Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3019/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı “X1 ölüm haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı “iddiaçının atası X1 ölüm haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Vəfat etməmişdən öncə pasport qeydiyyatı dəyişmiş, Nərimanov rayonuna qeydiyyata düşmüşdür. Qeydiyyata düşəndən sonra ağır formada xəstələnmiş, onu Nərimanov rayonu ərazisindəki tibb müəssisəsinə qeydiyyata almaq mümkün olmamış, daha sonra isə vəfat etmişdir. Bu səbəbdən heç bir tibb müəssisəsində qeydiyyata düşə bilməmişdir. Daha əvvəl isə qeydiyyatı Səbail rayonu ərazisindəki tibb müəssisəsi olmuşdur. Qeyd edir ki, cavabdeh inzibati orqana müraciət etsə də ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtinada bildirilmişdir ki, ölümü təsdiq edən sənəd olmadığı üçün şəhadətnamənin verilməsi mümkün deyildir. Halbuki, mərhumun ölümü barədə xəbərdarlıq vərəqəsi mövcuddur. İnzibati orqan iş üzrə bütün halları araşdırmağa borcludur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsində göstərilmişdir: “Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddiaçının tələbindən göründüyü kimi iddiaçı atası X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölmüş atasının ölüm haqqında şəhadətnamənin verilməsini tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 193-cü maddəsində göstərilmişdir:” “193.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır.193.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. “ Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Həmin Məcəllənin 195-cü maddəsinə əsasən, ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05 nömrəli, 31 yanvar 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası ”-nın 4.1. –cü bəndənə əsasən, “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5.-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2022ci il tarixli, 234 nömrəli iddiaçıya ünvanlanmış məktubuna əsasən, X2 ölümünün qeydiyyata alınması barədə ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5.-ci bəndinə əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər; ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ölüm faktını müəyyən edilməsi üçün aidiyyətı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan X8 üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı şəhər Təcili və X5 Stansiyası” publik hüquqi şəxsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:06-da 103 xidmətinə Səbail rayon, ünvan 2 ünvanından naməlum şəxsin adına “hal pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırış 2 saylı bölmənin həkimi Gülşən Şahbazova icra edərək, ünvanda X3 (92 iki yaş ) məxsus meyit ilə rastlaşmış, “həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu qoymuş və COVİD-19 virus infeksiyasının aşkarlanması üçün yaxma nümunəsi götürülmüşdür. Hadisə barədə 39-cu polis bölməsinə kapitan Həsənova məlumat verilmişdir. İddia ərizəsindən, iş materiallarında olan sənədlərdən məlum olur ki, iddiaçı atasının ölüm haqqında şəhadətnaməni alınması üçün qanunla tələb olunan sənədləri ölüm faktını təsdiq edən tibbi şəhadətnaməsini cavabdehə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması halları ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qərarın 5.2-ci bəndinə əsasən, bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə bir daha qeyd edir ki, cavabdehin imtina hərəkətləri nəticəsində iddiaçının hər hansı bir subyektiv hüququnun pozulması halı müəyyən edilmir. İşin faktiki və hüquqi hallarından göründüyü kimi, hazırki mərhələdə göstərilən vəzifənin- ölüm haqqında şəhadətnamənin verilməsi tələbinin- icrası cavabdeh qismində göstərilmiş Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən mümkün deyil. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı “X1 ölüm haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3019/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3019/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver