Məhkəmə qərarları › İş №2-1(112)-3029/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3029/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3029/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 (baş mütəxəssis, -ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi işlədiyi 10 illik əmək stajının yenidən hesablanması və hesablanmış pensiyanın xx.xx.2018-ci il tarixdən ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1954-cü ildə anadan olmuşdur. xx xxxxxxxx 1972-ci ildə əmək fəaliyyətinə başlamış və Bakı şəhəri 4 saylı Tikinti Trestində dülgər vəzifəsinə işə girmişdir. xx.xx.1973-cü ildə hərbi xidmətə göndərilmiş və üç il hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən 4 sayl Tikinti Trestində əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1987-ci ildə xxxxna keçirilmiş və orada işləmişdir. xx.xx.1991-ci ildə X3 tərkibində yaradılan “xxxx” Kiçik Müəssisəsinə keçirilmə yolu ilə işdən azad edilmiş və xx.xx.1991-ci il tarixdə “xxxx” Kiçik Müəssisəsinə növbə rəisi vəzifəsinə işə götürülmüşdür. xx.xx.1991-ci il tarixdə “xxxx” KMdə Mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə “xxxx” KM-nin xxxxna birləşməsi ilə əlaqədar 11 №-li sexdə 1-ci kateqoriyalı mühəndis konstruktor vəziəsinə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixdə “xxxx” Kiçik Müəssisəsindən işdən azad edilmişdir.xx.xx.2001-ci ildə İ. Allahverdiyev adına Gəmiqayırma zavodunda 3-cü dərəcəli mühəndis-çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixdə həmin zavoddan işdən azad edilmişdir. xx.xx.2003-cü il tarixində “xxxx” QSC-nin X1 Qaradağ kompressor üzrə operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə işdən azad edilmişdir.Ümumi əmək stajı 46 ilə bərabər olmuşdur. xx xxxxxxx 2018-ci il tarixdə yaşının 63 yaş yarım olması ilə bağlı ona əmək pensiyası təyin edilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, ona əmək pensiyası təyin edilərkən xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixinə kimi X3 tərkibində yaradılan “xxxx” Kiçik Müəssisəsində işədiyi əmək stajı hesablanmamışdır.O, ərizə ilə DSMF-nun Binəqədi rayon şöbəsinə müraciət edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi işlədiyi 10 illik əmək stajının yenidən hesablanması və hesablanmış pensiyasının xx.xx.2019-cu il tarixdən hesablanıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin DSMF-nun Binəqədi rayon şöbəsi ona imtina məktubu verərək bildirmişdir ki, əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin dövrün sığorta stajına hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə ziddir. Buna görə də o, məhkəməyə müraciət edir.Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddia təmin edilə bilməz və rədd edilməlidir.Vətəndaş xx.xx.1991xx.xx.2001-ci illərdə X3 tərkibində yaradılan “xxxx” kiçik müəssisəsində işlədiyini iddia edir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin müvafiq sorğuya cavabında qeyd olunmuşdur ki, “xxxx” kiçik müəssisəsi xx.xx.1998-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.Qanunvericiliyin bir sıra normalarında hüquqi şəxsin dövlət qeydiyyatına alınmasının vacibliyi vurğulanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Mülki Məcəllənin 48.1-ci maddəsinəəsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Bundan əlavə hüquqi şəxslərin dövlət qeydiyyatının və reyestrinin həyala keçirilməsi əsaslarını müəyyən edən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.Sözügedən normaların dispoziyasından aydın olur ki, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Məhz dövlət qeydiyyatına alınan andan hüquqi şəxsin fəaliyyəti qanunvericillivin gözündə tanınır. Bu səbəblə hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Əks halda qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz.Hazırki iş üzrə isə iddiaçı 1991-ci il tarixindən sözügedən müəssisədə işlədiyini iddia etsə də, müəssisə 1998-ci ildə dövlət qeydiyyatına alınmış və məhz həmin tarixdən fəaliyyət qabiliyyəti əldə etmişdir. Dövlət qeydiyyatından əvvəl müəssisənin hər hansı fəaliyyəti qanuni hesab oluna bilməz.Bundan əlavə işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqları ödənilməlidir. Bu tələb birbaşa olaraq “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmışdır. Belə ki, Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyat na alınmış hüquqi şəxslərdə çalışanların iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il 189 saylı qərarı ilə təsdiq edilmiş və hal-hazırda da qüvvədə olan “Məcburi dövlət sosia sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinin İİ abzasına əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Digər tərəfdən, qanunvericilik sığortaolunana hüquq verir ki, o, öz sığorta haqlarının ödənilibödənilməməsinə nəzarət etsin. Belə ki, sözügedən Əsasnamənin 4-cü bəndinə əsasən hər bir vətəndaş onu işə götürəndən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidir. İdarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları komitələri işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar.Eləcə də Konstitusiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli Qərarında şəxsə pensiya təyin edilərkən 2 prinsipin əsas götürülməsi nəzərdə tutulmuşdur: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair). “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu” Qaydalarına görə hüquqi şəxslər olduqları və ya fəaliyyət göstərdikləri ərazi üzrə DSMF orqanlarında uçotda durmalıdırlar. Vətəndaşlar isə özlərinin sığortaolunan kimi qeydiyyata alınmasını işəgötürəndən tələb etməlidirlər. Həmçinin, həm işəgötürənlər, həm də işçilər fəaliyyət göstərdikləri dövr üzrə sığorta haqlarını ödəməlidirlər. Müəssisənin sığortaedən kimi uçota alınması faktının müəyyən edilməsi xx xxxx 2018-ci il tarixli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanununun həmin müəssisəyə münasibətdə tətbiq edilibedilməməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki məhz sığortaedən kimi qeydiyyatdan keçmiş müəssisələrin məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borclarını silinmiş hesab olunur: “Sığortaedənlərin müvafiq icra hakimiyyət orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 201S- ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə bordan tam məbləğdə silinir.’’ Lakin bu Qanun məhz sığortaedənlərin borclarının silindiyi nəzərə alınmadan bütün işəgötürənlərə şamil edilir ki, bu da düzgün yanaşma deyil. Aparılan araşdırmalar zamanı “xxxx” kiçik müəssisəsinin sığortaedən kimi uçota alınması haqqında heç bir məlumat aşkarlanmamışdır. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “xxxx” Kiçik Müəssisəsində müxətlif vəzifələrdə işləmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmış və nəzərinə çatdırılmışdır ki, sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə zəruri hesab olunan hallarda sənədlərin yerindı qarşılıqlı yoxlanılması göstərilmişdir. Onun şöbəyə təqdim etdiyi əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin dövrün sığorta stajına hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə ziddir. Məhkəmə araşdırması dövründə iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “xxxx” Kiçik Müəssisəsində mexanik və mühəndis konstruktor vəzifəsində işləyib-işləməməsi, işlədiyi təqdirdə buna dair əmək haqqı ödənişləri barədə müvafiq sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 5/695 saylı məktubdan görünür ki, “xxxx” kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bundan sonra işin obyektiv araşdırılması məqsədi ilə “xxxx” Kiçik Müəssisəsinin fəaliyyəti barədə məlumatın məhkəməyə təqdim edilməsi sorğu əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********315500 saylı məktubdan görünür ki, xx.xx.2020-ci il tarixə olan uçot məlumatlarında dövlət reyestrində xx.xx.1990-cı il tarixdə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qeydiyyatına alınmış “xxxx” Kiçik Müəssisəsinin (köhnə VÖEN: 1********) xx.xx.1998-ci il tarixdə vergi uçotuna dayanması barədə məlumat mövcuddur. Müəssisə 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş 01/66 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Nazilər Kabinetinin 60 saylı xx xxxxx 2009-cu il tarixli qərarı ilə “xxxx” TASC-nin “xxxx” ASC-yə qoşularaq yenidən təşkil olunması zamanı “xxxx” TASC tərəfindən təhvil verilmiş sənədlər arasında həmin zavodun tərkibində yaradılan “xxxx” kiçik müəssisəsinə aid heç bir sənəd yoxdur. Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti cavabdehdən tələb edilmiş, həmin pensiya işinin surəti məhkəməyə təqdim edilərək, tədqiq edilmişdir. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 943 saylı, xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı xx xxxxx 2018-ci il tarixdə yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçıdır. Ona xx xxxxx 2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin əmək pensiyası təyin edilərkən xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixinə kimi X3 tərkibində yaradılan “xxxx” Kiçik Müəssisəsində işlədiyi müddət əmək stajına hesablanmamışdır. İddiaçı həmin müddətin onun sosial sığorta stajına daxil edilərək, pensiyasının yenidən hesablanmasını tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə istinad olunaraq, həmin dövrün sığorta stajına hesablanmasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi “xxxx” Kiçik Müəssisəsində işləməsi iş materiallarına əlavə olunmuş əmək kitabçasında öz əksini tapsa da, lakin məhkəmə araşdırması nəticəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş məktub əsasında müəyyən edildi ki, “xxxx” Kiçik Müəssisəsi xx.xx.1990-cı il tarixdə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qeydiyyatına alınsa da, lakin xx.xx.1998-ci il tarixdə VÖEN: ********* nömrəsi ilə vergi uçotuna dayanmışdır. Göründüyü kimi “xxxx” Kiçik Müəssisəsi xx.xx.1990-cı il tarixdə dövlət qeydiyyatına alınsa da, lakin xx.xx.1998-ci il tarixdən vergi ödəyicisi olmuşdur. Belə olan halda iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdə həmin müəssisədə işlədiyi dövr üzrə sosial sığorta haqlarının ödənilməsi mümkün deyildir. Digər tərəfdən iddiaçının “xxxx” Kiçik Müəssisəsində işlədiyi dövr üzrə ümumiyyətlə məcburi dövlət sosial sığorta ödənişlərinin ödənilməsi müəyyən edilməmişdir. Belə olan halda iddiaçının işlədiyi həmin dövrün ümumi iş stajına daxil edilərək, pensiyası yenidən hesablanması üçün əsas yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PASa daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər - məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göründüyü kimi şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı əmək haqqı və dövlət məvacibinə münasibətdəsosial sığorta haqqı ödənildiyi halda həmin vəsaitlər nəzərə alınır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. İddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi işlədiyi “xxxx” Kiçik Müəssisəsinin sığortaedən kimi uçota alınması ümumiyyətlə müəyyən edilməmişdir. Belə olan halda müəssisə tərəfindən sosial sığorta haqqlarının ödənilməsi mümkün deyildir. Əmək pensiyasının yenidən hesablanması zamanı əmək haqqı və dövlət məvacibinə münasibətdəsosial sığorta haqqı ödənildiyi halda həmin vəsaitlər nəzərə alındığından, hazırkı halda isə həmin müəssisə tərəfindən sosial sığorta haqqı ödənilməsi müəyyən edilmədiyindən, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi “xxxx” Kiçik Müəssisəsində işlədiyi dövr üzrə əmək stajının yenidən hesablanması və hesablanmış pensiyanın xx.xx.2018-ci il tarixdən ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsassızdır. Beləliklə, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassız olduğundan məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar