Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3028/2021 26.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X4 qızının katibliyi İddiaçı cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “həlak olmuş həyat yoldaşı X1 müharibə veteranı kimi təqaüd almaq hüququnun himayəsində olmuş dul arvadına keçməsi barədə qərar qəbul edib, həmin təqaüdün ona təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəmədə iddia qaldıraraq “həlak olmuş həyat yoldaşı X1 müharibə veteranı kimi təqaüd almaq hüququnun himayəsində olmuş dul arvadına keçməsi barədə qərar qəbul edib, həmin təqaüdün ona təyin edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyədək səlahiyyətli cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, səlahiyyətli cavabdeh inzibati orqanın imtina məktubu iş materiallarına əlavə edilmədiyindən 26 yanvar 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçının həyat yoldaşı X3 veteran vəsiqəsini xx.xx.1997-ci ildə əldə etmiş və xx.xx.2002ci ildə vəfat etmiş, ona müharibə veteranları üçün təqaüd verilməmişdir. Hesab edir ki, həlak olmuş həyat yoldaşı X1 müharibə veteranı kimi təqaüd almaq hüququ dul arvadı kimi ona keçməsi barədə qərar qəbul edilərək həmin təqaüd ona təyin edilməlidir. Qeyd edilən halın səbəbini müəyyənləşdirmək üçün cavabdeh inzibati orqan DSMF-ya ərizə ilə müraciət etmiş, lakin bu barədə Ucar rayon şöbəsinə müraciət etməmişdir. İddiaçı izahatının sonunda işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanın 2.1.1-ci maddəsində birbaşa olaraq 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilməsi qeyd olunur. Müvafiq dövrlərdə veteranlar üçün nəzərdə tutulan güzəştlər, müavinət və təqaüd almaq hüququ müharibə veteranı vəsiqəsinə sahib olan şəxslərin subyektiv hüququdur və normativ hüquqi aktlarda da birbaşa veteranlara ünvanlanması digər şəxslərin (vərəsələrinin) bununla bağlı iddia tələbi irəli sürməsini istisna edir. İddiaçının subyektiv hüququnun olmadıgını nəzərə alınaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin Əsasnaməsi”nin 2.1.-2.1.1.-ci bəndlərinə əsasən yerli şöbələrin müvafiq inzibati ərazi vahidi üzrə fəaliyyət istiqamətləri aşağıdakılardır: əhalinin sosial müdafiəsinin təmin edilməsini, o cümlədən, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin, kompensasiyaların, ünvanlı dövlət sosial yardımının və digər sosial ödəmələrin təyin edilməsini və aidiyyəti üzrə çatdırılmasını təşkil edir. İddiaçı tərəfindən hazırki tələblə (həlak olmuş həyat yoldaşı X1 müharibə veteranı kimi təqaüd almaq hüququnun dul arvadı kimi ona keçməsi barədə) inzibati icraat qaydasında baxılması ilə bağlı müvafiq səlahiyyətlərə malik olmayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edildiyindən, sonuncunun cavab məktubu da inzibati orqanın imtina məktubu kimi qiymətləndirilə və bu əsasla da işə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Məhkəmə əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının yaşadıgı yer üzrə DSMF-nin Ucar rayon şöbəsinin məhkəmə tərəfindən sonradan əsl cavabdeh kimi icraata cəlb edilmiş inzibati orqan kimi qəbul edilmiş olacağı təqdirdə də, iddiaçının DSMF-nin Ucar rayon şöbəsinə müraciəti olmadığından, həmin müraciət oldugu və imtina edildiyi halda belə aidiyyəti üzrə inzibati orqanın yerləşdiyi məhkəmədə baxılmalı oldugu səbəbindən qeyd edilən halda da mübahisəyə mahiyyəti üzrə baxılması mümkün sayılmayacaqdır. İşin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələlərin həlli üçün qanunvericiliklə zəruri hesab edilən sənədləri ərizəsinə əlavə etməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinə müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və cəlb etmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3KİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3028/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3028/2021
26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver