Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-302/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 və X9 üçüncü şəxslər qismində işə cəlb olunmaqla “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı sahənin bir hissəsində yerləşən torpaq sahəsi ilə üst-üstə düşən X3 adına 02 noyabr 2007-ci il tarixli ********* qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı sahənin bir hissəsində yerləşən mülkiyyətində olan torpaq sahəsinin bölgü sxemi tərtib olunaraq yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 və X9 üçüncü şəxslər qismində işə cəlb olunmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı sahənin bir hissəsində yerləşən torpaq sahəsi ilə üst-üstə düşən X3 adına 02 noyabr 2007-ci il tarixli ********* qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı sahənin bir hissəsində yerləşən mülkiyyətində olan torpaq sahəsinin bölgü sxemi tərtib olunaraq yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 noyabr 2013-cü il tarixli alqısatqı müqaviləsinə əsasən X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr kitabının 436 nömrəli, ********** qeydə alma nömrəli, 06.07.2013-cü il tarixli Hüquqlarımı Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 ünvanında yerləşən 0.77808 ha torpaq sahəsinin 0.315 ha hissəsini almışdır. Qalan hissə isə Fərid Həsənlinin özündə qalmışdır. 23 noyabr 2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən alınmış torpaq sahəsi 18 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarinn Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən tam paylı, ********** qeydiyyat nömrəli, 0.311 ha ölçülü xüsusi mülkiyyət növlü torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 ünvanında yerləşən 8380.8 kv.m qeyri-yaşayış binasının torpaq sahəsi 20 oktyabr 2010-cu il tarixdə Fərid Həsənliyə icarəyə verilmiş və 17 iyul 2012-ci il tarixdə özəlləşdirmə əsasında Fərid Həsənlinin mülkiyyətinə verilmişdir. X9 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 27 saylı notariat kontorunda 27.05.2015-ci il tarixdə, 4Ə-154 reyestr nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsi əsasında (satıcı X6) ona məxsus olan ünvan 2 ünvanda yerləşən 0.6 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə çıxarışın verilməsi və həmin torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsinin cavabdeh təşkilata həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyun 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2018-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1439/2016 saylı iş üzrə 10 iyun 2016-cı il tarixli qərarı ləğv edilmiş, X4 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 27 saylı notariusda 27 may 2015-ci il tarixdə, 4Ə-154 reyestr nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsi əsasında ona məxsus olan ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə çıxarışın verilməsi və həmin torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsinin cavabdeh təşkilata həvalə edilməsi barədə iddiası mümkün sayılmaması qərara alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı sahənin bir hissəsində yerləşən torpaq sahəsi ilə üst-üstə düşən X8ma məxsus daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn ləğvi və mülkiyyətində olan torpaq sahəsinə bölgü sxemi tərtib olunmaqla yeni çıxarışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş 07 oktyabr 2019-cu il tarixli, **********71 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, sizin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı sahənin bir hissəsində yerləşən torpaq sahəsi ilə üst-üstə düşən X8ma məxsus daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn ləğvi və mülkiyyətinizdə olan torpaq sahəsinə bölgü sxemi tərtib olunmaqla yeni çıxarışın verilməsi ilə bağlı ərizəyə baxılmış və bununla bağlı bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivi, 4-cü küçə, 50 saylı sahənin bir hissəsində yerləşən 0,311 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 23 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında 18 fevral 2014-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Eyni zamanda Səbail Rayon İcra Hakimiyyəti Başçısının 12 may 1999cu il tarixli 651 saylı sərəncamına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinə dair 23 iyul 2007-ci il tarixli, 2143 saylı plan və ölçüyə əsasən Səbail rayonu, 3-cü yaşayış massivi, 1972 saylı sahədə fərdi evin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinə dair X3 adına 02 noyabr 2007-ci il tarixli ********* qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Aparılan araşdırma zamanı X3 adına qeydiyyata alınmış torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 0.311 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. X6 torpaq sahəsini 27 may 2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X1. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslərin nümayəndəsi və vəkili vəsatət ilə məhkəməyə müraciət edərək, iddia tələbinə baxılması üçün aidiyyat üzrə Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsin xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-4410/2019 saylı iş üzrə qəbul etdiyi 25.11.2019-cu il tarixli qərardadı ilə üçüncü şəxsin nümayəndəsi və vəkilinin vəsatəti təmin edilməməsi, işin baxılması Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində davam etdirilməsi qərara alınmşdır. 1 saylı İnzibati-İqtisadi Məhkəmənin 2-1(81)-4410/2019 saylı, 25.11.2019-cu il tarixli qərardadından Üçüncü şəxs X9 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1008/2020 saylı iş üzrə qəbul etdiyi 11 iyun 2020-ci il tarixli qərardadı ilə üçüncü şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4410/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin Qərardadda göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iradə ifadəsini nədən ibarət olmasını dəqiq müəyyən etməklə məhkəmə aidiyyətini müəyyən etməli, işin inzibati nəhkəmə icraatında baxılmasınəticəsinə gəldiyi halda, işin icraatının Səbail rayon məhkəməsində baxılan mülki işin nəticəsindən asılı olub-olmamasına dair hüquqi qiymət verilməlidir. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə təyin edilmiş 01.10.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin geri götürülməsi üçün müddət verilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası iddiaçının vəkilinın vəsatəti əsasında 17.11.2020-ci il tarixinə təxirə salınmış, lakin iddiaçının vəkili məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclasda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Daha sonra məhkəmə iclası 13 aprel 2021 –ci il tarixinə təyin edilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkilinin iştirakını təmin etməmişdi, bunun səbəbləri barədə bildirməmişdir. İşin gedişatından göründüyü kimi iddiaçı məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmə iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir, və məhkəmə icraatından yayınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 və X9 üçüncü şəxslər qismində işə cəlb olunmaqla “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 4-cü küçə, 50 saylı sahənin bir hissəsində yerləşən torpaq sahəsi ilə üst-üstə düşən X3 adına 02 noyabr 2007-ci il tarixli ********* qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı sahənin bir hissəsində yerləşən mülkiyyətində olan torpaq sahəsinin bölgü sxemi tərtib olunaraq yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi geri götürülmüş hesab edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 və X9 üçüncü şəxslər qismində işə cəlb olunmaqla “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı sahənin bir hissəsində yerləşən torpaq sahəsi ilə üst-üstə düşən X3 adına 02 noyabr 2007-ci il tarixli ********* qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı sahənin bir hissəsində yerləşən mülkiyyətində olan torpaq sahəsinin bölgü sxemi tərtib olunaraq yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin və 2 -1(112)-302/2021 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-302/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-302/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver