Məhkəmə qərarları › İş №2-1(112)-3042/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3042/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3042/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi Həmidova Fatimə Rövşən qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Qaradağ rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Qaradağ rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixədək (29 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 5600 rubl 4 qat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmışdır və nəticədə İİ qrup ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 saylı qərarına əsasən bütün Çernobıl əlilləri kimi, oda o vaxt işlədiyi33 №-li Tikinti İdarəsi tərəfindən əmək haqqının dördqat məbləği qədər mükafat almışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 83-cü maddəsinə əsasən həmin dördqat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləği, Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqı sayılır. Ona təyin edilmiş pensiya məbləğinin həmin əlilliyə görə aldığı mükafatlar əsasında əmək haqqına uyğun olaraq hesablanması barədə DSMF-nin Qaradağ rayon şöbəsinə müraciət etmişdir. Lakin onlar ona qeyd olunan qaydada pensiya təyin olunmasından imtina etmişlər.Cavabdeh imtinasında qeyd etmişdir ki, o vaxtı ona ödənilən 5600 rubl pul mükafatı hazırki manatla ifadəsi 1 manat 12 qəpik təşkil edir. Həmin məbləğin isə pensiyaya əlavəsi elə də bir dəyişiklik yarada bilməz.İnzibati orqanın mövqeyi əsassızdır. Belə ki, ona mükafatın verilməsi barədə arayışda texniki səhv olaraq “rubl" sözü əvəzinə “manat" qeyd olunmuşdur.Arayışın məzmununda görünür ki, adıçəkilən pul mükafatı 1992-ci ilin aprel ayında onaödənilmişdir.Halbuki, Azərbaycan Respublikasında “MANAT" pul vahidi kimi 1992-ci ilin avqust ayından tədavülə buraxılmışdır.Bu əsasdan həmin Arayışda qeyd olunan 5600 manat, 5600 rubl kimi qəbul edilməlidir. Hətta cavabdeh inzibati orqan belə öz imtinasında həmin məbləğin rublla ifadə olunmasını qəbul etmişdir.1992-ci ilin aprel ayında ödənilmiş 5600 rubl isə hazırki vəziyyətdə indeksasiya olunduğu zaman, 1,12 manat deyil, daha böyük məbləğ təşkil edir ki, bu da onun pensiya təminatının yaxşılaşdırılmasına xidmət edər.“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununun 31-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququ yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyası təyin olunması üçün müraciət edə bilər.Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununun 27-ci maddəsinin xx.xx.2010-ci il tarixində qüvvədə olan 1-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunan bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun bu Qanunun müddəalarına uyğun şərti çevrilmə aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşir.Bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanununun əsasında pensiya təyin edilirdi.Həmin qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axrıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununun 37.7-ci maddəsinə əsasənkeçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Həmidova Fatimə Rövşən qızı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və X1 Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə), eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajıİddiaçı 32 il əmək stajına görə günümüzdə 241 manat 54 gəpik məbləğində pensiya hesablanıb ödənilir. İmtina cavabında qeyd edildiyi kimi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixinədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə 5600 rubl 4 qat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyasının məbləğinin yenidən hesablanması mümkün deyildir.İddiaçı 32 il əmək stajına görə günümüzdə 241 manat 54 gəpik məbləğində pensiya hesablanıb ödənilir. İmtina cavabında qeyd edildiyi kimi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixinədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə 5600 rubl 4 qat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyasının məbləğinin yenidən hesablanması mümkündeyildir.İddiaçının iddia tələbi tam əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Qaradağ rayon şöbəsi tərəfindən İddiaçıünvanlanmış xx.xx.2019-cu il tarixli **********7 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Qaradağ rayon şöbəsi xx.xx.2019-cu il tarixli ərizənizə cavab olaraq nəzərinizə çatdırır ki, Sizə 2-ci qrup Çernobıl əlili kimi əmək pensiyası 1992-ci il tarixdə təyin edilmişdir.Pensiya təyin edilərkən 32 il sığorta stajı əsas götürülmüşdür.Ərizənizdə göstərdiyiniz 5600 rubl əmək haqqı yeni Azərbaycan manatına çevrildikdə 1.12 manat təşkil edir ki, bu da pensiyanın hesablanmasında əhəmiyyət daşımır. İş materiallarında olan 33 №-li Tİ tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı 1992-ci ili naprel ayında 5600-00 (beş min altı yüz) manat məbləğində Çernobıl qəzasında iştirak etdiyi üçün birdəfəlik yardım almışdır. İş materiallarında olan 003697 nömrəli xx.xx.1994-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı müddətsiz 2-ci qrup əlildir (əlilliyin səbəbi – peşə xəstəliyi ÇAES qəzasının ləğvi ilə əlaqədar). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Qaradağ rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********7 saylı məktubda qeyd olunur: İddiaçı 2 qrup ÇAES əlili kimi 1992-ci ildə DSMF- nun Səbail rayon şöbəsində pensiya təyin edilmişdir. 2014-cü ildə İddiaçı yaşayış yerini dəyişməsi ilə əlaqədar onun uçot vərəqi (pensiya işləri DSMF-nun mərkəzləşdirilmiş arxivində saxlanılır) Səbail rayon şöbəsindən Qaradağ rayon şöbəsinə köçürülmüş və pensiyanın məbləğində heç bir dəyişiklik edilmədən (167.72 manat) pensiyanın ödənişi davam etdirilmişdir. Yəni pensiyanın təyinatı DSMF-nun Səbail rayon şöbəsində aparılmışdır. Pensiya təyin edilərkən təqdim edilən bütün arayışlar nəzərə alınır. İddiaçı pensiyasının məbləği xx.xx.2006-cı il tarixə 46.67 manat təşkil etmişdir. Həmin tarixə pensiyaların ən yüksək məbləği 51 manat təşkil edirdi. İddiaçı iddia etdiyi kimi əgər həmin 5600 rubl pensiya təyinatı zamanı nəzərə alınmamışsa, həmin məbləğ Azərbaycan manatına çevrildikdə 1.12 manat təşkil edir ki, bu da pensiyanın məbləğinin hesablanmasında əhəmiyyət kəsb etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəs itərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan 33 nömrəli Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət X2 Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.1992-ci il tarixdən əlilliyə görə (2-ci qrup ÇAES) əmək pensiyası təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı müddətsiz 2-ci qrup əlildir (əlilliyin səbəbi - peşə xəstəliyi ÇAES qəzasının ləğvi ilə əlaqədar). İddiaçıya xx.xx.1992-ci il tarixdən əlilliyə görə (2-ci qrup ÇAES) əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixədək (29 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 5600 rubl 4 qat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanmasını və yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. İddiaçı həmin tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, 5600 rubl əmək haqqı yeni Azərbaycan manatına çevrildikdə 1.12 manat təşkil edir ki, bu da pensiyanın hesablanmasında əhəmiyyət daşımır. Qeyd olunan imtina məktubundan sonra cavabdeh orqan tərəfindən heç bir tədbir görülməmiş, araşdırma davam etdirilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan məsələyə - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 5600 rubl 4 qat məbləğ indeksasiya edilməklə iddiaçının əmək pensiyası məbləğinin yenidən hesablanması məsələsinə cavabdeh inzibati orqan tərəfindən yenidən baxılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyasının baza, sığorta və yığım hissələrindən ibarət olduğu müəyyən edilmişdir. Həmin Qanunun 26-cı maddəsində “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: - Qanunun 26.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyəmindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir; - Qanunun 26.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. Maddələrin tələblərindən göründüyü kimi, xx xxxxxx 2006-cı il tarixindən əvvəl hesablanmış pensiya məbləğlərinin yenidən hesablanması qaydasına uyğun olaraq onların baza və sığorta hissələrinin müəyyən edilməsi zəruri olmuşdur. Yenidən hesablama aparıldıqda isə, əvvəl hesablanmış pensiya məbləğinin ümumi məbləğinin dəyişdirilmədən saxlanılması bir halda, digər halda isə ümumi məbləği baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının baza hissəsinin məbləğinə bərabər tutulması müəyyən edilmişdir. İstinad edilən maddəyə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxx 2007-ci il tarixli Qanunu ilə dəyişiklik edilərək 26.2-ci maddəsi yeni redaksiyada verilmiş, əvvəlki 26.2-ci maddəsi isə 26.3-cü maddəsi kimi hesab edilmişdir. Aşağıdakı yeni qaydalar müəyyən edilmişdir: - Qanunun 26.2-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: Qanunun 26.2-ci maddəsi 2008-ci il yanvarın 1dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Maddənin məzmunundan göründüyü kimi, xx xxxxxx 2006-cı il tarixinə qədər təyin edilmiş pensiyaların orta aylıq əməkhaqqına məhdudiyyət nəzərə alınmadan yenidən hesablanması müəyyən edilmişdir. Yeni qaydaya görə əməkhaqqının tam məbləği əsas götürülməklə hesablanması və onun xx xxxxxx 2008-ci il tarixindən tətbiq edilməsi nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixli Qanunu qəbul edilmiş və həmin qanunun 8-ci bəndi ilə yuxarıda istinad edilmiş 26.2ci maddə və həmin maddənin «Qeyd» hissəsi çıxarılmış, 26.1 və 26.3-cü maddələr isə dəyişdirilmədən saxlanılmışdır. Qanunvericilikdə aparılmış bu dəyişiklik yalnız onu ehtiva etmişdir ki, 2006-cı il 1 yanvar tarixinə qədər təyin edilmiş pensiya məbləğləri orta aylıq əmək haqqının tam məbləği əsasında hesablanması xx xxxxxx 2008-ci il tarixindən nəzərdə tutulmuş və ümumi məbləğlərin dəyişdirilmədən saxlanılması, yalnız baza və sığorta hissəsi dəyişdikdə isə, onun yalnız artırılması müəyyən olunmuşdur. xx xxxxxxx 2009-cu il tarixli Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə də dəyişikliklər edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsi xx xxxx 2017-ci il tarixinədək olan redaksiyasında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydalarını” tənzimləmişdir. Həmin maddələrin tələbləri xx xxxxxx 2006-cı ilədək pensiya təyin edilməmiş şəxslərə münasibətdə onların pensiya hüquqularının təmin edilməsi üçün zəruri olan əmək stajının, əmək haqqının, sosial sığorta göstəricilərin Qanunun müddəalarına əsasən şərti çevrilməsi qaydalarını tənzimləmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 5600 rubl 4 qat məbləğ indeksasiya edilməklə İddiaçı əmək pensiyası məbləğinin yenidən hesablanması məsələsinə yenidən baxılması cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Qaradağ rayon şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 5600 rubl 4 qat məbləğ indeksasiya edilməklə İddiaçı əmək pensiyası məbləğinin yenidən hesablanması məsələsinə yenidən baxılması cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Qaradağ rayon şöbəsinə həvalə edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar