Məhkəmə qərarları › İş №2-1(112)-3045/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3045/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3045/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə onun pensiyaya çıxandan sonra X5 yığdığı Sığorta Kapitalının təkrar hesablamaq və bu yeni hesablamaya görə cari aldığı pensiyanın üzərinə ödəniş etmək öhdəliyi qoyulması qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı il tarixdən pensiyaya çıxmışdır. Pensiyaya çıxandan sonra xx.xx.2023-cü il tarixinə kimi işləyərək X6 15015 (on beş min on beş) manat Sığorta Kapitalı yığmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına dəfələrlə telefon zənginə, şifahi və yazılı müraciətlərinə məhəl qoymayaraq hər dəfə bir bəhanə ilə onu aldadaraq və heç bir izahat vermədən X6 yığdığı Sığorta Kapitalını təkrar yenidən hesablayaraq cari aldığı pensiyanın üzərinə gəlməkdən imtina edirlər.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2014-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işində olan sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövrlərini, o cümlədən 01,12.1970-ci il tarixindən 13.11,1972-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1976-cı il tarixindən xx.xx.1982-ci il tarixinədək təhsil aldığını illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 34 il 2 ay 9 gün sığorta stajı, 01.01,2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 4590,10 manat pensiya kapitalı (2014-cü il tarixinə indeksləşdirilmiş), pensiya təyin edilən tarixdən sonra 6 il işlədiyi üçün xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək 7610,05 manat pensiya kapitalı (2021-ci il tarixinə indeksləşdirilmiş) əsasında əmək pensiyanın məbəği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixindən (xx.xx.2024cü il tarixli müraciətdən 3 il əvvəl) 438,49 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 453,40 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən əmək pensiyanın məbləği xx.xx.2023-cü il tarixindən 470,06 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 539,16 manata çatdırılıb. xx.xx.2023-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyini üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 9671,58 manat pensiya kapitalı (2023-cü il üzrə indeksləşdirilmiş) əsasında əmək pensiyanın məbləği yenidən hesablanmış və xx.xx.2023-cü il tarixindən 673,49 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 748,92 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) hesablanmış fərq məbləği pensiyanın üzərinə əlavə edilməklə ödənilmişdir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, pensiyanı qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır.

4. Cavabdeh tərəfindn təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq ona ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17- 1/2-Q-170859/2024 nömrəli məktub ilə ona əmək pensiyasının yenidən hesablanması barədə məlumat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinin xx.xx.2014-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1 -1 -ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı pensiya işində olan sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1976-cı il tarixdən 21,06.1982-ci il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 34 il 2 ay 9 gün sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2014cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 4590,10 manat pensiya kapitalı (2014-cü il tarixinə indeksləşdirilmiş) və iddiaçıya pensiya təyin edilən tarixdən sonra 6 il işlədiyi üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2021- ci il tarixədək 7610,05 manat pensiya kapitalı (2021-ci il tarixinə indeksləşdirilmiş) əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 438,49 manat müəyyən edilmişdir. Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 453,40 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə,-qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği xx.xx.2023-cü il tarixdən 470,06 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 539,16 manata çatdırılmışdır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 9671,58 manat pensiya kapitalı (2023-cü il üzrə indeksləşdirilmiş) əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 673,49 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyası məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 748,92 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2021-ci il tarixdən) hesablanmış fərq məbləği pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edilmişdir ki, İddiaçı "əmək pensiyasının yenidən hesablanması" barədə iddia tələbi təmin edilməməlidir. İddiaçı "əmək pensiyasının yenidən hesablanması" tələbinə dair 2-1(112)-13901/2024 nömrəli inzibati iş üzrə iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş qərarlar: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2014-cü il tarixli qərar ilə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında **********3 nömrəli xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, 305,59 manat pensiya məbləği yenidən hesablanaraq 490,39 manat təyin edilmişdir. (Yenidən hesablamada fərdi hesabı üzrə PSK-nin məbləği: 9394,36 AZN; Yenidən hesablamada fərdi hesabı üzrə PSK-nın nəzərə alındığı son tarix: xx.xx.2021; Yenidən hesablanmanın ödəniş tarixi: xx.xx.2022-ci il tarixdən müddətsiz tarixədək) - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 3-17- 1/1-Q-156450/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, 741,39 manat pensiya məbləği yenidən hesablanaraq 748.92 manat təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 3-17- 1/1-Q-191280/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, 748,92 manat pensiya məbləği yenidən hesablanaraq 748.92 manat təyin edilmişdir. (Yenidən hesablanmanın səbəbi: 26.1)

6. İddiaçı tərəfindən təqdim edilmiş mülahizədə qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin Pirallahı rayon xəstəxanasının Baş həkiminin müavini vəzifəsində işləyərkən 21 04.2016cı il tarixində, 65 yaşımda pensiya çıxmışdır. Daha sonra həmin vəzifədə işlədiyim müddətdə Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının 54 saylı xx.xx.2006-cı il tarixli Qanununun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixədək yığılan 15015,98 (on beş min manat on beş) manat sığorta kapitalının məbləğini nəzərə alaraq mənim pensiyamın yenidən hesablanıb artırılmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin inzibati iş məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı qanunsuz və əsassız olaraq etiraz vermişdir. Belə ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi qaydaları Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının 54 saylı xx.xx.2006-cı il tarixli Qanunun 37-ci maddəsi ilə tənzimlənir. Belə ki, mənim iddia tələbim üzrə mübahisə Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci və 37.3.2-1-ci maddələri ilə tənzimlənməli və qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu”nun 37.3.1-ci maddəsində göstərilmişdir: Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu qanunun 37.3.2.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissəsinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti ayların sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. 37.3.2.1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Beləliklə Azərbaycan Respublikasının 54 saylı xx.xx.2006-cı il tarixli Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2016cı il tarixindən 21 02.2023-cü il tarixinədək yığılan 15015,98 (on beş min on beş) manat sığorta kapitalının məbləğini nəzərə alaraq pensiyası yenidən hesablanıb artırılmalı, X6 yığdığım sığorta kapitalı tam məbləğdə və birdəfəlik ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrinin tələblərini rəhbər tutaraq, cavabdeh- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə işi üzrə Mərkəzi Filialının, verdiyim iddia ərizəsinə qarşı etirazına münasibət bildirərək, həmin etirazın qanunsuz və əsassız olduğunu bildirir, etirazı qəbul etmirəm və nəticədə mənim iddia tələbiminin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasına iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, indeksləşdirilmə qanunvericiliyə əsasən aparılır. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

13. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə tələbin özlüyündə hüquqi müdafiə ehtiyacı yoxdur. Belə ki, iddiaçı əmək pensiyasının sığorta kapitalının indeksləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. “Əmək pensiyaları haqqında” qanundan: 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9. fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 29.2ci maddə ləğv edilmişdir. Həmin maddəyə əsasən: 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;

15. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2014-cü il tarixli qərar ilə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında **********3 nömrəli xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, 305,59 manat pensiya məbləği yenidən hesablanaraq 490,39 manat təyin edilmişdir. (Yenidən hesablamada fərdi hesabı üzrə PSK-nin məbləği: 9394,36 AZN; Yenidən hesablamada fərdi hesabı üzrə PSK-nın nəzərə alındığı son tarix: xx.xx.2021; Yenidən hesablanmanın ödəniş tarixi: xx.xx.2022-ci il tarixdən müddətsiz tarixədək) - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 3-17- 1/1-Q-156450/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, 741,39 manat pensiya məbləği yenidən hesablanaraq 748.92 manat təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 3-17- 1/1-Q-191280/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, 748,92 manat pensiya məbləği yenidən hesablanaraq 748.92 manat təyin edilmişdir. (Yenidən hesablanmanın səbəbi: 26.1)

16. Cavabdeh tərəfindən bildirilmişdir ki, İddiaçı pensiya işində olan sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1976-cı il tarixdən 21,06.1982-ci il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 34 il 2 ay 9 gün sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 4590,10 manat pensiya kapitalı (2014-cü il tarixinə indeksləşdirilmiş) və iddiaçıya pensiya təyin edilən tarixdən sonra 6 il işlədiyi üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2021- ci il tarixədək 7610,05 manat pensiya kapitalı (2021ci il tarixinə indeksləşdirilmiş) əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 438,49 manat müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 453,40 manata çatdırılmışdır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği xx.xx.2023-cü il tarixdən 470,06 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 539,16 manata çatdırılmışdır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 9671,58 manat pensiya kapitalı (2023-cü il üzrə indeksləşdirilmiş) əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 673,49 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyası məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 748,92 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2021-ci il tarixdən) hesablanmış fərq məbləği pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir.

17. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının pensiya sığorta kapitalı indeksləşdirildiyindən hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir.

18. X7 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X4rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X3rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

19. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, cavabdeh orqan tərəfindən əmək pensiyası təyin olunarkən iddiaçı tərəfindən tələb olunan bütün dövlər nəzərə alınmışdır və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə mövcud deyil.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar