Məhkəmə qərarları › İş №2-1(112)-3022/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3022/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3022/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (fərdi qaydada fəaliyyət göstərən vəkil, ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquq şöbəsində məsləhətçi, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə İddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər Cavabdeh başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamının İddiaçı münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 02.05.2016-cı il tarixli 169 saylı sərəncamı ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən 12 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi məqsədi ilə Cavabdeh istifadəsinə verilmişdir. ünvan 3 ünvanında yaşayan İddiaçı ona torpaq sahəsi ayrılması ilə bağlı müraciət etmişdir. Cavabdeh başçısının 30.11.2016-cı il tarixli 410 saylı sərəncamı ilə yaradılmış mənzil məsələləri üzrə komissiyanın 08.08.2018-ci il tarixli iclasında İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğu nəzərə alınaraq Cavabdeh başçısı tərəfindən İddiaçı Suraxanı rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində 0,06 ha torpaq sahəsi ayrılması ilə bağlı 306 saylı 16.08.2018-ci il tarixli sərəncam verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 28.10.2019-cu il qeydiyyat tarixli **********19 qeydiyyat nömrəli Çıxarış verilmişdir. Sonradan o, sözügedən torpaq sahəsinə istifadə hüququnu özgəninkiləşdirmək istədikdə DƏDRX tərəfindən verilən məlumat əsasında ona məlum olmuşdur ki, Cavabdeh başçısı 06.07.2020-ci il tarixli 148 saylı sərəncam ilə İddiaçı 0,06 ha torpaq sahəsi ayrılması ilə bağlı özünün 16.08.2018-ci il tarixli sərəncamını ləğv etmişdir. Bununla əlaqədar olaraq iddiaçı 28.09.2020-ci il tarixdə Cavabdehnə müraciət edərək məsələ barəsində məlumat verilməsini xahiş etmişdir. Cavabdeh isə 06.07.2020-ci il tarixli 148 saylı sərəncamın surətini 28.10.2020-ci il tarixdə iddiaçıya təqdim etmişdir. İddiaçı hesab edirəm ki, Cavabdeh başçısı tərəfindən verilmiş 06.07.2020-ci il tarixli 148 saylı sərəncam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, mübahisələndirilən sərəncamdan görünür ki, 16.08.2018-ci il tarixli 306 saylı sərəncamın ləğv edilməsinə əsas kimi guya İddiaçı düzgün olmayan məlumat və sənədlər təqdim edərək həmin ərazidə X6 verdiyi order əsasında ona məxus 0,06 ha torpaq sahəsinin olduğunu bildirərək ona əlavə torpaq sahəsinin ayrılmasını xahiş etməsi və bunun əsasında torpağın ayrılması, lakin sonradan həmin torpağın başqa şəxsə məxsus olmasının aşkar edilməsi göstərilmişdir. Əvvəla, İddiaçı tərəfindən cavabdeh orqana belə bir məlumat və sənəd təqdim edilməmişdir. Digər tərəfdən, Cavabdeh başçısının 16.08.2018-ci il tarixli 306 saylı sərəncamının məzmunundan da göründüyü kimi, İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğu nəzərə alınaraq ona Suraxanı rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində 0,06 ha torpaq sahəsi ayrılmışdır. Yəni, 06.07.2020-ci il tarixli sərəncamda qeyd olunanlar həqiqəti əks etdirmir... Göründüyü kimi, 06.07.2020-ci il tarixli 148 saylı sərəncam əsassız olmuşdur. Bundan başqa, cavabdeh tərəfindən 16.08.2018-ci il tarixli 306 saylı sərəncamın ləğv edilərkən “İnzibati icraat haqqında” Qanununun tələbləri gözlənilməmiş və inzibati icraat barədə iddiaçıya heç bir məlumat verilmədən torpaq sahəsinin ayrılması barədə sərəncamın ləğv edilməsi barədə yeni sərəncam verilmişdir. Həmin sərəncamın surəti də iddiaçıya təqdim olunmamış, bu hal iddiaçıya yalnız onun özünün dövlət orqanlarına müraciətində sonra məlum olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X7 iddianın əsassız olduğu və Bakı şəhər Cavabdeh başçısı tərəfindən qəbul edilən 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamın qanuni əsaslarla qəbul edildiyini qeyd edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan və şifahı məhkəmə baxışı iclasında tədqiq edilmiş: - Bakı şəhəri Cavabdeh Başçısının 16 avqust 2018-ci il tarixli 306 saylı “fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması haqqında» Sərəncamda aşağıdakılar qeyd edilmişdir: İddiaçı Cavabdeh başçısına ərizə ilə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Kurdəxanı qəsəbəsinin şimal hissəsində ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Cavabdeh başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş 30.07.2018-cı il tarixli 12 saylı arayışdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh başçısının 30 noyabr 2016-cı il tarixli 410 saylı sərəncamı ilə yaradılmış mənzil məsələləri üzrə komissiyanın 08.08.2018-ci il tarixli iclasında İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu nəzərə alınaraq ona 0,06 ha torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 02.05.2016-cı il tarixli 169 saylı sərəncamı ilə Sabunçu Rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən 12 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi məqsədilə Cavabdeh İstifadəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların X4 üzrə Dövlət Agentliyinin 23 noyabr 2016-cı il tarixli **********65 saylı məktubu ilə qeyd edilən torpaq sahəsinin rəsmiləşdırilməsinə razılıq verilmiş və həmin torpaq sahəsinin yer quruluşu planı tərtib edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 saylı Qərarı ilə dövlət mülkiyyətində olan torpaqlardan daimi istifadəyə və icarəyə verilməsi Cavabdehnə həvalə edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsinin ayrılması, ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi, İddiaçı tərəfindən ayrılmış torpaq sahəsinə hüquqların qanunda nəzərdə tutulmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmasının təmin edilməsi, torpaq sahəsindən məqsədli təyinatı üzrə istifadə edilmədikdə İddiaçı həmin torpaq sahəsinə olan hüquqlarına xitam verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən 28.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Elektron Çıxarışdan görünür ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış sahəsi, sahə 110 ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı stifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Bakı şəhəri Cavabdeh Başçısının “İddiaçı və X2 Kürdəxanı qəsəbəsində torpaq sahəsi verilməsinə dair Cavabdeh başçısının 306 və 303 saylı, 16 avqust 2018-ci il tarixli sərəncamlarının ləğv edilməsi barədə” 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamda aşağıdakılar qeyd edilmişdir: Bakı şəhər İcra Hakimiyyəti başçısının 02.05.2016-cı il tarixli 169 saylı sərəncamı ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən 12 ha tor sahəsi fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi məqsədilə Cavabdeh istifadəsinə verilmişdir. ünvan 3 ünvanında yaşayan İddiaçı həmin ərazidə X5 verdiyi order əsasında ona məxsus 0,12 ha torpaq sahəsinin olduğunu bildirərək ona torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Vətəndaşın müraciəti nəzərə alınaraq Cavabdeh başçısının 303, 306 saylı 16 avqust 2018-ci il tarixli sərəncamlar ilə Kürdəxanı qəsəbəsinin şimal hissəsində İddiaçı 0,06 ha yaxın qohumu X3 isə 0,06 ha torpaq sahələri ayrılmışdır. Sonradan məlum olmuşdur ki, İddiaçı Cavabdehnə təqdim etdiyi sənədlər ona aid deyil və qeyd olunan torpaq sahəsi digər fiziki şəxsə məxsus torpaq sahəsidir. Komissiya İddiaçı qeyd etdiyi torpaq sahəsinin digər vətəndaş məxsus olduğunu nəzərə alaraq Sabunçu RİH başçısının 306 saylı 16 avqust 2018-ci tarixli və 16 avqust 2018-ci il tarixli 303 saylı sərəncamlarının ləğv edilməsini məqsəd uyğun hesab etmişdir. Qeyd olunanların nəzərə alınaraq İddiaçı və X3 Kuıdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması barədə Sabunçı Rayon icra Hakimiyyəti başçısının 306 saylı 16 avqust 2018-ci il tarixli və 303 saylı 16 avqust 2018-ci il tarixli sərəncamları ləğv edilməsi, sərəncam əsasında verilmiş torpaq sahələrinin yerləşmə sxemlərinin etibarsız hesab edilməsi, torpaq sahəsinin geri alınması, torpaq sahəsinə aid plan və ölçüsünün tərtib edilməsi, istifadə hüquqların geri alınması və daşınmaz əmlaka ünvan verilməsinin dayandırılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunması, Sərəncamın icrasına nəzarətin Rayon İcra Hakimiyyəti başçısının Təsərrüfatı şöbəsinə tapşırılması qərara alınmışdır. İddiaçı tərəfindən 25 sentyabr 2020-ci il tarixdə cavabdehə müraciət edilərək, Bakı şəhəri Cavabdeh Başçısının “İddiaçı və X2 Kürdəxanı qəsəbəsində torpaq sahəsi verilməsinə dair Cavabdeh başçısının 306 və 303 saylı, 16 avqust 2018-ci il tarixli sərəncamlarının ləğv edilməsi barədə” 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamının ona təqdim edilməsini xahiş edilmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanan 28 oktyabr 2020-ci il tarixli məktub əsasında iddiaçıya sözügedən sərəncam təqdim edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı Bakı şəhər Cavabdeh başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamının İddiaçı münasibətdə ləğv edilməsini tələb edir. İddiaçı tərəfindən qeyd olunan dəlillərin araşdırılması məqsədilə məhkəmə araşdırması zamanı Bakı şəhəri Cavabdeh Başçısının 306 saylı, 16 avqust 2018-ci il tarixli və 148 saylı, 06 iyul 2020-ci il tarixli sərəncamlarının əsasını təşkil edən inzibati iş materiallarının təsdiq edilmiş surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh Başçısının İ müavini tərəfindən 07 aprel 2021-ci il tarixli, 1/471 saylı məktub əsasında qeyd olunan sərəncamların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin məktub əsasında Bakı şəhəri Cavabdeh Başçısının 306 saylı, 16 avqust 2018-ci il tarixli və 148 saylı, 06 iyul 2020-ci il tarixli sərəncamlarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanan 12 sentyabr 2018-ci il tarixli, **********12 saylı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə Bildirişin mətnindən müəyyən edilir ki, iddiaçının Bakı şəhər, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, istifadə hüquqların yüklənməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ********** nömrəli, 17.08.2018-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi digər fiziki şəxsə məxsus torpaq sahəsi (sərhədlər tam hasarlanmamışdır) ilə üst-üstə düşdüyündən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün diyər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Məhkəmə araşdırması zamanı həmçinin İddiaçı adına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində mülkiyyət hüquqları qeydə alınmış bağ sahələrinə dair çıxarışların və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiqlənmiş surətinin məhkəməyə təqdim edilməsi sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq təqdim olunmuş 19.10.2021-ci il tarixli məktubda İddiaçı adına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilmədiyi müəyyən edilmişdir. Beləliklə işin hallarından müəyyən edilir ki, Bakı şəhəri Cavabdeh Başçısının 16 avqust 2018-ci il tarixli 306 saylı Sərəncamı əsasında İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsi ayrılmış, Bakı şəhəri Cavabdeh Başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamı əsasında 16 avqust 2018-ci il tarixli sərəncamlarının ləğv edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbi baxımından ilkin sərəncam üzrə iddiaçıya ayrılan torpaq sahəsindən təyinatı üzrə istifadı edib-etmədiyini müəyyən etmək məqsədilə müvafiq sorğular əsasındsa araşdırılma aparılmış və müəyyən edilmişdir ki, iddiaçı fərdi yaşayış evinin tikintisi üçün ona ayrılan torpaq sahəsindən uzun müddət istifadə etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Göründüyü kimi mübahisə olunan 06 iyul 2020-ci il tarixli sərəncam verilənə qədər iddiaçı ona ayrılan torpaq sahəsindən istifadə etməyərək hərəkətsizlik nümayiş etdirmiş, qeyd olunan sərəncamın göstərişlərindən irəli gələn öhdəlikləri yerinə yetirməmiş, yalnız 28.09.2020-ci ildən etibarən həmin sərəncamın göstərişləri istiqamətində bir sıra addımlar atmağa başlamışdır. İddiaçının ona 16 avqust 2018-ci ildə ayrılmış torpaq sahəsindən 2020-ci ilə qədər cavabdehin təqsiri üzündən faktiki olaraq istifadə etməməsi işdə olan sübutlarla təsdiq olunmamışdır. O cümlədən iddiaçının torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən hər hansı müdaxilə olunması da iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçının 16 avqust 2018-ci il tarixli sərəncam əsasında ona torpaq sahəsi ayrıldıqdan sonra 06 iyul 2020-ci il tarixli mübahisələndirilən sərəncam qəbul edilənə kimi, ilkin sərəncamdan irəli gələn göstərişlərin yerinə yetirilməsi istiqamətində real hərəkət edilməmiş, torpaq sahəsini istifadəsiz saxlamışdır. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qanunvericiliyin sadalanan normalaranı mövcud münasibətlərə tətbiq etdikdə müəyyən edilir ki, iddiaçının ona ayrılmış torpaq sahəsindən istifadə hüququna xitam verilməsi səlahiyyəti cavabdehə məxsus olduğundan və cavabdeh Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 8-ci abzasında nəzərdə tutulan halın mövcudluğuna əsasən özünün əvvəllər qəbul etdiyi sərəncamı ləğv etmək səlahiyyətinə malik olduğundan iddiaçı hazırkı iddia tələbində haqlı olmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, sözügedən sərəncamın ləğv edilməsi üçün nə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-69-cu maddələrində, nə də digər qanunvericilik aktlarında əsas olmadığından, iddia rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar