Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3031/2025 13.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hacıbəyova Miminat Tacib qızı, X2 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli iddiaçının Azərbyacan Respublikasında daimi yaşamaq üçün icazə müddətinin uzadılmasından imtina edilməsi barədə qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli iddiaçının Azərbyacan Respublikasında daimi yaşamaq üçün icazə müddətinin uzadılmasından imtina edilməsi barədə qərarının ləğv edilməsi “tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddianın əsaslandırılması:
2. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixində Rusiya Federasiyası Tümen vilayətində anadan olmuşdur. Adı, soyadı və ata adından da görünür ki, onun milliyəti azərbaycanlıdır. İddiaçı və övladları Rusiya Federasiyasında anadan olduqlarına görə Rusiya vətəndaşlığına sahiblər. Lakin xx.xx.2015 tarixdən etibarən Həbibov Elvinlə evlidir. Həyat yoldaşı X4 Azərbaycan Respublikası vətəndaşıdır. xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikasında nikaha girmişlər. Nikahdan doğulmuş hər üç övladları- X3, Adıgözəlova Məryəm və Adıgözəlova Mədinə doğumlarından qısa müddət sonra Azərbaycan Respublikasında yaşayır, Azərbaycan dilində sərbəst danışır, özlərini rus vətəndaşı yox Azərbaycan vətəndaşı kimi hiss edir və Azərbaycan adət-ənənələri ilə böyüyürlər. Həyat yoldaşı Həbibov Elvin də Azərbaycan vətəndaşıdır. Onun Rusiya Federasiyası ilə mənəvi bağı yalnız sənəd üzərindədir.Azərbaycan Respublikasında daimi yaşamaq üşün icazə müddətinin uzadılması üçün xx.xx.2024-cü ii tarixində Dövlət Miqrasiya İdarəsinə müraciət etmişdir, lakin xx.xx.2024-cü il tarixli qərarı ilə onun Azərbaycan Respublikasında daimi yaşamaq üşün icazə müddətinin uzadılmasından imtina edilmiş, üzərinə 10 gün ərzində müvəqqəti yaşamaq üçün icazənin alınması üçün müraciət edilməzsə, ölkə ərazisini tərk etmək öhdəliyi qoyulmuşdur. Qərar iddiaçıya xx.xx.2024-cü il tarxində təqdim edilmişdir. Lakin qərarın əsaslandırıcı hissəsi və mahiyyətindən də görünür ki, onun müraciəti üzrə obyektiv araşdırılma aparılmayıb, ailə vəziyyəti, Azərbaycan dövlətinə və vətəninə bağlılığı düzgün qiymətləndirilməyib. Mübahisələndirilən qərarın Ukrayna-Rusiya müharibəsi fonunda rus vətəndaşlarının Rusiya Federasiyasından qaçması faktlarının təsiri ilə qəbul edildiyi aşkardır. Amma halbuki 2013-cü ildən etibarən Azərbaycanda yaşayıram, artıq həm müvəqqəti, həm də daimi yaşayış üçün icazəsi vardır. Bu da o deməkdir ki, Azərbaycana müharibədən illər əvvəl gəlmiş və Azərbaycan vətəndaşı olmaq istəyi müharibə ilə deyil, ailə vəziyyəti və milli- mənəvi dəyərlərindən irəli gəlir. xx.xx.2024-cü il tarixli qərardan da görsənir ki, guya aparılmış icraat zamanı onun Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquq və vəzifələrimə dair biliyi yoxlanılmış və mənfi rəy verilmişdir. Bu əsas tamamilə qəbuledilməzdir. Çünki iddiaçı ikinci dəfədir daimi yaşayış icazəsinin verilməsi üçün müraciət edir. İlk dəfə müsbət cavab əldə etmişdir. Deməli həm dil biliyi, həm də hüquq və vəzifələrə dair biliyi qənaətbəxşdir. Nəzərə alınsa ki, ilk dəfəyə münasibətdə artıq daha çox ölkə ərazisində yaşayır, deməli, bilikləri azalmağa doğru deyil, artmağa doğru gedir. İstənilən sadə Azərbaycan vətəndaşı kimi iddiaçı da hüquqşünas olmasa da, hüquq və vəzifələri onlarla ən azı eyni səviyyədə bilir və həmin biliklərə malikdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etirazı):
3. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, r. İddiaçı daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.10-cu maddəsinə əsasən DYİ-nin verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 54.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur. Həmin Məcəllənin 54.5-ci maddəsinə görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. Qeyd olunan qanunvericilik normasının bu müddəasını tənzimləmək üçün Dövlət Miqrasiya Xidmətinin 20 sentyabr 2013-cü il tarixli 22 saylı Kollegiya qərarı ilə Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası təsdiq edilmişdir. Həmin qaydanın 4.3-cü bəndinə görə müsahibə zamanı əcnəbiyə Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri ilə bağlı biliyini müəyyən etmək məqsədilə 5 sual, habelə dövlət dili ilə bağlı biliyini müəyyən etmək məqsədilə 5 sual verilir (qaydanın 4.5-ci bəndinə görə əcnəbinin verdiyi cavab komissiyanın üzvləri tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir). Həmin qaydanın 4.6-cı bəndinə görə müsahibənin nəticəsinə görə hər bir meyar üzrə (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bilik səviyyəsi üzrə meyar, dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə meyar) ən azı 15 bal toplamış əcnəbi müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Sözügedən şəxs dövlət dili ilə bağlı biliyin yoxlanılması üzrə 15 bal toplamış, lakin, digər meyar (əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bilik səviyyəsi) üzrə 2 bal toplaya bilmişdir. Bu da adıçəkilən qaydanın 4.6-cı bəndinə görə əcnəbinin müsahibədən keçməməsi hesab olunur. Miqrasiya Məcəlləsinin 55.0.10-cu maddəsini görə Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə müvafiq icra hakimiyyəti orqanı (Dövlət Miqrasiya Xidməti) tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir, müddət uzadılmır, əvvəl verilmiş icazə isə ləğv edilir. Qüvvədə olan qanunvericiliyə əsasən miqrasiya proseslərinin idarə edilməsi, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi və bu statusun müddətinin uzadılması barədə vəsatətlərin əsaslı olubolmadığının qiymətləndirilməsi Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə aid edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının sözügedən müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılaraq, müvafiq qərar qəbul edilmiş və həmin qərar nəticəsində onun hüquqları, qanunla qorunan maraqları pozulmamış, hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);... 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Tərəflərin iştirakı və izahatları:
5. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Faktiki hallar və sübutlar:
51№7627589 nömrəli pasportdan görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. AZ-İİ seriyalı 058153 nömrəli “Nikah haqqında Şəhadətnamə”yə əsasən X4 ilə İddiaçı Rahib qızı xx.xx.2015-ci ildə nikahlarını bağlamışlar. Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, 14 avqust 2024-cü il tarixli “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” Qərarına əsasən, Rusiya Federasiyası vətəndaşı Adigezalova Ramiləyə daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılması barədə 19 iyul 2024-cü il tarixli 279307/m nömrəli müraciətinin təmin edilməməsi qərara alınmışdır. Dövlət Miqrasiya Xidməti X1 Baş İdarəsinin iddiaçıya ünvanlandığı 04/10600/di nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, müraciətinə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.10-cu maddəsinə əsasən imtina edilmişdir. Cavabdeh tərəfindən inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir.
Məhkəmənin mövqeyi.
6. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsaslı hesab edir:
7. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir.
8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən:
Maddə 44. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilən icazə və bunu təsdiq edən sənəd
44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. Maddə 45. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) hallar
45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir: 45.1.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; 45.1.2. ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda; 45.1.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda; 45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda; 45.1.4. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda; 45.1.4-1. bu Məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda; 45.1.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda; 45.1.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda; 45.1.7-1. bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci, 64.0.17-ci, 64.0.18-ci və 64.0.19-cu maddələrində nəzərdə tutulan hallarda; 45.1.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;… Maddə 46. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər 46.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır); 46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün); 46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi; 46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti; 46.1.7. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti; 46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Maddə 55. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar 55.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.10. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə;
9. İşin faktiki hallarına əsasən, iddiaçı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 46-cı maddəsində göstərilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa dair icazə müddətinin uzadılması üçün tələb olunan sənədləri cavabdehə təqdim etsə də, cavabdeh inzibati icraat zamanı aşardırılma nəticəsində həmin Məcəllənin 55.0.10-cu maddəsini rəhbər tutaraq müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə məlumat qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçıya təqdim edilsə də, iddiaçı üzürlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmiş, cavabdehin qərarının əsassız qəbul edilməsi barədə halları (Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilməsi) məhkəmənin diqqətinə çatdırmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq müraciətin təmin olunmasından imtina etmiş və bu barədə inzibati akt (qərar) qəbul etmişdir. Beləliklə, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin artırılması barədə cavabdehin imtinası qanunsuz hesab edilə bilməz.
10. Yuxarıda göstərilənlərə əsasən iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən (müddətinin uzadılmasından) cavabdeh tərəfindən qаnuni əsаslаrlа imtinа оlunaraq bu haqda əsaslı qərar çıxarıldığından, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. Maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
13. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli iddiaçının Azərbyacan Respublikasında daimi yaşamaq üçün icazə müddətinin uzadılmasından imtina edilməsi barədə qərarının ləğv edilməsi barədə iddia tələbi rədd еdilməlidir.
14. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
NƏTİCƏVİ HİSSƏ
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 58-ci, 68-ci, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRАRА АLDİ:
İddiа tələbi rədd еdilsin. Qərаrdаn оnu аldıqdаn 30 gün müddətində Bаkı İnzibаti Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 1аkim Miminat Hacıbəyova