Məhkəmə qərarları › İş №2-1(112)-3014/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3014/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3014/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin üzərində olan müvəqqəti məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş blok B, 237 nömrəli, 3 otaqlı mənzilin üzərinə cavabdeh tərəfindən qoyulmuş həbsin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdə "xxxx" Fərdi Firmasından ünvan 1 ünvanında inşa edilmiş blok B, 237 nömrəli, 3 otaqlı mənzilin tam dəyərini ödəməklə almışdır. Həmin mənzilin əvvəlki sahibləri (yəni Gül Emin və X3) mənzilin İddiaçı adına dəyişdirilməsi barədə notariusda razılıq ərizələri vermişlər. Mənzil İddiaçı adına dəyişdirilməmişdən əvvəl əvvəlki sahibləri arasında (Gül Emin və X4) əmlak bölgüsü ilə bağlı məhkəmə prosesləri olmuşdur. Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4208/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi qəbul olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7986/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə icraya yönəldikdən sonra tələbkar və borclu barışmış və icranın geri qaytarılmasını xahiş etmişlər. Bununla bağlı Bakı şəhəri Yasamal rayon İcra və Probasıya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixə “icra edilməyən və ya qismən icra edilmiş sənədin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul olunmuş, həmin qərardan şikayət verilməmişdir. İddiaçı tərəfindən cavabdeh orqana müvafiq sənədlərlə müraciət edildikdə mənzilin üzərinə cavabdeh tərəfindən həbsin qoyulduğu bildirilmişdir. Halbuki, həm iddiaçı, həm də Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şobəsı tərəfindən mənzilin üzərindən həbsin götürülməsi barədə çoxsaylı müraciətlər olunsa da, həbs götürülməmişdir. Sonuncu dəfə iddiaçı tərəfindən xx.xx.2022-cı il tarixdə müraciət olunmuş, lakin ərizənin göndərilməsndən 35 gün keçməsinə baxmayaraq heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev (Ə.Ələkbərov küçəsi) 1054-cüməhəllə ünvanında inşa edilmiş blok B, 237 nömrəli, 3 otaqlı mənzilin üzərinə cavabdeh tərəfindən qoyulmuş həbsin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev (Ə.Ələkbərov küçəsi) 1054-cü məhəllə ünvanında inşa edilmiş blok B, 237 nömrəli, 3 otaqlı mənzilin üzərinə qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-8943/2017 saylı bildirişi əsasında müvafiq qeydlər aparılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4208/2013 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" fərdi firması tərəfindən inşa edilən Bakı şəhəri, Yasamal rayonu, 1054-cü məhəllədə yerləşən 237 saylı kooperativ mənzil, "xxxx" MTK tərəfindən inşa olunan ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binasında qeyri-yaşayış sahəsi, "xxxx" MMC tərəfindən inşa edilən Bakı şəhəri, Atatürk prospekti 3078a məhəlləsində yerləşən yeni yaşayış binasında A5 korpusu, 17-ci mərtəbə, 4 otaqdan ibarət sahəsi 186 kv.m olan 33 saylı mənzil üzrə pay haqlarının hər birinin ½ pay haqqı olmaqla, həmin iş üzrə iddiaçı X4 ilə həmin iş üzrə cavabdeh X6 arasında bərabər bölünməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2017-ci il tarixli, 2(103)- 7986/2017 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4208/2013 saylı qətnaməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-8943/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə maraqlarına toxunan şəxs Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7986/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Müvafiq qətnamədə qeyd olunan "xxxx" fərdi firması tərəfindən inşa edilən Bakı şəhəri, Yasamal rayonu, 1054-cü məhəllədə yerləşən 237 saylı kooperativ mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Yasamal rayon icra və probasiya şöbəsinin “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2019-cu il tarixli qərarı İdarəyə təqdim edilsə də, icraata xitam verilməsi ilə bağlı qərar təqdim edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu səbəbdən, Yasamal Rayon Məhkəməsinin 2(004)-4208/13 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacaqdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə də istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 5 ünvanında inşa edilmiş blok B, 237 nömrəli, 3 otaqlı mənzilin üzərində olan müvəqqəti məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçının cavabdeh inzibati orqana ünvanladığı və xx.xx.2022-ci il tarixdə sonuncu tərəfindən qəbul edilən ərizədən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş blok B, 237 nömrəli mənzilin üzərindən həbsin götürülməsi xahiş olunmuşdur. - Gül Emin və X4 tərəfindən ayrı-ayrılıqda "xxxx" Firmasına ünvanlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2014-cü il tarixli eyniməzmunlu ərizələrin surətindən görünür ki, müraciət edən şəxslər ünvan 6 ünvanında inşa edilmiş evin B blokunun 237 saylı mənzilini başqa şəxsin adına dəyişdirilməsinə etiraz etməyərək razı olduqlarını bildirmişlər. - "xxxx" Firması ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 28/2014 nömrəli müqavilənin surətindən görünür ki, ünvan 5 ünvanında inşa edilmiş blok B, 237 nömrəli, 3 otaqlı mənzil alıcı İddiaçı satılmışdır. - "xxxx" Fərdi Firması tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışının kserosurətindən görünür ki, İddiaçı "xxxx" Fərdi Firması ilə bağladığı 28/2014 №li, xx.xx.2014-cü il tarixli müqavilənin şərtlərinə əsasən ünvan 5 ünvanında inşa edilmiş blok B, 187.3 kv.metrdən ibarət 237 saylı mənzilin dəyərini tam ödəmiş, pay borcu qalmamışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4208/13 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə xx.xx.2013-cü il tarixdə icraata başlanılmış, iş üzrə tərəflərin xx.xx.2019-cu il tarixli ərizələri əsasında “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə məhkəməyə geri qaytarılmışdır. İcra işində olan sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: - Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-4208/2013 saylı icra vərəqəsinə əsasən "xxxx" fərdi firması tərəfindən inşa edilən Bakı şəhəri, Yasamal rayonu, 1054-cü məhəllədə yerləşən 237 saylı kooperativ mənzil, “Qız Qalası" MTK tərəfindən inşa olunan ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binasında qeyri-yaşayış sahəsi, “Xudafərin" MMC tərəfindən inşa edilən Bakı şəhəri, Atatürk prospekti 3078a məhəlləsində yerləşən yeni yaşayış binasında A5 korpusu, 17-ci mərtəbə 4 otaqdan ibarət sahəsi 186 kv.m olan 33 saylı mənzil üzrə pay haqları hər birinin 1/2 pay haqqı olmaqla, tələbkar X4 ilə borclu X6 arasında bərabər bölünməlidir. - X11 tərəfindən Yasamal rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan icra sənədinin geri qaytarılması haqqında xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, borclu X4 ilə aralarında razılıq əldə olunduğu və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsini rəhbər tutaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4208/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması, iş üzrə görülmüş tədbirlərin ləğv edilməsi və icra sənədində göstərilən bütün əmlakların üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Eyni məzmunlu ərizə ilə X4 tərəfindən xx.xx.2019-cu il tarixdə Yasamal rayon İcra və Probasiya Şöbəsinə ərizə ünvanlanaraq icra sənədinin geri qaytarılması xahiş edilmişdir. - Yasamal rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə sözügedən icra sənədi Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır. - Yasamal rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4208/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, 1054-cü məhəllədə yerləşən 237 saylı mənzilin özgəninkiləşdirilməsinə məhdudiyyətin qoyulması üçün zərurət aradan qalxdığından sözügedən mənzilin üzərindən məhdudiyyətin götürülməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2013-cü il tarixli, 2(004)- 4208/2013 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" fərdi firması tərəfindən inşa edilən Bakı şəhəri, Yasamal rayonu, 1054-cü məhəllədə yerləşən 237 saylı kooperativ mənzil, "Qız Qalası” MTK tərəfindən inşa olunan ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binasında qeyri-yaşayış sahəsi, "Xudafərin” MMC tərəfindən inşa edilən Bakı şəhəri, Atatürk prospekti 3078a məhəlləsində yerləşən yeni yaşayış binasında A5 korpusu, 17-ci mərtəbə, 4 otaqdan ibarət sahəsi 186 kv.m olan 33 saylı mənzil üzrə pay haqlarının hər birinin Vı pay haqqı olmaqla, iddiaçı X4 ilə cavabdeh X6 arasında bərabər bölünməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 28 avqust 2013-cü il tarixli, 2(004)-4208/2013 saylı qətnaməsindən İdarə tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2017-ci il tarixli, 2(103)-7986/2017 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 28 avqust 2013-cü il tarixli, 2(004)-4208/2013 saylı qətnaməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 8943/17 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2017-ci i il tarixli, 2(103)-7986/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən məsələ ilə bağlı sizin xx.xx.2019-cu il tarixli, xx/xx-6677/18 saylı məktubunuza xx.xx.2019-cu il tarixdə **********05 saylı məktubla münasibət bildirilmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4208/2013 saylı, xx.xx.2013-cü tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada daxil olacağı təqdirdə qanunamüvafiq tədbirlər görüləcəkdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, ünvan 12 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmuşdur. Odur ki, məktuba əlavə edilmiş xx.xx.2019-cu il tarixli icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərardan şikayət verilib-verilməməsi barədə məlumat və Yasamal Rayon Məhkəməsinin 2(004)- 4208/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə hüquq sahiblərinin- X4 ilə X9 sözügedən mənzilin İddiaçı Vəliyevnanın adına keçirilməsi barədə idarəyə ünvanlanmış yazılı münasibətlərinin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olması məqsədəmüvafiqdir. - Yasamal Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanan xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4208/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi ilə bağlı qəbul olunmuş xx.xx.2019-cu il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərardan heç bir şikayət verilməmiş və həmin qərar hal-hazırda qüvvədədir. Bu səbəbdən təkrarən sizə müraciət olunaraq X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, 1054-cü məhəllədə yerləşən 237 saylı mənzilin üzərindən məhdudiyyətin götürülməsi xahiş olunur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Yasamal rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, sonuncunun xx.xx.2019-cu il tarixli, xx/xx-6677/18 saylı məktubuna cavab olaraq xx.xx.2019-cu il tarixli, **********79 saylı məktubla münasibət bildirildiyi, sözügedən məktubda qeyd edilən sənədlərin tam təqdim olunacağı təqdirdə qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. İşin faktiki hallarından görünür ki, hazırda iddiaçıya məxsus ünvan 1 ünvanında inşa edilmiş blok B, 237 nömrəli mənzilin üzərinə məhdudiyyətin qoyulması həmin mənzilin əvvəlki sahibləri arasındakı məhkəmə mübahisəsi ilə bağlı olmuşdur. Bu mübahisə nəticəsində sözügedən mənzilin Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə onun əvvəlki sahibləri arasında hər birinə ½ hissədə olmaqla bərabər paylara bölünməsi təyin müəyyən edilmiş, həmin qətnamə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisələndirilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-7986/2017 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8943/17 saylı qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə Yasamal rayon İcra şöbəsində başlanılmış icraat tərəflərin icra şöbəsinə ünvanlanmış müvafiq razılıq ərizələri əsasında icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. İddiaçı hazırda sahibliyində olan mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu Ali Məhkəmənin 2(102)- 8943/2017 saylı bildirişi əsasında qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında müvafiq qeydlər aparıldığını, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının təqdim edilməsinin zəruri olması bildirilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə)- qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1 dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2 daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 5.4-cü bəndinə görə bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş müddətdə daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanılmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. İş materiallarından da göründüyü kimi, iddiaçının sahibliyində olan mənzillə bağlı məhkəmə mübahisələri bitmiş, iş məhkəmədə öz həllini tapmışdır. Ümumiyyətlə bu işin mübahisəsiz halını təşkil edir. Belə ki, iş üzrə məhkəmə mübahisəsinin yekunlaşması cavabdeh inzibati orqan tərəfindən də etiraf edilir. Yuxarıda istinad olunan müvafiq Qərardan isə görünür ki, daşınmaz əmlak üzərində qeydiyyatın dayandırılması işin məhkəmədə həll edilənədək olan dövrü nəzərdə tutur. Bundan başqa, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən, cavabdehin daşınmaz əmlak üzərinə nəzarət və ya müvəqqəti nəzarət qoymaq kimi səlahiyyəti təsbit edilməmişdir. Cavabdehin mənzil üzərinə məhdudiyyət qoyulması ilə bağlı dəlilinə münasibətdə məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsinə görə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 4208/2013 saylı icra sənədi üzrə tərəflər olan mənzilin əvvəlki sahibləri icra sənədinin icrasız qaytarılması barədə icra şöbəsinə notarial təsdiqli ərizə verməklə hər biri öz iradə ifadəsinə uyğun olaraq qanunun verdiyi hüquqdan istifadə etmişlər. Həmin qərardan şikayət verilməmiş və hazırda qüvvədədir. İcra sənədinin onu verən orqana geri qaytarıldığı halda əmlak üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi qanunda qadağan edilməmişdir. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlak üzərindən məhdudiyyətin götürülməsindən imtina edilməsinin qanuni əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunzidd qiymətləndirilməli və iddia təmin edilərək, ünvan 5 ünvanında inşa edilmiş blok B, 237 nömrəli, 3 otaqlı mənzilin üzərində olan müvəqqəti məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 5 ünvanında inşa edilmiş blok B, 237 nömrəli, 3 otaqlı mənzilin üzərində olan müvəqqəti məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar