Məhkəmə qərarları › İş №2-1(112)-3030/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3030/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3030/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərvaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı «yeni məlumat vərəqəsinin tərtib edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «təminat xərcliyinin düzgün hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsiusi təyinatlı bölüyündə (döyüş texnikasının texniki mexaniki vəzifəsində) N1 il 1 ay 1N gün müddətində xidmət etmiş və hərbi xidmətkeçmə haqqında nizamnaməyə əsasən ordudan tərxis edilməli idi. Lakin 19 il qüsursuz xidmət etdikdən sonra bir çox dövlət təltiflərinə layiq görülməsinə baxmayaraq, ona qarşı ədalətsiz və qərəzli mövqedən yanaşaraq hərbi hissə komandanlığı tərəfindən haqsızlıq edilərək onunla xidməti müqavilə N il artırılaraq o, aşağı təminat xərcliyi olan xidmətə keçirilmişdir. Burada vəzifəsi yüksək olmağına baxmayaraq, əmək haqqı aşağı idi. Bu zaman bu haqsızlığa etiraz edəndə ona bildirilmişdir ki, əgər müqaviləni imzalamasa, onda uyğunsuzluqla tərxis oluna bilər. O, isə, çıxılmaz vəziyyətdə qalmışdır, çünki uyğunsuzluqla tərxis olunsa onun 19 il qüsursuz xidməti sayılmaya bilərdi. Buna görə də iddiaçı məcburiyyət qarşısında qalıb əlavə N il müddətinə xidmətlə bağlı müqavilə imzalamışdır. Elə bu zaman aşağı təminat xərcliyi olan xidmətə keçirilmişdir. Məsələ onunla əsaslandırılmışdır ki, yaş həddinə və tirdə dartına bilmədiyinə görə aşağı maaşlı vəzifəyə keçirilmişdir. Hal-hazırda o (iddiaçı), qanunvericiliyə müvafiq olaraq xidməti başa vurduqdan sonra tərxis edilmişdir, lakin pensiya ödənişi düzgün hesablanmamışdır. Bu da qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun hüquqlarının pozulması deməkdir. İddiaçının xidmət etdiyi qurum qapalı olduğu üçün o zaman heç bir mənfi hallara etiraz etmək olmurdu, bu səbəbdən də ona qarşı edilən haqsızlığa xidmət dövründə kəskin etiraz edə bilməmişdir. Çünki bəhanə gətirib onu uyğunsuzluq səbəbi ilə tərxis edə bilərdilər. Buna görə də iddiaçı məcburiyyət qarşısında qalıb tərxis olunduqdan sonra pozulmuş hüquqlarının bərpa olunması üçün X1 müraciət etsə də, heç bir nəticə olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə və İPM-in N.N.N, 35.1-ci maddələrinə əsaslanaraq, iddia mümkün hesab edilərək DİN XN tərəfindən qərəzli və qanunvericiliyin tələblərinə zidd olaraq hesablanmış təminat xərcliyi əvvəlki illər nəzərə alınaraq düzgün hesablanması öhdəliyinin DİN Daxili Qoşunlarının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DİN Daxili Qoşunlarının Baş İdarəsinin məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etirazında bildirilir ki, DİN Daxili Qoşunlarının ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, baş çavuş İddiaçı cavabdeh DİN Daxili Qoşunlarının Baş İdarəsinə qarşı təminat xərcliyinin hesablanması tələbinə dair iddiası əsassızdır və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı N1 oktyabr 1998-ci il tarixdən 30 may N-ci il tarixədək Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının 30 may N-ci il tarixli 44 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N iyun N-ci il tarixli 1N5 nömrəli əmrilə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin N6-cı maddəsinə müvafiq olaraq müddətdən artıq xidmət etmək haqqında öhdəlik vermiş hesab edilərək “kiçik çavuş” hərbi rütbəsi verilməklə müddətdən artıq həqiqi hərbi xidmətə keçirilmiş, avtomobil və zirehli texnika bölüyünün zirehli texnika taqımında ekipaj komandiri vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının 18 yanvar N001-ci il tarixli 4 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin NN yanvar N001-ci il tarixli 17 nömrəli əmrilə ona növbəti “çavuş” hərbi rütbəsi verilmişdir. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının 9 oktyabr N001-ci il tarixli 59 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin 1N oktyabr N001-ci il tarixli N36 nömrəli əmrilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N6-cı maddəsinə müvafiq olaraq avtomobil və zirehli texnika bölüyünün zirehli texnika taqımında ekipaj komandiri vəzifəsindən azad edilmiş, yük avtomobilləri bölüyünün avtomobil və zirehli texnika təmiri taqımında mühərrik təmiri üzrə baş usta-təlimatçı vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının N8 iyul N003-cü il tarixli 43 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N avqust N003-cü il tarixli 178 nömrəli əmrilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) Silahlı Qüvvələrə ehtiyata buraxılaraq hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb hərbi qeydiyyata alınmaq üçün Biləsuvar Rayon Hərbi Kolissarlığına göndərilmişdir. Xidmət illəri 5 avqust N003-cü il tarixə təqvimlə 04 il 09 ay 16 gün təşkil etmişdir. N saylı hərbi hissə komandirinin N0 oktyabr N004-cü il tarixli N48 nömrəli əmrilə Biləsuvar RHK-dan ehtiyatdan gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə avtomobil taborunun xüsusi avtomobillər və zirehli texnika bölüyünün zirehli texnika taqımında döyüş maşınının komandiri vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının 15 iyul N005-ci il tarixli N4 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N3 iyul N005-ci il tarixli 168 nömrəli əmrilə növbəti “baş çavuş” hərbi rütbəsi verilmişdir. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının N4 noyabr N007-ci il tarixli N6 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N dekabr N007-ci il tarixli N9N nömrəli əmrilə xüsusi təyinatlı dəstənin avtomobil yarımqrupunda sürücü vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının 31 yanvar N018-ci il tarixli 10 nömrəli əmrinə əsasən N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin avtomobil yarımqrupunda sürücü vəzifəsindən azad edilmiş, 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsində baş sürücü vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının N6 sentyabr N018-ci il tarixli 95 nömrəli əmrilə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N5031 saylı hərbi hissəyə keçirilməklə 6-cı tədris bölüyünün baş çavuşu vəzifəsinə təyin edilmişdir. N5031 saylı hərbi hissə komandirinin N9 sentyabr N018-ci il tarixli N36 nömrəli əmrinə əsasən N saylı hərbi hissədən gəlmiş hesab edilərək N9 sentyabr N018-ci il tarixdən vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının 19 dekabr N0N0-ci il tarixli 193 nömrəli əmmə əsasən N5031 saylı hərbi hissə komandirinin N fevral N0N1-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) Silahlı Qüvvələrə ehtiyata buraxılaraq hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinə göndərilmişdir. Xidmət illəri N fevral N0N1-ci il tarixədək təqvimlə N1 il 01 ay 1N gün təşkil etmişdir. İddiaçı ona qarşı ədalətsiz və qərəzli qərar qəbul edildiyini, xidmət müddətinin artırılması üçün raport yazmayacağı təqdirdə onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılacağını qeyd etsə də, məlumat üçün bildirilir ki, xidmət müddəti başa çatmış hərbi qulluqçular həmin Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılırlar. Əsasnamənin 78-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: “a” yuxarı vəzifələrə – xidmət üzrə irəli çəkilmə qaydasında; “b” bərabər vəzifələrə – xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; “v” tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; “q” aşağı vəzifələrə – bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. Yuxarıda göstərilənlərlə və «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinin tələblərinə əsasən iddiaçının ehtiyata buraxılmazdan əvvəl xidmət etdiyi vəzifə maaşına əsasən ona pensiya təyin edilməsi qanuna uyğun deyil. Həmçinin, iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati məhkəmə icraatının gedişində iddiaçının müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdehlər sırasından çıxarılmışdır. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «N saylı hərbi hissənin 3-cü Xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü bölüyünün sürücüsü vəzifəsinə uyğun (N018-ci ilədək) təminat xərcliyi nəzərə alınaraq yeni məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.N-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun N4.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Həmin Əsasnamənin 156-cı maddəsinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). Həmin Əsasnamənin 161-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun N0.18-ci maddəsinə görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» N3 noyabt 199N-ci il tarixli 631 nömrəli qərarının N-ci bəndinin “b” yarımbəndinin on birinci hissəsinə görə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N7 avqust N007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın N-ci bəndində göstərilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndinə görə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İPM-in N.N.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3N-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr N019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqana iddiaçının müvafiq müraciəti ünvanlandığından və inzibati orqanın (müvafiq hərbi hissə vasitəsilə) N9 iyul N0NN-ci il tarixli məktubu ilə imtina cavabı verildiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Nəzərə alınmalıdır ki, iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və bu qəbildən olan iddialara münasibətdə qanunvericilik idda müddəti müəyyən etməmişdir. Mübahisənin ərazi aidiyyəti belədir ki, inzibati mübahisə hərbi qulluqşu və müvafiq inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti münasibətlərdən yarandığından, ona baxılmasında İPM-in 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. İş materiallarından görünür ki, AR DİN X4 31 yanvar N018-ci il tarixli 10 nömrəli əmri ilə baş çavuş İddiaçı xüsusi təyinatlı dəstənin avtomobil yarımqrupunda sürücü vəzifəsindən azad edilib 3-cü Xüsusi vasitələrin tətbiqi bölməsində baş sürücü vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, AR Daxili İşlər Nazirliyinin 19 dekabr N0N0-ci il tarixli 193 ş/h nömrəli əmri ilə baş çavuş İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə (xidməti müddəti başa çatdığına görə) N5031 saylı hərbi hissədə 6-cı tədris bölüyünün baş çavuşu vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarından görünür ki, AR Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N5031 saylı hərbi hissə komandirinin N fevral N0N1-ci il tarixli 35 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq (xidməti müddəti başa çatdığına görə) Daxili İşlər nazirinin müavini – daxili qoşunların komandanının 19 dekabr N0N0-ci il tarixli 193 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 6-cı tədris bülüyünün baş çavuşu, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu İddiaçı 10 fevarl N0N1-ci il tarixdən hərbi qeydiyyat alınması üçün SHXÇD Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinə göndərilmişdir. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, İddiaçı xidmətdən ehtiyata buraxılanadək sonuncu tutduğu vəzifəsi N5031 saylı hərbi hissənin 6-cı tədris bölüyünün baş çavuşu olduğundan, eləcə də həmin vəzifəyə keçirilməsi barədə əmr mübahisələndirilmədiyindən və qüvvədə olduğundan, habelə o, həmin sonuncu vəzifəyə səhhəti və ya yaşı ilə əlaqədar xidmət mənafeyi ilə bağlı keçirilmədiyindən, bundan əvvəlki vəzifəsi kimi N saylı hərbi hissənin 3-cü Xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü bölüyünün sürücüsü vəzifəsinə uyğun (N018-ci ilədək) təminat xərcliyi nəzərə alınaraq onun barəsində yeni məlumat vərəqəsinin verilməsindən imtina olunması qanuna zidd qiymətləndirilə bilməz. Odur ki, İddiaçı iddiası əsassızdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərvaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı «yeni məlumat vərəqəsinin tərtib edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in N3.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərvaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı «yeni məlumat vərəqəsinin tərtib edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar