Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3030/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və təqaüdün ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Şəhid ailələri” üçün ödənilən Prezident təqaüdünün bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 görünür ki, X6 ilə 22 fevral 1985-ci ildə 9 nömrə ilə rəsmi nikah qeydə alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin baş Klinik Hospitalının arayışından görünür ki,N nömrəli hərbi hissənin leytenentı X10 xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunmuşdur. N saylı Hərbi Hissə komandirinin 120 nömrəli Əmrindən görünür ki, ərim- X7 takım komandiri kimi xidməti vəzifələrini yerinə yetirərəkən həlak olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 006298 nömrəli vəsiqə surətindən görünür ki, o şəhid ailəsidir. Ölüm haqqında şəhadətnamədən görünür ki, həyat yoldaşı X7 xx.xx.1995-ci ildə kəllə beyin travması ilə vəfat etmişdir. Azərbaycan Respublikası Hərbi Komisarlığının arayışından görünür ki, Müdafiə Nazirliyinin xətti ilə Şəhid həyat yoldaşı X4 həyat yoldaşı kimi şəhidlər üçün təyin edilmiş pensiya alır. 2023-cü ilin mart ayınadək qanunla müəyyən edilmiş miqdarda Prezident təqaüdü almışdır. Prezident təqaüdünün verilməsi 2023-cü ilin mart ayından dayandırılmışdır. Belə olan halda təqaüdün bərpa edilməsi üçün ƏƏSMN-nə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 aprel 2024cü il tarxli məktubu ilə Prezident təqaüdünün bərpa edilmsindən imtina edilmişdir. İmtinaya səbəb kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-112-Q-734238\23 saylı məktubunda mərhum həyat yoldaşı X2 "şəhid"adının verilmədiyi göstərilmişdir. Ancaq, həmin imtina məktubundan da göründüyü kimi xx.xx.2009-cu ildən ona şəhid ailələrinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun verilməsindən imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3090/2024 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən şəhid ailəsinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişi xx.xx.2023-cü il tarixədək davam etdirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli № 3-25-1/2-M-15001/2023 saylı məktubuna əsasən mərhum X7 xx.xx.1995-ci il tarixdə X33 təmir edərkən yaralanmış, xx.xx.1995-ci il tarixdə müalicə olunduğu hərbi hospitalda vajal elmişdir. Belə ki, M.Məhərrəmov döyüş tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar vəfat etmədiyindən ona "şahid" statusu verilməmişdir. Eyni zamanda Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli N№ 3-25-1/2-Q-734238/2023 saylı məktubuna əsasən mərhum leytenant M.Məhərrəmova "şahid", ailəsinə isə "şəhid ailəsi" statusu verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-43-90/2-2182/2024-cü il nömrəli məktubunda Xidmətin Ağdam rayon şöbəsinin uçot sənədlərində mərhum M.Məhərrəmovun "şəhid" statusu verilmiş hərbi qulluqçu kimi qeydiyyatdan keçmədiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2009-ci il tarixdən xx.xx.2023-ci tarixədək şəhid ailəsi üzvləri üçün Prezident təqaüdü üzrə artıq ödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixdən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezientinin təqaüdü təsis edilmişdir. Belə ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 1-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciali hadisələr nəticəsində həlak olanlar, 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər, Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrlən nəticəsində həlak olmuş vətəndaşlar, Ermənistanla sarhad rayonlarında və Qarabağda erməni təcavüzü, habela ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X9 Xidmətində, X11 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerina yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin duşmuş va məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər: Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Qaydaların 4.1-ci bəndinə görə, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il 18 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi qaydalarının 1-ci bəndinə görə, Bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir, arvadına (ərinə); valideynlərinə, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Səhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin. Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X9 Xidmətinin X11 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"na 7 nömrəli əlavənin 2.28-ci bəndinə əsasən şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün şəhid statusunu təsdiq edən sənədin surəti təqdim olunmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3090/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı AR ƏƏSMN tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə X27 təyinatının mümkün olmaması haqqında xx.xx.2023-cü tarixli 3-17-1/1-2-307943/2023 nömrəli qərarın, Sosial Ödənişlərin təyinatı üzrə X28 ödəmə üzrə xx.xx.2024-cü il tarixli 15781 nömrəli nömrəli qərarın, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 15781/**********5 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən Sosial Ödənişlərin Mərkəzi Filialı tərəfindən AR Prezidenti tərəfindən müəyyən edilmiş təqaüdün ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. Həmin tarixli qərardadla da iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Ağdam rayonu, Başqərvənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 006298 nömrəli Şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı vəsiqə xx.xx.2021-ci il tarixdən verilmişdir. Vəsiqəni təqdim edən şəxsin AR Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş İV-ЖГ seriyalı 419813 nömrəli Ölüm haqqında Şəhadətnamədə göstərilmişdir ki, X7 xx.xx.1995-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 12 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İİİ-ЖГ seriyalı 402794 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnamədə göstərilmişdir ki, Məhərrəmov MəharətAllahverdi oğlu və İddiaçı arasında xx.xx.1985-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə xx.xx.1985-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 9 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 1-HC seriyalı 767538 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, X7 xx.xx.1959-cu il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1959-cu il tarixdə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən xx.xx.2018-ci il tarixdə təqdim edilmiş 6554 saylı Arayışda göstərilmişdir ki, N nömrəli hərbi hissənin leytenantı X7 xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicə olunmuşdur. Diaqnoz: Açıq kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzilməsidir. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 1995-ci il üçün 3№-li “Stasionar xəstələrin qeydiyyatı” kitabının 1864-cü sayındakı qeyd İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Hərbi Komissarlığının xx.xx.2004-cü il tarixli 47597 nömrəli Arayışda göstərilmişdir ki, şəhid, baş leytenant X7 hərbi vəzifəsinin yerinə yetirərkən xx.xx.1995-ci il tarixdə həlak olmuşdur. Həyat yoldaşı İddiaçı ailə başçısını itirdiyinə görə Müdafiə Nazirliyi xətti ilə pensiya alır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X25 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-2529/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X25 üzrə Dövlət Komitəsində olan məlumata əsasən vətəndaş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 33, Politexnik texnikumunun 1 saylı yataqxanasında faktiki olaraq məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 3-43-90/2-2182/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.1996-cı il tarixli 1365 nömrəli bildirişinə əsasən, mərhum M.A.Məhərrəmov Azərbaycan Respublikası Silahlı Qüvvələrində "leytenant" hərbi rütbəsində xidmət keçmişdir. Xidmətin Ağdam rayon şöbəsinin uçot sənədlərində mərhum M.A.Məhərrəmov “şəhid” statusu verilmiş hərbi qulluqçu kimi qeydiyyatdan keçmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-1/2-Q-73xx/xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 892 nömrəli arayışında mərhum M.Məhərrəmovun "şəhid", ailəsinin isə "şəhid ailəsi" hesab edilməsi ilə bağlı bildirirəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 4.1-ci bəndinə görə şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Əlavə olaraq bildirirəm ki, mərhum leytenant X5 Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində aparılan uçot sənədlərinə əsasən "şəhid", ailəsinə isə "şəhid ailəsi" statusu verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-43/2-1350/2023 nömrəli məktubunda göstərilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Müdafiə Nazirliyindən göndərilmiş "1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş zabit və gizirlərin (miçmanların) siyahısı"na və N saylı hərbi hissənin xx.xx.1996-cı il tarixli 1365 nömrəli bildirişinə əsasən, mərhum M.A.Məhərrəmov Azərbaycan Respublikası Silahlı Qüvvələrində "leytenant" hərbi rütbəsində xidmət keçmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon qeydiyyat şöbəsi tərəfidən verilmiş xx.xx.2021-ci il tarixli 051Q-1205/69 nömrəli Arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası, Ağdam rayonu Başqərvənd kəndində anadan olmuş İddiaçı ailə vəziyyətini muəyyən etmək məqsədilə arxiv məlumatları xx.xx.1995-ci ildən xx.xx.2021-ci ilədək "Vətəndaşlıq vəziyyəti aktları X1 Sistemi Üzrə yoxlanılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd: X7 ilə Ağdam rayon qeydiyyat şöbəsində xx.xx.1985-ci il tarixdə 09 saylı aktia nikahı və X3 Ağdam rayonu Qeydiyyat şöbəsində xx.xx.1995-ci ildə 12 saylı aktla ölümü qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X27 təyinatı üzrə xx.xx.2021-ci il tarixli 15781/**********5 nömrəli Qərarına əsasən İddiaçı şəhidin həyat yoldaşı olduğuna görə "Şəhid ailəsinə Prezident təqaüdü" təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-1/2-M-10061/2023 nömrəli məktubunda göstərilmişdir ki, M.A.Məhərrəmov N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olduğu dövrdə, xx.xx.1995-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı X33 təmir edərkən yaralandığı üçün müalicə məqsədi ilə hərbi hospitala göndərilmiş, səhhətinin ağırlaşması ilə əlaqədar 27.03 1995-ci il tarixdə Bakı Mərkəz Hərbi Hospitalına aparılmış və xx.xx.1995-ci il tarixdə orada vəfat etmişdir. Hadisənin mərhumun həmin anda döyuş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirməsi ilə əlaqədar olmadığını nəzərə alaraq, ona şəhid adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 892 nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı ondan ötrü ki, onun mərhum həyat yoldaşı X7 xx.xx.1995-ci il tarixdə öz vəzifə borcunu yerinə yetirən zaman yaralandığı üçun, müalicə məqsədi ilə Bakı MHH-na aparılmış və xx.xx.1995-ci il tarixdə şəhid olmuşdur. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.1995-ci il tarixdən X8 "Şəhid" onun ailəsi "Şəhid ailəsi" hesab edilir. Əsas: N saylı hərbi hissənin 27.04 1996-cı il tarixli 1366 nömrəli bildirişi ölüm haqqında şəhadətnamədir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-4/2-7156/24 nömrəli məktubu ilə təqdim edilmiş Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-25-14/2-6320/24 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 12 aprel 1996-cı il tarixli 0422 nömrəli əmrinin arxiv çıxarışından, N nömrəli hərbi hissənin N aprel 1996-cı il tarixli 1365 nömrəli bildirişindən, Azərbaycan Respublikası Hərbi Komissarının 10 may 1999-cu il tarixli 3E-47597 nömrəli arayışından, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 25 oktyabr 2021-ci il tarixli 006298 nömrəli vəsiqəsinin surətlərindən mərhum M.Məhərrəmovun 23 mart 1995ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən PDM-nın təmiri zamanı yaralanaraq 2 aprel 1995-ci il tarixdə həlak olması, onun şəhid hesab edilməklə, ailəsinə şəhid ailəsi statusunun və müvafiq təqaüdün verildiyi görünür. Mərhum M.Məhərrəmovun həlak olmasından 29 il müddət keçməsi həmin hadisənin baş verməsi şəraitinin tərəfimizdən müəyyən edilməsi, habelə iş üçün əhəmiyyət kəsb edən digər sənədlərin əldə edilməsini mümkünsüz edir. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxiv rəisinin 3125 nömrəli 4 noyabr 2024-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası müdafiə nazirinin 12 aprel 1996-cı il tarixli 0422 nömrəli əmrin verilməsinə əsas olmuş sənədlərin saxlama müddətinin bitdiyinə görə qanunamüvafiq qaydada məhv edilmişdir. Mərhum M.Məhərrəmovun şəhid hesab olunmasını təsdiq etmək üçün təqdim edilən dəlil və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, ona şəhid adının verilməsinə əsas olmuş müvafiq sənədlər mötəbər hesab olunmalıdır. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 3-25-4/2-7954/24 nömrəli məktubu ilə təqdim edilmiş məktubu ilə təqdim edilmiş Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 14/6495 nömrəli “Mərhum leytenant X5 şəhid adının verilməsinin araşdırılması haqqında” məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum leytenant X5 Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində aparılan uçot sənədlərinə əsasən "şəhid", ailəsinə isə "şəhid ailəsi" statusu verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X28 ödəmə üzrə xx.xx.2023-cü il tarixli 3-17-1/1-Z-307943/2023 nömrəli Qərarına əsasən AR Müdafiə Nazirliyinin göndərdiyi xx.xx.2023-cü il tarixli arayışa əsasən mərhum leytenant X5 “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusu verilmədiyi qeyd olunduğuna görə təqaüdün verilməsi dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə xx.xx.2024-cü il tarixli 15781/**********5 nömrəli Qərarına əsasən vətəndaş İddiaçı ******* nömrəli ərizə ilə xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş vəsait aşkarlanmışdır. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-1/2-Q-734238/2023-cü il tarixli arayışına əsasən mərhum leytenant X5 “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusu verilmədiyi qeyd olunduğuna görə təqaüdün verilməsi qanunvericilik baxımından mümkün hesab edilmir. Artıqvermə səbəbi: AR MN-nin xx.xx.2023-cü il tartixli 3-25-1/2-Q- 734238/2023 nömrəli məktubu, artıqvermə dövrü: xx.xx.2009-xx.xx.2023-cü illər.Artıq ödənilmiş təqaüd məbləği 41731.84 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X28 ödəmə üzrə xx.xx.2023-cü il tarixli 15781 nömrəli Qərarına əsasən tutulmanın səbəbi: AR Müdafiə Nazirliyinin göndərdiyi məktuba əsasən, tutulma dövrü: xx.xx.2009-xx.xx.2023-cü illər. Artıq vermə məbləği: 41731.84 manatdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Z-86648/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir. Qeyd olunanlara əsasən, sizə xx.xx.2009-cu il tarixindən şəhid ailəsinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişi xx.xx.2023-cü il tarixinədək davam etdirilmişdir. Sözügedən Qaydaların 4.1-ci bəndinə görə şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X9 Xidmətinin, X11 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. xx.xx.2023-cü il tarixində cavablandırılmış müraciətinizə əlavə olaraq bir daha bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli № 3-25-1/2-Q-734238/2023 saylı məktubuna əsasən mərhum X5 "şəhid" adı verilməmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2009-ci il tarixindən xx.xx.2023-ci il tarixinədək şəhid ailəsi üzvləri üçün Prezident təqaüdü üzrə artıq ödəmə müəyyən olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. Belə ki, iddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri də ödənilir. İddia mahiyyəti üzrə əsaslı iddiadır. Belə ki, işin hallarından müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü şəhid X23 xx.xx.1992-ci il tarixdə vəfat etmiş, İmişli rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli 2- 55 nömrəli qətnaməsinə əsasən X24 X15 atasının olması faktı müəyyən edilmiş, X26 xx.xx.1997-ci ildən şəhid ailəsi üzvü vəsiqəsi verilmiş və ona şəhid ailə üavü olmasından irəli gələn təminatlar, eləcə də 2007-ci il yanvarın 1-dən Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilmişdir. X29 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və ona ödənilən təqaüd dayandırılmışdır. Hazırkı iş üzrə iddiaçı müəyyən olunur ki, X6 N nömrəli hərbi hissənin leytenentı xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunmuş, müdafiə Nazirinin xx.xx.1996-cı il tarixii 0422 nömrəli əmri ilə PDM-nın təmiri zamanı yaralanaraq 2 aprel 1995-ci il tarixdə həlak olması səbəbi ilə şəxso heyətin siyahısından çıxarılmışdır. İddiaçı ilə X6 nikahda olmuş və iddiaçıya sonuncunun ölümündən sonra sonuncu dəfə 006298 nömrəli xx.xx.2021-ci il tarixli şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İddiaçı ailə başçısını itirdiyinə görə Müdafiə Nazirliyi xətti ilə pensiya almışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmiş və iddiaçıya da xx.xx.2009-cu il tarixindən şəhid ailəsinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və təqaüdün ödənişi ödənişi xx.xx.2023-cü il tarixinədək davam etdirilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/1-Z-307943/2023 nömrəli Qərarına əsasən AR Müdafiə Nazirliyinin göndərdiyi xx.xx.2023-cü il tarixli arayışaına istinad edilərək mərhum leytenant X5 “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusu verilmədiyi qeyd olunduğuna görə təqaüdün verilməsi dayandırılmış, xx.xx.2024-cü il tarixli 15781/**********5 nömrəli və xx.xx.2023-cü il tarixli 15781 nömrəli qərarı ilə Artıq ödənilmiş təqaüd məbləği İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə əsasən vətəndaş İddiaçı ******* nömrəli ərizə ilə xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş vəsait aşkarlanmışdır. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-1/2-Q-734238/2023-cü il tarixli arayışına əsasən mərhum leytenant X5 “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusu verilmədiyi qeyd olunduğuna görə təqaüdün verilməsi qanunvericilik baxımından mümkün hesab edilmir. Artıqvermə səbəbi: AR MN-nin xx.xx.2023-cü il tartixli 3-25-1/2-Q-734238/2023 nömrəli məktubu, artıqvermə dövrü: xx.xx.2009-xx.xx.2023-cü illər. Artıq ödənilmiş 41731.84 manat təqaüd məbləği müəyyən edilmişdir. İddaiçı hazırda sözügedən qərarların ləğvini və ona aprel 2023-cü ildən dayandırılmış təqaüdün ödənişinin bərpasını ümbahisələndirir. Cavabdehin qeyd eidlənn təqaüdün ödənilməsinindən imtinasının əsası ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli № 3-25- 1/2-Q-734238/2023 saylı məktubuna əsasən mərhum X5 "şəhid" adı verilməmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın: 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: (...); 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X9 Xidmətində, X11 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. -2.1-ci bəndinə əsaəsn şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları -4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X9 Xidmətinin, X11 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X9 Xidməti, X11 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. -4.2-ci bəndinə görə şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanın
1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 600 (altı yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin.
2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir; 2.2. hər şəhidə görə onun ailəsinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin; 3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, hərbi qulluqçu olmuş şəhidin şəhid ailəsi üzvü statusu şəhidin xidmət keçdiyi müvafiq qurumun arayışı, mülki şəhidlərə münasibətdə isə müvafiq yerli icra hakimiyyəti orqanının verdiyi arayışla təsdiq olunur və həmin arayış əsasında şəhid ailəsi üzvünə şəhid ailəsi üzvü olması barədə vəsiqə verilir. Hazırkı iş üzrə cavabdeh mərhumun şəhid statusunda olmadığını əsas gətirərək iddiaçıya şəhid ailəsi üzvü üçün təqaüdün verilməsindən imtina edir. Cavabdehin qeyd etdiyi dəlil tək təqaüdün deyil, ümumiyyətlə mərhumun şəhid, iddiaçının isə şəhid ailəsi üzvü hesab olunmaması barədə irəli sürdüyü dəlildir. Halbuki, iş materiallarından görünür ki, iddiaçıya sonuncu dəfə SXA-nin xx.xx.2021-ci il tarixdə şəhid ailəsi üzvü vəsiqəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 892 nömrəli Arayışına əsasən verilmiş, iddiaçı şəhid ailəsi üzvü kimi qəbul olunmuş, ona bu barədə səlahiyyətli qurum -Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid ailəsi üzvü statusunu təsdiq edən vəsiqə verilmiş, həmin şəhid ailəsi üzvü olması barədə inzibati akt ləğv edilməmiş, geri çağırılmamış, etibarsız hesab edilməmişdir. İddiaçı şəhi ailəsi üzvü vəsiqəsindən irəıi gələn bir sıra təminatlarla, o cümlədən 2009-cu ildən prezident təqaüdü ilə təmin edilmiş, qeyd edilən müddət çəçivəsində iddiaçının şəhid ailəsi üzvü olması mübahisələndirilməmiş, cavabdeh orqan ona vəsiə əsasında təqaüd ödəməkdə davam etmiş və yalnız 2023-cü ildə Müdafiə nazirliyinə sorğu verərək şəxsin şəhid olmaması faktına istinad edərək iddiaçının təqaüdün dayandərmış və artıq ödənilmiş təqüd məbləği hesablamışdır. Halbuki, cavabdehin istinad etdiyi məktub kimi, eyni qurum tərəfindən verilmiş bir digər məktubda-Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3- 25-4/2-7156/24 nömrəli məktubu ilə təqdim edilmiş Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-25-14/2-6320/24 nömrəli məktubunda göstərilmişdir ki, Mərhum M.Məhərrəmovun şəhid hesab olunmasını təsdiq etmək üçün təqdim edilən dəlil və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, ona şəhid adının verilməsinə əsas olmuş müvafiq sənədlər mötəbər hesab olunmalıdır. Belliklə, iddiaçının şəhid ailəsi üzvü vəsiqəsi qüvvədə olmaqla onun şəhis ailəsi üzvü statusu da qüvvədə hesab olunur və bu əsasdan o müvafiq təminatları da tələb etmə imkanına malikdir. “İnzibati icraat haqqında” Qanunun: -11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Beləliklə, iddiaçı barəsində qüvvədə olan əliverişli inzibati akt var, iddiaçının şəhid ailəsi üzvü vəsiqəsi ləğv edilməmişdir və bu hal həm də keçən müddət ərzində həmin vəsiqə əsasında iddiaçının şəhid ailəsi üzvü kimi tanınmasını, bu statusdan irəli gələn cavabdehin öz təşəbbüsü ilə təqdim etdiyi güzəşt və imtiyazlardan yararlanmağa qanuni etimad hüququnun olduğunu istisna etməmişdir. Odur ki, iddia tələbi təmin edilməli, iddiaçı barəsində əliverişsiz inzibati aktlar ləğv edilməli və iddiaçıya təqaüdün dayandırıldığı aprel 2023-cü il tarixindən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdunun ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü tarixli 3-17-1/1-2-307943/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 15781/**********5 nömrəli və xx.xx.2024-cü il tarixli 15781 nömrəli nömrəli qərarları ləğv edilsin. xx.xx.1952-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova