Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-303/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiyanın xx.xx.2023-cü il tarixə ödənməyən hissəsini (11735.82 azn məbləğində) DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənməsi, aylıq pensiya məbləğinin qanunvericiliyin tələblərinə uyğun şəkildə adı çəkilən idarə tərəfindən hesablanıb, hər ay 1347.07 manat məbləğində ödənilməsi, ona ödənilməli olan məbləğlər DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının təqsiri üzündən gecikdiyindən, hissə-hissə deyil tam və həmən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1994-cü ildən Ədliyyə Orqanlarından pensiya çıxmışdır. 2012-ci ilin iyun ayından 2020-ci ilin noyabr ayına kimi "HB Go.LTD" şirkətində və "HB Güvən" klinikdə işləmişdir. 2017-ci ilin iyul ayından AR ƏƏSMN-ə, DSMF-na və onun tabeliyində olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəfələrlə şifai,əyani və yazılı şəkildə müraciət etdiyimə baxmayaraq,pensiamın hesabatı bu günə kimi düzgün aparılmır.Bu barədə qaldırdığım məhkəmə iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2-l(102)-1454/20 nömrəli Qərarı ilə təmin edilməsinə baxmayaraq,adı çəkilən idarə Qanunvericiliyin tələblərini pozaraq pensiyamın məbləğini düzgün hesablamamış,ona cüzi düzəlişlər etməklə kifayətlənmişdir. xx.xx.2018-ci il tarixə mənə ödənilən pensiya məbləği 674,48 azn.olmuşdur,hansı ki,Qanunvericiliyin tələblərinə uyğun hesablanaraq ödənilmişdir.Bütün problemlər də bu tarixdən sonra başlamışdır. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 3779-saylı Sərəncamı ilə (Sərəncamın surəti təqdim olunur) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində çalışan işçilərin,o cümlədən mənim də vaxtı ilə tutduğum vəzifə maaşları xx.xx.2018-ci il tarixdən 10 faiz artırılır.Bir neçə müraciətdən sonra mənim pensiyamın məbləği yenidən hesablanır,ancaq yenə də düzgün hesablanmır.D.S.M.F.-nun tabeliyində olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabatından sonra pensiyamın məbləği 674.48 azn.-dən 714,46 azn.-ə artırılmışdır, halbuki hesabat Qanunauyğun aparılsaydı pensiyanın məbləği aşağıdakı kimi olardı: xx.xx.2018-ci il tarixinə kimi,mənim pensiyamın məbləği 1994-cü ilin aprel ayından, tutduğum vəzifənin təminat xərcliyinin, Qanunverciliyin tələblərinə uyğun, D.S.M.F.-nun tabeliyində olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının özünün də təsdiq etdiyi kimi (idarənin **********8 saylı, xx.xx.2021-ci il tarixli məktubu, surəti təqdim olunur) 85 faizi miqdarında qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir.Yəni: 793,50x85%=674,48 azn. Sərəncamdan sonra isə: 410+130+ (410+130) x40% +410x10% +64=861 azn-793.5 azn = 67.5x76.17% = 51.41+674.48 =725.89 azn. olmalı olduğu halda "kapital bank"ın təqdim etdiyi arayışdan göründüyü kimi köçürülən məbləğ əskik olmuşdur. "Kapital bank"ın arayışından köçürülməli olan məbləğlə faktiki köçürülən məbləğlərin fərqi aydın görsənir. DSMF-nun tabeliyində olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru cənab Əliyev Şahinin imzası ilə müraciətinə göndərilən **********8-nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda xx.xx.2018-ci il tarixdən 725.89 azn kartıma köçürüldüyü deyilir, lakin bu "kapital bank"ın təqdim etdiyi arayışda öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının pensiya kapitalının xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək 54İİİQ saylı Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilməsi, istehlak mallarının qiymətlərinin artım tempinə uyğun aparılmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.8- ci maddəsinə əsasən 2006-cı il tarixdən əmək fəaliyyətli olduğu dövrlər üzrə sığortaedənlər tərəfindən sığortaolunan, İddiaçı (FİN: xxxxxxx; SSN: **********473) xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabının sığorta hissəsində nəzərə alınaraq həmin Qanunun 29-cu maddəsinə əsasən pensiya kapitalı ödənildiyi illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə (2006- 2016, 2019-2023-cü illər) və ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə (2017-2018-ci illər) uyğun olaraq indeksləşdirilmişdir. Məlumat üçün bildirilir ki, istehlak qiymətləri indeksinin illik səviyyəsi 2006-cı ildə 8.3%, 2007-ci ildə 16.7%, 2008-ci ildə 20.8%, 2009-cu ildə 1.5%, 2010-cu ildə 5.7%, 2011- ci ildə 7.9%, 2012-ci ildə 1.1%, 2013-cü ildə 2.4%, 2014-cü ildə 1.4%, 2015-ci ildə 4.0%, 2016-cı ildə 12.4%, 2019-cu ildə 2.6%, 2020-ci ildə 2.8%, 2021-ci ildə 6.7%, 2022-ci ildə 13.9%, 2023-cü ildə 8.8%, ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempi isə 2017- ci ildə 5.7%, 2018-ci ildə 3.0% təşkil etmişdir. Eyni zamanda bildirilir ki, Qanunun 29.1-ci maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu səbəbdən də, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının 2017-ci ilin ilk 6 ayı üzrə istehlak mallarının qiymətlərinin artım tempinə uyğun, növbəti 6 ayı üzrə isə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksasiya edilməsi qanunvericiliyə ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1949-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-4395/19 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-maddəsinə əsasən sığorta kapitalı nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 2- 1(103)-749/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)- 1454/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020ci il 18 mart tarixli 2- 1(103)-749/2020 nömrəli qərarı dəyişdirilmiş və cavabdehin üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45-ci maddələrinə əsasən iddiaçının sosial sığorta hesabındakı pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-225003/2023 nömrəli məktubu ilə təqdim olunmuş pensiya işi və inzibati icraat materiallarından görünür ki: -Dövlət Sosial Müdafiə Fondu Xətai şöbəsinin qərarı ilə İddiaçı xx.xx.1994-cü il tarixdən pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı hazırki pensiya məbləği 993 manat 49 qəpik, yenidən hesablanmış pensiya məbləği 1035 manat 39 qəpik müəyyən edildi. Yenidən hesablanmanın səbəbi: Qanunun 37.3-cü maddəsi. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-97735/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vaxtilə xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçı 2019-cu ilin mart ayında əmək pensiyasının fərdi şəxsi hesabında toplanmış sığorta kapitalına görə yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət edib. Eyni zamanda fərdi şəxsi hesabında toplanmış sığorta kapitalı əsasında yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması üçün məhkəmədə iddia qaldırıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2- 1 (102)-1454/2020 nömrəli qərarına əsasən iddiası təmin edilib. Bununla əlaqədar olaraq, 2021-ci ilin noyabr ayında (Mərkəzi Filiala müraciətinə uyğun olaraq 1 aprel 2019-cu il tarixinə) fərdi hesabında toplanmış 17751 manat sığorta kapitalına uyğun qaydada əmək pensiyası yenidən hesablanaraq 993,49 manat məbləğində müəyyən edilib. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 1821,90 manat fərq məbləğinin 1336,06 manat hissəsi xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsə ödənilib (qalıq 485,84 manat). İddiaçı işdən azad olunmağı ilə əlaqədar (3 noyabr 2020-ci il tarixinə) Mərkəzi Filiala müraciətini nəzərə alaraq fərdi şəxsi hesabında toplanmış 19876,04 manat sığorta kapitalına uyğun olaraq 2022-ci ilin noyabr ayında əmək pensiyası yenidən hesablanaraq 1035,39 manat müəyyən edilib, eyni zamanda keçmiş müddət üçün (3 noyabr 2020-ci il tarixindən) yenidən hesablanıb. Qeyd olunanlara əsasən, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 1488,64 manat fərq məbləği (adıçəkilən şəxsə ödənilməmiş qalıq 485,84 manat ilə birlikdə) 2022-ci ilin noyabr və dekabr aylarında onun müvafiq kart hesabına köçürülüb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vaxtilə sizə xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçuiar və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Siz 2019-cu ilin mart ayında əmək pensiyanızın fərdi şəxsi hesabınızda toplanmış sığorta kapitalına görə yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmisiniz. Eyni zamanda fərdi şəxsi hesabınızda toplanmış sosial sığorta kapitalı əsasında yaşa görə güzəştli şərtlərlə aldığınız əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması üçün məhkəmədə iddia qaldırmısınız Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixil 2-1(102)-1454/20 nömrəli Qərarına əsasən iddianız təmin edilmişdir. Bununla əlaqədar olaraq, 2021-ci ilin noyabr ayında fərdi şəxsi hesabınızda toplanmış sığorta kapitalına uyğun qaydada əmək pensiyanız yenidən hesablanıb. Əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 1821,90 manat fərq məbləğinin 1336,06 manat hissəsi xx.xx.2021-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində sizə ödənilib (qalıq 435,84 manat). İşdən çıxmağınızla əlaqədar Mərkəzi Filiala müraciətinizi nəzərə alaraq fərdi şəxsi hesabınızda toplanmış sığorta kapitalına uyğun olaraq əmək pensiyanız yenidən hesablanaraq 1035,39 manat müəyyən edilib, eyni zamanda keçmiş müddət üçün 3 noyabr 2020-ci il tarixindən yenidən hesablanmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, iddia üzrə mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vaxtilə xidmət illərinə görə pensiya təyin edilib. İddiaçı fərdi şəxsi hesabında toplanmış sığorta kapitalı əsasında yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması üçün məhkəmədə iddia qaldırıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2-1(102)-1454/2020 nömrəli qərarına əsasən iddiası təmin edilib. Bununla əlaqədar olaraq, 2021-ci ilin noyabr ayında fərdi hesabında toplanmış 17751 manat sığorta kapitalına uyğun qaydada əmək pensiyası yenidən hesablanaraq 993,49 manat məbləğində müəyyən edilib. İddiaçının işdən azad olunması ilə əlaqədar (3 noyabr 2020-ci il tarixinə) Mərkəzi Filiala müraciəti nəzərə alınaraq fərdi şəxsi hesabında toplanmış 19876,04 manat sığorta kapitalına uyğun olaraq 2022-ci ilin noyabr ayında əmək pensiyası yenidən hesablanaraq 1035,39 manat müəyyən edilib, eyni zamanda keçmiş müddət üçün (3 noyabr 2020-ci il tarixindən) yenidən hesablanmışdır. İddiaçı hazırkı iddia tələbi ilə pensiya kapitalının xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək olan hissəsinin 54İİİQ saylı Qanunla ƏPQ-na 29-cu maddəsinə edilmiş dəyişikliyə əsasən indeksləşdirilməsini və istehlak mallarının qiymətlərinin artım tempinə uyğun aparılmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı normalara istinad edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyası) 1.0.8-ci maddəsinə əsasən fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 29.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası) əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyası) əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.2.3-ci bəndinə əsasən 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. 2019-cu il oktyabrın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 12 iyul 2019-cu il tarixli № 1650-VQD nömrəli Qanunla edilmiş və hazırkı tarixədək qüvvədə olan ƏPQ-nun 29.1-1.-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.”. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya kapitalı ödənildiyi illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə (2006-2016, 2019-2023-cü illər) və ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə (2017-2018-ci illər) uyğun olaraq indeksləşdirilir. İddiaçı isə hazırkı iddia tələbində pensiya kapitalının xx.xx.2017-ci ildən xx.xx.2017ci ilədək istehlak mallarının qiymətlərinin artım tempinə uyğun indeksləşdirilməsini tələb edir ki, bu da qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun deyildir. Belə ki, qeyd olunduğu kimi istər ƏPQ-nun xx.xx.2017-ci il tarixədək, istərsə də xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasında pensiya kapitalının hesablanması istehlak qiymətləri indeksi və ya ölkə üzrə orta aylıq nominal əmək haqqının artım tempi əsasında hesablanması müvafiq ilin müəyyən ayları üzrə deyil, bir illik (12 ay) üçün hesablanır. Yəni, istehlak qiymətləri indeksi il başa çatdıqdan sonra növbəti ilin əvvəli müəyyən edildiyi və başa çatmış il üzrə tətbiq edildiyi kimi, orta aylıq nominal əməkhaqqının artım tepmi də ölkə üzrə bir il-12 ay üçün ödənilmiş orta əmək haqqından hesablanır. Başqa sözlə, bir ilin 6 ayını istehlak mallarının qiymətlərinin artım tempinə uyğun, digər 6 ayını isə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun indeksləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının qeyd etdiyi kimi qanuna edilmiş dəyişikliklə əlaqədar xx.xx.2017-ci il tarixədək pensiya kapitalının 2017-ci ilin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun, xx.xx.2017-ci il tarixdən 2017-ci ilin sonunadək olan dövrü isə 2017-ci ilin orta aylıq nominal əmək haqqının artm tempinə uyğun hesablanması mümkün deyildir. Çünki, 2017 ilin ortası üçün (xx.xx-2017xx.xx.2017-ci il tarixədək) 2017-ci ilin istehlak qiymətləri indeksinin illik səviyyəsi müəyyən edilə bilməzdi. Pensiya kapitalının illik indeksləşdirilməsi yalnız 2017-ci ilin sonunda hesablanması mümkün olmuşdur ki, həmin ilin sonunda xx.xx.2017-ci il tarixdə 10 mart 2017-ci il tarixli № 543-VQD nömrəli ƏPQ-na edilmiş dəyişiklik qüvvədə idi və dəyişikliyə əsasən 2017-ci ilin pensiya kapitalı ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun hesablanmışdır. Odur ki, xx.xx.2017-ci il tarixədək olan dövrü 2017-ci il üçün müəyyən edilməmiş (müəyyən edilməsi mümkün olmayan) istehlak qiymətləri indeksinin illik səviyyəsindən hesablanması da mümkün deyildi və bu cür hesablanmanın tələb edilməsi əsassızdır. Təqdim edilmiş pensiya alt sistemdən çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının pensiya kapitalı ödənildiyi illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə (2006- 2016, 2019-2023-cü illər) və ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə (2017-2018-ci illər) uyğun olaraq indeksləşdirilmiş və istehlak qiymətləri indeksinin illik səviyyəsi 2006-cı ildə 8.3%, 2007-ci ildə 16.7%, 2008-ci ildə 20.8%, 2009-cu ildə 1.5%, 2010-cu ildə 5.7%, 2011ci ildə 7.9%, 2012-ci ildə 1.1%, 2013-cü ildə 2.4%, 2014-cü ildə 1.4%, 2015-ci ildə 4.0%, 2016-cı ildə 12.4%, 2019-cu ildə 2.6%, 2020-ci ildə 2.8%, 2021-ci ildə 6.7%, 2022-ci ildə 13.9%, 2023-cü ildə 8.8%, ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempi isə 2017- ci ildə 5.7%, 2018-ci ildə 3.0% tətbiq edilməklə hesablanmışdır. Göründüyü kimi, iddiaçıya pensiya məbləği hesablanarkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-303/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-303/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver