Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3016/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, sürücü işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “ 04 iyul 2003-cü il təvəllüdlü X4 aid doğum haqqında şəhadətnamənin “Valideynləri” səhifəsinin “Atası” qrafasında iddiaçının ata adının “İddiaçı Habilyeviç” kimi yazılmış akt qeydinin “İddiaçı” kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “ 04 iyul 2003-cü il təvəllüdlü X4 aid doğum haqqında şəhadətnamənin “Valideynləri” səhifəsinin “Atası” qrafasında iddiaçının ata adının “İddiaçı Habilyeviç” kimi yazılmış akt qeydinin “İddiaçı” kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04 iyul 2003-cü il tarixdə iddaçının oğlu dünyaya gəlmiş və 25.07.2003-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən 943 nömrəli qeydlə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin həmin doğum haqqında şəhadətnamənin “Valideynləri” səhifəsinin “Atası” qrafasında iddiaçının ata adı “İddiaçı” qeyd olunmalı olduğu halda, “İddiaçı Habilyeviç” kimi qeyd olunmuşdur. Buna görə iddiaçının oğlunun doğum haqqında şəhadətnaməsi ilə iddiaçının şəxsiyyət vəsiqəsində qeyd edilmiş ata adları arasında uyğunsuzluq yaranmışdır. Bu səbəbdən onun övladı X4 şəxsiyyət vəsiqəsi ala bilmirlər. İddiaçı göstərilən uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi ona 18 fevral 2020-ci il tarixli, 42 saylı məktubla cavab verərək, bildirilmişdir ki, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadığından imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı cavabdeh orqanın imtinasını əsassız hesab edir. O, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də, sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyanına görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər, Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа səlahiyyətli nümayəndəsini göndərməmişdir. Lakin məhkəməyə ərizə təqdim edərək, işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını nəzərə alaraq, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi aşagıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon X5 Nizami Qabil oğluna ünvanlandığı 18.02.2020-ci il tarixli, 42 nömrəli məktubuna əsasən, akt qeydində qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadığından, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş imtinadan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. AZE 12922771 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Alışov Teymur ünvan 2 ünvanında qeydiyyatdadır və ata adı İddiaçı, ana adı Alışova Ceyran göstərilmişdir. 487659 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Habilyeviç və X1 24 oktyabr 1994-cü il tarixdə birgə nikaha daxil olmuşlar. 2594381 nömrəli iddiaçıya aid hərbi biletinə əsasən iddiaçının adı - İddiaçıyeviçdir AZ-İ 366598 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X2 atası İddiaçı Habilyeviç, anası X3r. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, İddiaçı ona məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə və hərbi biletinə əsaslanaraq, oğlu X2 doğum haqqında şəhadətnaməsinin ata qrafasında adının “İddiaçı Habilyeviç”-dən “İddiaçı”-na, dəyişdirilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh müraciəti təmin etməmişdir.İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 26-cı mаddəsinin İİ hissəsinə əsаsən dövlət hər kəsin hüquqlаrının və аzаdlıqlаrının müdаfiəsinə təminаt vеrir, 60-cı mаddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət оrqаnlаrının, siyаsi pаrtiyаlаrın, həmkаrlаr ittifаqının və digər ictimаi birliklərin, vəzifəli şəхslərin qərаr və hərəkətlərindən (yахud hərəkətsizliyindən) məhkəməyə şikаyət vеrə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1. –ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53-cü (uşağın ad, ata adı və soyad daşımaq hüququ) maddəsində göstərilmişdir: “53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir.53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 53.2-ci maddəsinə görə, uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.” Həmin Məcəllənin 161.1.-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.161.2. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.14-cü bəndinə əsasən, xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında ərizəsinə onun doğumu haqqında və nikahdadırsa nikah haqqında akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq vasitəsilə və ya digər rəsmi yolla qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən əldə edildikdən sonra baxılır. Həmin Qaydaların 6.25-ci bəndinə uyğun olaraq, atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.27-ci bəndinə görə, valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə əsasən, valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.11. –ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir. Həmin Qaydanın 1.15.-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları Azərbaycan Respublikasının dövlət dilində yazılır. Həmin Qaydanın 2.10-cü bəndinə əsasən, uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir. İşin faktiki hallarına əsasən iddiaçı oğlu X2 döğum haqqında şəhadətnaməni 2003cu ildə alarkən, doğum akt qeydi ilə tanış olmuş, və onu imzalamışdır. Həmin zaman şəhadətnamədə hər hansı bir səhvin olması iddiaçı tərəfindən aşkar edilməmiş, səhvin düzəldilməsi ilə bağlı həmin vaxt müraciət edilməmişdir. Hal- hazırda iddiaçı tərəfindən atasının adını özündə əks etdirən sənədlər , o cümlədən özünün və ya atasının doğum haqqında şəhadətnamələr təqdim edilməmiş, həmin sənədlərin mövcudluğu barədə məlumat verilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının atasının adının “Habil” deyil “Qabil” olması sübuta yetirilməmişdir. İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının oğlu X2 doğum haqqında şəhadətnamənin “ata” qrafasında iddiaçının ata adının “Habilyeviç”kimi qeydin “Qabil” oğlu kimi qeyd olunması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68 –cü, 69cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “ 04 iyul 2003-cü il təvəllüdlü X4 aid doğum haqqında şəhadətnamənin “Valideynləri” səhifəsinin “Atası” qrafasında iddiaçının ata adının “İddiaçı Habilyeviç” kimi qeydin “İddiaçı” kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3016/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3016/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver