Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3015/2020 03.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “cavabdehin məhkəmə qətnaməsinin icrasını təmin etməmələri ilə bağlı qanunsuz hərəkət və hərəkətsizliyinə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı, “cavabdehin məhkəmə qətnaməsinin icrasını təmin etməmələri ilə bağlı qanunsuz hərəkət və hərəkətsizliyinə son qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların hər biri ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iddiaçıları dinlədikdən və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi iddia tələbi – Nəsimi rayon Məhkəməsinin 2(006)-8064/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi əsasında başlanmış icra işi üzrə cavabdehin məhkəmə qətnaməsinin icrasını təmin etməmələri ilə bağlı qanunsuz hərəkət və hərəkətsizliyinə son qoyulması tələbindən ibarətdir. İş materiallarında olan inzibati işdə olan Nəsimi rayon Məhkəməsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 2(006)-8064/2017 saylı, xx xxx 2020-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-8064/2017 saylı işi üzrə xx xxxxxx 2017-ci il tarixdə qəbul edilmiş qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün iddiaçılar İddiaçı2 və İddiaçı1 qeydiyyatda olduğu yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmçinin, cavabdehin xx.xx.2020-ci il tarixli, 3793-5/0 saylı məktubundan görünür ki, Bakı şəhəri Cavabdehnə Nəsimi rayon Məhkəməsinin 2(006)-8064/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi daxil olmamışdır. Buna görə də hazırkı iş üzrə iddiaçıların cavabdeh qismində Bakı şəhəri Cavabdeh göstərməsi əsassızdır. Bundan başqa iddiaçılar cavabdeh qismində Cavabdeh deyil, Bərdə rayon İcra və Probasiya şöbəsini göstərmiş olsaydılar belə, hazırkı tələbə aşağıda göstərilən səbəblərə görə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalı deyil. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər.... icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Burada qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur.Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Belə olan halda icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraatıa xitam verilməsi kimi hərəkət etdikdə, həmin hərəkətdən məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün həmin hərəkətlə bağlı (icra icraatına xitam verilməsinin əsassız olduğundan icra icraatın davam etdirilməsi haqqında) məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mübahisəsi ilə bağlı işin davamı kimi şikayət formasında işə baxmış (icra sənədini icraya yönəltmiş) məhkəmə tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı, “cavabdehin məhkəmə qətnaməsinin icrasını təmin etməmələri ilə bağlı qanunsuz hərəkət və hərəkətsizliyinə son qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “cavabdehin məhkəmə qətnaməsinin icrasını təmin etməmələri ilə bağlı qanunsuz hərəkət və hərəkətsizliyinə son qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondanBakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3015/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3015/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver