Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3025/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi və vəkili X1 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Daxili İşlər Nazirliyində işlədiyi 24 il ərzində istifadə etmədiyi məzuniyyətlərə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci ildən 2011-ci ilə qədər Daxili İşlər orqanlarında işləmişdir. İşlədiyi 24 ildə məzuniyyətə çıxmamışdır. xx xxxx 2001-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 78-ci maddəsinə əsasən əsas məzuniyyət Daxili İşlər orqanının əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Əsasnamənin 88-ci maddəsinə əsasən polis əməkdaşı müvafiq iş ilində (iş illərində ) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. O, Daxili İşlər Nazirliyinə xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət etmiş, müsbət nəticə əldə etmədiyinə görə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 027-1343-1220 saylı məktubla məhkəməyə ünvanlayaraq bildirmişdir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına əlavə və dəyişikliklər ediməsi barədə” AzərbaycanRespublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 185 nömrəli qərarınaəsasən daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Qərarın imzalandığı gündən qüvvəyə minməsi baxımından ödəniş yalnız həmin tarixdən etibarən xidmət edən əməkdaşlara şamil edilir.Qeyd olunan qərarın qüvvəyə mindiyi xx xxxxxx 2004-ci il tarixədək daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən pul müavinəti ödənilmirdi.Bu baxımdan İddiaçı yuxarıda qeyd olunan normativ hüquqi aktın qüvvəyə mindiyi 2004-cü ilədək olan xidmət müddəti ərzində hər ay müvafiq iş illərinin məzuniyyət ayları da daxil olmaqla bütün növ ödənişlər verilmişdir.Bakı şəhər Baş Polis İdarəsi tərəfindən təqdim olunan məlumata əsasən İddiaçı 2004-2011-ci illərin məzuniyyətindən istifadə etmiş və buna görə ona müvafiq pul müavinəti ödənilmişdir. İddiaçı DİN-in Bakı şəhər Baş Polis İdarəsinin Yol Patrul Xidməti X5 Xidməti baş inspektoru vəzifəsindən polis baş leytenantı rütbəsi ilə «DİO əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyinə görə» xx.xx.2011-ci il tarixindən X2 xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 25 il, 11 ay, 22 gün, imtiyazlıhesablama ilə 31 il, 02 ay, 13 gün təşkil etmişdir.«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının x xxxxxx 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanuna əsasən hazırda İddiaçı Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsi tərəfindən ödənilən pensiyatəminatı: vəzifə maaşı - 693 manat, rütbə maaşı - 144 manat, xidmət illərinə görə 30faiz əlavə - 251,1 manat və ərzaq payı əvəzinə kompensasiya - 64 manat, cəmi 1152,1 manat təminat xərcliyindən yeni hesablama qaydasına görə 927,97 manat təşkil edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı münasibətə uyğun məzmunda izahat verdi. İzahatında əlavə olaraq göstərdi ki, “Daxili İşlər Nazirliyinin sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” Daxili İşlər Nazirliyinin xx xxxxxxxx 2015-ci il tarixli, Q36-001-15 bömrəli qərarına əsasən iddiaçıya 2004-2011-ci il tarixləri üzrə məzuniyyətə görə pul müavinətinin ödənilməsi barədə sənədlər məhv edildiyindən, həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 039-64B2Ş-3220 saylı məktubdan görünür ki, iddiaçının Daxili İşlər Nazirliyinə ünvanlanmış daxili işlər orqanlarında işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyasının verilməsi barədə ərizəsinə Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə Plan Şöbəsində baxılmış, ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi üçün Kadrlar İdarəsindən həmin dövrə olan müvafiq arayışı təqdim etdikdən sonra hesablanıb ödənilməsi məsələsinə baxıla biləcəyi, əks təqdirdə bu sahəyə ödənişlərin aparılmasının mümkün olmadığı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 039-5168-1220 saylı məktubdan görünür ki, Bakı şəhər DYP-nin sabiq əməkdaşı polis baş leytenantı İddiaçı Maliyyə-Plan Şöbəsində saxlanılan şəxsi vərəqəsinə əsasən 2005 (64 manat 88 qəpik), 2006 (337 manat 60 qəpik), 2007 (337 manat 60 qəpik), 2008 (383 manat 50 qəpik), 2009 (548 manat 60 qəpik), 2010-cu (548 manat 60 qəpik) illər üçün məzuniyyət müavinəti ödənilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki iddia tələbi üzrə iddiaçı daxili işlər orqanlarında xidmətdə olduğu 24 il ərzində istifadə etmədiyi məzuniyyətə görə ona kompensasiya ödənilməsini tələb edir. İş materiallarında olan əmək kitabçası əsasında iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətdə olması müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı həmin xidmət illərinin 2004-cü ildə daxil olmaqla 2010-cu il tarixinədək olan dövrü üzrə ona məzuniyyətə görə pul müavinətinin ödənilməsi müəyyən edilmişdir. Belə olan halda cavabdeh tərəfindən faktiki olaraq iddiaçıya xidmətdə olduğu 1987ci il tarixindən 2004-cü il tarixədək olan dövr ərzində məzuniyyətə görə pul kompensasiyasının hesablanması və ödənilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həmin dövr üzrə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsindən imtina edilməsi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli,168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 78-ci bəndinə əsasən əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Əsas məzuniyyət təqvim ili ərzində müvafiq cədvəl uyğun olaraq verilir. Həmin Əsasnamənin 88-ci bəndinə əsasən Əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən, ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Həmin Əsasnamənin 88-ci bəndinə əsasən əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. “Polis əməkdaşının maddi və sosial təminatı ilə bağlı Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 saylı qərarı ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi” Qaydaları (1 nömrəli əlavə) təsdiq edilmişdir. Həmin Qaydaların 13-cü bəndinə əsasən növbəti və qısamüddətli məzuniyyət dövründə əməkdaşlara sonuncu tutduğu vəzifə üzrə müəyyən edilmiş məbləğdə təminat xərcliyi ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Əməkdaşlara məzuniyyət dövründə ildə bir dəfə respublika daxilində nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyat ilə gedişin dəyəri miqdarında ödənilir. Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. Həmin Qaydaların 13-cü bəndinə yeni məzmunda ikinci abzas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 185 nömrəli Qərarı ilə əlavə edilmişdir. İkinci və üçüncü abzaslar müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab edilmişdir. Göründüyü kimi “Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməsi Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli,168-İİQ nömrəli Qanunu ilə təsdiq edilsə də, lakindaxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilməsi «Polis əməkdaşının maddi və sosial təminatı ilə bağlı Qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 saylı qərarının 1 nömrəli əlavəsinin 13-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 185 nömrəli Qərarı əsasında edilmiş əlavədən sonra qüvvəyə minmiş və həmin tarixdən sonra tətbiq edilməyə başlanılmışdır. İşdə olan sənədlər əsasında iddiaçının xx xxxx 2011-ci il tarixində X2 xaric edildiyi, 2004-2010-cu illər üzrə ona məzuniyyətə görə pul müavinətin verilməsi müəyyən edilmişdir. xx xxxxxx 2004-cü il tarixdən əvvəlki dövr üzrə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası müəyyən edilmədiyindən məhkəmə iddiaçının ona 2004-cü il tarixdən əvvəlki dövr üzrə istifadə etmədiyi əsas məzuniyyətə görə pul kompensasiya ödənilməsini də əsaslı hesab etmir. Odur ki, bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 1987-ci il tarixdən 2003-cü il tarixədək polis orqanı əməkdaşlarının istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi qanunvericiliklə müəyyən edilmədiyindən, 2004-cü il tarixdən 2010-cu il tarixədək olan müddət ərzində iddiaçıya məzuniyyətə görə pul müavinətini verildiyi müəyyən edildiyindən, iddiaçının tələbi əsassızdır. Beləliklə iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, aparılmış araşdırma nəticəsində iddianın əsassız olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3025/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3025/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver