Məhkəmə qərarları › İş №2-1(112)-3045/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3045/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3045/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil iştirakı ilə (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşüns), İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 22.05.2021-ci ildən təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, orta məktəbi bitirdikdən sonra 24.08.1978-ci başlamış və 25.04.1980-ci ilədək işləmişdir.10.05.1980-ci ildən 28.05.1982ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 24.06.1982-ci ildən 04.06.1999-cu ilədək müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 21.06.1999-cu ildən hal-hazıradək "xxxx" QSC-də zərərli və ağır iş şəraitində işləyir. Həmin müddətdən 21.06.1999-cu ildən 01.07.2005-ci ilədək rəngsaz, 01.07.2005-ci ildən hal-hazıradək (07.10.2021-ci ilədək) üzlükçü-plitəçi peşəsində işləmişdir. Hal-hazıradək (07.10.2021-ci ilədək) ümumi sosial sığorta (əmək) stajı (Ordu sıralarında hərbi xidmətdə olmağı da nəzərə alınmaqla) 42 il 11 ay 04 gündür ki, bunun da 27 il 03 ay 17 günü "xxxx" QSC-də yeraltı işlərdə, zərərli və ağır iş şəraitində (rəngsaz və üzlükçü-plitəçi) işləmişdir. Həmin işlər də “əmək şəraiti zərərli və ağır olan digər işlər” kateqoriyasına aiddir. "xxxx" QSC-də yeraltı işlərdə, zərərli və ağır iş şəraitində olan sığorta stajı 60 yaşı tamam (22.05.2021) olan günədək 26 il 11 ay 02 gün olmuşdur. 22.05.2021-ci ilədək ümumi sığorta stajı isə 42 il 06 ay 19 gün təşkil edir. 60 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün hazırda cavabdeh olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh qanunsuz və əsassız olaraq olaraq ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün lazım olan güzəştli şərtlərlə iş stajının olmaması (12 il 06 ay) əsası ilə imtina etmişdir. İddiaçı cavabdeh orqanın imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 30 avqust 1978-ci il tarixli ******* nömrəli əmək kitabçasında onun 01.07.2005-ci il tarixindən bugünədək “Bakı Metropoliteninin Əsaslı təmir xidmətində üzlükçü-plitəçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (29) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 10 gün (21.06.1999- 07.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nömayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filianın **********2 nömrəli 02.09.2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, təqdim edilən 30.08.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətinə əsasən 01.07.2005-ci il tarixindən bugünədək "xxxx" nin Əsaslı təmir xidmətində üzlükçü-plitəçi vəzifəsində İddiaçı işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (29) bölməsində nəzərdə tutulmamışdır. İddiaçı güzəştli şərtlərlə iş stajını 12 il 6 aydan az (6 il 10 gün (21.06.1999-01.07.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil . Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-ci il təvəllüdlüdür. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı 24.08.1978-ci ildən 24.04.1980 –ci ilədək və 24.06.1982- ci il tarixdən 01.07.1991-ci il tarixədək baxıcı, 09.07.1991-ci ildən 10.02.1995-ci ilədək hopdurucu Azərittifaqın İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində, 10.02.1995-ci ildən 28.08.1998-ci ilədək santexnik çilingəri 2 nömrəli Evlər İdarəsində,02.09.1998-ci ildən 0406.1999-cu ilədək çılingər Müdafiə Nazirliyinin Mənzil İstismar sahəsində, 21.06. 1999-cu ildən 01.07.2005-ci ilədək rənqsaz, 01.07.2005-ci ilədək 01.04.2018-ci ilədək üzlükçü –plitəçi Bakı Metropolenin Əsaslı Təmir Xidmətində, 01.04.2018-ci ildən hal-hazıradək Tunel qurğuların xidmətinin 4 saylı tunel qurğuları distansiyasının Vİİ sahəsində üzlükçü plitəçi peşəsində işləyir. İddiaçının hərbi biletinin surətinə əsasən, iddiaçı 10.05.1980-ci ildən 28.05.1982-ci ilə qədər SSR Silahlı Qüvvələrində müddətli hərbi xidmətdə olmuşdur. "xxxx" QSC-nin 2A|137 nömrəli 27.05.2021-ci il tarixli arayışına əsasən, İddiaçı həqiqətən 21.06.1999-cu il tarixdən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin Əsaslı təmir xidmətində 5-ci dərəcəli rəngsaz, üzlükçü-plitəçi peşələrində çalışmışdır (tuneldə gecə işi, zərərli iş şəraiti ilə 20%). 18.07.2014-cü il tarixindən 01.04.2018-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Əsaslı təmir xidmətində 5-ci dərəcəli üzlükçü-plitəçi peşəsində işləmişdir (tuneldə gecə işi, zərərli iş şəraiti ilə 20%). 01.04.2018-ci il tarixindən Tunel qurğuları xidmətinin 4 saylı tunel qurğuları distansiyasının Vİİ sahəsində 5-ci dərəcəli üzlükçü-plitəçi peşəsində işləyir ( zərərli iş lə 20%). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərara müvafiq olaraq həmin siyahının 29.Bina , qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı,bərpası və təmiri- bəndinə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 18 il 09 ay 19 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə ilə cəhmlər dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. "xxxx" QSC-nin 40- 10/3-1617 nömrəli, 24.12.2021-ci il tarixli iddiaçının vəkili İsmail Abışova ünvanlandığı məktubuna əsasən, İddiaçı xüsusi zərərli əməkşəraitində çalışddığı peşələr üzrə əmək stajı 22 il 06 ay 05 gün (23.12.2021-ci il tarixinə)təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 29. Bina , qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı,bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinina) fəhlələr yarımbəndinə aiddir (mərmərdən üzçəkənlər, lövhələrdən, üzçəkənlər, parlaqdayıcı üzçəkənlər)Belə ki, İddiaçı işlədiyi üzlükçü- plitəçi peçəsinin iş şəraiti və funksiyaları mərmərdən üzçəkənlər, lğvhələrdən üzçəkənlər, parladaqlayıcı üzçəkənlər peşələrinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir. Qeyd: üzlükçü-plitəçi peşəsinin əsas vəzifə və funksiyaları mərmərdən, qranitdən və daş lövhələrdən üzlükdaşlarının qoyulması, üzlüklərin çəkilməsi üçün divar səthinin hazırlanması, üzlüklərin vaxtı vaxtında cilalanması, verilmiş dizayna uyğun təbii və süni üzlük materiallarının düzgün seçilməsi və s. işlərdən ibarətdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə X2 hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında 05.03.2022-ci il tarixli **********5 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 22 il 10 ay 15 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18598,71 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 37452,58 manat pensiya kapitalı qeydə alınmışdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarına əsasən, iddiaçının 22.05.2021-ci il tarixdə 60 yaşı tamam olmuşdur və həmin tarixə fərdi hesabında olan pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. İşdə olan sənədlər ilə iddiaçının 22.05.2021-ci il tarixinə ümumi iş stajının 25 ildən, güzəştli stajının isə "xxxx" QSC-də yeraltı işlərdə, zərərli və ağır iş şəraitində olan iş stajının 12 il 6 aydan çox olması təsdiq edilmişdir. Belə ki, iddiaçının "xxxx" QSC- də işlədiyi rənqsaz və üzlükçü-plitəçi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 29. Bina , qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı,bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndi) fəhlələr yarımbəndində nəzərdə tutulmuş peşələrə uyğundur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu 22.05. 2021-ci il tarixdən təyin etməkdən imtinası qanuni olmamışdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya 22.05.2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdehin imtinası qanunsuz hesab edilərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 21.05.2021-ci il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar