Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3015/2021 05.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi Rüstəmli Nurani Mədəd oğlunun (Balakən rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, böyük mütəxəssis işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehin üzərinə İddiaçı güzəştli şərtlərlə 52 yaşından pensiya təyin olunması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 10.08.1979-ci ildə Saatlı rayonu M.Ə.Sabir adına kolxozda kolxozçu kimi başlamışdır, 01.06.1984-cü ilədək həmin kolxozda işləmişdir. Bu kolxozda əmək stajı 4 il 9 ay 21 gündür. 07.08.1984-cü ildə “Azon“ zavoduna işə qəbul olunaraq 01.01.1985-ci ilədək 44 nömrəli sexin ölçmə sahəsində sınaqçı işində işləmişdir. Bu işdə 4 ay 27 gün stajı vardır. 01.01.1985-ci ildən 01.02.1994-cü ilədək həmin 44 nömrəli sexdə çeşidləyici işində işləmişdir. Bu vəzifədə əmək stajı 9 il 1 aydır. 01.02.1994-cü ildən 04.01.1998-ci ilədək “Azon” zavodunda montajçı işində işləmişdir. Bu işdə əmək stajı 3 il 11 ay 03 gündür. Həmin zavodda ümumi stajı 13 il 5 ay təşkil edir. Bundan əlavə 13.09.2000-ci ildən 17.08.2007-ci ilədək “Yeni Bakı Tikiş” X1 tikişçi işində çalışmışdır. Həmin müəssisədə iş stajı 6 il 10 ay 24 gündür. Beləliklə iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minən vaxtadək 23 il 6 ay 09 gün ümumi stajı və 13 il 5 ay isə zərərli işə görə stajı olmuşdur. Bundan əlavə 01.10.2007-ci ildən 03.12.2013-cü ilədək “xxxx” ASC-də tikişçi işləmişdir. Orada stajı 6 il 1 ay 03 gün təşkil etmişdir. Sonradan yenə də 01.10.1014-cü ildən 21.04.2016-ci ilədək “xxxx” ASC-də tikişçi işləmişdir. Stajı 1 il 6 ay 21 gün təşkil edir. İddiaçı 18.07.2016-cı ildən bu günə kimi “xxxx” ASC-də tikişçi işləyir. Stajı 4 il 3 ay təşkil edir.İddiaçının ümumi stajı 37 il 3 ay 03 gün, 13 il 5 ay təşkil edir. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı məhkəməyə hazırki iddia ilə müraciət etmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə əlaqədar iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşənin, vəzifənin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları yaranır. Fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan sığorta olunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi filiala təqdim etdiyi əmək kitabçasından göründüyü kimi onun güzəştli iş stajı 10 ildən az (9 il 1 ay) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatı üçün pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15090,97 manat təşkil edir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2 inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahis etmişdir. Cavabdehin nümayəndəsi Rüstəmli Nurani Mədəd oğlu iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri və iddia tələbini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-ci ildə doğulmuşdur. İddiaçının əmək kitabçasına əsasən iddiaçı 10.08.1979-ci ildən 01.06.1984-ci ilədək Saatlı rayonu M.Ə.Sabir adına kolxozda kolxozçu işləmişdir, “Azon” zavodunda 07.08.1984-ci ildən 01.01.1985-ci ilədək 44 nömrəli ölçmə sahəsində sınaqçı şagirdi, 01.01.1985-ci ildən 01.08.1988-ci ilədək cihazların, plastinlərin və kristalların 2-ci dərəcəli çeşidləyicisi işləmiş, 01.08.1988-ci ildən 01.02.1994-cü ilədək Termokompressor sahəsində məmulatların, xammalın və materialların 2-ci dərəcəli çeşidləyicisi, 01.02.1994cü ildən 04.01.1998-ci ilədək XİM sahəsində montajçı işləmişdir, “xxxx” MMC-də 13.09.2000-ci ildən 07.08.2007-ci ilədək, “xxxx” ASC-də 01.10.2007-ci ildən 03.12.2013cü ilədək, 01.10.2014-cü ildən 21.04.2016-ci ilədək tikişçi işləmiş, 18.07.2016-cı ildən bu günə kimi tikişçi işində işləyir. Cavabdehin iddiaçıya ünvanlanmış 23.11.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası qanununa əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşənin, vəzifənin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan sığorta olunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi filiala təqdim etdiyi əmək kitabçasından göründüyü kimi onun güzəştli iş stajı 10 ildən azdır. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının mininmum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15090,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “xxxx” MMC-nin 23.02.2021-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı 07.08.1984-cü ildən 04.01.1998-ci ilədək “Azon” zavodunda işləmişdir. 07.08.1984-cü ildən 01.01.1985-ci ilədək 44 nömrəli sexin ölçmə sahəsində sınaqçı vəzifəsində işləmişdir. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarının 2 nömrəli siyahısının XVİ bölməsinə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170100a, kod 12582-ə və 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarının 13(a) bölməsinə daxildir.İddiaçı 01.01.1985-ci ildən 01.02.1994-cü ilədək 44 nömrəli sexdə çeşidləyici vəzifəsində işləmişdir. Bu vəzifə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il, tarixli 320 nömrəli qərarın 2 nömrəli siyahısının XVİ bölməsinə, şifr 2170500a, kod 18654-ə və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 13.3(a) bölməsinə daxildir.İddiaçı 01.02.1994-cü ildən 04.01.1998-ci ilədək montajçı vəzifəsində işləmişdir. Bu işlərin icrası zamanı radioaparatların və cihazların (mikrohissəciklərin) qalaylama vasitəsi ilə montajlanması (yığılıb quraşdırılması) zamanı POS-61 qalayından, spirt, aseton, kanifoldan elektrolehimyəci ilə istifadə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarın 2 nömrəli siyahısının XXİX bölməsinə, istehsalatda zərəli maddələrlə işləyən sahəyə, şifr 23100000a, kod 14269-ə və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 30-cu bölməsinə daxildir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx xxxx 1961-ci il təvəllüdlüdür, 27 mart 2013cü ildə 52 yaşı tamam olmuşdur, 35 ildən çox ümumi iş stajı vardır, 2006-cı ilin 1 yanvar tarixinə əmək stajı 23 ildən çoxdur, iddiaçı iddia ərizəsində həmin işlədiyi müddətin 13 il 5 aydan artıq müddətini əmək şəraiti sağlamlıq üçün təhlükəli və ağır olan işlərdə işlədiyini göstərərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr kimi “Azon” zavodunda 07.08.1984-cü ildən 01.01.1985-ci ilə qədər 44 saylı sexin ölçmə sahəsində sınaqçı, 01.01.1985-ci ildən 01.02.1994-cü ilə qədər həmin 44 saylı sexdə çeşidləyici, 01.02.1994-cü ildən 04.01.1998-ci ilə qədər həmin zavodda montajçı vəzifəsində işlədiyini göstərmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahılarına istinad etmişdir. İddiaçının istinad etdiyi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda nəzərdə tutulmuş “XVİ. Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı” sahəsində 25 kV və ondan yüksək gərginlikli stendlərdə sınaqla məşğul olan cihaz və hissələrin sınaqçıları (bölmə 2170100a—12582), mika çeşidlənməsi ilə məşğul olan xammal, məmulat və material çeşidləyiciləri (bölmə 2170500a—18654) həqiqətən də güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdir və həmin vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da (Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı, 13 (a) bölməsi (25 kV və ondan yüksək gərginlikli stendlərdə sınaqla məşğul olan cihaz və hissələrin sınaqçıları), 13.3 bölməsi (Radiohissələrin istehsalı mika çeşidlənməsi ilə məşğul olan xammal, məmulat və material çeşidləyiciləri) nəzərdə tutulmuşdur.Lakin həmin vəzifələrdə iddiaçının iş stajı 9 il 5 ay 25 gün təşkil edir ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 03.05.2017-ci il tarixinə olan redaksiyasında nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajından azdır. İddiaçının 01.02.1994-cü ildən 04.01.1998-ci ilə qədər işlədiyi montajçı vəzifəsi isə iddiaçının işlədiyi istehsalat sahəsində güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi yuxarıda qeyd edilən Azəraycan Respublikasının Nazirlər Kabinetinin qərarlarında öz əksini tapmamışdır. İddiaçının başqa güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsi halı inzibati məhkəmə icraatının gedişində müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehin üzərinə İddiaçı güzəştli şərtlərlə 52 yaşından pensiya təyin olunması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması haqqında iddiası əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,33,34, 68,69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehin üzərinə İddiaçı güzəştli şərtlərlə 52 yaşından pensiya təyin olunması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması haqqında iddiası təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-3015/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3015/2021
05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver