Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3029/2022 26.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona İİ dərəcə əlilliyin bərpa edilməsi, əlilliyə görə pensiya ödənişlərinin verilməsi və buraxılmış aylar üzrə, yəni 19.06.2021-ci il tarixdən etibarən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona ikinci dərəcəli əlillik təyin edilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ikinci dərəcə əlillik müəyyən olunmaqla 2015-ci il tarixdən etibarən əlilliyə görə pensiya təyin olunmuşdur. 19.06.2016cı il tarixli təyinatla müayinə nəticəsində xəstəliyinin diaqnozu stabil gərginlik stenokardiyası infarktdan sonrakı kardioskleroz, şuntlamadan s/v, hipertoniya xəstəliyi İİ mər. QDÇ İİ olaraq müəyyən olunmuşdur. Beləliklə İİ dərəcəli əlillik müəyyən olunmuş, əlilliyinin müddəti 19.06.2021-ci il tarixədək müəyyən olunmuşdur. İİ dərəcə ilə müəyyən olunmuş əlilliyinin yenidən təyinatı ilə əlaqədar olaraq bütün xəstəlik kağızlarını, 2014-cü ildən indiyədək keçirilmiş həkim müayinəsinə dair və xəstəliyi ilə əlaqədar müalicə almağı barədə bütün epikrizlər Dövlət Tibbi-Sosial Ekspertiza və Rehabilitasiya Agentliyinə təqdim olunmuşdur. Həmçinin xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akad.C.Abdullayev adına ET.Kardiologiya İnstitutunda müayinədən keçmiş və 12.04.2021ci il tarixli müayinəyə dair xəstəlik kağızı və 919 №-li ambulator kitabçadan çıxarış cavabdeh orqana təqdim olunmuşdur. Bütün lazımi sənədlər təqdim olunmasına baxmayaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müraciətin icrasından imtina etmişdir. İmtinanın səbəbi olaraq bildirilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həmçinin ona ETKİ da ixtisaslı müayinə məsləhət görülmüşdür. Yuxarıda sözügedən müayinəyə dair sənədlərin də cavabdeh orqana təqdim olunmasına baxmayaraq, cavabdeh orqan bir daha eyni məzmunlu imtina məktubunu göndərmişdir. Həmin imtina məktubunda bir daha bildirilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həmçinin bildirilmişdir ki, əsas diaqnozun ağırlıq dərəcəsini və yardımçı müayinələri dəqiqləşdirilməsi üçün onun ETKİ-da müayinə olunmağına ehtiyac vardır. Bu məqsədlə imtina məktubuna əsasən yenidən xəstəliyi ilə əlaqədar hərtərəfli müayinədən, o cümlədən əlavə müayinədən də keçmişdir. Bu faktı təsdiq edən 17.08.2021-ci il tarixli müayinəyə dair epikrizi və xəstəlik kağızının surətlərini iddia ərizəsinə əlavə etmişdir. Halbuki, yuxarıda qeyd olunan sənədlərin də cavabdeh orqana təqdim olunmasına baxmayaraq, cavabdeh orqan bu dəfə də eyni məzmunlu imtina vermişdir. Sonuncu imtina ona 5 oktyabr 2021-ci il tarixdə gəlmişdir. Həmin imtinada da əvvəlki imtinalarda olduğu kimi qeyd olunmuşdur ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həmçinin qeyd olunmuşdur ki, xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan göstəriciləri qeyd olunmayıb və bununla əlaqədar əlavə müayinə məsləhət görülür. Əlavə olaraq bildirmişdir ki, cavabdeh orqanın müvafıq imtinaları onun mobil nömrəsinə sms vasitəsilə də göndərilmişdir. Həmin sms bildirişlərində imtinanın tarixi göstərilir. Cavabdeh orqanın tələb etdiyi bütün epikrizlər, o cümlədən müayinəyə dair bütün sənədlərin təqdim olunmasına baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfində hər dəfə əsassız və qanunsuz olaraq müraciətə imtina edilmişdir. Yuxarıda qeyd olunanlardan aydındır ki, cavabdeh orqan əsassız olaraq süründürməçiliyə yol vermiş və əsassız olaraq ona İİ dərəcə əlilliyin təyin olunmasından imtina edilmişdir. Bütün sənədlərin təqdim olunmasına baxmayaraq, bu sənədlər ona əlilliyin yenidən təyinatı üçün cavabdeh orqanı qane etmir. Ona bildirilmişdir ki, yenidən müayinədən keçməlidir, halbuki cavabdeh orqana hər hansı məlumat lazımdırsa ona təqdim olunmuş ən yeni müqayinəyə dair epikrizlərə baxa bilər. Hər dəfə cavabdeh orqanın imtina verdikdə bununla bağlı poliklinikaya müraciət etdikdə belə, poliklinikadan ona lazım olan bütün müayinələrin keçirildiyini və ekspertiza üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərildiyi bildirilir. Sonuncu imtina məktubunda cavabdeh orqan bildirmişdir ki, müayinə ilə bağlı rəsmiləşdirilmiş göndərişdə xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan göstəriciləri qeyd olunmayıb. Cavabdeh inzibati orqan imtina məktubunda xəstəliyinin ekspertizası üçün əhəmiyyətli olan hansı göstəricilərin qeyd olunmaması barədə hər hansı məlumat qeyd etməmişdir. Cavabdeh orqana təqdim olunmuş müayinəyə dair sənədlərdə xəstəliyi barədə bütün məlumatlar öz əksini tapır, lakin cavabdeh orqanın sözü gedən əsasla imtina verməsi süründürməçilik etməsindən və lüzumsuz olaraq onu hüquqlarından məhrum etməkdən başqa bir şey deyildir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının əlillik vəziyyəti Bakı 7 nömrəli Şəhər Poliklinikasının 10.04.2015-ci il tarixli 0170003AABHE saylı göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX:Stabil gərginlik stenokardiyası fs lll.İnfarktdan s/kardioskleroz. Aorta koronar şuntlamadan s/v.Hipertoniya xəstəliyi.ll mər. Məzkəzə göndərilmənin. İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının 16.06.2015-ci il tarixli 0170003AABPW saylı göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX:Stabil gərginlik stenokardiyası lll.İnfarktdan sonrakı kardioskleroz. Şuntlamadan s/v Hipertoniya xəstəliyi.ll mər. QDÇ İİ. Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 20.06.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX:Stabil gərginlik stenokardiyası fs lll.infarktdan sonrakı kardioskleroz. Şuntlamadan s/v.Hipertoniya xəstəliyi.ll mər. QDÇ İİ. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı”” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının 24.06.2021-ci il tarixli, 0170003AAEEH saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİİ f/s. Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (2014), Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s.(LVEF-37%), Ağırlaşma T82.2 Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma, AKŞx3 əməliyyatından sonrakı vəziyyət (2015). Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertorniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ mərhələ. Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Məzkəzə göndərilmənin, İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: - Əsas diaqnozun agırlıq dərəcəsini və yardımçı müayinələri dəqiqləşdirilməsi üçün Xəstənin Bakı şəhəri ETKİ-da müayinə və müalicə olunmasına ehtiyac var” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının 16.07.2021ci il tarixli, 0170003AAEGW saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX gərginlik stenokardiyası İİİ f/s. Ağırlaşma T82.2 Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma, AKŞx3 əməliyyatından sonrakı vəziyyət (2015). Ağırlaşma 125.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (2014) Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s.(LVEF-37%). Yanaşı xəstəliklər K40.9 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan, Sağtərəfli qasıq yırtığı. Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ mərhələ.Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəyə ETKİ da ixtisaslı müayinə məsləhət görüldü.” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının 28.09.2021-ci il tarixli, 0170003AAELV saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => 120.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX gərginlik stenokardiyası İİİ f/s, Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (2014) Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma, AKŞx3 əməliyyatından sonrakı vəziyyət(2015)Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s.(LVEF-37%); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci ii tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqmda” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin qaydaların 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü və 1.5-ci bəndlərinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2-ci bəndinə uyğun olaraq, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-ci ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 20.06.2016-cı il tarixdə İddiaçı ümumi xəstəliklə əlaqədar, “ÜİX: Stabil gərginlik stenokardiyası fs İİİ.İnfaktdan sonrakı kardioskleroz.Şutlamadan s/v.Hipertoniya xəstəliyi.İİ mər. QDÇ İİ.” diaqnozu ilə 19.06.2021-ci il tarixədək qüvvədə olan ikinci dərəcəli əlillik təyin edilmişdir. - Cavabdeh tərəfindən qəbul edilmiş 02.07.2021-ci il tarixli, xxxxxxx0004 №-li aktdan görünür ki, diaqnozun mətni: “Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİİ f/s. Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (2014), Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s.(LVEF-37%), Ağırlaşma T82.2 Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma, AKŞx3 əməliyyatından sonrakı vəziyyət (2015). Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiətolunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertorıiya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ mərhələ. Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası” ilə göndərilmiş Forma 88 üzrə göndərişə imtina edilmiş. İmtina edilmənin səbəbi “Göndərişin natamam doldurulması-Səbəb: Əsas diaqnozun ağırlıq dərəcəsini və yardımçı müayinələri dəqiqləşdirilməsi üçün Xəstənin Bakı şəhəri ETKİ-da müayinə və müalicə olunmasına ehtiyac var” qeyd edilmişdir. - Cavabdeh tərəfindən qəbul edilmiş 26.07.2021-ci il tarixli, xxxxxxx0006 №-li aktdan görünür ki, diaqnozun mətni: “İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX gərginlik stenokardiyası İİİ f/s. Ağırlaşma T82.2 Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma, AKŞx3 əməliyyatından sonrakı vəziyyət (2015). Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (2014) Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s.(LVEF-37%). Yanaşı xəstəliklər K40.9 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan, Sağtərəfli qasıq yırtığı. Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ mərhələ.Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası” ilə göndərilmiş Forma 88 üzrə göndərişə imtina edilmiş, imtina edilmənin səbəbi “Göndərişin natamam doldurulması-Səbəb: Xəstəyə ETKİ da ixtisaslı müayinə məsləhət görüldü” qeyd edilmişdir. - Bakı şəhəri, 7 nömrəli Şəhər Poliklinkası tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış 28.09.2021-ci il tarixli, 0170003AAELV №-li, TQS № 088 göndərişdən görünür ki, İddiaçı xəstəliyinin başlanma tarixi 05.02.2011-ci ildir. Xəstəliyinin gedişi xronikidir. İddiaçı29.12.2020, 16.06.2021, 16.09.2021, 14.07.2021-ci il tarixlərdə ambulator, 24.02.2014-06.03.2014, 17.08.2021- 17.08.2021, 16.09.2019-26.09.2019, 12.04.2021-22.04.2021, 23.09.2020-06.10.2020-ci il tarixlərdə “Akad.C.M.Abdullayev ad.ET Kardiologiya İnstitutu” publik hüquqi şəxsində, 19.01.2015-27.01.2015-ci il tarixlərində “M.A.Topçubaşov adına X4” publik hüquqi şəxsində stasionar müalicələrdə olmuşdur. Xəstə EKQ, USM, Rentgneskopiya, ExoKQ, Angioqrafiya, ALT, AST kimi köməkçi diaqnostik müayinələrdən keçmişdir. İddiaçı TSEK-ə göndərilən zaman status localis: Şikayətləri: Ürəkdə sıxıntı, sancı, tənginəfəslik, sinədə göynəmə, qollarda keyləşmə, ürək döyüntüləri, boğulma hissi, döş sümüyü arxasında ağrıbaş ağrısı, baş gicəllənmə, əsəbilik, yuxusuzluq, qulaqlarda səs, halsızlıq, ümumi zəiflikdəndir. Döş qəfəsində AKŞx3 əməliyyatdan sonrakı çapıq izlənilir. 19.06.2015-ci ildən İİ qrup əlillidir. Əlillik dərəcəsinin müddəti bitdiyi üçün təkrar təkrar 2 dəfə TSEK-na göndərilib. Natamam doldurulma səbəb göstərilərək imtina edilmişdir. Xəstə təkrar 17.08.2021-ci il tarixdə ET.Kardiologiya instutunda “ÜİX Gərginlik stenokardiyası İİİ f/s. İnfarktdan sonrakı kardioskleroz. Hipertoniya xəstəliyi İİİ dərəcə. AKŞ-dən sonrakı vəziyyət. Anevrizma. AF=37%.ÜÇ-İİİ(üç)f/s” diaqnozu ilə müayinədə olmuşdur. Əsas diaqnoz: İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX gərginlik stenokardiyası İİİ f/s.; Ağırlaşma: İ25.2 Əvvəllər keçirilən miokard infarktdan sonrakı kardoskleroz(2014), T82.2 Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma AKŞx3 əməliyyatından sonrakı vəziyyət(2015), İ50.0 Durğuluq ürək çatmamazlığı Ürək çatmamazlığı İİİ f/s. (LVEF-37%); Yanaşı xəstəliklər: İ11.0 (Durğuluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi) Hipertoniya xəstəliyi İİİ mərhələ. F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası. K40.9 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan Sağtərəfli qasıq yırtığı. TSEK-ə göndərilməsi üçün əsas əlillik müddətinin qurtarması- yenidən baxmaq. - Azərbaycan Respublikası Səhiyyə Nazilriyi Akad. C.Abdullayev adına X1 tərəfindən verilmiş 17.08.2021-ci il tarixli, 4787 nömrəli arayışdan görünür ki, İddiaçı müayinəsi nəticəsində ona ÜİX Gərginlik stenokardiyası İİİ f/s. İnfarktdan sonrakı kardioskleroz. Hipertoniya xəstəliyi İİİ dərəcə. AKŞ-dən sonrakı vəziyyət. Anevrizma. AF=37%.ÜÇ- İİİ(üç)f/s” diaqnozu qoyulmuşdur. - Cavabdeh tərəfindən qəbul edilmiş 04.10.2021-ci il tarixli, xxxxxxx0009 №-li aktdan görünür ki, diaqnozun mətni: “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX gərginlik stenokardiyası İİİ f/s. Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (2014) Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s.(LVEF-37%)” ilə göndərilmiş Forma 88 üzrə göndərişə imtina edilmiş, imtina edilmənin səbəbi “Əlavə müailəcəyə ehtiyacın olması-Səbəb: İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyacı var” qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. - 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) hallarında ikinci dərəcə əlillik təyin edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən 20.06.2016-cı il tarixdə ümumi xəstəliklə əlaqədar, “ÜİX: Stabil gərginlik stenokardiyası fs İİİ.İnfaktdan sonrakı kardioskleroz.Şutlamadan s/v.Hipertoniya xəstəliyi.İİ mər. QDÇ İİ.” diaqnozu ilə 19.06.2021-ci il tarixədək qüvvədə olan ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçı qeydiyyatda olduğu 7 nömrəli şəhər poliklinkasına müraciət etmiş və həmin poliklinka tərəfindən cavabdeh inzibati orqana 3 dəfə iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı göndəriş göndərilmişdir. Cavabdeh inzibati orqan 1-ci dəfə “Göndərişin natamam doldurulması -Səbəb: Əsas diaqnozun ağırlıq dərəcəsini və yardımçı müayinələri dəqiqləşdirilməsi üçün Xəstənin Bakı şəhəri ETKİ-da müayinə və müalicə olunmasına ehtiyac var”, 2-ci dəfə “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəyə ETKİ da ixtisaslı müayinə məsləhət görüldü”, sonuncu dəfə isə “Əlavə müailəcəyə ehtiyacın olması-Səbəb: İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyacı var” əsas gətirərək iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqan 04.10.2021-ci il tarixli, xxxxxxx0009 №-li aktda şəxsə əlilik dərəcəsinin təyin edilməsindən imtinasını “İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyacı var” qeydi ilə əsaslandırsa da belə bir halın zəruri olmasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda iddia tələbinə dair verdiyi etirazda da bunu əsaslandırmamışdır. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Məhkəmə araşdırılması zamanı İddiaçı barəsində tərtib edilmiş 28.09.2021-ci il tarixli, 0170003AAELV №-li, TQS № 088 göndərişdə sonuncunun kifayət qədər müayinə və müalicələrdə olmasının qeyd edilməsi, həmçinin iddiaçıya təyin edilmiş diaqnozun ona ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX gərginlik stenokardiyası İİİ f/s. Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (2014). Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s.(LVEF-37%)” diaqnozu ilə xəstə olduğundan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçıya ikinci dərəcəli əliliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xəstəliyi nəzərə alınaraq ikinci dərəcəli əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3029/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3029/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver