Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3021/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarlarıın və ƏDV uçotunun ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 6 oktyabr 2023-cü il tarixli **********547700, **********550500, **********551200, **********552900, **********553600, **********554300, **********567100, **********570900, **********573000, **********576100, **********578500, **********583700, **********615900, **********622500 **********628700, **********631500, **********634600, **********636000, **********638400 nömrəli Qərarların ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN: **********) (bundan sonra - İddiaçı adlandırılacaq) barəsində qeydiyyatda olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra - Cavabdeh adlandırılacaq) kameral vergi yoxlamaları keçirilmiş və nəticə etibarı ilə analoji qaydada 2021- ci ilin iyul , avqust, sentyabr, oktyabr, noyabr, dekabr (iyul - dekabr 2021 - 6 ay), 2022-ci ilin fevral, mart, aprel, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr (fevral aprel, iyun - dekabr 2022 - 10 ay), 2023-cü ilin yanvar, fevral, mart (yanvar - mart 2023 - 3 ay), ümumilikdə 19 aylar üzrə 6 oktyabr 2023-cü il tarixində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarla cəmi 227 872,25 manat ƏDV hesablanmışdır. - Belə ki, iddiaçıya kameral vergi yoxlaması nəticəsində 6 oktyabr 2023-cü il tarixində ƏDV aşağıdakı dövrlər, məbləğlər və qərarlar üzrə hesablanmışdır:
1. 2021-ci ilin iyul ayı üzrə - 16 403,95 manat - **********547700 nömrəli qərar;
2. 2021-ci ilin avqust ayı üzrə - 14 136,10 manat - **********550500 nömrəli qərar;
3. 2021-ci ilin sentyabr ayı üzrə - 607,12 manat - **********551200 nömrəli qərar;
4. 2021-ci ilin oktyabr ayı üzrı - 831,36 manat - **********552900 nömrəli qərar;
5. 2021-ci ilin noyabr ayı üzrə - 503,39 manat - **********553600 nömrəli qərar;
6. 2021-ci ilin dekabr ayı üzrə - 1 121,19 manat - **********554300 nömrəli qərar;
7. 2022-ci ilin fevral ayı üzrə - 18 084,36 manat - **********567100 nömrəli qərar;
8. 2022-ci ilin mart ayı üzrə - 739,83 manat - **********570900 nömrəli qərar;
9. 2022-ci ilin aprel ayı üzrə - 11 218,27 manat - **********573000 nömrəli qərar;
10. 2022-ci ilin iyun ayı üzrə - 19 110,36 manat - **********576100 nömrəli qərar;
11. 2022-ci ilin iyul ayı üzrə - 14 164,78 manat - **********578500 nömrəli qərar;
12. 2022-ci ilin avqust ayı üzrə - 15 111,76 manat - **********583700 nömrəli qərar;
13. 2022-ci ilin sentyabr ayı üzrə - 9 658,83 manat - **********615900 nömrəli qərar;
14. 2022-ci ilin oktyabr ayı üzrə - 19 456,17 manat - **********622500 nömrəli qərar;
15. 2022-ci ilin noyabr ayı üzrə - 20 738,13 manat - **********628700 nömrəli qərar;
16. 2022-ci ilin dekabr ayı üzrə - 18 297,79 manat - **********631500 nömrəli qərar;
17. 2023-cü ilin yanvar ayı üzrə - 16 083,46 manat - **********634600 nömrəli qərar;
18. 2023-cü ilin fevral ayı üzrə - 16 229,59 manat - **********636000 nömrəli qərar;
19. 2023-cü ilin mart ayı üzrə - 15 375,81 manat - **********638400 nömrəli qərar. - Qərarların məzmununda göstərilmişdir ki, iddiaçı ƏDV bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən ona ƏDV hesablanmışdır. - Cavabdeh vergi orqanın iddiaçıya göndərdiyi 18 sentyabr 2023-cü il tarixli uyğunsuzluq məktubunda qeyd edilmişdir ki, iddiçıda keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin iyul ayı üzrə 91133.05 manat, avqust ayı üzrə 78.533,90 manat, sentyabr ayı üzrə 3.372,88 manat, oktyabr ayı üzrə 4.618,64 manat, noyabr ayı üzrə 2.796,61 manat, dekabr ayı üzrə 6.228,81 manat, 2022-ci ilin fevral ayı üzrə 100.468,64 manat, mart ayı üzrə 4.110,17 manat, aprel ayı üzrə 62.323,73 manat, iyun ayı üzrə 106.168,64 manat, iyul ayı üzrə 78.693,22 manat, avqust ayı üzrə 83.954,24 manat, sentyabr ayı üzrə 53.660,17 manat, oktyabr ayı üzrə 108.089,83 manat, noyabr ayı üzrə 115.211,86 manat, dekabr ayı üzrə 101.654,41 manat, 2023-cü ilin yanvar ayı üzrə 89.352,54 manat, fevral ayı üzrə 90.164,41 manat və mart ayı üzrə 85.421,19 manat dəyərində dövriyyə məbləğlərin olmasına baxmayaraq, ƏDV bəyannamələri vergi orqanına təqdim olunmamışdır. - Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən iddiaçıda keçirilən operativ vergi nəzarət tədbiri nəticəsində əldə edilmiş məlumatlara əsasən kameral vergi yoxlamaları üzrə ƏDV məbləğləri hesablanmışdır. Başqa sözlə desək, kameral vergi yoxlaması nəticəsində hesablama operativ vergi nəzarət tədbiri zamanı güya vergi orqanın müəyyən etdiyi əlavə satış dövriyyəsindən formalaşmışdır. Eyni zamanda, qeyd edirik ki, iddiaçı operativ vergi nəzarət tədbirindən əvvəl əsas fəaliyyəti su filtlarının satışı və servisindən ibarət olmuş, özü sadələşdirilmiş vergi mükəlləfiyyətli olsa da, daha sonra cavabdeh vergi orqanı vergilərin hesablanmamsından əvvəl iddiaçını “qara mühasibatlıq” sənədləri əsasında güya əlavə satış dövriyyəsinin müəyyən etdiyini iddia edərək geri tarixlə, 1 iyul 2021-ci il tarixindən məcburi qaydada ƏDV qeydiyyatına qoymuş və yuxarıda qeyd olunan 19 ay üzrə ƏDV bəyannaməsinin verilməsini tələb etmişdir. İddiaçı isə ƏDV ödəyicisi olduğunu qəbul etmədiyi üçün həmin ƏDV bəyannamələrini təqdim etməmiş, əksinə olaraq ƏDV qeydiyyatının ləğv edilməsi barədə cavabdeh vergi orqanına müraciət etmişdir. Lakin həmin müraciətə cavab məktubu bu günədək iddiaçıya təqdim edilməmişdir. - Hesab edir ki, operativ vergi nəzarət tədbiri zamanı əldə edilmiş mənbəyi bəlli olmayan və mötəbər hesab edilməyən, ümumiyyətlə iddiaçıya aidiyyəti olmayan məlumatlara əsasən əlavə hesablanmış vergi məbləği aşağıda qeyd olunanlara əsasən vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından və əsassız olduğundan ləğv edilməlidir. - Beləliklə, kameral vergi yoxlamalarından görünür ki, hesablanmış vergi məbləği operativ vergi nəzarət zamanı əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir. Operativ vergi nəzarət tədbiri keçirilsə də, həmin tədbirinin keçirilməsi barədə qərarın surəti iddiaçıya təqdim edilməmişdir. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 11 oktyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, operativ vergi nəzarət zamanı vergi orqanı pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan vergi ödəyicilərinin aşkar edilməsi halların müəyyən edilməsinə nəzarət edilməsi məqsədi ilə aparılmışdır. - VM-nin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə Səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. - Qeyd edilən normalardan görünür ki, operativ vergi nəzarət tədbiri zamanı da vergi orqanı yalnız yoxladığı məsələnin predmetinə aid olan sənədləri, məlumatları və əşyaları götürə bilər, digər sənədlərin götürülməsi isə qadağandır. Vergi orqanı isə operativ vergi nəzarət tədbiri zamanı əsas məqsədi yuxarıda qeyd edilən 4 məsələnin araşdırılması olmuşdur ki, həmin məsələlər də araşdırılmış və onlara görə müvafiq tədbirlər görülmüşdür. - Belə olan təqdirdə, isə vergi orqanı yoxlanılmalı olmayan məsələ üzrə əsassız və qanunsuz olaraq güya “qara mühasibatlıq” hesab etdiyi məlumatları iddiaçıdan götürərək özünə uyğun tərzdə və hesablanması məlum olmayan qaydada əlavə vergilər hesablamışdır. Hesab edirik ki, vergi orqanı qanunla nəzərdə tutulmuş hüquqlarını aşmış, yoxlanılmalı məsələlərinə aid olmayan məlumatları (iddiaçının fəaliyyətinə aid olmayan məlumatları) götürərək əsassız olaraq əlavə vergilər hesablamışdır. - Digər tərəfdən, xüsusi olaraq qeyd edilməlidi r ki, “qara mühasibatlıq” məlumatların aşkar edilməsi hallarının müəyyən edilməsi VM-nin operativ vergi nəzarət tədbiri zamanı əhatə edilməli olan məsələlər siyahısında öz əksini tapmamışdır. Başqa sözlə desək, vergi orqanı tərəfindən iddiaçının fəaliyyətini düzgün əks etdirməyən mənbəyi bəlli olmayan məlumatların “qara mühasibatlıq” adı altında götürülməsi VM-də nəzərdə tutulmamışdır. - “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin QanUnun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarlarda isə vergi orqanı qeyd etmişdir ki, “ iddiaçı ƏDV bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən ona ƏDV hesablanmışdır. ’' Həmin qərarların hesablanmasına əsas olan uyğunsuzluq məktubunda isə göstərilmişdir ki, “aylar üzrə dövriyyə məbləğlərin olmasına baxmayaraq, ƏDV bəyannamələri vergi orqanına təqdim edilməmişdir. Görüdnüyü kimi, vergi orqanı qanunun tələblərinə zidd olaraq yalnız əlavə müəyyən etdiyi dövriyyənin göstərilməsi ilə kifayətlənmiş, lakin həmin dövriyyənin necə və hansı qaydada formalaşdığını, hansı məlumatlara əsasən hesabladığını və həmin dövriyyənin hansı üsullara çıxartdığını ümumiyyətlə göstərməmiş, əlavə dövriyyəni necə müəyyən etdiyini izah etməmiş və əsaslandırmamışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 11 oktyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, operativ vergi nəzarət tədbiri 29 mart 2023- ci il tarixdən başlamış və yoxlama obyekti kimi ünvan 1 ünvanda yerləşən obyekt qeyd edilmişdir. Başqa sözlə desək, operativ vergi nəzarət tədbiri ünvan 1 ünvanda yerləşən obyektdə aparılmışdır. Halbuki, operativ vergi nəzarət tədbiri aparılan 29 mart 2023-cü il tarixdə həmin ünvanda qeyd edilən obyektin artıq iddiaçıya heç bir aidiyyəti olmamışdır. Belə ki, vergi nəzarəti keçirilmiş ünvan 1 ünvanda yerləşən obyekt təsərrüfat subyekti kimi iddiaçının adına 23 yanvar 2023-cü il tarixədək qeydiyyatda olmuş, həmin tarixdən iddiaçının ərizəsinə əsasən qeyd edilən obyekt təsərrüfat subyekti kimi vergi orqanın uçotundan çıxarılmışdır. Bunun təsdiqi olaraq iddiaçının obyektin uçotdan çıxarılma barədə ərizəsi və vergi orqanın bu halı təsdiq edən məktubu mövcuddur. Qeyd edilən obyektə dair yeni icarə müqaviləsi iddiaçı ilə deyil, "xxxx" MMC ilə 15 fevral 2023-cü il tarixində notarial qaydada bağlanmışdır. Daha sonra, 3 aprel 2023-cü il tarixində həmin obyekt təsərrüfat subyekti kimi "xxxx" MMC-nin adına vergi orqanında qeydiyyatdan keçirilmişdir. Başqa sözlə desək, vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirildiyi 29 mart 2023-cü il tarixində artıq həmin obyekt "xxxx" MMC-nin icarəsində olmuş və bu fakt həmin tarixdən operativ vergi nəzarəti keçirilmiş obyektdə iddiaçının deyil, "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bir daha təsdiq edir. - Beləliklə, vergi orqanı operativ vergi nəzarətini iddiaçının təsərrüfat kimi qeydiyyatda olmayan və başqa vergi ödəyicisinin icarəsində olan obyektdə keçirmiş və bu səbəbdəndə həmin obyektdən əldə edilmiş güya “qara mühasibatlıq” sənədlərin məhz iddiaçıya aid olması istisna edilir. Belə olan təqdirdə, həmin obyektdən götürülmüş sənədlər və əşyaların iddiaçıya aid edilməsi və həmin məlumatlara əsasən əlavə vergilərin hesablanması qanun normaların kobud pozulması deməkdir. - Qeyd edilənlərdən görünür ki, vergi orqanı operativ vergi nəzarət tədbirinin keçirilməsinə dair qərarı iddiaçı barəsində qəbul etsə də, iddiaçıya aid olmayan və digər vergi ödəyicisi olan "xxxx" MMC-nin icarəsində olan təsərrüfat subyektində vergi nəzarət tədbirini aparmış, hətta güya “qara mühasibatlıq” sənədlərə aid olan dəftər, jurnal və digər elektron məlumatlar götürmüşdür. Belə ki, iddiaçı barəsində tərtib edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 29 mart 2023-cü il tarixli Protokoldan görünür ki, operativ vergi nəzarət tədbiri zamanı 27 ədəd göy jurnal, 11 ədəd blaknot, 11 ədəd qovluq, 2 ədəd bağlama, 26 ədəd dəftər, 11 ədəd jurnal, 8 ədəd faylda - sənədlər, 1 ədəd servis müddəti başa çatmış müştərilər barədə cədvəl, 1 ədəd HP markalı qara rəngli 8 GB həcmli fləş kardda 2,90 GB həcmli elektron faylların götürülməsi həyata keçirilmişdir. Buradan sual yaranır ki, necə olur ki, vergi orqanı başqa şirkətə məxsus olan obyektdə götürülən sənədlərin məhz iddiaçıya aid olduğu müəyyən etdi? Digər tərəfdən, haradan vergi orqanı belə qənaətə gəldi ki, həmin sənəd və elektron fayllar məhz iddiaçının fəaliyyətini əks etdirir?. Bundan başqa, protokolda ümumi sözlərlə dəftər, jurnal, bllaknot, müəyyən həcmdə və rəngdə fləş kard qeyd edilmiş, lakin onlarda olan məlumatların məzmunu ümumiyyətlə açıqlanmamışdır. İddiaçının rəhbəri həmin protokolu öz imza və möhürü ilə təsdiq etməklə ümumi sözlərlə yazılmış sənədlər və aşyaların götürülməsini təsdiq etmiş, lakin həmin sənəd və əşyalarda olan məlumatların məzmununu, həmin məlumatların məhz iddiaçıya aid olmasını təsdiq etməmişdir. - Eyni zamanda, vahid məhkəmə təcrübəsinin formalaşması ilə əlaqədar olaraq “qara mühasibatlığa” aid olan məhkəmə işləri üzrə yekunlaşmış bir sıra Ali Məhkəmənin qərarlarını məhkəmənin diqqətinə çatdırmaq istərdim. Həmin Qərarlarda da Ali Məhkəmə bir daha öz hüquqi mövqeyini bəyan edərək “qara mühasibatlıq” sənədləri əsasında vergilərin hesablanmasını qanunsuz hesab etmişdir. - Ali Məhkəmənin 16 iyun 2021-ci il tarixli 2-1(102)-970/2021 nömrəli (hakim - Kəmaləddin Bədəlov) qərarın 26-30-cu bəndləri: - “Bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. - Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). - Cavabdeh tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki (İİ cild: iş v. 27-101) həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxsə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs.:alqı-satqı, təhvil-təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Həmçinin, cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı ekspert və mütəxəssis dəvət edilsə də, sonradan onların yardımından istifadə edilməmişdir (halbuki, bu əsasla yoxlama 9 dəfə dayandırılmışdır). Belə olan halda, iddiaçının dövriyyəsinin necə hesablanması (kifayət qədər böyük məbləğdən söhbət gedir - ƏDV üzrə 6.681.659 manat, sadələşdirilmiş vergi üzrə 861.007,8 manat) ilə bağlı sual ortaya çıxır. İş materiallarında isə iddiaçının real dövriyyəsinin hesablanması qaydasına (konkret sübutlara istinad etməklə) dair hər hansı məlumat yoxdur. Həmçinin, “qara mühasibatlıq” sənədləri əsasında cavabdeh tərəfindən hesablama aparılarkən iddiaçının özünün bəyan etdiyi məbləğlərin nəzərə alınması, başqa sözlə, eyni əməliyyatın iki dəfə nəzərə alınıb - alınmaması məsələsinə də aydınlıq gətirilməmişdir. Səyyar vergi yoxlamasındakı qeyd olunan məlumatları da təhlil etdikdə görünür ki, yoxlama aktında cavabdeh “xx.xx.2018 - xx.xx.2019-cu il dövrü üzrə ƏDV-yə 18% dərəcə ilə cəlb edilən dövriyyənin 6.681.659 manat olduğu müəyyən edilmişdir”, “sadələşdirilmiş vergi məqsədləri üçün ümumi hasilatın 861.007,8 manat olduğu müəyyən edilmiş” kimi ifadələr yazmaqla kifayətlənmiş, hesablamanın riyazi əsası konkret mötəbər sübutlara istinadla göstərməmişdir. - Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. - Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. ” - 19. Ali Məhkəmənin 6 iyun 2023-cü il tarixli 2-1(102)-1205/2023 nömrəli (hakim - Nigar Rəsulbəyova) qərarın 37-ci bəndi: - “Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar - cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur.” - Ali Məhkəmənin 1 iyun 2022-ci il tarixli 2-1(102)-806/2022 nömrəli (hakim - Səyyad Kərimov) qərarın 43-44-cü bəndləri: - “Vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir. - Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmununu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.” - Beləliklə, göstərilənlərdən aydın olur ki, vergi orqanı kameral vergi yoxlamasını keçirərkən iş üzrə əhəmiyyətli olan bütün halları araşdırmamış, yoxlamanı düzgün, obyektiv, tam və hərtərəfli aparılması üçün zəruri olan bütün sənədləri əldə etməmiş, mötəbər və rəsmi olmayan məlumatlara əsasən vergilər hesablamışdır ki, nəticə etibarı düzgün olmayan qərara gəlmişdir. - Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində konkret olaraq təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlirik ki, vergi orqanı iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
3. Sonradan iddia tələbi dəqiqləşdirilmiş və iddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 6 oktyabr 2023-cü il tarixli **********547700, **********550500, **********551200, **********552900, **********553600, **********554300, **********567100, **********570900, **********573000, **********576100, **********578500, **********583700, **********615900, **********622500, **********628700, **********631500, **********634600, **********636000, **********638400 nömrəli qərarların ləğv edilməsini və məcburi qaydada qoyulmuş ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi bir daha dəqiqləşdirilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 6 oktyabr 2023-cü il tarixli **********547700, **********550500, **********551200, **********552900, **********553600, **********554300, **********567100, **********570900, **********573000, **********576100, **********578500, **********583700, **********615900, **********622500, **********628700, **********631500, **********634600, **********636000, **********638400 nömrəli və xx.xx.2024-cü il tarixli **********381000 nömrəli qərarların ləğv edilməsini və məcburi qaydada qoyulmuş ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbinin dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, iddiaçı əsas fəaliyyəti su filtlərin satışı və servisi olmuş və iddiaçı sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətində olmuşdur. Cavabdeh vergi orqanı isə keçirilmiş operativ vergi nəzarət tədbirinin nəticəsi olaraq iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində təqdim edilmiş satış dövriyyəsinin 269 900,0 manat olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə verilməsi barədə xx.xx.2023-cü il tarixli **********719100 nömrəli bildiriş göndərilmişdir. Qeyd olunan bildirişdə qeyd edilmişdir ki, xx.xx.2021 -ci il tarixdən xx.xx.2021 -ci il tarixə qədər aşkar edilmiş satış dövriyyəsinin 200 000,0 manatdan artıq olmasına baxmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınma ilə bağlı ərizə təqdim edilməmişdir. İddiaçı isə cavabdeh vergi orqanın iddia etdiyi satış dövriyyəsi ilə razı olmadığı üçün ƏDV bəyannamələri təqdim etməkdən imtina etmişdir. Cavabdeh vergi orqanı isə iddiaçını məcburi qaydada ƏDV qeydiyyatına qoyaraq ona xx.xx.2023-cü il tarixli **********760500 nömrəli "ƏDV qeydiyyatı" bildirişi göndərilmişdir. ƏDV qeydiyyat bildirişində göstərilmişdir ki, iddiaçının ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2021-ci il tarixindən qüvvəyə minmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçını 18 sentyabr 2023-cü il tarixdə ƏDV qeydiyyatına qoysa da, 1 iyul 2021-ci il tarixdən ƏDV qeydiyyat tarixinin qüvvəyə mindiyini göstərmişdir. Bundan sonra 2023-cü təqvim ili başa çatdıqdan sonra cavabdeh vergi orqanı iddiaçıdan operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq güya müəyyən etdiyi ƏDV dövriyyəsinin olmasını əsas gətirərək 2023-cü il üçün mənfəət vergisi bəyannaməsinin təqdim edilməsini tələb etmiş, iddiaçı həmin bəyannaməni sadələşdirlmiş vergi ödəyicisi olduğu və ƏDV dövriyyəsini qəbul etmədiyi üçün boş təqdim etmişdir. Bunun əsasında cavabdeh vergi orqanı kameral vergi yoxlaması keçirmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 iyul 2024-cü il tarixli **********381000 nömrəli Qərarla iddiaçıya güya müəyyən etdiyi əlavə satış dövriyyəsini nəzərə alaraq 38.178,91 manat məbləğində mənfəət vergisi məbləği hesablamışdır. Başqa sözlə desək, 2023-cü il üçün cavabdeh vergi orqanı tərəfindən mənfəət vergisinin hesablanması operativ vergi nəzarət tədbirinin nəticəsi olaraq müəyyən etdiyi əlavə satış dövriyyəsi ilə əlaqəli olduğu üçün həmin qərarında mübahisələndirilməsinə zərurət yaranmışdır.
5. İddiaçı iddiaya dair mülahizələrində aşağıdakı dəlillərini bildirmişdir: 1-ci dəlil: Vergi orqanı operativ vergi tədbirinin keçirilməsi qərarında 4 məsələnin araşdırılmasını qoymuşdur ki, onlarda 1) pul vəsaitinin uçotdan gizlədilməsinə nəzarət 2) əmək müqavilələrinə nəzarət 3) 58.8-ci maddəsində nəzərdə tutulmuş sənədlər əsasında alınmasına və e-qaimə əsasında təqdim edilməsinə nəzarət və 4) uçotsuz təsərrüfat obyektin mövcud olmasına nəzarət. VM-nin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə Səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Qeyd edilən normalardan görünür ki, operativ vergi nəzarət tədbiri zamanı da vergi orqanı yalnız yoxladığı məsələnin predmetinə aid olan sənədləri, məlumatları və əşyaları götürə bilər, digər sənədlərin götürülməsi isə qadağandır. Vergi orqanı isə operativ vergi nəzarət tədbiri zamanı əsas məqsədi yuxarıda qeyd edilən 4 məsələnin araşdırılması olmuşdur ki, həmin məsələlər də araşdırılmış və onlara görə müvafiq tədbirlər görülmüşdür. Operativ nəzarət tədbiri zamanı sənədlərin götürülməsinə dair vahid məhkəmə təcrübəsi. Ali Məhkəmənin 2-1(102)-1971/2023 nömrəli 18 oktyabr 2023-cü il tarixli qərarı (hakim-Səyyad Kərimov). Qərarın 38-ci bəndində qeyd edilmişdir ki, mübahisəyə dair materaillarla müəyyən olunur ki, cavabdeh tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə xx.xx.2021 -ci il tarixli qərar əsasında operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, həmin tədbir zamanı tərtib olunmuş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002572 nömrəli akta əsasən heç bir nöqsan aşkar edilməmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçıya məxsus komputer avadanlığına müdaxilə edərək məlumatları elektron yaddaş qurğusuna (flaşkarta) köçürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli “Mütəxəssis dəvət edilməsi haqqında” qərara əsasən, Tumkaya Soner adlı şəxs nəzarət tədbirində iştirak etmiş və məlumatların götürülməsində cavabdehə yardım göstərmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası bildirir ki, OVN qərarı ilə birlikdə xx.xx.2021-ci il tarixli qərarla ayrıca mütəxəssisin dəvət olunması, cavabdehin OVN tədbirini həyata keçirməkdə həqiqi məqsədinin əslində əmək münasibətlərini yoxlamaq deyil, komputer məlumatlarını götürməkdən ibarət olduğunu təsdiq edir. Bu hal həmçinin "Mütəxəssis dəvət edilməsi haqqında” qərarın 2-ci və 3-cü bəndlərində əks olunan məlumatlarla da təsdiq olunur. Cavabdeh əmək münasibətlərini yoxladığı halda, həmin bənddə “vergilərin hesablanmasına aid olan məlumatları müəyyənləşdirmək” qeydini də nəzərdə tutmuşdur. Halbuki, Vergi Məcəlləsinin 43.5-ci maddəsinə görə, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Yəni, əmək münasibətlərinin yoxlanılması zamanı yalnız həmin məsələlərə dair sənədlər vergi ödəyicisindən tələb oluna bilərdi. Vergi ödəyicisi tədbiri əhatə edən hər hansı sənədi könüllü şəkildə təqdim etmədikdə isə, bununla bağlı Vergi Məcəlləsinin 43.11-ci maddəsinə uyğun olaraq vergi orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər. 2-ci dəlil “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin QanUnun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarlarda isə vergi orqanı qeyd etmişdir ki, “iddiaçı ƏDV bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən ona ƏDV hesablanmışdır.’' Həmin qərarların hesablanmasına əsas olan uyğunsuzluq məktubunda isə göstərilmişdir ki, “aylar üzrə dövriyyə məbləğlərin olmasına baxmayaraq, ƏDV bəyannamələri vergi orqanına təqdim edilməmişdir. Görüdnüyü kimi, vergi orqanı qanunun tələblərinə zidd olaraq yalnız əlavə müəyyən etdiyi dövriyyənin göstərilməsi ilə kifayətlənmiş, lakin həmin dövriyyənin necə və hansı qaydada formalaşdığını, hansı məlumatlara əsasən hesabladığını və həmin dövriyyənin hansı üsullara çıxartdığını ümumiyyətlə göstərməmiş, əlavə dövriyyəni necə müəyyən etdiyini izah etməmiş və əsaslandırmamışdır. Başqa sözlə desək, nə qərarda, nə də ki uyğunzusluq məktubunda əlavə dövriyyələrin necə müəyyən edilməsi və vergilərin hansı qaydada hesablanması izah edilməmiş və əsaslandırılmamışdır. Xüsusi olaraq qeyd edilməlidir ki, 18 may 2023-cü il tarixində Ali Məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlilinə dair öz rəsmi saytında dərc etdiyi ümumiləşdirmə məlumatında inzbati orqanlar tərəfindən inzibati icraat zamanı yol verdikləri kobud qanun pozuntusu kimi inzbati aktların lazımi qaydada əsaslandırılmamasını xüsusi olaraq göstərmişdir. Məlumatın sonunda isə qeyd etmişdir ki, “Beləliklə, məhkəməyədək vətəndaşların müraciətlərinə baxan inzibati orqanlar “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almaqla icraatın aparılmasını təmin etməlidirlər. İnzibati orqanlar həmçinin gələcəkdə məhkəmələrdə təkrarlanan işlərin yaranmaması üçün öz fəaliyyətlərində məhkəmə təcrübəsini nəzərə almalı, eləcə də uğurluluq perspektivi olmayan əsaslandırılmamış apellyasiya və kassasiya şikayəti vermək praktikasından imtina etməlidirlər.” 3-cü dəlil Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 11 oktyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, operativ vergi nəzarət tədbiri 29 mart 2023- ci il tarixdən başlamış və yoxlama obyekti kimi ünvan 1 ünvanda yerləşən obyekt qeyd edilmişdir. Başqa sözlə desək, operativ vergi nəzarət tədbiri ünvan 1 ünvanda yerləşən obyektdə aparılmışdır. Halbuki, operativ vergi nəzarət tədbiri aparılan 29 mart 2023-cü il tarixdə həmin ünvanda qeyd edilən obyektin artıq iddiaçıya heç bir aidiyyəti olmamışdır. Belə ki, vergi nəzarəti keçirilmiş ünvan 1 ünvanda yerləşən obyekt təsərrüfat subyekti kimi iddiaçının adına 23 yanvar 2023-cü il tarixədək qeydiyyatda olmuş, həmin tarixdən iddiaçının ərizəsinə əsasən qeyd edilən obyekt təsərrüfat subyekti kimi vergi orqanın uçotundan çıxarılmışdır. Bunun təsdiqi olaraq iddiaçının obyektin uçotdan çıxarılma barədə ərizəsi və vergi orqanın bu halı təsdiq edən məktubu mövcuddur. Qeyd edilən obyektə dair yeni icarə müqaviləsi iddiaçı ilə deyil, "xxxx" MMC ilə 15 fevral 2023-cü il tarixində notarial qaydada bağlanmışdır. Daha sonra 3 aprel 2023-cü il tarixində həmin obyekt təsərrüfat subyekti kimi "xxxx" MMC-nin adına vergi orqanında qeydiyyatdan keçirilmişdir. Başqa sözlə desək, vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirildiyi 29 mart 2023-cü il tarixində artıq həmin obyekt "xxxx" MMC-nin icarəsində olmuş və bu fakt həmin tarixdən operativ vergi nəzarəti keçirilmiş obyektdə iddiaçının deyil, "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bir daha təsdiq edir. Beləliklə, vergi orqanı operativ vergi nəzarətini iddiaçının təsərrüfat kimi qeydiyyatda olmayan və başqa vergi ödəyicisinin icarəsində olan obyektdə keçirmiş və bu səbəbdəndə həmin obyektdən əldə edilmiş güya “qara mühasibatlıq” sənədlərin məhz iddiaçıya aid olması istisna edilir. Belə olan təqdirdə, həmin obyektdən götürülmüş sənədlər və əşyaların iddiaçıya aid edilməsi və həmin məlumatlara əsasən əlavə vergilərin hesablanması qanun normaların kobud pozulması deməkdir. Qeyd edilənlərdən görünür ki, vergi orqanı operativ vergi nəzarət tədbirinin keçirilməsinə dair qərarı iddiaçı barəsində qəbul etsə də, iddiaçıya aid olmayan və digər vergi ödəyicisi olan "xxxx" MMC-nin icarəsində olan təsərrüfat subyektində vergi nəzarət tədbirini aparmış, hətta güya “qara mühasibatlıq” sənədlərə aid olan dəftər, jurnal və digər elektron məlumatlar götürmüşdür. Belə ki, iddiaçı barəsində tərtib edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 29 mart 2023-cü il tarixli Protokoldan görünür ki, operativ vergi nəzarət tədbiri zamanı 27 ədəd göy jurnal, 11 ədəd blaknot, 11 ədəd qovluq, 2 ədəd bağlama, 26 ədəd dəftər, 11 ədəd jurnal, 8 ədəd faylda sənədlər, 1 ədəd servis müddəti başa çatmış müştərilər barədə cədvəl, 1 ədəd HP markalı qara rəngli 8 GB həcmli fləş kardda 2,90 GB həcmli elektron faylların götürülməsi həyata keçirilmişdir. Buradan sual yaranır ki, necə olur ki, vergi orqanı başqa şirkətə məxsus olan obyektdə götürülən sənədlərin məhz iddiaçıya aid olduğu müəyyən etdi? Digər tərəfdən, haradan vergi orqanı belə qənaətə gəldi ki, həmin sənəd və elektron fayllar məhz iddiaçının fəaliyyətini əks etdirir?. Bildiririk ki, bu məsələ ilə eyni olan və müdafiə etdiyim iş üzrə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 29 iyul 2021-ci il tarixli **********015400 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında” Qərarın məhkəmənin diqqətinə çatdırmaq istəyir. Belə ki, Qərarın təvsir hissəsinin ilk cümləsində göstərilmişdir ki, "Face Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-Cəmiyyət) etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil şikayətdə Cəmiyyətin barəsində 3 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildikləri barədə akt tərtib edildiyini, halbuki, həmin fiziki şəxslərdən birinin digər vergi ödəyicisi X3 (VÖEN **********) əmək müqaviləsi üzrə işçisi olduğu, bundan əlavə operativ vergi nəzarəti tədbirinin keçirildiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanında - Dəmirçi Plazada yerləşən ofisin ümumiyyətlə "xxxx" MMC-nə deyil, həmin müəssisənin direktoru Rüfət Bədirovun həyat yoldaşı olan fərdi sahibkar X5 məxsus olduğunu, qeyd olunan ofisin F.Bədirova tərəfindən icarəyə götürüldüyünü, vergi orqanı tərəfindən “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar qəbul edilərkən düzgün araşdırmaların aparılmadığını bildirmiş və icarə müqaviləsinin, icarə haqqının ödənilməsinə dair sənədlərin surətini şikayətə əlavə edərək Cəmiyyətin barəsində tətbiq edilmiş 6000,0 manat maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişdir.” Eyni zamanda, Qərarda qeyd edilmişdir ki, “araşdırma zamanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanda yerləşən ofisin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aidiyyətinin olmadığı, qeyd olunan ofis sahəsinin digər vergi ödəycisi tərəfindən icarəyə götürüldüyü, həmçinin 1 nəfər fiziki şəxsin qeyd olunan ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 əmək müqaviləsi üzrə işçisi olduğu halda, həmin fiziki şəxsin Cəmiyyət tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsi (xidmətlərin göstərilməsi) nə cəlb edilmiş şəxs kimi rəsmiləşdirildiyi müəyyən edilmişdir. Qərarın nəticəvi hissəsində göstərilmişdir ki, "Face Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilsin. xx.xx.2021-ci il tarixli DVX seriyalı 000594 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsləsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4587 nömrəli qərar ləğv edilsin. Beləliklə, Qərarın məzmunundan da görünür ki, vergi orqanın yuxarı orqanı olan Dövlət Vergi Xidməti vergi orqanın operativ vergi nəzarət tədbiri keçirdiyi obyektin başqa vergi ödəyicisinin icarəsində olduğunu müəyyən etdiyi üçün inzibati şikayəti təmin etmiş və həmin vergi orqanın qərarını ləğv etmişdir. Beləliklə, hesab edir ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus olmayan təsərrüfat subyektində keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq ƏDV üzrə əlavə vergilər hesablamaqla inzibati orqan olaraq özünün etimad hüququnu kobud surrətdə pozmuşdur. Məlumdur ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.8-ci maddəyə əsaəsn qarşılıqlı etimad mərfumun anlayışı verilmişdir. Həmin anlayışa görə qarşılıq etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni' hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Eyni Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Sözügedən Qanunun 13.3-cü maddəsinə görə müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Göründüyü kimi, qanunvericilik fiziki və hüquqi şəxslərin inzibati orqanlara göstərdikləri etimadın qanunla qorunmasını təsbit etmiş və inzibati orqanların məhz mövcud inzibati praktikaya uyğun hərəkət etməyi onların vəzifə borcu kimi müəyyən etmişdir. Başqa sözlə desək, əgər eyni bir məsələ üzrə inzibati orqan öz mövqeyni bildirmişsə, daha sonra heç bir qanuni əsas olmadan o həmin məsələ üzrə öz mövqeyini dəyişə bilməzdir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Lakin vergi orqanı hazırkı kameral vergi yoxlaması ilə inzibati orqanın etimad hüququnu pozaraq əvvəllər yuxarı orqanı olan Dövlət Vergi Xidmətin qəbul etdiyi mövqeyindən fərqli mövqe irəli sürmüşdür. 4-cü dəlil “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında protokolda ümumi sözlərlə dəftər, jurnal, bllaknot, müəyyən həcmdə və rəngdə fləş kard qeyd edilmiş, lakin onlarda olan məlumatların məzmunu ümumiyyətlə açıqlanmamışdır. İddiaçının rəhbəri həmin protokolu öz imza və möhürü ilə təsdiq etməklə ümumi sözlərlə yazılmış sənədlər və aşyaların götürülməsini təsdiq etmiş, lakin həmin sənəd və əşyalarda olan məlumatların məzmununu, həmin məlumatların həqiqiliyini təsdiq etməmişdir. Ümumiyyətlə, vergi orqanın “qara mühasibatlığa” aid olan sənəd və elektron faylar iddiaçının iştirakı olmadan açıqlanmış və əlavə dövriyyələr müəyyən edilərkən iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmişdir. Başqa sözlə desək, götürülən sənədlərin iddiaçıya məxsus olmasını iddia edən cavabdeh vergi orqanı qeyd edilən sənəd və flaş kartda olan məlumatların iddiaçının iştirakı olmadan açıqlandığı üçün həmin sənəd və məlumatların məhz iddiaçıdan götürüldüyünə və həmin sənəd və məlumatların dəyişdirilmədiyinə əsaslı şübhələr mövcuddur. VM-nin 53.3-cü maddəsində təsbit edilmişdir ki, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin flaş kart və sənədlərdə olan məlumatların məzmunu iddiaçı tərəfindən təsdiq edilmədiyindən və həmin məlumatlar iddiaçının iştirakı olmadan açıqlandığından hazırda həmin məlumatların vergi orqanı tərəfindən dəyişdirilməsi, təhrif edilməsi və yaxud məlumatlara düzəliş edilməsi istisna edilmir. Bundan başqa, qeyd edilməlidir ki, hətta vergi orqanı iddia etsə ki, götürülən sənədlər və məlumatlar iddiaçının dövriyyəsini əks etdirir və həmin sənədləri qara mühasibatlıq sənədləri hesab edirsə, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan vergi ödəyicisinə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi - alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırki iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. 5-ci dəlil Qara mühasibatlıq sənədləri əsasında vergilərin hesablanması ilə bağlı formalaşmış vahid məhkəmə təcrübəsi. Ali Məhkəmənin 16 iyun 2021-ci il tarixli 2-1(102)-970/2021 nömrəli (hakim - Kəmaləddin Bədəlov) qərarın 26-30-cu bəndləri: "Bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Cavabdeh tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki (İİ cild: iş v. 27-101) həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxsə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs.:alqı-satqı, təhvil-təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Həmçinin, cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı ekspert və mütəxəssis dəvət edilsə də, sonradan onların yardımından istifadə edilməmişdir (halbuki, bu əsasla yoxlama 9 dəfə dayandırılmışdır). Belə olan halda, iddiaçının dövriyyəsinin necə hesablanması (kifayət qədər böyük məbləğdən söhbət gedir - ƏDV üzrə 6.681.659 manat, sadələşdirilmiş vergi üzrə 861.007,8 manat) ilə bağlı sual ortaya çıxır. İş materiallarında isə iddiaçının real dövriyyəsinin hesablanması qaydasına (konkret sübutlara istinad etməklə) dair hər hansı məlumat yoxdur. Həmçinin, “qara mühasibatlıq” sənədləri əsasında cavabdeh tərəfindən hesablama aparılarkən iddiaçının özünün bəyan etdiyi məbləğlərin nəzərə alınması, başqa sözlə, eyni əməliyyatın iki dəfə nəzərə alınıb - alınmaması məsələsinə də aydınlıq gətirilməmişdir. Səyyar vergi yoxlamasındakı qeyd olunan məlumatları da təhlil etdikdə görünür ki, yoxlama aktında cavabdeh “xx.xx.2018 - xx.xx.2019-cu il dövrü üzrə ƏDV-yə 18% dərəcə ilə cəlb edilən dövriyyənin 6.681.659 manat olduğu müəyyən edilmişdir”, “sadələşdirilmiş vergi məqsədləri üçün ümumi hasilatın 861.007,8 manat olduğu müəyyən edilmiş” kimi ifadələr yazmaqla kifayətlənmiş, hesablamanın riyazi əsası konkret mötəbər sübutlara istinadla göstərməmişdir. Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir.” Ali Məhkəmənin 6 iyun 2023-cü il tarixli 2-1(102)-1205/2023 nömrəli (hakim - Nigar Rəsulbəyova) qərarın 37-ci bəndi: “Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar - cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur.” Ali Məhkəmənin 1 iyun 2022-ci il tarixli 2-1(102)-806/2022 nömrəli (hakim - Səyyad Kərimov) qərarın 43-44-cü bəndləri: “Vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmununu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. ” Ali Məhkəmənin 2-1(102)-2257/2023 nömrəli 27 oktyabr 2023-ci il tarixli qərarın (hakim-Nigar Rəsulbəyova) 29-30-cu bəndləri: Hazırki qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir. “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar-cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı -satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyrimüəyyəndir. Beləliklə, yoxlamada əldə edilən “qara mühasibatlıq” sənədlərindən istifadə edilməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə ziddir. Ali Məhkəmənin 2-1(102)-2504/2023 nömrəli 29 noyabr 2023-cü il tarixli qərarın (hakim-Rahib Nəbizadə) 25-26-cı bəndləri: Hazırki qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir. “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar-cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyrimüəyyəndir. Beləliklə, yoxlamada əldə edilən “qara mühasibatlıq” sənədlərindən istifadə edilməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə ziddir. Ali Məhkəmənin 2-1(102)-1971/2023 nömrəli 18 oktyabr 2023-cü il tarixli qərarın (hakim-Səyyad Kərimov) 41-ci bəndi: Qara mühasibatlıq sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya instansiyasının formalaşmış mövqeyini bir daha ifadə edərək qeyd edir ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi - alış, satış, borc və sairə, təqdim edilən malın (işin,xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırki iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırki qərarın 17-ci bəndində istinad olunan oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir.
6. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin iyul ayı üzrə 91133.05 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin avqust ayı üzrə 78.533,90 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin sentyabr ayı üzrə 3.372,88 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin oktyabr ayı üzrə 4.618,64 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin noyabr ayı üzrə 2.796,61 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2021-ci ilin dekabr ayı üzrə 6.228,81 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin fevral ayı üzrə 100.468,64 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin mart ayı üzrə 4.110,17 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin aprel ayı üzrə 62.323,73 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin iyun ayı üzrə 106.168,64 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin iyul ayı üzrə 78.693,22 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin avqust ayı üzrə 83.954,24 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin sentyabr ayı üzrə 53.660,17 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin oktyabr ayı üzrə 108.089,83 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin noyabr ayı üzrə 115.211,86 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2022-ci ilin dekabr ayı üzrə 101.654,41 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2023-cü ilin yanvar ayı üzrə 89.352,54 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2023-cü ilin fevral ayı üzrə 90.164,41 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. - Keçirilmiş operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən 2023-cü ilin mart ayı üzrə 85.421,19 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********819700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə göstərilən dövrlər üzrə əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********547700, **********550500, **********551200, **********552900, **********553600, **********554300, **********567100, **********570900, **********573000, **********576100, **********578500, **********583700, **********615900, **********622500, **********628700, **********631500, **********634600, **********636000, **********638400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ƏDV ödəyicisi olduğunu qəbul etmədiyi üçün ƏDV bəyannamələri təqdim etməmiş, əksinə ƏDV qeydiyyatının ləğv edilməsi ilə bağlı vergi orqanına müraciət etmişdir. Bununla bağlı qeyd edirik ki, keçirilmiş operativ nəzarət tədbirləri zamanı əldə olunmuş məlumatlara əsasən 2021-ci ilin yanvar-iyun ayları ərzində Vergi Məcəlləsinin 155-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200 000 manatdan artıq olduğundan xx.xx.2021-ci il tarixindən ƏDV məqsədləri üçün qeydiyyatı həyata keçirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 000,0 manatdan artıq olduqda ƏDV məqsədləri üçün qeydiyyatı növbəti ayın birinci günündə qüvvəyə minir. Eyni zamanda bildirilmişdir ki, kameral vergi yoxlamalarından görünür ki, hesablanmış vergi məbləği operativ vergi nəzarət zamanı əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir. Operativ vergi nəzarət tədbiri keçirilsə də, həmin tədbirin keçirilməsi barədə qərarın surəti iddiaçıya təqdim edilməmişdir. Bununla bağlı qeyd edirik ki, operativ vergi nəzarəti tədbiri cəmiyyətinin direktoru X2 iştirakı ilə həyata keçirilmiş, tərtib edilmiş aktlar imzalanaraq təsdiq edilmiş və nüsxələri qəbul olunmuşdur. Bunlarla yanaşı iddia ərizəsində qeyd edilir ki, operativ vergi nəzarət tədbiri zamanı da vergi orqanı yalnız yoxladığı məsələnin predmetinə aid olan sənədləri, məlumatları və əşyaları götürə bilər, digər sənədlərin götürülməsi isə qadağandır. Vergi orqanı isə operativ vergi nəzarət tədbiri zamanı əsas məqsədi yuxarıda qeyd edilən 4 məsələnin araşdırılması olmuşdur ki, həmin məsələlər də araşdırılmış və onlara görə müvafiq tədbirlər görülmüşdür. Bununla bağlı qeyd edirik k, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6162 nömrəli qərarda bildirilmişdir ki, “Nəzarət kitabçası”, malların VM ilə müəyyən edilən EQF və ya elektron VHF əsasında alınmasını təsdiq edən sənədlər, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompüter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri, digər zəruri sənədlər və əşyalarda vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntular bilavasitə əşyalarla bağlı olduğuna görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi zərurəti yaranmışdır. Eyni zamanda ödəyicinin mövcud elektron bazasında olan sənədlərin adlarından və cədvəllərdə qeyd edilən məlumatlardan göründüyü kimi vergi ödəyicisi tərəfindən rəsmiləşdirilməyən sənədlərdə qeyd edilən məlumatların operativ vergi nəzarəti tədbirinin predmetinə aidiyyəti müəyyən edilir. İddia ərizəsində bunlarla yanaşı qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarlarda isə vergi orqanı qeyd etmişdir ki, iddiaçı ƏDV bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən ona ƏDV hesablanmışdır. Bununla əlaqədar Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC- nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1 (102)-604/2017 nömrəli qərarındakı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirik. Qərarda qeyd olunur: “Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır.” Qeyd edilənlərlə yanaşı iddia ərizəsində göstərilmişdir ki, vergi orqanı operativ vergi nəzarətini iddiaçının təsərrüfat kimi qeydiyyatda olmayan və başqa vergi ödəyicisinin icarəsində olan obyektdə keçirmişdir. Bununla bağlı bildiririk ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6160 nömrəli qərarda nəzarət tədbirinin əhatə etdiyi məsələlərdən biri də təsərrüfat subyekti(obyekti) vergi orqanlarında uçotda olmayan və (və ya) təsərrüfat subyektinin(obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə vergi ödəyicilərinin aşkar edilməsi halı olmuşdur. Digər tərəfdən OVN tədbiri keçirilən ünvan OVN tədbiri keçirilən tarixdə hər hansı başqa ödəyici tərəfindən vergi orqanında uçota alınmamışdır. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən sözügedən ünvanda OVN tədbirinin keçirilməsi tam əsaslı və qanunidir. Eyni zamanda qeyd edirik ki, sözügedən təsərrüfat obyekti OVN tədbiri keçirildiyi tarixdən sonra "xxxx" MMC tərəfindən vergi orqanında uçota alınmışdır. Vergi orqanının uçot-baza məlumatlarına nəzərə saldıqda "xxxx" MMC ilə "xxxx" MMC-nin eyni şəxslərə aidiyyəti müəyyən edilir və bu hal bir daha sübut edir ki, "xxxx" MMC ƏDV məqsədləri üçün vergi orqanında qeydiyyatdan yayınmaq məqsədilə bu cür sxem tətbiq etmişdir. Məcburi qaydada qoyulmuş ƏDV qeydiyyatının ləğv edilməsi ilə bağlı qeyd edirik ki, 2021-ci ilin yanvar-iyun aylarını əhatə edən keçirilmiş operativ nəzarət tədbirləri zamanı əldə olunmuş məlumatlara əsasən Vergi Məcəlləsinin 155-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200 000 manatdan artıq olduğundan vergi ödəyicisi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. “xx.xx.2024-cü il tarixli **********381000 nömrəli qərarın ləğv edilməsi tələbinə dair qeyd edirik ki, vergi ödəyicisinin 2023-cü il üzrə iqtisadi göstəricilərinin (ƏDV dövriyyəsinin, əmək haqqı,sosial sığorta, icarə xərclərinin, təqdim və əldə edilmiş elektron qaimə fakturalarının olması) olmasına baxmayaraq mənfəət vergisi bəyannaməsinin göstəricisiz təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********317900 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən 2023-cü il üzrə ƏDV dövriyyəsi gəlir kimi, 2023-cü il üzrə uçot baza məlumatlarına əsasən xərcləri götürülməklə kameral vergi yoxlaması ilə 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 38178.91 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********381000 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Belə ki, mənfəət vergisi ƏDV dövriyyəsinin, əmək haqqı,sosial sığorta, icarə xərclərinin, təqdim və əldə edilmiş elektron qaimə fakturaların əsasında hesablanmışdır (Excel cədvəl əlavə edilir). Qeyd olunanlara əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
7. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında su filterlərinin satışı ilə məşğul olan İddiaçı barəsində pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi (VM 50.1.12), Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi (VM 50.1.13), Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan vergi ödəyicilərinin aşkar edilməsi məqsədilə xx.xx.2023 - xx.xx.2023 yoxlama dövrünü əhatə edən operativ vergi nəzarəti həyata keçirilmişdir.
8. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********547700 nömrəli qərara əsasən 2021-ci ilin iyul ayı üçün 16.403,95 manat ƏDV hesablanmışdır.
9. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********550500 nömrəli qərara əsasən 2021-ci ilin avqust ayı üçün 14.136,10 manat ƏDV hesablanmışdır.
10. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********551200 nömrəli qərara əsasən 2021-ci ilin sentyabr ayı üçün 607,12 manat ƏDV hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********552900 nömrəli qərara əsasən 2021-ci ilin oktyabr ayı üçün 831,36 manat ƏDV hesablanmışdır.
11. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********553600 nömrəli qərara əsasən 2021-ci ilin noyabr ayı üçün 503,39 manat ƏDV hesablanmışdır.
12. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********554300 nömrəli qərara əsasən 2021-ci ilin dekabr ayı üçün 1.121,19 manat ƏDV hesablanmışdır.
13. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********567100 nömrəli qərara əsasən 2022-ci ilin fevral ayı üçün 18.084,36 manat ƏDV hesablanmışdır.
14. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********570900 nömrəli qərara əsasən 2022-ci ilin mart ayı üçün 739,83 manat ƏDV hesablanmışdır.
15. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********573000 nömrəli qərara əsasən 2022-ci ilin aprel ayı üçün 11.218,27 manat ƏDV hesablanmışdır.
16. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********576100 nömrəli qərara əsasən 2022-ci ilin iyun ayı üçün 19.110,36 manat ƏDV hesablanmışdır.
17. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********578500 nömrəli qərara əsasən 2022-ci ilin iyul ayı üçün 14.164,78 manat ƏDV hesablanmışdır.
18. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********583700 nömrəli qərara əsasən 2022-ci ilin avqust ayı üçün 15.111,76 manat ƏDV hesablanmışdır.
19. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********615900 nömrəli qərara əsasən 2022-ci ilin sentyabr ayı üçün 9.658,83 manat ƏDV hesablanmışdır.
20. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********622500 nömrəli qərara əsasən 2022-ci ilin oktyabr ayı üçün 19.456,17 manat ƏDV hesablanmışdır.
21. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********628700 nömrəli qərara əsasən 2022-ci ilin noyabr ayı üçün 20.738,13 manat ƏDV hesablanmışdır.
22. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********631500 nömrəli qərara əsasən 2022-ci ilin dekabr ayı üçün 18.297,79 manat ƏDV hesablanmışdır.
23. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********634600 nömrəli qərara əsasən 2023-cü ilin yanvar ayı üçün 16.083,46 manat ƏDV hesablanmışdır.
24. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********636000 nömrəli qərara əsasən 2023-cü ilin fevral ayı üçün 16.229,59 manat ƏDV hesablanmışdır.
25. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx/xx/2023cü il tarixli **********638400 nömrəli qərara əsasən 2023-cü ilin mart ayı üçün 15.375,81 manat ƏDV hesablanmışdır.
26. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024cü il tarixli **********381000 Qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin mənfəət vergisi üzrə iddiaçıya 38.178,91 manat əlavə vergi hesablanmışdır.
27. “Kazimoff Group" MMC-nin direktoru X7 tərəfindən operativ vergi yoxlaması tərəfindən təqdim olunan izaha əsasən bildirilmişdir ki, "xxxx" MMC-yə məxsus (VÖEN: **********) olan ünvan 4 ünvanında yerləşən “Su filterlərinin satışı” obyektində xx.xx.2023-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı, 2 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanaraq hüquqi qüvvəyə minməsinin təmin edildiyi, pul vəsaitinin və mal qalığının mövcud olmadığı müəyyən edilmişdir. "xxxx" MMC-nin təsərrüfat fəaliyyətini özündə əks etdirən 2 ədəd karton qutuda (27 ədəd göy rəngli jurnal, 11 ədəd qeyd bloknot, 11 ədəd qovluq, 2 ədəd bağlama, 26 ədəd dəftər, 11 ədəd jurnal, 8 ədəd faylda sənədlər, 1 ədə servis müddəti çatmış müştərilər barədə cədvəl) kağız daşıyıcıda sənədlər və obyektdə quraşdırılmış kompüterlərin məlumat bazasından 2,9GB həcmində elektron məlumatlar bir ədəd elektron yaddaş kartına (flaşkart Spmarklı, qara rəngli, 8GB) köçürülməklə yoxlamaya təqdim edilmişdir. İzahat onun onun sözlərinə əsasən yazılmış, əlavəsi yoxdur və izahatın doğruluğunu imzası ilə təsdiq edir.
28. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin rəisi, baş ədliyyə müşaviri X1, dövlət vergi müfəttişi, 2-ci dərəcəli hüquqşünas X8 və “Kazimoff Group" MMC-nin (VÖEN: **********) səlahiyyətli nümayəndəsi X7 tərəfindən tərtib edilmiş akta əsasən "xxxx" MMC-nə məxsus təsərrüfat subyektlərində keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı obyektindən götürülmüş 1(bir) fləşkart qara rəngli 2.90 GB-tutumlu və 2 qutuda kağız daşıyıcıda sənədlər xx.xx.2023-cü il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin inzibati binasında, 310 saylı otaqda zərfdən çıxarmaqla baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: 2 qutuda - göy üzlüklü jurnal 27 ədəd, bloknot 11 ədəd, qovluq 11 ədəd, bağlama 2 ədəd, dəftər 26 ədəd, jurnal 11 ədəd, faylda sənədlər 8 ədəd, servis müddəti çatmış müştərilər barədə cədvəl 1 ədəd 1 (bir) qara rəngli Fləşkart -ümumi yaddaş həcmi 8GB-2.90B dolu- acer, Desktop, email, flash, LG, maaş, pc 3, pc 4 və Rəsmi adlarında papkaların İddiaçı MMC-nin sənədləri olduğu müəyyən olundu.
29. Sənəd və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən iki ədəd karton qutuda sənədlər, 1 ədəd “flash card” möhürlü vərəqlə qablaşdırılmışdır.
30. Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinə (**********1) əsasən İddiaçı MMC xx.xx.2021-ci il tarixdən qüvvəyə minməklə xx.xx.2023-cü il tarixdə əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir.
31. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
32. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.
İİ. İddianın növü və mümkünlüyü
33. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
34. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
35. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
36. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin 2-1(102)-840/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına (Məruzəçi hakim Səyyad Kərimov) uyğundur.
37. Beləliklə, iş materiallarına əsasən müəyyən olunur ki, vergi ödəyicisi barəsində qəbul edilmiş 2021, 2022 və 2023-cü illərin ayları üzrə ƏDV hesablaması barədə xx.xx.2023-cü il tarixli qərarları və 2023-cü ilin mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli qərar cavabdeh tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmişdir. Həmin qərar keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar (“qara mühasibatlıq” sənədləri) əsasında qəbul edilmişdir.
38. İddiaçı bildirir ki, vergilər müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar əsasında hesablanmışdır və vergilərin bu qaydada hesablanması qanunsuzdur.
39. Məhkəmə qeyd edir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “qara mühasibatlıq” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir.
40. Bu mənada, cavabdeh “qara mühasibatlıq” sənədlərindən yalnız həmin sənədlərin aşağıdakı aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə cavab verdiyi təqdirdə istifadə edə bilər.
41. İlk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “qara mühasibatlıq” sənədlərinin elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir.
42. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir.
43. Vergi orqanı tərəfindən bu tələblərə cavab verməyən “qara mühasibatlıq” sənədlərindən istifadə olunmaqla vergilərin hesablanması yolverilməzdir.
44. Vergi Məcəlləsindən: 23.1.1. vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. (yeni məzmunda 50.4- 1-ci maddə 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir.) 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-49-cu maddələrinin müddəaları tətbiq edilir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.
45. Beləliklə, məhkəmə qeyd edir ki, vergi orqanı operativ vergi nəzarəti nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarmaq imkanı olduğu halda, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmamış, əldə olunan məlumatlar digər yoxlama tədbiri - kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilmişdir.
46. Məhkəmə hesab edir ki, həmin məlumatların Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlamasının məqsədləri baxımından vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirmədiyindən vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi nəzərdən keçirilə bilməz.
47. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
48. Hazırkı mübahisəyə münasibətdə operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə hər hansı qərar qəbul edilmədən həmin məlumatların vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilməklə digər yoxlamanın keçirilməsi üçün istifadəsi nəticəsində inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında kameral yoxlama nəticəsində qəbul etdiyi qərarını əsaslandırdığı və məsuliyyətə cəlbetmənin qanunauyğunluğu təsdiq olunmur.
49. Belə ki, operativ vergi nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul edilmədən həmin tədbir nəticəsində əldə edilmiş məlumatlar vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumat hesab edilə bilməz. Bu mənada cavabdeh tərəfindən aparılmış kameral yoxlamanın nəticəsində vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi qanuni deyil.
50. Digər tərəfdən kameral vergi yoxlaması zamanı vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ iki halla məhdudlaşıb (Məcəllənin 37.4-cü maddəsinin 2-ci hissəsi): -Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması və (və ya) - kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilməməsi.
51. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə həmin halların olduğunu müəyyən etmir.
52. Digər tərəfdən məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar üzrə vergilərin hesablanması: i) ilk növbədə qanunla müəyyən edilmiş qaydada əldə edilməli, ii) vergi ödəyicisinin həmin məlumatların əldə edilməsi üsulunu, mötəbərliliyini, səhihliyini mübahisələndirmək və dəlillərini təqdim etmək imkanı olmalıdır.
53. (i) Məlumatların qanunla müəyyən edilmiş qaydada əldə edilməsinə münasibətdə məhkəmə qeyd edir ki: -Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”dən: 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. 1.3. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər. -Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – operativ vergi nəzarətinin aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır.
54. (ii) Vergi ödəyicisinin həmin məlumatların əldə edilməsi üsulunu, mötəbərliliyini, səhihliyini mübahisələndirmək və dəlillərini təqdim etmək imkanına münasibətdə məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatların ödəyici tərəfindən inzibati icraat çərçivəsində, xüsusilə kameral vergi yoxlaması zamanı mübahisələndirilməsi və faktiki halların araşdırılmasını tələb etməsi (məsələn, şahid ifadələri, üzləşmələr və s.) ağlabatan və mümkün hesab edilmir. Odur ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergilərin hesablanması konkret halda kameral vergi yoxlamasının məqsədlərinə uyğun hesab edilə bilməz.
55. Lakin məhkəmə hesab edir ki, qeyd edilən sübutlar inzibati orqan tərəfindən əldə edilmədiyi və araşdırmanın predmeti olmadığı halda məhkəmə araşdırması ilə əldə edilərək tamamlanması inzibati məhkəmə icraatı qaydasında mümkün deyildir.
56. Məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
57. Digər tərəfdən məhkəmə qeyd edir ki, operativ vergi nəzarətinin əvvəlki dövr üzrə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutan Vergi Məcəlləsinin yeni məzmunda 50.4-1-ci maddəsi 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, lakin iddiaçı barəsində operativ yoxlama tədbiri isə xx.xx.2023 xx.xx.2023 yoxlama dövrünü əhatə etmiş, buna baxmayaraq, vergi orqanı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli kameral qərarlar nəticəsində əvvəlki dövrlər üzrə (2021, 2022 və 2023-cü illər) yoxlama aparılmışdır.
58. Cavabdehin iddiaçı barəsində aparılmış operativ vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri təşkil edir.
59. Bu dəlillərlə bağlı məhkəmə qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin qeyd edilən vəziyyətdə yetərsizliyi mötəbər sübut kimi qiymətləndirilməsi üçün yolverilməzdir.
60. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).
61. Cavabdeh tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxsə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real satış həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs.:alqısatqı, təhvil-təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Həmçinin, yuxarıda qeyd edilənlərə əsasən, operativ vergi nəzarətinin məqsədlərinə uyğun olmadığından cavabdeh tərəfindən ekspert və mütəxəssis dəvət edilməmişdir. Belə olan halda, iddiaçının dövriyyəsinin necə hesablanması (kifayət qədər böyük məbləğdən söhbət gedir - ƏDV üzrə 227.272,25 manat, mənfəət vergisi üzrə 38.178,91 manat) ilə bağlı sual ortaya çıxır. İş materiallarında isə iddiaçının real dövriyyəsinin hesablanması qaydasına (konkret sübutlara istinad etməklə) dair hər hansı məlumat yoxdur. Həmçinin, “qara mühasibatlıq” sənədləri əsasında cavabdeh tərəfindən hesablama aparılarkən iddiaçının özünün bəyan etdiyi məbləğlərin nəzərə alınması, başqa sözlə, eyni əməliyyatın iki dəfə nəzərə alınıb - alınmaması məsələsinə də aydınlıq gətirilməmiş, hesablamanın riyazi əsası konkret mötəbər sübutlara istinadla göstərməmişdir.
62. Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real satış dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi.
63. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir.
64. Məhkəmə iddia tələbinin ƏDV ödəyicisi kimi uçotunun ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının məcburi ƏDV uçotu həmin kameral qərarlar əsasında şərtləndiyindən mübahisələndirilən qərarların ləğvi iddiaçının məcburi ƏDV uçotunu da ləğv etməlidir. Məhkəmə hesab edir ki, tələbin qeyd edilən hissəsi İPM-in 32.1-ci maddəsinin ikinci hissəsinə əsasən faktiki olaraq mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasıdır.
65. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
66. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
67. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
68. Lakin bununla belə, məhkəmə qeyd edir ki, qeyd edilən sənəd və məlumatların - "xxxx" MMC-nin təsərrüfat fəaliyyətini özündə əks etdirən 2 ədəd karton qutuda (27 ədəd göy rəngli jurnal, 11 ədəd qeyd bloknot, 11 ədəd qovluq, 2 ədəd bağlama, 26 ədəd dəftər, 11 ədəd jurnal, 8 ədəd faylda sənədlər, 1 ədəd servis müddəti çatmış müştərilər barədə cədvəl) kağız daşıyıcıda sənədlər və obyektdə quraşdırılmış kompüterlərin məlumat bazasından 2,9GB həcmində elektron məlumatlar bir ədəd elektron yaddaş kartına (flaşkart Spmarklı, qara rəngli, 8GB köçürülməklə məhz iddiaçı "xxxx" MMC-nin direktoru X7 tərəfindən yoxlamaya təqdim edilməsi iş materialları ilə sübut olunur. Odur ki, işin hallarına uyğun olaraq iddianın təmin edilməsi məhkəmənin yuxarıda qeyd edilən mövqeyinə uyğun olaraq cavabdeh tərəfindən hər hansı tutarlı araşdırma aparılmaması ilə əlaqədardır. Lakin məhkəmənin qeyd edilən yanaşması heç bir halda mümkün vergidən yayınma halının araşdırılmaması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, operativ vergi nəzarəti nəticəsində əldə edilmiş sənəd və məlumatlar inzibati məhkəmə icraatı ilə əhatə olunmayan geniş həcmdə yoxlama tələb edir (alıcıların müəyyən edilməsi, izahatların alınması, zəruri olduğu halda üzləşmələrin aparılması). Odur ki, iddiaçı "xxxx" MMC-nin (vəzifəli şəxsinin) əməlində vergi ödəməkdən yayınma cinayətinin əlamətlərini aşkar etdiyi üçün bununla bağlı ayrıca akt qəbul etməklə prokura məlumat verilməli olduğunu zəruri hesab edir.
69. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
70. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
71. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı MMC (VÖEN: **********) barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 oktyabr 2023-cü il tarixli **********547700, **********550500, **********551200, **********552900, **********553600, **********554300, **********567100, **********570900, **********573000, **********576100, **********578500, **********583700, **********615900, **********622500, **********628700, **********631500, **********634600, **********636000, **********638400 nömrəli və xx.xx.2024-cü il tarixli **********381000 nömrəli qərarları və xx.xx.2021-cil tarixdən qüvvəyə minən məcburi ƏDV qeydiyyatı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva