Məhkəmə qərarları › İş №2-1(112)-3033/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3033/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3033/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil Nəsir oğlunun, Cavabdehin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsitələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X8 X2 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 təqvim gününün qanunla müəyyən edilmiş qaydada əmək stajına daxil edilməsi və 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1961-ci il tarixdə Kürdəmir rayonunun Carlı kəndində anadan olmuş və Kürdəmir rayonunun Carlı kəndində pasport qeydiyyatındadır. O, xx.xx.1978-ci ildən hal-hazıra kimi Geologiya Nazirliyinin X8 X2 Şöbəsində sürücü, fəhlə, qazmaçı, Geogiziki və X5 Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində maşinist, gözətçi, fəhlə, yardımçı fəhlə vəzifələrində işləmişdir. Onun xx xxxxxx 2006-cı il tarixədək ümumi iş stajı 25 il 6 ay 17 gün, xx xxxxxx 2006-cı il tarixədək güzəştli işlərdə iş stajı isə 12 il 11 ay 28 gündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyindən və xx xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli. 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmasına görə xx.xx.2019-cu il tarixdə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********3 saylı məktubla ona cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş NT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. O, 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 gün iş stajı ilə bağlı Kürdəmir rayon Dövlət Arxivindən verilmiş xx.xx.2019-cu il tarixli,155 nömrəli arxiv arayışına əsasən həmin işlədiyi 3 ay 23 günün iş stajına daxil edilərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı təkrarən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun X15 İdarəsinə müraciət etmişdir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun X15 İdarəsi tərəfindən xx.xx.2019- cu il tarixli, **********0 saylı məktubla ona həmin İdarə tərəfindən xx.xx.2019-cu il tarixli, **********3 saylı məktubla verilmiş cavabda göstərilmiş eyni məzmunlu cavab verilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və əsassızdır. Belə ki, o, xx.xx.1978-ci il tarixli, 121 saylı əmrə əsasən Geologiya Nazirliyinin X8 X3 Şöbəsinin 14 saylı seysimik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1979-cu il tarixli 2-K saylı əmrə əsasən işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixli, 214 saylı əmrə əsasən Geologiya Nazirliyinin X8 X3 Şöbəsinin seysimik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, hərbi xidmətə çağrılması ilə əlaqədar olaraq xx.xx.1979-cu il tarixli 223-K saylı əmrə əsasən işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1981 -ci il tarixinə kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bunu onun hərbi bileti də təsdiq edir. xx.xx.1982-ci il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X8 X3 şöbəsinin seysimik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1982-ci il tarixli 376 saylı əmrə əsasən Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Bunu Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli,SC) CAR**********80020123X00004 nömrəli arxiv arayışı təsdiq edir. xx.xx.1983-cü il tarixli, 19-K saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X8 X3 Şöbəsinin 2 saylı seysimik partiyasına fəhlə vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1983-cü il tarixli 65-A saylı əmrə əsasən sürücü vəzifəsinə keçmiş, xx.xx.1985-ci il tarixli 3-K saylı əmrə əsasən Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixli, 44-K saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X6 X2 Şöbəsinin 2 saylı seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1985-ci il tarixli, 152-K saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixli 3-K saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X8 X3 Şöbəsinin 2 saylı seysimik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1986-cı il tarixli 51-K saylı əmrə əsasən Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda 113 gün,yəni 3 ay 23 gün müddətində kolxozçu kimi işləmişdir. Bunu Kürdəmir rayon Dövlət Arxivindən verilmiş xx.xx.2019-cu il tarixli, 155 nömrəli arxiv arayışı təsdiq edir. xx.xx.1986-cı il tarixli 121-K saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X8 X3 Şöbəsinin 14 saylı seysimik partiyasına mövsümü işlərə qazmaçı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1986-cı il tarixli 193-K saylı əmrə əsasən çöl işlərinin bitməsinə görə işdən azad edilmişdir. xx.xx.1987-ci il tarixli 30-K saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X8 X3 Şöbəsinin 2 saylı seysimik partiyasına mövsümü işlərə qazmaçı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1989-cu il tarixli 46-K saylı əmrə əsasən işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixli 51-K saylı əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X8 X3 Şöbəsinin 2 saylı seysimik partiyasına mövsümü işlərə 3-cü dərəcəli qazmaçı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2006-cı il tarixli 18-K saylı əmrə əsasən Geofizika və Geologiya idarəsinin X11 1 saylı Təcrübi metodiq seysmik kəşfiyat dəstəsinə 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixli 40-K saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad olunmuşdur. xx.xx.2010-cu il tarixli 128-K saylı əmrə əsasən Geofizika və X5 X7 İdarəsinin Mühəndisi geoloji ekspedisiyasının müfəssəl X17 üzrə kəşfiyat partiyasına neft və qaz üzrə qazma qurğusunun 6-cı dərəcəli maşinisti vəzifəsinə işə qəbul olmuş, xx.xx.2012-ci il tarixli 372-K saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad olunmuşdur. xx.xx.2012-ci il tarixli 90-K saylı əmrə əsasən Geofizika və X5 mühəndis axtarış ekspedisiyasının müfəssəl X17 üzrə neft və qaz üzrə qazma qurğusunun 5-ci dərəcəli maşinisti vəzifəsinə işə qəbul olmuş, xx.xx.2015-ci il tarixli SOCAR\15-1200-02\13-000239 saylı əmrə əsasən 4-cü dərəcəli gözətçi, xx.xx.2015-cı il tarixli SOCAR\15-1200-02Vİ3-000324 saylı əmrə əsasən Kompleks mühəndisi axtarış istehsalat bölümünün müfəssəl X17 üzrə kəşfiyyat partiyasına 5-ci dərəcəli qazma qurğusunun maşinisti, xx.xx.2016-ci il tarixli B00039 saylı əmrə əsasən istehsalat xidmət bazasına 4-cü dərəcəli yardımçı fəhlə,xx.xx.2016-cı il tarixli B000171 saylı əmrə əsasən X17 Ekspedisiyasının mühəndisi geoloji tədqiqat partiyasının qazma qurğusuna 5-ci dərəcəli maşinist,xx.xx.2017-ci il tarixli 20 B00012 saylı əmrə əsasən yardımçı fəhlə, xx.xx.2017- ci il tarixli 20B000187 saylı əmrə əsasən mühəndis geoloji qazma ekspedisiyasının mühəndisi geoloji tədqiqat partiyasının qazma qurğusuna maşinist, xx.xx.2017-ci il tarixli 20B00616 saylı əmrə əsasən 4-cü dərəcəli yardımçı fəthlə, xx.xx.2018-ci il tarixli 20B00060 saylı əmrə əsasən X17 Ekspediyasının Mühəndisi geoloji tədqiqat partiyasının qazma qurğusuna 5-ci dərəcəli maşinist vəzifəsinə keçmiş və hazırda da işləyir. O, güzəştli işlərdə,yəni çol işlərində 1986-cı ildə 3 ay 10 gün,1987-ci ildə 8 ay 8 gün, 1988-ci ildə 7 ay 5 gün, 1989-ci ildə 8 ay 11 gün, 1990-cı ildə 7 ay 1 gün, 1991 -ci ildə 9 ay 28 gün, 1992-ci ildə 8 ay 2 gün, 1993-cü ildə 8 ay 16 gün, 1994-cü ildə 9 ay 16 gün, 1995-ci ildə 5 ay 7 gün, 1996-cı ildə 8 ay 28 gün, 1997-ci ildə 6 ay 23 gün, 1998-ci ildə 10 ay 0 gün, 1999-cu ildə 8 ay 6 gün,2000-ci ildə 6 ay 15 gün, 2001 -ci ildə 8 ay 25 gün, 2002-ci ildə 9 ay 6 gün, 2003-cü ildə 8 ay 1 gün, 2004-cü ildə 6 ay 3 gün,2005-ci ildə 7 ay 27 gün işləməklə x xxxxxx 2006-cı il tarixədək cəmi 12 il 11 ay 28 gün iş stajı vardır. Onun, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X8 X3 şöbəsinin seysimik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 6 ay iş stajı və 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 gün iş stajı NT-İ № ******* nömrəli əmək kitabçada işəgötürənlərin günahı ucbatından qeyd ədilməmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X8 X3 şöbəsinin seysimik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 3 ay 23 gün iş stajı Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli,SOCAR**********80020123X00004 nömrəli arxiv arayışla, 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 gün iş stajı isə Kürdəmir rayon Dövlət Arxivindən verilmiş xx.xx.2019-cu il tarixli, 155 nömrəli arxiv arayışla təsdiq edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, həmin sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, xx.xx.2006-cı il tarixədək iddiaçının topladığı ümumi iş stajı da 25 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən ümumi iş stajı olan 25 ili tamamlamamışdır. Bu mənada, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Eləcə də, iddiaçı tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasını təsdiq edən arayışlar təqdim edilməmişdir. Göstərilən səbəblərdən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığından, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Kürdəmir rayonu, Carlı kəndində anadan olmuş, Kürdəmir rayonu, Carlı kəndində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdə əmək fəaliyyətinə başlamış, hal-hazıradək müxtəlif peşələrdə işləyir. İşdə olan НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İşdə olan SOCAR Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, SOCAR**********80020123X00004 nömrəli arayışın surətindən görünür ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər cəmi iş stajı 36 il 04 ay 3 gün, cəmi güzəştli çöl iş stajı (1986-2008-ci illər üzrə) 14 il 11 ay 6 gün təşkil edir. İşdə olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmmiş xx xxxxxx 2019-cu il tarixli, 155 nömrəli arxiv arayışdan görünür ki, Kürdəmir rayonu Carlı kəndində qeydiyyatda olan İddiaçı 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda işləyərək natura dəyəri ilə birlikdə əmək haqqı qazanmışdır. Vəzifəsi kolxozçu, illik müəyyən edilmiş minimum adam günü 200, il ərzində işlənmiş adam günlərinin miqdarı 112, əmək haqqı 430 qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraicətinə cavab olaraq verilmiş xx xxxxxx 2018-ci il tairxli, **********0 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun xx xxxxxx 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının olmadığına istinad edilərək imtina edilmişdir. Halbuki ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi bilet, arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüddür. Onun xx.xx.2018-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının xx.xx.2006cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi xx xxxxxx 1997-ci ildən başlayaraq xx xxxxxx 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X14 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X8 X2 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 təqvim gününün qanunla müəyyən edilmiş qaydada əmək stajına daxil edilməsi və 57 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiya təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X15 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar