Məhkəmə qərarları › İş №2-1(112)-3021/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3021/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3021/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə (X2 üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə (X2 üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinin xx xxxxxx 2020-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavab məktubunun qanunsuz hesab edilməsi, güzəştli şərtlərlə ona əmək pensiyasının hesablanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixində Gədəbəy rayonu, Arılı kəndində anadan olmuşdur. xx xxxxxxxx 1977-ci ildən xx xxxx 1980-ci il tarixinədək 2№-li orta texniki peşə məktəbində təhsil almışdır. İddiaçı xx xxxxxx 1980-ci il tarixindən xx xxxxxx 1982-ci il tarixinə qədər hərbi xidmətdə olmuşdur. İddiaçı xx xxxxx 1983-cii ildən evlərin tikintisində müqavilə ilə fəhlə kimi işləmiş, xx xxxx 1983-cü il tarixində müqavilənin müddəti bitdiyindən işdən çıxmışdır.İddiaçı xx xxxxxx 1983-cü ildən “Dəmir Yolu sexində" 3-cii dərəcədən qatar tərtibatçısı köməkçisi, “Dəmir Yolu sexində" lokomotiv tərtibat briqadası üzrə 5-ci dərəcədən qatar tərtibatçısı, elə orada xx xxxxxxx 2003- cü il tarixindən etibarən 5-ci dərəcədən yol montyoru, xx xxx 2004-cii il tarixindən isə həmin idarədə lokomotiv maşinistin köməkçisi kimi işləmişdir. İddiaçı xx xxx 1998-ci ildən xx xxxx 1998-ci ilədək, xx xxxxxxxx 1998-ci ildən xx xxxxxxxx 2003-cii ilədək, xx xxxxxx 2005-ci ildən xx xxx 2017-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur.Güzəştli şərtlərlə pensiya təyin olunması üçün iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu X2 İdarəsinə müraciət etmişdir. Həmin müəssisənin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə İddiaçı güzəştli şərtlərlə pensiya təyin olunmasından qanunsuz olaraq imtina edilmişdir. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. İddiaçının əmək fəaliyyəti ona işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası NazirlərKabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” 1993-cii il 21 iyun tarixli, 320 nömrəli qərarın Vİİİ bölməsinin 12001000 şrifti ilə (Dəmir yolu nəqliyyatı və metropolitendə məşğul olan işçilər) pensiya almaq hüququ verir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənın vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 3-cu hissəsinin ikinci abzasına əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-cı ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verəri istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) bəndində qatar tərtibçiləri və magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının İdarəyə təqdim etdiyi xx xxxxxxxx 1983-cü ıl tarixli AT-İİİ 19655130 nömrəli əmək kitabçasında xx.xx.1983-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində Azərboru Yayma zavodunun Dəmir yolu sexində qatar tərtibatçısı köməkçisi, qatar tərtibatçısı (lokomativ tərtibat briqadası üzrə) yol mantyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kımı iddiaçının işlədiyi sahə siyahıda qeyd olunan sahəyə aid deyildir. Bundan başqa İdarəyə təqdim olunmuş “Azərboru”Azərbaycan Boru Yayma zavodunun iddaçıya dair xx xxxxxx 2019-cu il tarixli 55 nömrəli arayışında onun xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2003-cü il və xx.xx.2005-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində uzun müddətli ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Bu səbəbdən də adıçəkilən şəxsin həm güzəştli iş stajı 12 il 6 aydan, həm də ümumi iş stajı 25 ildən az təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsi tərəfindən iddiaçının vəkili Vəkil ünvanlanmış xx.xx.2020-ci il tarixli **********9 saylı məktubda qeyd olunur: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü hissəsinin ikinci abzasına əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) bəndində qatar tərtibçiləri və magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifələri nəzərdə tutulmuşdur.İdarəyə təqdim etdiyiniz etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı aid xx xxxxxxxx 1983-cü il tarixli AT-İİİ 19655130 nömrəli əmək kitabçasında xx.xx.1983-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “Azərboru” Yayma zavodunun Dəmir yolu sexində qatar tərtibatçısı köməkçisi, qatar tərtibatçısı (lokomativ tərtibat briqadası üzrə) yol mantyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi sahə Siyahıda qeyd olunan sahəyə aid deyil. Bundan başqa İdarəyə təqdim etdiyiniz “Azərboru” Yayma zavodunun İddiaçı dair xx xxxxxx 2019-cu il tarixli 55 nömrəli arayışında onun xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2003-cü il və xx.xx.2005-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində uzun müddətli ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Bu səbəbdən də adıçəkilən şəxsin həm güzəştli iş stajı 12 il 6 aydan, həm də ümumi iş stajı 25 ildən az təşkil edir.Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan “Azərboru” Azərbaycan Boru Yayma zavodunun xx xxxxxx 2019-cu il tarixli 55 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Dəmir Yolu sexində qatar tərtibatçısı köməkçisi, qatar tərtibatçısı (lokomativ tərtibat briqadası üzrə) yol montyoru işləmiş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİİ bölməsinin 1 yarımbölməsinin 23001000-18726; 19825 şifri ilə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir), onun xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.2003-cü il və xx.xx.2005-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. İş materiallarında olan B seriyalı 126894 saylı diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə Bakı şəhəri 2 №li orta texniki peşə məktəbinə daxil olmuşdur və xx.xx.1980-ci ildə Elektrovozun maşinist köməkçisi ixtisası üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. Ona imtahan komissiyasının qərarı ilə elektrovozun təmir çilingəri üçüncü dərəcə peşəsi üzrə ixtisas verilmişdir. İş materiallarında olan NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan İddiaçı məxsus AT-İİİ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki,İddiaçıxx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək sovet ordusu sıralarında həqiqi hərbi xidmət etmiş, xx.xx.1983cü ildə “Trambovstroy” idarəsi evlər tikintisinə fəhlə qəbul edilmiş və xx.xx.1983-cü il tarixdə müqavilənin başa çatması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1983-cü il tarixdə Azərbaycan BoruProkat (Boru yayma) Zavodu Azərbaycan SSR Sumqayıt şəhəri Dəmiryol sexinə lokomotiv-tərkib briqadasına 3-cü dərəcə ilə qatar istehsalçısı köməkçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə DYS-nə 5-ci dərəcə ilə lokomotivistehsalı sahəsinə qatar istehsalçısı köməkçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1996-cı il tarixdə Dəmiryol sexinin adı nəqliyyat idarəsinə dəyişdirilmiş, xx.xx.1997-ci il tarixdə Nəqliyyat idarəsinin adı dəmiryol sexinə dəyişdirilmiş, xx.xx.1998-ci il tarixdə “Azərboru” İB-nin adı “Azərboru” ATSC-yə dəyişdirilmiş, xx.xx.2003-cü il tarixdə oradan 5 dər. yol montyoru keçirilmiş, xx.xx.2004-cü il tarixdə oradan 4 dər. lokomotiv maşinistin köməkçisi keçirilmiş, xx.xx.2017-ci il tarixdə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasına əsasən iddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət etmiş, xx.xx.1983-cü ildə “Trambovstroy” idarəsi evlər tikintisinə fəhlə qəbul edilmiş və xx.xx.1983-cü il tarixdə müqavilənin başa çatması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1983-cü il tarixdə Azərbaycan BoruProkat (Boru yayma) Zavodu Azərbaycan SSR Sumqayıt şəhəri Dəmiryol sexinə lokomotiv-tərkib briqadasına 3-cü dərəcə ilə qatar tərtibatçısı köməkçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə DYS-nə 5-ci dərəcə ilə lokomotiv-istehsalı sahəsinə qatar tərtibatçısı köməkçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1996-cı il tarixdə Dəmiryol sexinin adı nəqliyyat idarəsinə dəyişdirilmiş, xx.xx.1997-ci il tarixdə Nəqliyyat idarəsinin adı dəmiryol sexinə dəyişdirilmiş, xx.xx.1998-ci il tarixdə “Azərboru” İB-nin adı “Azərboru” ATSC-yə dəyişdirilmiş, xx.xx.2003-cü il tarixdə oradan 5 dər. yol montyoru keçirilmiş, xx.xx.2004-cü il tarixdə oradan 4 dər. lokomotiv maşinistin köməkçisi keçirilmiş, xx.xx.2017-ci il tarixdə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi əmək stajının yarandığını və həmin stajın 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuş peşələr üzrə topladığını qeyd edir. Lakin əmək kitabçasında göstərilən qatar tərtibatçısı, qatar tərtibatçısı köməkçisi, yol montyoru vəzifələri dəmiryolu sexində olmuşdur, iddiaçı həmin vəzifələrdə dəmiryolu sexində çalışmışdır, qeyd olunan Siyahıda isə dəmir yol nəqliyyatında olan vəzifələr (nəqliyyat bölməsi) nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə Siyahıda nəzərdə tutulan sahəyə aid deyil. Bundan başqa, “Azərboru” Azərbaycan Boru Yayma zavodunun iddaçıya dair xx xxxxxx 2019-cu il tarixli 55 nömrəli arayışında onun xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2003-cü il və xx.xx.2005-xx.xx.2017-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan azdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə (X2 üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar