Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3037/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ad, soyad və ata adının İddiaçı qeyd olunmaqla doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, doğum yerinin Lənkəran şəhəri göstərilməklə ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 20.08.1983-cü ildə Lənkəran şəhərində doğulmuşdur, lakin doğum haqqında şəhadətnaməsində doğum yeri Bakı şəhəri göstərilmişdir. Buna görə də şəxsiyyət vəsiqəsi ala bilmir. Lakin doğum haqqında akt qeydində doğum yeri Lənkəran şəhəri göstərilmişdir. O, doğum haqqında şəhadətnaməsini itirmişdir, hazırda onda surəti vardır. O, Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* saylı qərarına əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti də tanınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, o, İddiaçı bacısıdır. Məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Tərlan doğum haqqında şəhadətnaməsini itirmişdir, lakin şəhadətnamənin surəti vardır. Tahir şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmiş, lakin doğum yeri sənədlərdə fərqli göstərildiyi üçün ona şəxsiyyət vəsiqəsi verilməsindən imtina edilmişdir. Tərlanın doğum yeri Lənkəran şəhəridir. Lakin doğum haqqında şəhadətnaməsində səhvən Bakı şəhəri yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, o, İddiaçı xalasının kürəkənidir. Məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Tahir şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmiş, lakin doğum yeri sənədlərdə fərqli göstərildiyi üçün ona şəxsiyyət vəsiqəsi verilməsindən imtina edilmişdir. Tərlanın doğum yeri Lənkəran şəhəridir. Lakin doğum haqqında şəhadətnaməsində səhvən Bakı şəhəri yazılmışdır. Tərlan doğum haqqında şəhadətnaməsini itirmişdir, onda olan şəhadətnamənin surətidir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirdi ki, İddiaçı ailəvi tanışlarıdır. Məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edirlər. Tərlanın doğum yeri Lənkəran şəhəridir. Lakin doğum haqqında şəhadətnaməsində səhvən Bakı şəhəri yazılmışdır. Ona görə də ona şəxsiyyət vəsiqəsi verilməmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 29.09.2021-ci il tarixli, 05/76-957/15 saylı məktubda qeyd olunur: Sizin doğum haqqında təkrar şəhadətnaməsinin istənilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətinizə baxılmışdır. «Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsasən bildiririk ki, şəxsiyyəti təsdiq edən sənədi təqdim etmədiyiniz üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsi imkanımız xaricindədir. Yasamal rayon qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 15523050 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 19.08.1961-ci ildə Lənkəran şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11.01.2022-ci il tarixli 018-549-1222 saylı məktubda qeyd edilir: 21.03.1959-cu il təvəllüdlü X7 ilk dəfə 12.11.2008-ci il tarixdə Abşeron Rayon Polis İdarəsi tərəfindən ünvan 2 ünvanı üzrə sənədləşdirilərək AZE-06876480 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.11.2021-ci il tarixli 05/76-4437/13 saylı məktubdan görünür ki, Yadigarov X8 ölümü “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlanılmış və heç bir məlumat aşkar edilməmişdir. Həmin məktubla məhkəməyə təqdim edilmiş 27.09.1983-cü il tarixli 3398 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (akt qeydində rus dilində «X19 oq.» yazılmışdır) 20.08.1983-cü ildə Lənkəran şəhərində anadan olmuşdur (doğumu təsdiq edən sənəd - Lənkəran şəhər doğum evinin arayışı), atası X11, milliyyəti azərbaycanlı, anası isə X1, milliyyəti azərbaycanlı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 28.11.1998-ci ildə verilmiş XX-JQ seriyalı 462343 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20.08.1983-cü ildə Bakı şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 27.09.1983-cü ildə 3398 nömrə ilə qeyd edilmişdir, atası X11, milliyyəti azərbaycanlı, anası X1, milliyyəti azərbaycanlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 22.11.2021-ci il tarixli 08/A-4141QV saylı məktubla məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X6 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün ərizə ilə müraciət etmişdir, 20 avqust 1983-cü il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 01.09.2021-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 01 sentyabr 2021-ci il tarixli ******* saylı qərarının surətindən görünür ki, 20 avqust 1983-cü il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22.11.2021-ci il tarixli 018-18571-1221 saylı məktubdan görünür ki, 20.08.1983-cü il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatı yoxdur, şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur; 1.12-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir; 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər; 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir; 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər; 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər; 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir; 9.9-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, 27.09.1983-cü il tarixli 3398 saylı doğum haqqında akt qeydində İddiaçı 20.08.1983-cü ildə Lənkəran şəhərində doğulması qeyd edilmişdir, doğumu təsdiq edən sənəd - Lənkəran şəhər doğum evinin arayışı göstərilmişdir. Lakin Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 28.11.1998-ci ildə verilmiş XX-JQ seriyalı 462343 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20.08.1983-cü ildə Bakı şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 27.09.1983-cü ildə 3398 nömrə ilə qeyd edilmişdir. Göründüyü kimi, eyni tarixli və eyni nömrəli doğum akt qeydində iddiaçının doğum yeri Lənkəran şəhəri göstərilmişdir. İddiaçı təkrar şəhadətnamə almaq üçün cavabdehə müraciət etsə də, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Lakin inzibati orqanın istinad etdiyi əsasla təkrar şəhadətnamənin verilməsindən imtina edilməsi halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur, o, doğum haqqında təkrar şəhadətnamə almaq hüququna malikdir. Onun şəxsiyyət vəsiqəsinin olmaması onu doğum haqqında təkrar şəhadətnamə almaq hüququndan məhrum edə bilməz. Eyni zamanda iddiaçıya təkrar doğum haqqında şəhadətnamə verilərkən doğum yeri, o cümlədən bütün məlumatlar doğum akt qeydinə uyğun yazılmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Doğum yeri Lənkəran şəhəri göstərilməklə İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3037/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3037/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver