Məhkəmə qərarları › İş №2-1(112)-302/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-302/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-302/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X7 və X5) “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən “B” tikilisinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1896,1 kv. m olan qeyriyaşayış binasını almışdır. Buna dair ona xx.xx.2017-ci il tarixli, ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi "A" və "B" tikilisindən ibarətdir. Lakin ona "A" və "B" tikilisinə dair vahid bir çıxarış verilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarı ilə ünvan 3 ünvanda yerləşən "A" və "B" tikililərinə bölgü sxeminin tərtib edilməsi, ünvan 1 ünvanda yerləşən “A” tikilisinə İddiaçı adına ayrıca mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına almaqla dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Bundan sonra ona "A" tikilisinə dair xx.xx.2019-cu il tarixli dövlət resyestrindən çıxarış verilmişdir. Lakin "B" tikilisinə dair çıxarış verilməmişdir. Ona verilən xx.xx.2017-ci il tarixli, ******* saylı dövlət reyestrindən çıxarışa əsasən "B" tikilisi də onun mülkiyyətindədir. Bundan sonra ünvan 2 ünvanında yerləşən "B" tiklisinə dair dövlət reyestrindən çıxarışın verilməsini üçün cavabdehə müraciət edərək "B" tiklisinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdehin 07 iyun 2021-ci il tarixli, **********57 saylı məktubu ilə ərizənin təmin olunmasından imtina olunmuşdur, imtina onunla əsaslandırılmışdır ki, "B" tikiliyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Hesab etmişdir ki, qeyd olunan imtina əsassızdır. Çünki "A" və "B" tikililəri onun mülkiyyətindədir. Sadəcə hər iki tikili bir çıxarışda olduğundan məhkəməyə müraciət edərək, "A" tikilisinə dair ayrıca çıxarış alınmış, lakin "B" tikilisinə çıxarış alınmamışdır. Halbu ki, "B" tiklisi də onun mülkiyyətində olmuşdur.

3. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, “torpaq sahəsi və “B” tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.”

4. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-680/19 saylı 12 mart 2019-cu il tarixli qərarı ilə ünvan 3 ünvanda yerləşən "A" və "B" tikililərinə bölgü sxeminin tərtib edilməsi, ünvan 1 ünvanda yerləşən “A” tikilisinə İddiaçı adına ayrıca mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına almaqla dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, torpaq sahəsi və “B” tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Əlavə olaraq, 1 saylı Bakı İnzibati-İqitisadi Məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən “A” tikilisinə dair çıxarış verilməsi öhdəliyi qoyulmuş, ancaq “B” tikilisi ilə bağlı məhkəmə qərarı ilə İdarəyə hər hansı öhdəlik qoyulmamışdır. Nəsimi rayon Məhkəməsinin 2(006)-7650/2014 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən “Çapçı" MMC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4Ə- 354 reyestr nömrəli bağışlama müqaviləsinin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “B” tikilisi hissəsində etibarsız hesab edilməsi və həmin müqavilə əsasında X4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv olunması qət edilmişdir. Beləliklə, iddiaçı daşınmaz əmlakı X7 ilə arasında bağlanan alqı-satqı müqaviləsi əsasında əldə etmiş və məhkəmə qərarı ilə ilkin sənəd olan "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4Ə-354 reyestr nömrəli bağışlama müqaviləsi “B" tikilisi hissəsində etibarsız hesab edilmişdir.

6. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X7 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar X1 və "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər "xxxx" MMC, X8, İddiaçı və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(006)-7943/2021 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır.

8. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçılar X1 və "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X6, İddiaçı və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə baxılmışdır. İddiaçılar X1 və "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X6, İddiaçı və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1225/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə iddia tələbi təmin edilmiş, X7 ilə İddiaçı arasında Nəsimi rayonu, Kaveroçkin 30A ünvanında yerləşən sahəsi 1896.1 kv.m olan qeyri-yaşayış sahəsinə dair ünvan 6ariat kontorunda bağlanmış 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Alqı-satqı müqaviləsi hazırda "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus “B” tikilisi hissəsində etibarsız hesab edilmiş və 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış ləğv edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1225/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixdə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5413/2022 saylı, xx.xx.2022-ci il tarixli yekun məhkəmə aktı üzrə iddiaçı X1 və "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X6, İddiaçı və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(005)- 1225/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(005)-1225/2022 saylı qətnaməsi qismən (yəni “21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Alqı satqı müqaviləsi əsasında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın ləğv edilməsi” məhkəmə aktından xx.xx.2023-cü il tarixdə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1520/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5413/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

18. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

20. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının qeyri-yaşayış sahəsinin “B” tikilisinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olan xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Belə ki, iddiaçılar X1 və "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X6, İddiaçı və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə baxılmışdır. İddiaçılar X1 və "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X6, İddiaçı və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1225/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə iddia tələbi təmin edilmiş, X7 ilə İddiaçı arasında Nəsimi rayonu, Kaveroçkin 30A ünvanında yerləşən sahəsi 1896.1 kv.m olan qeyriyaşayış sahəsinə dair ünvan 6ariat kontorunda bağlanmış 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Alqı-satqı müqaviləsi hazırda "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus “B” tikilisi hissəsində etibarsız hesab edilmiş və 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5413/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə iddiaçı X1 və "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X6, İddiaçı və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(005)-1225/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(005)- 1225/2022 saylı qətnaməsi qismən (yəni “21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Alqı satqı müqaviləsi əsasında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın ləğv edilməsi” və Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq olunmaması) ləğv edilmiş və iddia həmin hissədə qismən təmin edilmişdir. Cavabdehlər X7 ilə İddiaçı arasında bağlanmış 21 oktyabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* saylı Alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2017 ci il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış (qeydiyyat) “B” tikilisinə dair hissədə ləğv oedilmiş, X2 320175 (üç yüz iyirmi min yüz yetmiş beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1520/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5413/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən “B” tikilisi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunda göstərilmiş əsaslardan heç biri mövcud deyil.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması hallarını müəyyən etməmişdir.

24. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar