Məhkəmə qərarları › İş №2-1(112)-3035/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3035/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3035/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətə qəbul olunma barədə qərar qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Hərbi Məhkəməsinin 02 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələrinə əsasən cinayət məsuliyyətinin üzərindən götürülməsi və yenidən həqiqi hərbi xidmətə qəbul olunması barədə hərbi xidmətə qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəsinə ünvanladığı ərizəyə (yenidən həqiqi hərbi xidmətə qəbul olunması barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Gəncə Hərbi Məhkəməsinin 2 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3 və 333.4 -cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzlanmasından imtina edilir. Qeyd olunanları nəzərə alaraq onun yenidən həqiqi hərbi xidmətə qəbul olunması barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməməsi barədə xx.xx.2022-ci il tarixli, 1/M-5314 nömrəli məktub göndərilmişdir. İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2020-ci il tarixə kimi hərbi sıralarında xidmət keçmişdir. 952-ci ZRB tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 0116 N-li əmrinə əsasən 952-ci zenit raket briqadası tam tərkibdə döyüş əməliyyatlarına cəlb edilmişdir. Sonda məlum səbəblərdən hərbi hissə sıralarından çıxarılmışdır. Məhkumluğu yoxdur. O, hərbi sıralarına qayıtmaq arzusundadır. Bunun üçün aidiyyəti qurumlara müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir, peşəsini çox sevir. Ümid edir ki, məhkəmə yolu ilə hərbi sıralarına qayıdıb vəzifələrini layiqincə və qüsursuz yerinə yetirsin. Odur ki, bu günə kimi aidiyyatı qurumlara etdiyi müraciətləri müsbət həllini tapmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Daha sonra iddiaçı iddia tələbini yenidən həqiqi hərbi xidmətə qəbul olunma haqqında qərar qəbul edilməsi kimi dəyişdirmişdir. Məhkəmənin 13 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia tələbi iddiaçının yenidən həqiqi hərbi xidmətə qəbul olunma haqqında qərar qəbul edilməsi kimi dəyişdirilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 2 avqust 2016-cı il il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələrinə əsasən cinayət məsulliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Əlavə olaraq bildirilir ki, ərizə komanda üzrə məruzə edilmiş və qeyd olunanları nəzərə alaraq iddiaçının yenidən həqiqi hərbi xidmətə qəbul olunması barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 030 nömrəli xx.xx.2017-cı il tarixli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyyatda olan baş-leytenant İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2017-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinində xidmət etmişdir. O, xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. İxtisasına uyğun bilik və hazırlıq səviyyəsi kafidir, işinə tənqidi və yaradıcılıqla yanaşma qabilliyyətinə malik deyil. Xidmət yerinə gecikmə, xidməti yerini özbaşına tərk etmə, vəzifə borcunun icrasına səhlənkar yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Səliqəsizdir, dözümsüzdür, ünsiyyət bacarığına malik deyil. Buna görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu olduğu müddət ərzində qanunvericiliklə (Hərbi xidmətkeçmə haqqında Əsasnamə ilə) üzərinə qoyulmuş vəzifə və öhdəliklərini yerinə yetirməmiş, onun şəxsi və peşə keyfiyyətləri hərbi xidmətini davam etdirməsi üçün kifayət deyildir. Bu səbəbdən də, xidməti və şəxsi keyfiyyətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətini davam etməsinə imkan verməyən iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyyata buraxılması qanuni olmuşdur. xx.xx.1994-cü il tarixli 885 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (intizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Təbiidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrların komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə nazirinin hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyata buraxmaq diskrison səlahiyyətə sahibdir. Bütün göstərilənləri nəzərə alaraq Müdafiə Nazirinin əmri ləğv edilərək İddiaçı xidməti bərpası ün deyil. Həmçinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin sərh .. nəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində göstərilib kı, məhkəmə tərəfindən iddia müddəti mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bununla əlaqədar bildirilir ki, İddiaçı Nadır oglu xx.xx.2017-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Buradan görünür ki, 5 ildən artıq müddət əvvəl olan münasibətlərdən yaranan mübahisə barədə iddiaçı məlumatlı olmuşdur. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir. Belə ki, uzun müddət zaman kəsiyinin keçməsi tərəflərin bərabər şəkildə mövqeylərinin müdafiəsini mümkünsüz etmiş olur. Belə olan halda barəsində inzibati aktın qəbul edilməsindən iddiaçının xəbərdar olmaması mümkün deyildir. Mübahisələndirmə haqqında iddia ərizəsinin məhkəməyə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin iddiaçı tərəfindən buraxılmasına görə Azərbaycan Respublikası İPM-nin 38.2., Mülki Məcəlləsinin 375.2-ci-maddələrini rəhbər tutaraq, cavabdeh iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfindən bildirilmişdir ki, Daxili İşlər Nazirliyininin Mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən 18 avqust 1990-cı il tarixdə Qubadlı rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur.

7. İş materiallarında olan hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.2017-ci il həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

8. İş materiallarına olan müharibə veteranı vəsiqəsinin surətinə əsasən iddiaçıya 10 may 2022-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Gəncə Hərbi Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı Nadır oğlu Məhkəmənin 12 iyul 2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü və 333.4-cü maddələri ilə təqsirli bilinib. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti otaraq 3 (üç) il müddətə azadlıqdan mərhurnetmə cəzasına məhkum edilmiş və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə ləyin olunmuş cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Təyin olunmuş sınaq müddəti 03 avqust 2017-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Odur ki, hazırki iş üzrə İddiaçı məhkumluğu ödənilmiş hesab olunur.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. İddiaçı vaxtilə Azərbaycan Respublikası Müdafiə nazirinin 030 nömrəli xx.xx.2017-cı il tarixli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, lakin həmin əmri mübahisələndirmir, yenidən hərbi qulluqçu kimi xidmətə qəbul olunmağı tələb edir.

12. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir.

13. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”ndan:

2. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları 2.1. Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. 2.3. Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin təşkilati-ştat strukturu üzrə vakant vəzifələr olduğu hallarda qəbul edilirlər. 2.4. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslər fiziki hazırlıqlı, mənəvipsixoloji cəhətdən sağlam, hərbi xidmət keçəcəyi ixtisas üzrə bilikli və ən azı ümumi orta təhsilli olmalıdırlar. 3.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətinə, Azərbaycan Respublikasının Strateji X3 Agentliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. 3.9. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir: 3.9.1. ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəlikləri olduqda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla); 3.9.2. məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə;

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının məhkumluğu ödənilmiş olsa da, vaxtilə hərbi xidmət əleyhinə cinayət törətmişdir (Məmmədov X4 Hərbi Məhkəməsinin 12 iyul 2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü və 333.4-cü maddələri ilə təqsirli bilinib) və həmin hal bağlaşmanın imzalanmasından imtina əsası kimi nəzərdə tutulmuşdur.

17. İddiaçı hesab edir ki, o, Vətən müharibəsi zamanı xidmətə cəlb edildiyindən və müharibə veteranı adı və vəsiqəsi verildiyindən onunla yenidən bağlaşma imzalanmalıdır. Məhkəmə qeyd edir ki, o, müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəticəsində qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlardan istifadə edir, lakin qeyd edilən hal onunla müstəsna qaydada bağlaşma imzalanması üçün əsas kimi nəzərdə tutulmamışdır. Bununla əlaqədar, məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.

18. İnzibati Prosessual Məcəllədən: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

19. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

20. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

22. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar