Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3032/2021 05.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7, üçüncü şəxs X8 nümayəndəsi və vəkili X2, üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X14, X15 və Dosti-zadə Ceyhun Oqtay oğlu) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 məxsus Türkan bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 515/3 nömrəli bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə tərəfindən X14, X15 və Dosti-zadə Ceyhun Oqtay oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Türkan bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 515/3 nömrəli bağ sahəsinə X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə arayışın və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən verilmiş 30 oktyabr 2015-ci il tarixli 3081 nömrəli arxiv arayışına əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən 163 nömrəli Türkan bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiqlənmiş və həmin siyahıda X1 üzvləri sırasında qeyd edilmişdir. Eyni zamanda, həmin qərara əsasən X10 Türkan bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 515/3 nömrəli bağın ayrılmasına dair 13 nömrəli Order verilmişdir. Həmin torpaq sahəsi hasarlanmış və üzərində hər hansı tikinti işləri aparılmamışdır. 22 may 2010-cu ildə X13 vəfat etmiş və 41 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır. 29 noyabr 2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı vərəsə qismində tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən İddiaçı vəfat etmiş Cəbrayılova Aidənin qanun üzrə vərəsəsi qismində onun mülkiyyət hüquqlarının qorunmasını təmin etmək hüququna malikdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan sənədlər əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 515/3 nömrəli bağ sahəsi üzərində X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 23 iyul 2020-ci il tarixində cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən əsassız olaraq imtina edilmiş və bildirilmişdir ki, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından müraciət edilən bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi qeyri-mümkündür. Torpaq sahələrinin, o cümlədən bağ sahələrinin naturada dəqiq yerləşməsini müəyyən edən qurum Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti olduğundan yenidən Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə Türkan bağ massivi ünvanında yerləşən 515/3 nömrəli bağ sahəsinin naturada dəqiq yerinin müəyyən edilməsi ilə bağlı müraciət edildi. Lakin yenə də cavab Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilərək 03 noyabr 2020-ci il tarixli məktubla bildirildi ki, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından müraciət edilən bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi qeyrimümkündür. “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilərək arxivlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini nəzərə alaraq, Türkan bağ massivi ünvanında yerləşən 515/3 nömrəli bağ sahəsinə dair Torpaq planı və ölçüsü adlı sənədin arxivdən çıxarılaraq təqdim edilməsinə dair 20 oktyabr 2020-ci il tarixində müraciət edilmiş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 06 noyabr 2020-ci il tarixli məktubla belə bir sənədin arxivdə aşkar edilmədiyi barədə iddiaçıya məlumat verilmişdir. Cavabdehin imtinası əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq X5 Türkan bağ massivi ünvanında yerləşən 515/3 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi üçün müvafiq order və kooperativ üzvlərinin siyahısı barədə iclas protokolundan çıxarış təqdim edilsə də, cavabdeh tərəfindən əsassız olaraq qeydiyyatdan imtina edilmişdir. Eyni zamanda hüquqların qeydiyyatından yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina edə bilər. Buna baxmayaraq, cavabdeh adıçəkilən Qanunun 15-ci maddəsinə istinad etmədən, sadəcə bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsinin qeyri-mümkün olması səbəbindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina etmişdir. Bu da onu göstərir ki, inzibati orqan kimi cavabdeh öz vəzifələrinin yerinə yetirilməsindən qanunsuz olaraq imtina etmiş və inzibati akt qismində çıxarışın əldə edilməsi mümkünsüz olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 nümayəndəsi və vəkili X11 izahatında bildirdi ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Təhmin Abbasovun torpaq sahəsi ilə üst-üstə düşmür. Bu səbəbdən də iddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 izahatında bildirdi ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun torpaq sahəsi ilə üst-üstə düşmür. Bu səbəbdən də iddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş Bakı şəhər X21 İcraiyyə Komitəsinin «Bağ tikinti kooperatilərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi barədə (Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin yanında bağ təsərrüfatı məsələlərinin araşdırılması üçün komissiyanın 23.03.1990-cı il tarixli 16 nömrəli protokolu)» 27.03.1990-cı il tarixli 1/44 nömrəli qərarından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bağ tikinti kooperativlərinin tərkibinin (əlavə № 1-10) … 163 nömrəli BTK - 22 nəfər, təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayrılması qərara alınmışdır. Həmin qərara 4 №-li əlavədə 163 №li Türkan bağ-tikinti kooperativi üzlərinin siyahısı qeyd olunmuşdur və həmin siyahıda 13cü sırada X13 göstərilmişdir. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan bağlar sahəsindəki 163 nömrəli kooperativ tərəfindən verilmiş 13 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 Bakı şəhər İcraiyyə Komitəsinin 27.03.1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən Türkan bağlar sahəsində 163 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 515/3 №-li bağ ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.02.2021-ci il tarixli məktubda qeyd edilir: X10 163 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 0.12 hektardan ibarət olan 515/3 saylı bağ sahəsinə dair sənəd, həmçinin təqdim edilən 13 nömrəli order idarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.05.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər X21 İcraiyyə Komitəsinin «Bağ tikinti kooperatilərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi barədə (Birlik üzrə bağ sahələrinin məsələlərinin baxılmasına dair komissiyanın yığıncağının 23 mart 1990-cı il 16 nömrəli protokolu)» 27.03.1990-cı il tarixli 1/44 nömrəli qərarının təsdiq edilmiş təsdiq edilmiş surətindən görünür ki, 160 №-li BTK - 22 nəfər, 161 №-li BTK - 13 nəfər, 162 №-li BTK - 33 nəfər, 163 №-li BTK - 22 nəfər, 164 №-li BTK - 24 nəfər, 165 №-li BTK - 27 nəfər, 166 №-li BTK - 13 nəfər, 167 №-li BTK - 22 nəfər, 168 №-li BTK - 12 nəfər, 169 №-li BTK - 17 nəfər olmaqla bağ tikinti kooperativlərinin tərkibi göstərilən sayda təsdiq edilmişdir. Həmin məktuba əlavə edilmiş qeyd olunan qərara 4 №-li əlavə - 163 №-li Türkan bağtikinti kooperativi üzlərinin siyahısında 13-cü sırada X13 göstərilmişdir. Həmin məktuba əlavə edilmiş 163 №-li BTK-nın bağ sahələrinin Türkan massivində yerləşmə planında 515/3 nömrəli bağ sahəsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15.09.2020-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 515/3 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 23.07.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, ümumi ərazidə hasarlanma işlərinin bağların bölgüsünə dair sxematik xəritəsinə uyğun aparılmamasından bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi tərəfimizdən mümkün olmamışdır. Həmçinin, göstərilən əraziyə digər şəxsin müraciəti mövcuddur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci i! tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış 03.11.2020-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 515/3 saylı bağ sahəsinin naturada tanıdılması barədə müraciətə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, ümumi ərazidə hasarlanma işlərinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamasından bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış 06.11.2020-ci il tarixli məktubda qeyd edilir: X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 515/3 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin təqdim edilməsinə dair 20.10.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Cəlilova (Cəbrayılova) Aidə Bəhmən qızının adına 13 nömrəli order əsasında ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 515/3 saylı bağ sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədi İdarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 03.06.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 418790 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 22.05.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.06.2010-cu il tarixdə 289 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 05.12.1985-ci ildə verilmiş Xİ-JQ seriyalı 339664 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Şamxor rayonunda doğulmuşdur, atası X18, anası isə X12r. İş materiallarında olan Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən 29.11.2010-cu il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 22.05.2010-cu ildə vəfat etmiş X5 vərəsəsidir (reyestr 2V-119, vərəsəlik işinin nömrəsi V/ 41-08.06.2010). İş materiallarında olan Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış 28.10.2019-cu il tarixli məktubda qeyd olunur: Bildirirəm ki, 22 may 2010-cu ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 41 saylı notariat kontoruna İddiaçı tərəfindən müraciət edilmişdir. X6 vəfat etməsi ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında 08 iyun 2010-cu il tarixdə tərəfimizdən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Dövlət qeydiyyatından keçməmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar sahəsində yerləşən, 0.12 hektar torpaq sahəsinə və 515/3 saylı bağ evinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verməyinizi xahiş edirik. Eyni zamanda həmin torpaq sahəsinin və bağ evinin üzərində yüklülüyün olub-olmaması barədə məlumat verməyinizi xahiş edirik. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər X21 İcraiyyə Komitəsinin «Bağ tikinti kooperatilərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi barədə (Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin yanında bağ təsərrüfatı məsələlərinin araşdırılması üçün komissiyanın 23.03.1990-cı il tarixli 16 nömrəli protokolu)» 27.03.1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən bağ tikinti kooperativlərinin tərkibinin (əlavə № 1-10) … 163 nömrəli BTK - 22 nəfər, təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayrılması qərara alınmışdır. Həmin qərara 4 №-li əlavədə 163 №-li Türkan bağtikinti kooperativi üzlərinin siyahısı qeyd olunmuşdur və həmin siyahıda 13-cü sırada X13 göstərilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan bağlar sahəsindəki 163 nömrəli kooperativ tərəfindən verilmiş 13 nömrəli orderə əsasən X10 Bakı şəhər İcraiyyə Komitəsinin 27.03.1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən Türkan bağlar sahəsində 163 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 515/3 №-li bağ ayrılmışdır. X13 iddiaçının anasıdır və o, 22.05.2010-cu ildə vəfat etmişdir, Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən 29.11.2010-cu il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı onun vərəsəsidir. Göründüyü kimi, iddiaçının mərhum anası qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olmuşdur. Qeyd olunan qərar, bağ-tikinti kooperativi üzlərinin siyahısı və order «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 17.05.2021-ci il tarixli məktubla Bakı şəhər X21 İcraiyyə Komitəsinin «Bağ tikinti kooperatilərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi barədə (Birlik üzrə bağ sahələrinin məsələlərinin baxılmasına dair komissiyanın yığıncağının 23 mart 1990-cı il 16 nömrəli protokolu)» 27.03.1990-cı il tarixli 1/44 nömrəli qərarının, qeyd olunan qərara 4 №-li əlavənin (163 №-li Türkan bağtikinti kooperativi üzlərinin siyahısında 13-cü sırada X13 göstərilmişdir) və 163 №-li BTKnın bağ sahələrinin Türkan massivində yerləşmə planının (mübahisələndirilən 515/3 nömrəli bağ sahəsi də həmin yerləşmə planında göstərilmişdir) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin (qərar, bağtikinti kooperativi üzlərinin siyahısı, order) həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Qeyd olunan sənədlər, eləcə də 163 №-li BTK-nın bağ sahələrinin Türkan massivində yerləşmə planı cavabdeh orqanda mövcuddur və bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aiddir. Həmçinin cavabdeh mübahisələndirilən torpaq sahəsinə digər şəxslərin müraciətlərinin olmasını, habelə həmin torpaq sahəsinin digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan 515/3 nömrəli bağ sahəsinə X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3032/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3032/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver