Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3016/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Təbriz küçəsi ev 55, mənzil 11; ixtisası: orta təhsil; iş yer: işləmir), cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X6 (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Seyidzadə küçəsi, ev 38, mənzil 224; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” vəkil bürosu, vəkil) iştirakları ilə, iddiaçı -İddiaçı cavabdeh -Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X9 X7 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X8 X1rşı iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən, yəni 52 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhləliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X9 X7 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı Talib oğlu xx.xx.1960-cı ildə anadan olmuşdur. Hal-hazırda ünvan 2 ünvanında yaşayır. İddiaçı H3 ******* nömrəli hərbi biletə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixə kimi hərbi xidmətdə olmuşdur. İT-İ ******* saylı əmək kitabçasına əsasən xx.xx.1981-ci ildə Leyt.Şmidt adına xxxxxxxxxxxxxxxxxxxnun preventr sexinin çilingər yığma bölməsinə elektrik qaynaqçısı şagirdi peşəsinə işə qəbul edilmişdir (əmr N 135/k, xx.xx.1981-ci il). xx.xx.1982-ci il tarixdə preventr sexinə 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir (əmr N 450/k, xx.xx.1981-ci il). xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə “Kotan” KM-nə keçdiyi üçün işdən azad edilmişdir (əmr N 123/k, xx.xx.1991-ci il). xx.xx.1991-ci il tarixdə “Kotan” kiçik müəssisəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir (əmr N 04/k, xx.xx.1991-ci il). xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə Səttərxan adına zavoda keçdiyi üçün işdən azad edilmişdir (əmr N 36/k, xx.xx.1992-ci il). xx.xx.1993-cü il tarixdə Səttərxan adına zavodun 21 saylı çilingər yığma sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir (əmr N 01/k, xx.xx.1993-cü il). xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir. Leyt.Şmidt adına xxxxxxxxxxxxxxxxxxx xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 688 saylı qərarına əsasən “Səttərxan” adına xxxxxxxxxxxxxxxxxxx adlandırılmışdır. “Səttərxan adına xxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyəti xx.xx.2010-cu il tarixdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən “Bakı Neft xxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Beləliklə, onun 2006-cı il tarixədək, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edildiyi tarixədək 25 il 7 ay 23 gün ümumi stajı və eyni zamanda zərəli iş sahəsində güzəştli stajı olmuşdur. Onun işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şənlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda Xİ. Metal emalı bölməsinin (1100000), 5. Metal emalı üzrə sair peşələr hissəsinin 5 (11104000), a) fəhlələr bəndinə aiddir (1110400a-19906). “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.xx.xx.2019-cu il tarixdə 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X9 X5 İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda ərizəsinə imtina edilmişdir. İddiaçı inzibati orqanın imtinasını əsassız və qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1)iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (a) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər—52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, “xxxxxxxxxxxxxx” ASC “xxxxxxxxxxxxxxxxxxx” TASC tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli arayışda göstərilmişdir ki, iddiaçının işləmiş olduğu peşə yuxarıda adıçəkilən Nazirlər Kabinetinin qərarının 1 nömrəli siyahısının Metal emalı Xİ bölməsinin 5-ci hissəsinin “a” bəndinə aiddir (şifr 1110400a- 19906 - məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları)). Lakin, iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının 1981-2004-cü illər ərzində “elektrik qaynaqçısı” işlədiyi qeyd edilmişdir. İddiaçının güzəştli staj illəri 10 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlamamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. AR Ali məhkəməsinin X3 işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2-1 (102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1960-ci il tarixdə Ağsu rayonunda anadan olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli xx.xx.1981-ci il tarixli Əmək kitabçasına əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixdək Leyt.Şmidt adına xxxxxxxxxxxxxxxxxxxnun preventr sexinin çilingər yığma bölməsində elektrik qaynaqçısı şagirdi, xx.xx.1981-ci il tarixdə 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir, xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək preventr sexində 2-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Kotan” kiçik müəssisəsində 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Səttərxan adına zavodun 21 saylı çilingər yığma sexində 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxx”ASC “Bakı Neft xxxxxxxxxxxxxxxxxxx”TASC-nin xx.xx.2013-cü il tarixli İzahlı Arayışında göstərilmişdir: “Verilir: İddiaçı Talib oğluna ondan ötəri ki, həqiqətən də o, xx.xx.1981-ci il tarixdə Lenin və X11 ordenli Leyt.Şmidt adına xxxxxxxxxxxxxxxxxxxnun preventr sexinin çilingər yığma bölməsinə elektrik qaynaqçısı şagirdi peşəsinə işə qəbul edilmişdir (əmr N 135/k, xx.xx.1981-ci il). xx.xx.1981-ci il tarixdə 2-ci (ikinci) dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir (əmr N 337/k, xx.xx.1981-ci il). xx.xx.1982-ci il tarixdə preventr sexinə 2-ci (ikinci) dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir (əmr N 450/k, xx.xx.1981-ci il). xx.xx.1982-ci il tarixdə 3-cü (üçüncü) dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir (əmr N 379/k, xx.xx.1982-ci il). xx.xx.1983-cü il tarixdə oradaca 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir (əmr N 410/k, xx.xx.1983-cü il). xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə “Kotan” KM-nə keçdiyi üçün işdən azad edilmişdir, (əmr N 123/k-a, xx.xx.1991-ci il) xx.xx.1991-ci il tarixdə “Kotan” kiçik müəssisəsinə 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (əmr N 04/k, xx.xx.1991-ci il). xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə Səttərxan adına zavoda keçdiyi üçün işdən azad edilmişdir, (əmr N 36/k, xx.xx.1992-ci il) xx.xx.1993-cü il tarixdə Səttərxan adına zavodun 21 N-li çilingər yığma sexinə 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (əmr N 01/k, xx.xx.1993-cü il). xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən üzürsüz səbəbə görə iş buraxdığına görə işdən azad edilmişdir, (əmr N 358/k, xx.xx.2004-cü il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 20 saylı qərarına əsasən Elektrik qaynaqçısı 1 N-li siyahının Metal emalı Xİ bölməsinin 5-ci hissəsinin“a” bəndinə aiddir, şifr 1110400a-19906. Bu peşədə zərərli iş şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı verilir. Lenin və X11 ordenli Leyt.Şmidt adma xxxxxxxxxxxxxxxxxxx xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 688 saylı qərarına əsasən “Səttərxan” adına xxxxxxxxxxxxxxxxxxx adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 649 saylı fərmanına əsasən “Səttərxan adma xxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. “Səttərxan adına xxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyəti xx.xx.2010-cu il tarixdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009cu il tarixli 170 saylı sərəncamına əsasən “Bakı Neft xxxxxxxxxxxxxxxxxxx” Törəmə Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.” İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsi iddiaçının müraciətinə verilən xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərmişdir: “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın metal emalı bölməsinin (11) metal emalı üzrə sair peşələr bəndində (5) məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz xx xxxxx 1981-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1981-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “Bakı Neft xxxxxxxxxxxxxxxxxxx” TASC-də elektrik qaynaqçısı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifə Siyahıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx xxxxxx 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx xxxx 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 ildən artıq (25 il 07 ay 25 gün) ümumi iş stajı, 10 ildən artıq güzəştli iş stajı mövcuddur. Belə ki, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İş materiallarından görünür ki, cavabdeh orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələb edilən güzəştli iş stajının 10 ildən az olması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan “xxxxxxxxxxxxxx”ASC “Bakı Neft xxxxxxxxxxxxxxxxxxx” ASC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubunda gösərilmişdir ki, 1982-1991-ci illərdə zavodun preventor sexində görülən işlər məmulatları qızdırmaqla elektrik qaynaq işləri əl ilə elektrik qaynaqçıları tərəfindən icra edilir. Həmin illərdə fəaliyyət göstərənelektrik qaynaqçıları peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 saylı qərarında 1 saylı Siyahının metal emalı Xİ bölmə 5-ci hissəsinin “a” bəndinə aiddir. Şifr 1110400a-19906 (məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq aparan elektrik qaynaqçıları) Məhkəmə bildirir ki, xxxxxxxxxxxxxx”ASC “Bakı Neft xxxxxxxxxxxxxxxxxxx” ASC məktubunda həmin zavodun preventor sexində görülən işlər məmulatları qızdırmaqla elektrik qaynaq işləri əl ilə elektrik qaynaqçıları tərəfindən icra edilməsini 1982-1991-ci illərlə məhdudlaşdırsa da, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş Əmək Kitabçasından, həmçinin “xxxxxxxxxxxxxx”ASC “Bakı Neft xxxxxxxxxxxxxxxxxxx”TASC-nin xx.xx.2013-cü il tarixli İzahlı Arayışından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən Leyt.Şmidt adına xxxxxxxxxxxxxxxxxxxnun preventr sexinin çilingər yığma bölməsində elektrik qaynaqçısı şagirdi işləmiş, xx.xx.1981-ci il tarixdən 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsi verilmiş və xx.xx.1991-ci il tarixədək həmin zavodda preventr sexində 2-ci dərəcəli elektrik qaynaqçısı kimi işləmişdir. Beləliklə, iddiaçının 10 ildən artıq (10 il 02 ay) güzəştli şərtlərlə iş stajı mövcud olması iş materialları öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “Xİ. Metal emalı” bölməsində “məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları)” (kod 1110400a—19906) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “11. Metal emalı” bölməsində “məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaqedənlər elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları)” nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaqedənlər elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti, yəni işlədiyi işin güzəştli olmasını dəqiq və birmənalı olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq işəgötürən müəyyən edir. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxx”ASC “Bakı Neft xxxxxxxxxxxxxxxxxxx” ASC-nin Arayışında iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş Siyahısında göstərilən 1110400a—19906 koda əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verir. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş 31.1-ci maddəsinin redaksiyasına görə əmək pensiyası hüququ olan şəxslər 5 əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinin iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş redaksiyasına əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” x xxxxxx 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.” Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 ildən artıq (25 il 07 ay 25 gün) ümumi iş stajının, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi qanunverici yaş və stajla bağlı əvvəlki qanunvericiliklə müəyyən edilmiş tələblərin əsas alınacağını təsbit etmişdir. Yuxarıda da şərh olunduğu kimi əvvəlki qanunvericilik (“Vətəndaşların pensiya təminatı haqqında” Qanun) yaşla bağlı tələb kimi iddiaçının halına münasibətdə 52 yaş olaraq müəyyən etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2012-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X9 X7 üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı xx.xx.2012-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X9 X7 üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3016/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3016/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver