Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3020/2025 19.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 14 noyabr 2005-ci il tarixli 103 saylı Səbayıl Bələdiyyəsinin qərarı və eyni tarixli alqı-satqı müqaviləsi ilə alınmış ümumi sahəsi 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü sənədinin verilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquq şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi “Səbail Bələdiyyəsi tərəfindən İddiaçı ayrılan sahə üzərində X1 adına qeydiyyata alınmış mülkiyyət hüququna dair qeydin və müvafiq çıxarışın ləğv edilməsi; Səbail Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqısatqısına dair akta əsasən tərtib olunmuş cizgi planına uyğun olaraq həmin ərazi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin sahənin plan ölçüsü sənədi, texniki pasportu və çıxarışın verilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Salyan şosesi 32 ünvanında uzun müddətdən bəri daş hasara alaraq bağ kimi istifadə etdiyi torpaq sahəsi mövcuddur. Ətrafdakı yerlərin hamısı tutulub, orda fərdi yaşayış evləri tikilib, mülkiyyət hüquqları qeydiyyata alınıb. İddiaçı sahibliyində olan ərazi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə ərizə versə də, ərizəyə imtina cavabı verilmişdir. Belə ki, 2005-ci ildə Səbail Bələdiyyəsi həmin torpaqların balansında olması səbəbi ilə sənədləşdirməyə başlamışdı. İddiaçı da digər qonşuları kimi Səbail Bələdiyyəsinə müraciət etmiş və 14 Noyabr 2005-ci il tarixli 103 saylı Səbail Bələdiyyəsinin qərarı və eyni tarixli alqı-satqı müqaviləsi ilə həmin ərazi iddiaçıya satılmışdır. İddiaçı 2005-ci ildə həmin ərazi üçün 2496 manat vəsait ödəmişdir. Sonrakı müddət ərzində qonşuların əksəri öz mülkiyyət hüquqlarını qeydiyyata almış və bununla bağlı müvafiq qeydiyyat sənədlərini də əldə etmişdirlər. İddiaçı Səbail Bələdiyyəsi tərəfindən tələb olunan bütün sənədləri təqdim etmişdir və onlar tərəfindən verilən bütün sənədləri də cavabdeh orqana təqdim etmişdir. Lakin torpaq sahəsinin kadastr sənədi təqdim edilməmiş və bildirilmişdir ki kadastr əməliyyatı torpağın özəlləşdirilməsi zamanı aparılacaqdır. İddiaçı bildirir ki, torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində tərtib edilən torpaqların alqı-satqısına dair akt və ya müqavilə yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradəni ifadə edən inzibati aktın, yəni qərarın qəbul olunması və icrası məqsədlərinə xidmət edir. İşin faktiki hallarından da görünür ki, iddiaçı tərəfindən bələdiyyənin bank hesabına müəyyən olunmuş məbləğdə vəsaitin ödənilməsi ilə həmin qərarın məqsədlərinə nail olunmuşdur, yəni iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı- satqısı baş tutmuşdur. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, məhz icraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır, yəni ona torpaq sahəsinin ayrılması ilə bağlı məsələni tənzimləyir və həll edir. Başqa sözlə, torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu mənada hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır. Belə olan halda “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq icraat nəticəsində qəbul edilmiş yekun qərar-inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə yanaşma “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedən də irəli gəlir. İstinad olunan həmin hüquqi mövqeyə görə, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun. Bundan başqa iddiaçı bildirir ki, daha əvvəl 2017-ci ildə də sahib olduğu torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata aldırmağa çalışmış və Bakı Şəhər Ərazi İdarəsinə təqdim olunmaq məqsədi ilə 18 Oktyabr 2017-ci il tarixli SB/TA-S/198 saylı Arayış əldə etmişdir. Səbail Bələdiyyəsindən 14 Noyabr 2005-ci ildə aldığı və sahibliyində olan daşınmazı qeydiyyata almaq üçün 07 Avqust 2024-cü il tarixində cavabdehə təkrar müraciət etmişdir. Cavabdeh müraciəti ********** nömrə ilə qeydiyyata almış və 26 Avqust 2024-cü ildə müraciətə imtina vermişdir. İddiaçı 14 Noyabr 2005-ci il tarixli 103 saylı Səbail Bələdiyyəsinin qərarı və eyni tarixli alqı-satqı müqaviləsi ilə aldığı ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsinin kadastr aparılması və ilkin qeydiyyatın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş edir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilən sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “xx.xx.2005-ci il tarixli, 103 saylı Səbail Bələdiyyəsinin qərarı və eyni tarixli alqı-satqı müqaviləsi ilə aldığım ümumi sahəsi 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** ərizə ilə İdarəyə müraciət etmiş və **********38 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) müvafiq bələdiyyə qərarına istinad olunmamışdır. Həmçinin elektron kadastr baza məlumatına əsasən göstərilən sahə **********71 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. O cümlədən təqdim olunmuş cizgidə dəqiq istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd olunmadığından sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Torpaq sahəsinin faktiki ölçüsü 682 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m qeyd olunsa da, faktiki 580 kv.m təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilir.
6. Bakı şəhəri Səbail Rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarına əsasən Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.
7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə qeyd edilmişdir ki, iş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən göstərilən sahə **********71 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir.
9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X4 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Bakı şəhəri Səbail Rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 196 nömrəli Qərarına əsasən Səbail rayonu Salyan şossesi 32 ünvanda Bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. X1 adına sənədləşdirilməsi qərara alınmışdır.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyata alınmışdır.
12. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin giriş-çıxışı sərbəst olmaqla iki tərəfdən və bir tərəfin bir hissəsi daş hasarla, digər bir tərəfdən və digər tərəfin bir hissəsi şərti olaraq sərhədlənib. Tikili yoxdur.
13. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - İddiaçı Bakı şəhəri Səbail Rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarı ilə ayrılmış torpaq sahəsinin cizgiyə uyğun həqiqi ərazisi X2 Bakı şəhəri Səbail Rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 196 nömrəli Qərarı ilə ayrılmış torpaq sahəsinin cizgiyə uyğun həqiqi ərazisi ilə üst-üstə düşürmü? Düşürsə, həmin (üst-üstə düşən) hissənin sahəsi və ölçüləri qeyd edilməklə ərazinin sxemi təqdim edilsin. - Bakı şəhəri Səbail Rayon Bələdiyyəsi tərəfindən X1 adına sənədləşdirilməsi nəzərdə tutulan 600 kv.m torpaq sahəsinin cizgi üzrə həqiqi ərazisi X1 adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatlarına uyğundurmu? - Bakı şəhəri Səbail Rayon Bələdiyyəsi tərəfindən İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulan 600 kv.m torpaq sahəsinin cizgi üzrə həqiqi ərazisi İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin koordinatlarına uyğundurmu?
14. Cavabdeh tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub ilə mütəxəssis rəyi təqdim edilmişdir: “Göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 580.0 kv.m təşkil edir (20.0 kv.m azdır). Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 580.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. XY
1. 397534.304 4462768.122
2. 397554.389 4462773.142
3. 397560.984 4462742.749
4. 397545.169 4462738.429 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə **********71 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. O cümlədən təqdim olunmuş cizgidə dəqiq istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd olunmadığından sənədin göstərilən sahəyə aid olub olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.”
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 3, mənzil 39-da yaşayan İddiaçı xx.xx.2025-ci il tarixdə Səbail Rayon Polis İdarəsinə müraciət edərək 15 noyabr 2005-ci il tarixli 103 saylı qərarla onu Bakı şəhəri, Səbail rayonu, ünvan ünvanında ayrılmış 600 kv.m torpaq sahəsinə X4 tərəfndən saxta sənəd əldə edərək ona məxsus torpaq sahəsinə çıxarış aldığını bildirmişdir. Hazırkı faktla bağlı Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır.
16. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarı: “... Toplanmış materiala əlavə edilmiş Səbail Bələdiyyəsinin 18 oktyabr 2017-ci il tarixli arayışında qeyd edilmişdir ki, verilir X6 ondan ötrü ki, Səbail Bələdiyyəsi tərəfindən Salyan şossesi 32 ünvanda 14 noyabr 2005-ci il tarixdə onun adına 103 saylı qərarı ilə 6000 kv.m torpaq sahəsi sənədləşdirilmişdir. Toplanmış materiala əlavə edilmiş Səbail Bələdiyyəsinin 14 noyabr 2005-ci il tarixli 103 saylı qərarından, torpaqların alqı-satqısına dair aktdan və eskizdən görünür ki, İddiaçı oğlunun adına Salyan şossesi 32 ünvanda 600 kv.metr torpaq sahəsi sənədləşdirilmişdir. Toplanmış materiala əlavə edilmiş Səbail Bələdiyyəsinin 05 oktyabr 2004-cü il tarixli 196 saylı sərəncamından və eskizdən görünür ki, X1 adına Salyan şossesi 32 ünvanda 600 kv.metr torrpaq sahəsi sənədləşdirilmişdir. Həmin sərəncamın təsviri hissəsində qeyd edilmişdir ki, həmin sərəncam Səbail Bələdiyyəsinin 2 ay 16 gün sonrakı, yəni xx.xx.2004cü il tarixli iclasının protokoluna əsaslanaraq verilir. Bu həmin sərəncamın saxta olduğunu bir daha sübut edir. .... ...Beləliklə araşdırma zamanı X1 adına Bakı şəhəri Səbail rayonu Salyan şossesi 132 ünvanda Bələdiyyə ərazisinə məxsus 0.600 kv.m torpaq sahəsinin sənədləşdirilməsinə dair 05 oktyabr 2004-cü il tarixli 196 saylı sərəncamın saxta olması müəyyən edilmişdir. Beləliklə material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan sözügedən torpaq sahəsi Səbail Bəllədiyyəsinin 14 noyabr 2005-ci tarixli 103 saylı sərəncamı, torpaqların alqı-satqı aktı və eksizlə İddiaçı məxsus olsa da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin vahid elektron baza məlumatına əsasən 559245 qeydiyyat nömrəli müraciət ********** reyestr nömrəsi ilə qeydiyyatdan keçərək X1 xüsusi mülkiyyəindədir. Buna baxmayaraq həmin torpaq sahələrinə dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 14 noyabr 2005-ci il tarixli 103 nömrəli qərarı mövcuddur. Ona görə də Bakı şəhəri Səbail Bələdiyyəsinin 05 oktyabr 2004-cü il tarixli 196 nömrəli qərarının saxta olması müəyyən olunduğundan toplanmış materialda Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin tərkib əlamətləri vardır. ...”
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
19. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
20. İddia tələbi “Səbail Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair akta əsasən tərtib olunmuş cizgi planına uyğun olaraq həmin ərazi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin sahənin plan ölçüsü sənədi, texniki pasportu və çıxarışın verilməsi” hissəsində mümkündür.
III. Məhkəmənin mövqeyi
21. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
22. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
23. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
24. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
26. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
30. İddia ərizəsinin məzmunundan görünür ki, Səbail Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair akta əsasən tərtib olunmuş cizgi planına uyğun olaraq həmin ərazi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin sahənin plan ölçüsü sənədinin, texniki pasportun və çıxarışın verilməsini tələb edir.
31. İddiaçı iddia tələbinin təmin edilməsi üçün əsas olaraq Bakı şəhəri Səbail Rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarına istinad etmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarına əsasən Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.
32. Məhkəmə nəzərə alır ki, iddiaçı tərəfindən mübahisələndirilən 600 kv.m torpaq sahəsi digər şəxsin (X4) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
33. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı şəhəri Səbail Rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarına əsasən Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. - Bakı şəhəri Səbail Rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 196 nömrəli Qərarına əsasən Səbail rayonu Salyan şossesi 32 ünvanda Bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. X1 adına sənədləşdirilməsi qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin giriş-çıxışı sərbəst olmaqla iki tərəfdən və bir tərəfin bir hissəsi daş hasarla, digər bir tərəfdən və digər tərəfin bir hissəsi şərti olaraq sərhədlənib. Tikili yoxdur. - Cavabdeh tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub ilə mütəxəssis rəyi təqdim edilmişdir: “Göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 580.0 kv.m təşkil edir (20.0 kv.m azdır). Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 580.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. XY
5. 397534.304 4462768.122
6. 397554.389 4462773.142
7. 397560.984 4462742.749
8. 397545.169 4462738.429 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə **********71 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. O cümlədən təqdim olunmuş cizgidə dəqiq istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd olunmadığından sənədin göstərilən sahəyə aid olub olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.” - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 3, mənzil 39-da yaşayan İddiaçı xx.xx.2025-ci il tarixdə Səbail Rayon Polis İdarəsinə müraciət edərək 15 noyabr 2005-ci il tarixli 103 saylı qərarla onu Bakı şəhəri, Səbail rayonu, ünvan ünvanında ayrılmış 600 kv.m torpaq sahəsinə X4 tərəfndən saxta sənəd əldə edərək ona məxsus torpaq sahəsinə çıxarış aldığını bildirmişdir. Hazırkı faktla bağlı Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır. - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarı: “... Toplanmış materiala əlavə edilmiş Səbail Bələdiyyəsinin 18 oktyabr 2017-ci il tarixli arayışında qeyd edilmişdir ki, verilir X6 ondan ötrü ki, Səbail Bələdiyyəsi tərəfindən Salyan şossesi 32 ünvanda 14 noyabr 2005-ci il tarixdə onun adına 103 saylı qərarı ilə 6000 kv.m torpaq sahəsi sənədləşdirilmişdir. Toplanmış materiala əlavə edilmiş Səbail Bələdiyyəsinin 14 noyabr 2005-ci il tarixli 103 saylı qərarından, torpaqların alqı-satqısına dair aktdan və eskizdən görünür ki, İddiaçı oğlunun adına Salyan şossesi 32 ünvanda 600 kv.metr torpaq sahəsi sənədləşdirilmişdir. Toplanmış materiala əlavə edilmiş Səbail Bələdiyyəsinin 05 oktyabr 2004-cü il tarixli 196 saylı sərəncamından və eskizdən görünür ki, X1 adına Salyan şossesi 32 ünvanda 600 kv.metr torrpaq sahəsi sənədləşdirilmişdir. Həmin sərəncamın təsviri hissəsində qeyd edilmişdir ki, həmin sərəncam Səbail Bələdiyyəsinin 2 ay 16 gün sonrakı, yəni xx.xx.2004cü il tarixli iclasının protokoluna əsaslanaraq verilir. Bu həmin sərəncamın saxta olduğunu bir daha sübut edir. .... ...Beləliklə araşdırma zamanı X1 adına Bakı şəhəri Səbail rayonu Salyan şossesi 132 ünvanda Bələdiyyə ərazisinə məxsus 0.600 kv.m torpaq sahəsinin sənədləşdirilməsinə dair 05 oktyabr 2004-cü il tarixli 196 saylı sərəncamın saxta olması müəyyən edilmişdir. Beləliklə material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan sözügedən torpaq sahəsi Səbail Bəllədiyyəsinin 14 noyabr 2005-ci tarixli 103 saylı sərəncamı, torpaqların alqı-satqı aktı və eksizlə İddiaçı məxsus olsa da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin vahid elektron baza məlumatına əsasən 559245 qeydiyyat nömrəli müraciət ********** reyestr nömrəsi ilə qeydiyyatdan keçərək X1 xüsusi mülkiyyəindədir. Buna baxmayaraq həmin torpaq sahələrinə dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 14 noyabr 2005-ci il tarixli 103 nömrəli qərarı mövcuddur. Ona görə də Bakı şəhəri Səbail Bələdiyyəsinin 05 oktyabr 2004-cü il tarixli 196 nömrəli qərarının saxta olması müəyyən olunduğundan toplanmış materialda Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin tərkib əlamətləri vardır. ...”
34. Odur ki, məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 600 kv.m torpaq sahəsi X1 adına qeydə alınmışdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi ilə bağlı şübhələr yoxdur, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinə dair üçüncü şəxsin mülkiyyət hüquqları qeydə alındığından mülkiyyət hüququnun tanınmasını tələb etmək üçün iddiaçının “qanuni gözləntisi” yoxdur.
35. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya (İddiaçı) verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd torpaq ayıran qurum tərəfindən tərtib olunmuş torpağın yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd mövcud deyil. Belə ki, Səbail Rayonu Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarı ilə satılan mübahisəli torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək üçün yalnız iddiaçının tanıtmasını kifayət hesab etmək olmaz.
36. İddiaçının təqdim etdiyi əsaslandırma (eyni torpağın saxta şəkildə fərqli şəxslərə verilməsi) etibarlı cizgi olmadan yetərsizdir. Belə ki, İddiaçı ayrılmış torpaq sahəsinin, ümumiyyətlə, yerləşmə mövqeyini göstərən cizgisi (miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilməklə) mövcud olmadığından əsaslı şübhə yeri olmadan göstərilən torpaq sahəsinin müvafiq qərarla ona ayrıldığı qənaətinə gəlmək olmaz.
37. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək ona ayrılmış torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizgini təqdim etməklə iddia tələbini məhz X2 ayrılmış torpaq sahəsinin koordinatlarının ləğvi və torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması kimi dəqiqləşdirməyi təklif etmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə ilə razılaşmayaraq bildirmişdir ki, göstərilən torpaq sahəsinin ona məxsusluğu və X3in sənədlərinin saxtalığı təhqiqat orqanı tərəfindən müəyyən edilmiş, hesab edir ki, çıxarış və koordinat bir-birilə ayrılmaz olduğundan iddia tələbi qeyd edilən məzmunda ifadə edilməlidir.
38. Bununla belə, məhkəmə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin məhz iddia edilən X2 ayrılmış və hüququ qeydiyyatdan keçmiş torpaq sahəsi olduğu qənaətinə gəlmək mümkün deyil. İddiaçının nümayəndəsi qeyd edilən halın, yəni göstərilmiş torpaq sahəsinin məhz ona ayrıldığını cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən alınmış ifədələrlə təsdiq olunduğunu bildirir. Məhkəmə qeyd edir ki, İPM-in 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, məhkəmə qeyd edir ki, məhkəmə üçün preyudisial olan hal məhz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarıdır. Digər tərəfdən, torpaqayırma prosesi şahid ifadələri ilə deyil, məhz cizgilərlə tamamlanmalıdır.
39. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin **********71 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşdüyü və təqdim olunmuş cizgidə dəqiq istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd olunmadığından sənədin göstərilən sahəyə aid olub olmamasını müəyyənləşdirmək mümkün olmadığı qeyd edilmişdir.
40. Məhkəmə qeyd edir ki, X2 və İddiaçı adına təqdim edilmiş cizgilərin tədqiqi zamanı ayrılan torpaq sahələrinin üst-üstə düşmədiyini aydın görmək mümkündür. Belə ki, cizgilərin müqayisəsi nəticəsində torpaq sahələri arasında bir küçənin mövcudluğu mübahisəsizdir, yəni cizgilərə əsasən (istinad məsafələri göstərilməsə də) açıq şəkildə görünür ki, bu da həmin sahələrin faktiki olaraq torpaq sahələrinin fərqli məkanlarda yerləşdiyini göstərir. Qeyd edilən bu qiymətləndirmə üçün xüsusi biliyə ehtiyac olmadığına görə, məhkəmə ekspertiza təyin edilməsini prosessual qənaət prinsipinə əsasən zəruri hesab etmir.
41. Lakin məhkəmə qeyd edir ki, iddiaçı torpaq ayırma prosesini tamamlayan (göstərilən sahəyə) cizgini təqdim etdiyi təqdirdə məhkəmənin hüquqi yardımına uyğun iddia tələbi ilə yenidən müraciət edə bilər.
42. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.
43. İddia tələbinin texniki pasport verilməsi hissəsini məhkəmə plan-ölçüsü sənədinin verilməsi kimi nəzərə alır. Belə ki, torpaq sahəsinə dair verilən sənəd məhz torpaq sahəsinin planölçü sənədidir.
44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi ”Səbail Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair akta əsasən tərtib olunmuş cizgi planına uyğun olaraq həmin ərazi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin sahənin plan-ölçüsü sənədi və çıxarışın verilməsi” hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva