərəncamının 2-ci bəndi X5 adından iddiaçının adına keçirilmişdir. Qeyd olunan 25 avqust 2000-ci il tarixli, 1233 №-li sərəncamının 2-ci bəndinin məzmunu belədir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, fərdi tikinti təyinatlı, 300 kv.metr torpaq sahəsi X5 tərəfində saxlanılsın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, eləcə də Mülki Məcəlləyə görə torpaqlar qeydiyyata alınmalıdır. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin, 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 №-li qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 №-li, 12 dekabr 2012-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinin adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi barədə cavavdehə müraciət etsə də, cavabdeh tərəfindən 21 sentyabr 2021-ci il tarixli məktubla dolayısı yolla tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh cavab məktubunda əvvəlki cavablarına istinad edərək çatışmamazlıqların aradan qaldırılmadığını, təqdim edilən sənədlərin dövlət reyestri haqqında qanunun 8-ci maddəsinin tələbinə uyğun olmadığı göstərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin iddiaya dair etirazında göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair İddiaçı Hadi qızının adına Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Belə ki, qeyd olunan tarixdə torpaq sahəsinin addan-ada keçirilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. Həmçinin torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğusuzluq mövcuddur (qonşu torpaq sahəsi ilə aralarında notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir). Sözügedən torpaq sahəsi mübahisəlidir və hüquqmüəyyənedici sənədlərdə 300 kv.m qeyd olunsa da, faktiki 202 kv.m təşkil edir (+98 kv.m zəbt sahə). Bu barədə vətəndaşa sonuncu dəfə **********73 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İdarəyə daxil olan sənədlərdən görünür ki, sözügedən torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyətinin 123 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə X5 adına (iddiaçının mərhum həyat yoldaşı) Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Suraxanı rayon İcra Hakimiyyətinin 1233 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsinin 300 kv.m X8, Suraxanı rayon İcra Hakimiyyətinin 169 saylı xx.xx.2012-ci il tarixli sərəncamı ilə digər 300 kv.m hissəsi mərhum X5 həyat yoldaşı İddiaçı Hadi qızının adına dəyişdirilmişdir. X1 öz torpaq sahəsini 3 hissəyə bölərək özgəninkiləşdirmişdir. Lakin öz sahəsindən də əlavə 98 kv.m iddiaçının ərazisindən istifadə edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Xanalıyeva iddiaya dair etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır.. İş materiallarında olan: Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********73 nömrəli məktubunda bildirilmişdir ki, qeyd edilən məsələ ilə bağiı müraciətinizə xx.xx.2020-ci ii tarixili **********83 nömrəli məktubda ətraflı cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********83 nömrəli məktubunda bildirilmişdir ki, torpaq sahəsi ilə bağlı İddiaçı Hadi qızının adına Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir, belə ki, qeyd olunan tarixdə torpaq sahəsinin addan-ada keçirilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. Həmçinin torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğusuzluq mövcuddur (qonşu torpaq sahəsi ilə aralarında notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir). Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 123 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən X6 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin qərb hissəsində 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1233 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 123 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamının 1 və 2-ci bəndlərinə dəyişiklik edilərək X9 Zığ qəsəbəsinin qərb hissəsində 300,0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmasına icazə verilmişdir. Qalan 300,0 kv.m X3 tərəfində saxlanılmışdır. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamına Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1233 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamının 2-ci bəndi X3 adından İddiaçı adına keçirilmişdir. Sərəncamın qalan bəndləri dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna əsasən, Suraxanı rayon Məhkəməsi məktubu ilə bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1141/2008 saylı iş üzrə qəbul etdiyi xx.xx.2008-ci il tarixli qətnaməsi xx.xx.2008-ci il tarixdə qanuni qüvvəsini almışdır. Həmin qətnaməyə əsasən İddiaçı Hadi qızının cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı vərəsəlik faktının təsdiq edilməsi və Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamında qismən dəyişiklik edilməsinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı Hadi qızının xx.xx.2003-cü ildə vəfat etmiş X4 qanun üzrə vərəsəsi tanınması, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamına qismən dəyişiklik edilməsi, İddiaçı Hadi qızının mərhum X4 vərəsəsi olması faktının təsdiq edilməsi, X4 adına verilmiş Suraxanı rayon İcra Hakimiyyəti Başçının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamının İddiaçı Hadi qızının adına keçirilməsi qət edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. İşin faktiki hallarına əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin, 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 №-li qətnaməsi əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən iddiaçıya Zığ qəsəbəsində fərdi ev tikmək üçün 300 kv.m torpaq sahəsinin ayrılması barədə 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli sərəncam verilmişdir. İddiaçı həmin sərəncamı cavabdehə təqdim edərək həmin torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir, cavabdeh hazırda etirazında imtinanın əsası kimi sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə 300 kv.m qeyd olunsa da, faktiki 202 kv.m təşkil etməsini, X7 öz sahəsindən də əlavə 98 kv.m iddiaçının ərazisindən istifadə etdiyini göstərir. Lakin məhkəmə hesab edir ki, başqa şəxs tərfindən iddiaçıya məxsus torpaqdan (onun müəyyən hissəsindən) qanunsuz istifadə etməsi(zəbt etməsi), həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz. Çünki, belə olan halda cavabdeh zəbt edilmiş torpaq sahəsinin üzərində iddiaçı tərəfindən öz hüquqlarının bərpasına manə yaratmış olur. Yuxarıda göstərilən məhkəmə qərarı və icra hakimiyyəti tərəfindən verilmiş qərarlar qüvvədə olduğu üçün iddia ərizəsində göstərilən torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuku iddiaçının adına torpağın ayrılmasına dair inzibati aktlar qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla torpaq sahəsi məxsus olmasına baxmayaraq, bu haqda arayışın verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 nömrəli qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 avqust 2008-ci il tarixli, 2(010)- 1141/2008 nömrəli qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar