Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-303/2022 24.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı DSMF publik hüquqi şəxs üçüncü şəxs qismində cəlb edilməklə “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 03 may 2007-ci il tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xətai rаyоn şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçıya xx.xx.1979-cu il tarixdən xx.xx.2001-ci il tarixədək Neftqaztikinti trestinin idarələrində işlədiyi dövrün əmək stajının dəniz şəraitində olduğundan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 320 nömrəli, xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına uyğun olaraq xüsusilə zərərli iş stajı kimi nəzərə alınaraq və “X7 ltd” şirkətində (əvvəlki adı X10) xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixinə qədər olan iş stajının sosial sığorta stajına daxil edilərək xx.xx.2007-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli, 2-1(82)- 2345/2017 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.. Həmin qərar apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qərar icraya yönəldərək icra olunmuşdur. Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 şəxsi Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı vəsatətlə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə X9 şəxsin hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2345/2017 saylı qərarının ləğv edilməsi və Dövlət Sosial Müdafiə X9 şəxsin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İddiaçı hazırda cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbini dəqiqləşdirərək, “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 03 may 2007-ci il tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1957-ci ildə anadan olmuşdur. O, uzun müddət ağır və zərərli iş şəraitində müxtəlif işlərdə çalışmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2345/2017 saylı 19 iyun 2017-ci il tarixli qərarı ilə onun iddia tələbi təmin edilmiş, 1979-cu il 01 avqust tarixdən 2001-ci il 05 yanvar tarixədək "xxxx" trestinin idarələrində işlədiyi dövrün əmək stajının dəniz şəraitində olduğundan, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı Siyahısına uyğun olaraq xüsusilə zərərli iş stajı kimi nəzərə alınaraq və “X7” şirkətində (əvvəlki adı X10) 2001-ci il 8 yanvar tarixdən 2006-cı il 31 avqust tarixinə qədər olan iş stajının sosial sığorta stajına daxil edilərək 2007-ci ilin 3 may tarixdən (50 yaşdan) güzəştli yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsininin üzərinə qoyulması qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin həmin qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 avqust 2017-ci il tarixli, 2-1(103)- 2102/2017 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2017-ci il tarixli, 2-1 (102)-2174/2017 saylı qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni qüvvəyə minmişdir. Ona pensiya təyin edilmiş və həmin pensiya ödənilmişdir. Lakin 2020-ci ilin fevral ayından təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5538/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2345/2017 saylı, 19 iyun 2017-ci il tarixli qərarı ləğv edilmiş, 2-1 (82)-2345/2017 saylı iş üzrə icraat təzələnmiş, Dövlət Sosial Müdafiə X9 Şəxs iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-363/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5538/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-825/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-363/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılaraq, kassasiya şikayət təmin edilməmişdir. Qeyd edir ki, 1975-ci ilin may ayından 1977-ci ilin may ayının 4-nə qədər hərbi xidmətdə olmuş (2 il), 2006-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 14 nömrəli Texniki-peşə məktəbində təhsil almış (10 ay 22 gün), İT-İ ******* saylı əmək kitabçasına əsasən xx.xx.1979-cu ildə “Xəzərmaşzavod” X6 Konstruksiyaları zavodunda 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.1979-cu il tarixə kimi işləmiş (3 ay), xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixə kimi 2-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsində (4 ay), xx.xx.1980-cı il tarixdən xx.xx.1988-ci il tarxədək elektrik qaynaqçısı vəzifəsində (8 il 9 ay 8 gün), xx.xx.1988-ci il tarixdə usta vəzifəsində çalışmışdır, xx.xx.1996-cı il tarixdə isə tutduğu vəzifədən azad edilmişdir (7 il 10 ay 23 gün), xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixdək “Azərdənizneftinşaat" Trestinin 4 nömrəli Təmir-Quraşdımıa İdarəsində usta vəzifəsində (4 il 1 ay 21 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Finlandiyanın "X10" şirkətinin Bakı nümayəndəliyində takelajçı vəzifəsində (1 il 6 ay 23 gün), xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “X7 TTD” şirkətində (əvvəlki adı "X10") takelajçı və takelaj üzrə iş icraçısı vəzifəsində işləmiş (4 il 1 ay), 2016-cı il tarixədək əmək fəaliyyətini davam etdirmişdir. Bildirir ki, xx.xx.1997-ci il tarixədək 20 il 10 ay 20 gün ümumi stajı, 17 il 7 ay 18 gün xüsusi stajı vardır. İlk dəfə işləməyə başladığı Metal Konstruksiyaları zavodu “Xəzərmaşzavod’' İstehsalat Birliyinin tərkibində olmuş, sonradan “Xəzərmaşzavod” İstehsalat Birliyi ləğv edilmiş və onun bazasında “Azərdənizneftinşaat" Tresti, daha sonra "xxxx" Tresti yaradılmışdır. Onun işlədiyi müəssisələrdə dəniz estakadalarının tikintisi və quraşdırılması, dənizin dayaz və dərin hissələrində (10-150 m) stasionar özüllərinin tikintisi və quraşdırılması, liman və liman qurğularının tikintisi, neftin yığılması, saxlanması, hazırlanması və nəqli məqsədilə dənizdə və quruda neft terminallarının, müxtəlif təyinatlı texnoloji qurğuların tikintisi ilə məşğul olurdu. Özü də həmin işlərin həyata keçirilməsində həm elektrik qaynaqçısı, həm də usta kimi bilavasitə iştirak etmişdir. 03 may 2014-cü il tarixdə 57 yaşım tamam olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı’nda Xİ. Metal emalı bölməsinin (kod 11 00000), 5. Metal emalı üzrə sair peşələr hissəsinin (kod ********), a) fəhlələr bəndinə (məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları)) aiddir (kod 1110400a-19906). İşlədiyi usta vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı’nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (kod ********), b) rəhbərlər və mütəxəssislər hissəsinin (kod 2290000b), yeni tikinti və quraşdırma işlərinin ustaları bəndinə (kod 2290000b— 23419) aiddir. Beləkilə, o, hərbi xidmət dövrü və texniki-peşə məktəbində təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.1997-ci il tarixinədək 20 ildən artıq ümumi iş stajına, 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malikdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiаyа dаir etirazını təqdim etmiş və etirazında göstərmişdir ki, İddiaçı 1 avqust 1979-ci il tarixindən 1 noyabr 1979-cu il tarixədək “Xəzərmaşzavod” X6 Konstruksiyaları zavodunda elektrik qaynaqçısı, 1 noyabr 1979-cu il tarixdən 1 mart 1980-ci il tarixədək həmin müəssisədə yığıcı çilingər, 1 mart 1980-ci il tarixdən 1 noyabr 1996-cı il tarixədək usta vəzifəsində, 15 noyabr 1996-cı il tarixdən 5 yanvar 2001-ci ilədək Azərdənizneftinşaat Trestinin 4 nömrəli TQİ-də usta vəzifəsində işlədiyini iddia etdiyi illərin onun güzəştli iş stajına əlavə edilərək ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Hesab edilir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən, bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu maddədən aydın olur ki, iddiaçının 1979-2001-ci illərdə işlədiyini iddia etdiyi illərlə bağlı ictimai münasibətlər əvvəlki qanunvericiliklə, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinə müvafiq olaraq, tənzimlənir. Sözügedən qanunun 13-cü maddəsinin a bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Lakin, iddiaçının çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısında nəzərdə tutulmadığından onun 52 yaşdan da güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmır. İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində 17 sentyabr 2020ci il tarixdə CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi açılaraq istintaqı aparılır. Etiraza əlavə edilmiş Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 04 oktyabr 2021-ci il tarixli ********* nömrəli məktubundan məlum olur ki, həmin iş üzrə cinayət istintaqı hazırda davam etdirilir. Göründüyü kimi, İddiaçı sığorta stajına əlavə edilməsini məhkəmədən xahiş etdiyi işlədiyini iddia etdiyi illərlə bağlı təqdim edilən əmək haqqı cədvəlləri və arxiv arayışının mötəbərliyinə dair əsaslı şübhələr olmaqla, istintaq orqanı tərəfindən müvafiq araşdırma hazırda aparılır. Odur ki, sözügedən cinayət işinin mübahisənin həllinə təsir edə biləcəyi hal kimi nəzərə alınmaqla, iddiaçının təqdim etdiyi əmək haqqı cədvəllərinin mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2 inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Cavabdehin nümayəndəsi X5 cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri və iddia tələbini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci ildə doğulmuşdur. 3213821 nömrəli hərbi biletə əsasən iddiaçı 1975-ci ilin may ayından 1977-ci ilin may ayının 4-nə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası artıq (57 yaşından) təyin edilmişdir, belə ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər 14 nömrəli texniki peşə məktəbində təhsil almış, “Xəzərmaşzavod” X6 Konstruksiyaları zavodunda xx.xx.1979-cu ildə elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə ona yığıcı çilingər ixtisası verilmiş, xx.xx.1980-cı ildə elektrik qaynaqçısı ixtisası verilmiş, xx.xx.1988-ci ildə usta peşəsinə keçirilmiş,xx.xx.1996-cı ldə işdən azad edilmişdir,xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilə qədər “Azərdənizneftinşaat” Trestinin 4 nömrəli TQİ-də usta işləmişdir, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə qədər Finlandiyanın “X10” şirkətinin Bakı nümayəndəliyində takelajçı işləmişdir,xx.xx.2002-ci ildən xx.xx.2006-cı ilə qədər “ARDNŞ/CAMOL” Alyans sazişinin 9.1-ci bəndinə əsasən “X7 ltd” şirkətində (əvvəlki adı X10) takelajçı və takelaj üzrə iş icraçısı işləmişdir,xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilə qədər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində takelajçı, lift operatoru, xx.xx.2012-ci ildən xx.xx.2014-cü il tarixinə qədər "xxxx" MMC-də ilməkçi işləmişdir,xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialında metal konstruksiya şöbəsində ilməkçi, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə qədər "xxxx" MMC-də takelajçı işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xətai rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 19/3281-01 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən ölkədə sosial sığorta münasibətlərinə əsaslanan əmək pensiyaları sistemi tətbiq olunmuş,pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimlənməsi və bazar münasibətləri əsasında təminatın müasir forması yaranmışdır.Əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılmış və onların yeni sistemin iştirakçısına çevrilməsi,o cümlədən pensiyaların artımı və indeksləşdirilməsinin,yeni qaydaları ilə əhatə olunmaları təmin edilmişdir. Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD nömrəli qərarma əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliyə uyğun olaraq 2010-cu ilin yanvarın 1-dən 2006-cı ilin yanvarın 1-dək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından həmin dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinad aradan qaldırılmış, hesablamaların vahid əmək stajı göstəricilərinə əsasən aparılması təmin edilmişdir.Göstərilənərin nəzərə alınması iddiaçıdan xahiş edilmişdir. Məhkəmənin sorğusuna əsasən, “SOCAR” "xxxx" tresti xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının (Siyahı) "xxxx" trestinin istehsalat sahələrinə uyğun gələn “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b) rəhbərlər və mütəxəssislər” alt bölməsindəki “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 2290000b-23419) vəzifəsi ilə, onun çalışdığı elektrik qaynaqçısı peşəsi Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsindəki “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod: 23200000-19906) peşəsi ilə eynilik təşkil edir. İddiaçı işlədiyi yığıcı çilingər və ilməçi peşələri isə Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “a) fəhlələr” alt bölməsində, həmçinin “XXXİİİ. Ümumi peşələr” bölməsində öz əksini tapmamışdır. “SOCAR” "xxxx" tresti tərəfindən məhkəməyə arixv arayışı təqdim olunmuşdur. Belə ki: "xxxx" trestinin xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçıxx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixli 98/k nömrəli əmrə əsasən “Xəzərmaşınzavodları” X2 zavoduna 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. İddiaçı -xx.xx.1979-cu il tarixli 155/k nömrəli əmrə əsasən 2-ci dərəcəli yığıcı çilingər peşəsinə, İddiaçı -xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixli 26/k nömrəli əmrə əsasən 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə, İddiaçı -xx.xx.1982-ci il tarixli 112/k nömrəli əmrə əsasən 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. “Xəzərdənizneftqazsənaye” X3 xx.xx.1983-cü il tarixli 418 nömrəli əmrinə əsasən “Xəzərmaşınzavodları” X1 zavodu “Azərdənizneftinşaat” trestinin tərkibinə verilmişdir. İddiaçı -xx.xx.1988-ci il tarixli 13/k nömrəli əmrə əsasən 3-cü dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə, İddiaçı -xx.xx.1988-ci il tarixli 41 nömrəli əmrə əsasən usta vəzifəsinə keçirilmişdir. İddiaçı - xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixli 08/nc nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə işdən azad edilmişdir. İddiaçı-xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixli 17/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə ilməçi peşəsinə işə qəbul edilmişdir və “AKER RAUMA OFFSHORE” firmasına ezamiyyətə göndərilmişdir. İddiaçı -xx.xx.2000- ci il tarixli 26/k nömrəli əmrə əsasən Azərbaycar Respublikasının ƏQM-nin 68 -ci maddəsinin 2 “a” bəndinə əsasən “AKER RAUMP OFFSHORE” firmasına keçməsi ilə əlaqədar işdən azad edilmişdir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının, 29-cu bölmənin “b” bəndinə əsasən usta vəzifəsi,35-ci bölmənin (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşələri güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007- ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd.№D-2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci il təvəllüdlüdür, xx.xx.2007-ci ildə 50 yaşı tamam olmuşdur, 2007-il tarixə qədər 20 ildən çox ümumi iş stajı vardır, iddiaçı iddia ərizəsində həmin işlədiyi müddətin 10 ildən artıq müddətini yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə olan peşələri icra etdiyini göstərərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçının “yığıcı çilingər, usta və ilməçi” peşəsində iş stajı 2007-ci il tarixinə kimi 10 ildən çox olsa da, həmin peşədə iş stajı ona güzəştli şərtlərlə pensiya almaq hüququ vermir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Xİ. Metal emalı (kod 11 00000) bölməsində Metal emalı üzrə sair peşələr (kod ********) yarımbəndində göstərilən fəhlələr peşəsi iddiaçının işlədiyi peşəsinə (yığıcı çilingər, usta və ilməçi) uyğun gəlmir. İş materiallarında olan sənədlərin təhlili, qanunvericiliyin normalarının tədbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 2007-ci il tarixinə kimi ümumi iş stajı 20 ildən artıq olmasına baxmayaraq, əmək fəaliyyəti dövründə işlədiyi peşəsi 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmaması təsdiq edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 03 may 2007-ci il tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,33,34, 68,69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 03 may 2007-ci il tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-303/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-303/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver