Məhkəmə qərarları › İş №2-1(112)-303/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-303/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-303/2021 17.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müəyyən olunacaq təqaüd məbləğinin qazancın əvəzi müəyyən olunaraq qanunla nəzərdə tutulmuş məbləğ olmaqla hər ay xx.xx.2015-ci ildən etibarən tutularaq onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat idarəsinin Bakı şəhər şöbəsinə qarşı iddia tələbi ilə müraciət etmiş, xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq güzəştli şərtlərlə pensiya təyinatından imtina olunmuşdu. Ona təqdim olunmuş idarənin arayışına əsasən o, "Azərsənayetikinti" X8 Ordenli 4 №-li Trestin Tikinti idarəsində xx.xx.1992-ci ildən 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir. Bundan başqa əmək kitabçasında qeyd olunduğu kimi Azərbaycan dövlətinin təşəbbüsü ilə 1989-cu ilin oktyabr ayından üç il müddətinə Monqolustan Xalq Respublikasında Darxan şəhərində SOT-1 MM SS müəssisəsində 6-cı dərəcəli elektrik qaynaqçısı işləmişdir. Müvafiq qanunvericiliyə əsasən xarici ölkədə xüsusilə ağır klimatik şəraitdə və zərərli şərtlərlə işləyənlərin əmək müddəti 1x3 mislə bərabərdir. xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1995-ci ildə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.1997-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən çox təşkil edir. Ona cavabdeh tərəfindən qanuna müvafiq qaydada və qanunla müəyyən edilmiş tarixdən təqaüd təyin olunmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlərə əsasən o, əmək fəaliyyətinə xx.xx.1978-ci ildə başlamış, müxtəlif dövrlər ərzində müxtəlif yerlərdə iş fəaliyyətini xx.xx.2001-ci il tarixədək davam etdirmiş, daha sonra isə xx.xx.2015-ci ildə əmək fəaliyyətini bərpa etmişdir. xx.xx.1978-ci ildən xx.xx.2001-ci il tarixədək onun ümumi əmək stajı, hərbi xidmətdə olduğu müddət ilə birlikdə cəmi 23 il 06 ay 08 gün olmaqla qanunvericilikdə müəyyən edilmiş 25 ildən azdır. İddiaçının təqdim etdiyi “xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 07 saylı arayışdan göründüyü kimi o, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək qeyd edilən müəssədə xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək və xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək elektrik qaynaqçı işinə qəbul edilmişdir. Qeyd edilən arayışın məzmunundan da göründüyü kimi iddiaçının işlədiyi müəssisə həmin peşənin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasını qeyd etməmişdir. İddiaçının işlədiyi peşə elektrik qaynaqçısı peşəsi ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə deyildi. Qeyd etdiyi elektrik qaynaqçısı peşəsi nə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü ildə təsdiq edilmiş 320 saylı qərarı ilə təsdiq edilmiş siyahıda, nə də ki, həmin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş yenilənmiş siyahıda yoxdur. Belə ki, qeyd edilən siyahılarda müxtəlif növ sahələrdə əl ilə elektrik qaynaqçıları qeyd edilsə də elektrik qaynaqçısı peşəsi qeyd edilməmişdir. Qaynaq işlərinin əl ilə elektrik qaynağı, avtomat və yarımavtomat növləri var. Lakin iddiaçıya nə əmək kitabçasında, nə də ki yuxarıda qeyd edilən arayışda onun işlədiyi peşənin məhz əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləməsi qeyd edilməmişdir. İddiaçının ona güzəştli pensiya hüququ verən peşədə işləməsini təsdiq edəcək iş yerlərindən arayışlar təqdim edilməmişdir. İddiaçının İdarəyə təqdim etdiyi əmək kitabçasının surətindən onun işlədiyi peşələrin ona güzəştli şərtlərlə penisya hüququ verən peşələr olması müəyyən edilə bilməz. Belə ki, qeyd edilən əmək kitabçasının surətinin bir qismi xarici dilidə tərtib edilmiş, digər bir hissəsində isə qeyd edilmiş peşələrin güzəştli peşə olması əmək kitabçasında qeyd edilmədiyindən ona güzəştli şərtlərlə pensiya təyin edilə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək ona 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cavabdeh tərəfindən təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər (2 il 18 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 09.1975-ci ildən 05.1976-ci ilə qədər (09 ay) təhsil almışdır, xx.xx.1976cı ildən xx.xx.1978-ci ilə qədər (2 il 18 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir, xx.xx.1978-ci ildən xx.xx.1982-ci ilə qədər “2 УПП-ГБС”-nin armatur sexində qaynaqçı və 3-cü dərəcəli qaynaqçı (3 il 11 ay 27 gün), xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilə qədər Dəmir-Yolu Trestində elektron-qaynaqçı, 3, 4, 5, 6-cı dərəcəli qaynaqçı (9 il 3 ay 18 gün), xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər Trestdə elektroqaynaqçı (08 ay 01 gün), xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər 47 №-li Tresdə 6-cı dərəcəli qaynaqçı (1 il 11 ay 22 gün), xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilə qədər 47 №-li Trestində qaynaqçı (2 il 07 ay 15 gün), xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə qədər Dövlət Əmlak Komitəsində qaynaqçı (02 il 9 ay 15 gün), xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Mənzil Tikinti Kooperativində elektrik qaynaqçısı (04 ay 9 gün) vəzifələrində işləmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 07 №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, 1957-ci il təvəllüdlü İddiaçı “Azərsənayetikinti” X8 Ordenli 4 №-li Trestin 47 №-li Tikinti idarəsində xx.xx.1992-ci ildən 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir (əmr № 71k, xx.xx.1992-ci il), xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr № 43k, xx.xx.1994-cü il), xx.xx.1995-ci ildə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir, xx.xx.1997-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr № 91, 16.07.97). xx.xx.2001-ci il tarixindən “Bakısənayetikinti” Birliyi (Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 137 №-li sərəncamı ilə) ləğv olunmuşdur və onun bazası əsasında “Dərnəğülsənayetikinti” X10 Cəmiyyəti yaradılmışdır. xx.xx.2004-cü il tarixindən “xxxx” X10 Cəmiyyəti Ədliyyə Nazirliyinin xx.xx.2004-cü il tarixli, 0104-P 51-39852 №-li sərəncamı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Bununla “xxxx” Açıq Səhmdar Cəmiyyəti 4 №-li Trestin və onun nəzdində olan tikinti idarələrinin hüquqi varisi olduğu üçün hər bir sənəd, o cümlədən arxiv sənədləri yeni ştampla və möhürlə təsdiq edilmişdir. Arayış əmək kitabçası və əmək haqqı cədvəlləri əsasında tərtib olunmuşdur. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 61 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1992-ci ildə X9 Ordenli 4№-li Trestin 47 №-li Tikinti idarəsində 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir (əmr № 71k, xx.xx.1992ci il), xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr № 43k, xx.xx.1994-cü il), xx.xx.1995-ci ildə həmin idarəyə yenidən 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir (əmr № xx.xx.1995-ci il), xx.xx.1997-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Arayış əmək kitabçası və əmək haqqı cədvəlləri əsasında tərtib olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsinə İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın **********8 №-li qərarından görünür ki, İddiaçı işlədiyi peşənin zərərli olması barədə güzəştli arayışı olmadığı üçün ərizəni təmin etmək mümkün deyildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının xx.xx.2019cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********8 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun x xxxxxx 2006-cı il tarixınədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanlar nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyildir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı İddiaçı ümumi iş stajının 25 ildən az olması, yəni təhsil, hərbi xidmət və əmək fəaliyyəti nəzərə alınmaqla 23 il 6 ay 8 gün olması, işlədiyi elektrik qaynaqçısı peşəsinin isə ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən peşə olmaması müəyyən edilmişdir. İddiaçı Monqolustan Xalq Respublikası Darxan şəhərində işlədiyi dövrün 3 mislinə hesablanıb əmək stajına daxil edilməsinə dair iddiası isə qanunvericiliyin tələblərinə uyğun deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan ümumi iş stajı yaranmadığından, həmçinin güzəştli iş stajına malik olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar