Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3017/2025 05.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR Dövlət Gömrük Xidmətinin üzərinə iddiaçının sonuncu xidmət keçdiyi orqan kimi ona dair məlumat vərəqini müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsinə dair öhdəlik qoyulması; cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə ona ödənilməli olan 13 il 5 ay xidməti staj illərinə və eyni zamanda da xx.xx.2014-cü ildən bu günədək olan ödənilməmiş pensiya ödənc məbləğinin yenidən hesablanaraq ona təzmin edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Süleyman oğlu (Ş/v: AZE ******** seriyalı, xx.xx.1960-cı il təvəllüdlü) Bakı şəhərində anadan olmuşdur. Hazırda işləmir və İİİ qrup əlildir. Onun ümumilikdə əmək stajı 35 il təşkil edir və bu məlumatların hamısı əmək kitabçasında qeyd olunub. Qeyd edir ki, ona 2014-cü ildə əlilliyə görə pensiya təyin edilmiş, lakin 13 il 5 ay xidmət stajı nəzərə alınmamışdır. Hazırda aylıq 363 manat İİİ qrup əllilik üzrə əmək pensiyası alır. Bu səbəblə də, xidmət stajı üzrə pensiyanın yenidən hesablanıb ona ödənilməsinə dair AR-nın X2 cənablarına xx.xx.2024-cü ildə müraciət ünvanladı. Həmin müraciətinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanan cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. X3 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 14 avqust 2024-cü il tarixli, 3-17-1/2-1- 193772/2024 saylı cavab məktubu qoşmaya əlavə edilir. AR-nın X2 cənablarına ünvanladığı müraciət məktubuna əsasən, xx.xx.2024-cü il tarixdə, 3-33/2-1-001708/1- 42/2024 saylı cavab məktubu ilə AR Dövlət Gömrük Komitəsi tərəfindən belə əsaslandırılmışdır ki, "Zabit heyətinə məxsus şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması" haqqında AR Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 saylı Qərarının 1-ci bəndinə əsasən, hərbi qulluqçulara xidmət illərinə görə pensiya təyin olunması üçün onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq sisilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssislərinin axşam şəbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlimin bir il altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmuşdur. Qeyd edir ki, 1981-1986-cı illər ərzində Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aldığı 5 il təhsil müddəti 2 il 6 ay sayılmaqla, 1978-1980-ci illər ərzində 2 il həqiqi hərbi xidmətdə olduğu dövr və 16 avqust 1995-ci il tarixindən 6 iyul 2004-cü il tarixədək gömrük orqanlarında işlədiyi dövr və 16 avqust 1995-ci il tarixdən 6 iyul 2004-cü il tarixədək gömrük orqanlarında işlədiyi dövr pensiya təminatına əsas olan xidmət stajına aid edilir. Onun xidmət stajı ümumilikdə 13 il 5 ay təşkil edir və lakin bütün bu əsaslara baxmayaraq həmin dövrdə qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət stajına malik olmadığı üçün onun pensiya hüququnun yaranmadığını qeyd etmişlər. Lakin qeyd edir ki, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 12-ci maddəsinin "b" bəndinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin müəyyən yaş həddinə çatması, 25 təqvim ili və daha çox ümumi iş stajının olması və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirməsi kimi faktlarla şərtləndirilmişdir. Odur ki, yuxarıdakılara əsasən, inzibati orqanların cavabı qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etməli omuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı “məlumat vərəqinin müvafiq elektron informasiya siteminə daxil edilməklə Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına təqdim edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının cavabdeh qismində prosesdə iştirakına xitam verilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Dövlət Gömrük Komitəsinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddia tələbini onunla əsaslandırmışdır ki, 35 il əmək stajının olması barədə məlumatlar əmək kitabçasında qeyd olunmuşdur. 2014-cü ildə əlilliyə görə (363 manat (İİİ qrup)) pensiya təyin edilsə də onun gömrük orqanlarında 13 il 5 ay təşkil edən xidmət illəri nəzərə alınmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-33/2-1- 001708/1-42/2024 nömrəli imtina məktubunda gömrük orqanlarında xidmət ilinin ümumilikdə 13 il 5 ay təşkil etdiyini lakin həmin dövrdə qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət ilinə malik olmadığından pensiya hüququnun yaranmadığı qeyd edilmişdir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 12-ci maddəsinin “b” bəndinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin müəyyən yaş həddinə çatması, 25 təqvim ili və daha çox ümumi ış stajının olması və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçməsi kimi faktlarla şərtləndirilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının gömrük orqanlarında xidmətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2004-cü il tarixli 296Ş nömrəli əmri ilə 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə xitam verilmişdir. İddiaçının xidmətinə xitam verilən zaman gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 113-cü maddəsinə əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il 27 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da qeyd olunduğu kimi xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndində xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün Ümumilikdə 20 il hərbi xidmət stajı tələb olunurdu. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçulara xidmət illərinə görə pensiya təyin olunması üçün onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçının 1981-1986-cı illər ərzində Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda aldığı 5 il təhsil müddəti 2 il 6 ay sayılmaqla, 1978-1980-ci illər ərzində 2 il həqiqi hərbi xidmətdə olduğu dövr və xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək gömrük orqanlarında xidmət etdiyi dövr pensiya təminatına əsas olan xidmət stajına aid edilir, iddiaçının gömrük orqanlarında xidmət illəri ümumilikdə 13 il 5 ay təşkil edir və həmin dövrdə qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət stajına malik olmadığı üçün xidmət illərinə görə pensiya hüququ yaranmır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin müəyyən yaş həddinə çatması. 25 təqvim ili və daha çox ümumi iş stajının olması və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirməsi kimi faktlarla şərtləndirilmişdir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 27-ci maddəsinin birinci hissəsinə uyğun olaraq gömrük xidməti leytenantı xüsusi rütbəsində xidmət edən gömrük orqanının vəzifəli şəxsləri üçün xidmətdə olmanın son yaş həddi 50 yaş müəyyən edilmişdir. iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilən zaman (xx.xx.2004-cü il) gömrük xidməti leytenantı xüsusi rütbəsində olmuş və hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmamışdır. iddiaçının 1978-1980-ci illər ərzində 2 il həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək gömrük orqanlarında işlədiyi dövr ümumilikdə 10 il 11 ay təşkil edir və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndinin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulan xidmət stajı tələbinə uyğun deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş KB 013588 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1981-1986-cı illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçının müraciətinə cavab olaraq ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: -hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; -hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çemobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Eyni zamanda bildiririk ki, "“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Qanununun Keçid müddəasının 5.1-ci maddəsinə əsasən, “Bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir”. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007- ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Qeyd olunanları nəzərə alaraq, sözügedən Qaydaların tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyiniz orqan tərəfindən sizə dair məlumat vərəqi müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra sizə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. Yuxarıda göstərilənlər haqqında sizə tərəfimizdən 30 iyul 2024-cü il tarixli 3-17-1/2-S- 180198/2024 nömrəli məktubla məlumat verilib. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2-018025/2024 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki: - Dövlət Gömrük Komitəsinin xx.xx.1995-ci il tarixli 715 nömrəli Əmri ilə İddiaçı 1960-cı il təvəllüdlü, ali təhsilli, ştat cədvəlinə müvafiqq maaşla , 3 aylıq sınaq müddəti ilə Xaçmaz gömrükxanası Samur gömrük postunun inspektrou vəzifəsinə təyin edilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2004-cü il tarixli 296Ş nömrəli Əmri ilə Komitənin Xaçmaz gömrükxanasının «Samur» gömrük postunun inspektoru İddiaçı Süleyman oğlu Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə və «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə 06 iyul 2004-cü il tarixdən tutduğu vəzifəsindən azad edilmiş və onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 3-33/2-S-001708/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Sizin gömrük orqanlarında xidmətinizə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 6 iyul 2004-cü il tarixli 296Ş nömrəli əmri ilə 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsünüz ilə xitam verilmişdir. Sizin gömrük orqanlarında xidmətinizə xitam verilən zaman gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 113-cü maddəsinə əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il 27 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da qeyd olunduğu kimi xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndində xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 il hərbi xidmət stajı tələb olunurdu. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçulara xidmət illərinə görə pensiya təyin olunması üçün onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmuşdur. Sizin 1981-1986-cı illər ərzində Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aldığınız 5 il təhsil müddəti 2 il 6 ay sayılmaqla, 1978-1980-ci illər ərzində 2 il həqiqi hərbi xidmətdə olduğunuz dövr və 16 avqust 1995-ci il tarixindən 6 iyul 2004-cü il tarixinədək gömrük orqanlarında işlədiyiniz dövr pensiya təminatına əsas olan xidmət stajına aid edilir. Sizin xidmət stajınız ümumilikdə 13 il 5 ay təşkil edir və həmin dövrdə qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət stajına malik olmadığınız üçün Sizin xidmət illərinə görə pensiya hüququnuz yaranmır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin müəyyən yaş həddinə çatması, 25 təqvim ili və daha çox ümumi iş stajının olması və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirməsi kimi faktlarla şərtləndirilmişdir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 27-ci maddəsinin birinci hissəsinə uyğun olaraq gömrük xidməti leytenantı xüsusi rütbəsində xidmət edən gömrük orqanının vəzifəli şəxsləri üçün xidmətdə olmanın son yaş həddi 50 yaş müəyyən edilmişdir. Siz gömrük orqanlarında xidmətinizə xitam verilən zaman (6 iyul 2004-cü il) gömrük xidməti leytenantı xüsusi rütbəsində olmuşsunuz və hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmamışsınız. Əlavə olaraq bildiririk ki, 1978-1980-ci illər ərzində 2 il həqiqi hərbi xidmətdə olduğunuz dövr, 16 avqust 1995-ci il tarixindən 6 iyul 2004-cü il tarixinədək gömrük orqanlarında işlədiyiniz dövr ümumilikdə 10 il 11 ay təşkil edir və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndinin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulan xidmət stajı tələbinə uyğun deyil. Qeyd edilənlərə əsasən qanunvericilikdə müəyyən edilmiş hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət stajına malik olmadığınız və hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərə uyğun olmadığınız üçün pensiya hüququnuz yaranmır və Sizə dair məlumat vərəqinin müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi mümkün deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyəti üzrə əsassızdır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Dövlət Gömrük Komitəsində xidmət etmiş və Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə və «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə 06 iyul 2004-cü il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Hazırda iddiaçı məlumat vərəqinin müvafiq elektron informasiya siteminə daxil edilməklə Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına təqdim edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmasını mübahisləndirir. İddiaçı öz tələbini "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 12-ci maddəsinin "b" bəndinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin müəyyən yaş həddinə çatması, 25 təqvim ili və daha çox ümumi iş stajının olması və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirməsi ilə əsaslandırmışdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçının xidmətinə xitam verilən zaman gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 113-cü maddəsinə əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il 27 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da qeyd olunduğu kimi xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən Xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 ,təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; q) hərbi xidmətdə ,və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Göründüyü kimi, iddiaçının istinad etdiyi “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin müəyyən yaş həddinə çatması, 25 təqvim ili və daha çox ümumi iş stajının olması və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirməsi kimi faktlarla şərtləndirilmişdir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 27-ci maddəsinin birinci hissəsinə uyğun olaraq gömrük xidməti leytenantı xüsusi rütbəsində xidmət edən gömrük orqanının vəzifəli şəxsləri üçün xidmətdə olmanın son yaş həddi 50 yaş müəyyən edilmişdir. İddiaçının gömrük orqanlarında xidmətinə xitam verilən zaman, yəni xx.xx.2004-cü il tarixdə gömrük xidməti leytenantı xüsusi rütbəsində olmuş və hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmamış, 44 yaşında öz arzusu ilə xidmətdən azad edilmişdir. İddiaçının 1981-1986-cı illər ərzində Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda aldığı 5 il təhsil müddəti 2 il 6 ay sayılmaqla, 1978-1980-ci illər ərzində 2 il həqiqi hərbi xidmətdə olduğu dövr və xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək gömrük orqanlarında xidmət etdiyi dövr pensiya təminatına əsas olan xidmət stajına aid edilməklə, iddiaçının gömrük orqanlarında xidmət illəri ümumilikdə 13 il 5 ay təşkil etsə də, xidmətdən yaşa görə buraxılmadığından onun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndinə uyğun olaraq pensiya hüququ yaranmamışdır. Eyni zamanda iddiaçının xidmətdən buraxılanadək azı gömrük orqanlarında 20 təqvim ili xidmət stajına malik olmadığı üçün onun“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndinə uyğun olaraq da pensiya hüququ mövcud olmamışdır. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların: -2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. -3-cü bəndinə görə bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. -5-ci bəndinə görə məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. -6-cı bəndinə əsasən əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır. -7-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı xidmətdən azad olunan dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə uyğun pensiya hüququ yaranmadığından cavabdeh orqanın onun barəsində pensiya təminatına əsas vercək məlumat vərəqini təqdim etmək öhdəliyi yoxdur və bu əsasdan iddia tələbi təmin olunmamalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqəsinin verilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3017/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3017/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver