Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3047/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1ə qarşı “hasarın bərpa edilməsinə icazə verilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “cavabdehlərdən əsassız iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə rədd edildiyini nəzərə alaraq ünvan 1 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsindəki qanunsuz zəbtə (50 kv.m) qoyaraq, həyətdəki qanunsuz taxta (dikt) hasarı sökərək ünvanı tərk etməsi və dağıtdığı (məhv etdiyi) küçə hasarının 4 m uzunluqda, 3,2 m hündürlükdə (qalınlığı 0,4 m) hissəsini bərpa etməsi (mişar daşı ilə) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icra etdirilməsi (tapşırılması); təqdim edilən layihə əsasında köhnə hasarla (3,5 m) 13 mərtəbəli bina arasındakı 4 m məsafədə 3,2 m hündürlükdə 0,4 m enində mişar daşı ilə hasarın çəkilməsinə icazə verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mövlamov A.M adına verilmiş xx.xx.2023-cü il tarixli çıxarış sənədində onun 13/256 hissə paydan ibarət mülkiyyət hüququ Təbriz küçəsi 34 ünvanlı A tikilisinə tam mülkiyyət hüququ B tikilisinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən o və bacısı A.Mövlamovun hüquqi varisi kimi tanınmışlar. Təbriz küçəsi 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsi üzərindəki mülkiyyət hüququ xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanla təsdiq edilmiş daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinin göstərişinə əsasən mülkün sahiblərinə aiddir. 1961-ci il tarixli texniki pasportun 1ci səhifəsində Təbriz küçəsi 34 ünvanlı həyətyanı torpaq sahəsinin ölçüsü barədə məlumat qeyd edilmişdir və bu hüquqmüəyyənedici sənəddir. Lakin Cavabdeh1 Konstitusiyanın 148-ci maddəsinin tələbini pozaraq 439 saylı Fərmandan 4 il sonra xx.xx.2019-cu il tarixli 161 saylı sərəncama ünvan 2 ünvanını daxil edərək Fərmana zidd hərəkət etmişdir. Həmin torpaq sahəsi üzərində müvafiq sərəncam verərək onu "xxxx" MMC-nin istifadəsinə vermişdir. 200 kv.m-dək tikili sahələrini məhv etmiş, həyətin 300 kv.m hissəsində 13 mərtəbəli bina inşa edərək zəbt etmişdir. 12.9 m uzunluğunda 3 m hündürlüyündə 0,8 m enində olan küçə hasarından cəmi 3,5 m uzunluğunda salamat qalmış, köhnə küçə hasarı ilə arasındakı 4 m uzunluğunda məsafə MMC tərəfindən taxta dikt hasarla bağlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2232/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə MMC-nin mülkiyyətçilərin kompensasiya ödənilməklə mənzildən çıxarılması və hüquqlarına xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qətnamələri ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. MMC-nin əsassız kassasiya şikayətləri də təmin edilməmişdir. Lakin MMC 350 kv.m-lik həyətyanı torpaq sahəsinin 50 kv.m-lik hissəsini də taxta diktlərlə hasarlayaraq onu da özününkü hesab etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşları 50 kv.m-lik sahənin onun istifadəsində olmadığını bildirərək ölçməkdən imtina etmişdir. Nəticədə MMC tərəfindən 200 kv.m hissəsi qanunsuz olaraq zəbt edildikdən sonra sahəsi 350 kv.m-dək azaldılmış həyətin ölçüsü xx.xx.2023-cü il tarixli çıxarışda 296 kv.m olaraq qeyd edilmişdir. İyul 2023-cü il tarixdə etdiyi yazılı müraciətlərə yalnız xx.xx.2023-cü il tarixli (M-50) məktub və Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən əsassız cavab almışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdeh qismində iştiraklarına xitam verilmiş və iş üzrə iddia tələbi “küçə (Təbriz) hasarının bərpa edilməsinə icazə verilməsinin cavabdeh Bakı şəhəri Cavabdeh1ə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-ci il tarixli, 86 nömrəli qərarının icrası məqsədi ilə Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nõmrəli sərəncamı ilə Bakı șəhəri, Nərimanov rayonu, Təbriz, E.Əlizade ve Ə.Vahid küçələrinin kəsişməsində yerləșən yașayış binalarının sökülməsi və həmin ünvanda yeni çoxmənzilli yașayıș binalarının tikintisinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin ərazidə "xxxx" MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan tikililərin şəhərsalma əsaslandırılması üzrə “RNQ GROUP" MMC-nin adına layihələndirilməsi Nərimanov RİH-in xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamı ilə razılaşdırılmışdir. Qeyd olunan layihələndirmə və Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1148 nömrəli rəyi əsasında "xxxx" MMC tərəfindən həmin ərazidə söküntü və tikinti işlərinə başlanılmışdır. "xxxx" MMC-nin rəhbərliyi xx.xx.2019-cu il tarixli, 16 nömrəli məktubla Bakı şəhəri Nərimanov RİH-ə müraciət edərək, Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamının dəyişdirilməsini xahiş etmişdir. Həmçinin "xxxx" MMC 18.06 2018-ci il tarixli, 11 nömrəli məktub ilə həmin Sərəncamin “Qaya Qala" MMC-nin adına rəsmləşdirilməsinə öz razılığını bildirmişdir. Nərimanov RİH başçısının 21.06 2019-cu il tarixli, 161 nömrəli sərəncamı ilə RİH başçısınin xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmiş va Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə ve Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. “Qaya Qala" MMC tərəfindən həmin ərazidə tikinti işləri, Nerimanov RİH-in xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamı va Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx- 1148 nömrəli rəyi əsasında aparılır. lddia ərizəsində toxunulan xüsusatlarla əlaqəli tərəflər arasındakı bu və ya digər əsaslarla olan hüquq münasibətlərinə çoxsaylı məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, eləcə də mübahisə predmeti üzrə digər şəxslərin hüquq ve mənafelərinin pozulmaması baxımından daş hasarın çəkilməsinə dair Cavabdeh1 başçısının xx.xx.2019-cu il tarixli, 161 nömrəli sərəncamının tam və yaxud hissəvi olaraq ləğv edilməsi yolverilməzdir. İddia tələbinin mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-c1 il tarixli, 86 nömrəli qərarının icrası məqsədilə Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə ve Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi və həmin ünvanda yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin ərazidə "xxxx" MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan tikililərin şəhərsalma əsaslandırılması üzrə "xxxx" MMC-nin adına layihələndirilməs Nərimanov RİH-in xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamı ilə razılaşdırılmışdir. Qeyd olunan layihələndirmə və Dövlət Șəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1148 nömrəli rəyi əsasında "xxxx" MMC tərəfindən həmin ərazidə söküntü və tikinti işlərinə başlanılmışdır. "xxxx" MMC-nin rəhbərliyi xx.xx.2019-cu il tarixli, 16 nömrəli məktubla Bakı şəhəri Nərimanov RİH-ə müraciət edərək, Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamının dəyişdirilməsini xahiş etmişdir. Həmçinin "xxxx" MMC xx.xx.2018-ci il tarixli, 11 nömrəli məktubu ilə həmin sərəncamın "xxxx" MMCnin adına rəsmiləşdirilməsinə öz razılığını bildirmişdir. Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 161 nömrəli sərəncamı ilə RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmiş və Nərimanov rayonu, Təbriz, E.Əlizade ve Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC- yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən həmin ərazidə tikinti işləri, Nerimanov RİH-in xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamı ve Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1148 nömrəli rəyi əsasında aparılır. İddia tələbindəki xüsusatlarla əlaqəli hüquq münasibətlərinə çoxsaylı məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən iddia tələbinin mümkünsüz sayılması barədə müvafiq qərar qabul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-M-51/12-071/12/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən ərazidə "xxxx" MMC tərəfindən tikintisi davam etdirilən yaşayış binası üzrə tərəflər arasında bu və ya digər əsaslarla məhkəmə mübahisələri davam etdiyindən, mübahisəli ərazidə tərəfindən inzibati aktın qəbul edilməsi yolverilməzdir. Mübahisə predmetinə yekun məhkəmə aktı ilə hüquqi qiymət veriləcəkdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanmış M-50 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, mövcud qanunvericiliyə görə torpaq sahələrinin hasara alınmasına icazə verilməsi üçün torpağa aid hüquqi sənədlərin təqdim edilməsi lazımdır. Sənədlər Rayon İcra Hakimiyyəti təsərrüfat şöbəsinə təqdim edildikdən sonra qaldırılan məsələyə yenidən baxılacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5603/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-675/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-675/2022 saylı xx.xx.2022-ci il tarixli hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışında qalmış hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı dair ********** saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, məşğulluq mərkəzi X31 Məşğulluq Filialıdır. xx.xx.2021-ci il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Mövlamov X8 rayonu İsmayıllı şəhəri R.Bədəlov küçəsi ev 39 ünvanında olduğu yer üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-02/2-M-0057/11-8/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış evinə dair 10 may 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən 26 sentyabr 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Müxtəlif dövrlərdə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələri və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında sözügedən yaşayış evinin hissələrinə münasibətdə müxtəlif hüquq əldə edənlərin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. Hazırda həmin yaşayış evi X1, X12, X14, X9, X18 və X2 paylı mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sözügedən yaşayış evinə dair Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1961-ci ilin iyun ayında texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin müvafiq ünvanda yerləşən yaşayış evinin payları ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olduğundan və həmin mübahisənin başa çatmasını təsdiq edən yekun məhkəmə qərarı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmadığından, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxılması mümkün olmamışdır. Belə ki, “payların bölüşdürülməsi və s.” tələblərə dair məhkəmə mübahisəsi barədə Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(103)-12508/2017 nömrəli və Ali Məhkəmənin 11 may 2018-ci il tarixli, 2(102)-4265/2018 nömrəli bildirişləri 1 saylı Bakı Ərazi İdarəsinə daxil olsa da, iş üzrə mübahisənin yekunlaşmasını təsdiq edən məhkəmə aktı barədə hər hansı məlumat mövcud deyil. Göstərilənlərə əsasən iş üzrə yekun məhkəmə qərarı rəsmi qaydada daxil olduqdan sonra sözügedən yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-30/2-KOL-004/xx-xx/2023 **********90 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hər hansı digər fiziki və ya hüquqi şəxsin istifadəsinə verilməsi ilə bağlı məlumat idarədə aşkar edilməmişdir. Ərizədə qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5603/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsi üzərinə hər hansı öhdəlik qoyulmamışdır. ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4265/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12508/2017 saylı, xx.xx.2017-ci il tarixli bildirişləri İdarəyə daxil olmuşdur. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-İ-21-010/2024; 5- 14/2-M-63-071/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevra: 2016-cı il tarixli. 36 nömrəli qərarının icrası məqsədilə Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu Təbriz Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi və həmin ünvanda yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması RNQ GROUP MMC-yə həvalə edilmişdir. Həmin ərazidə RNQ GROUP MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan tikililərin şəhərsalma əsaslandırılması üzrə RNQ GROUP MMC-nın adma layihələndirilməsi Nərimanov RİH-in xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə razılaşdırılmışdır. Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 161 №-li Sərəncamı ilə RİH başçıstnm xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilmiş və Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəlı çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması Qaya Qala MMC-yə həvalə edilmişdir (Nərimanov RİH başçısının sözügedən sərəncamı hal-hazırda hüquq qüvvəsindədir). Ərizədə toxunulan xüsusatlarla əlaqəli hüquq münasibətlərinə çoxsaylı məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən eləcə də mübahisə predmetı üzrə digər şəxslərin hüquq və mənafelərinin pozulmaması baxımından Cavabdeh1 başçısının xx.xx.2019-cu ıl tarixli. 161 nömrəli Sərəncamının tam və ya hissəvi ləğv edilməsi yolverilməzdir. Müraciətdə toxunulan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5503/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə qüvvədə saxlanılan, Bakı Apellyasıya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-675/2022 nömrəli 14.01 2022-ci il tarixli Qətnaməsi həmin ərazidə daş hasarın tikintisi üçün əsas vermir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-M-51/14-071/14- 1/5/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 4 ünvanında mərhum atanıza məxsus fərdi yaşayış evi ilə həmin ərazidə "xxxx" MMC tərəfindən tikintisi aparılan çoxmənzilli yaşayış evi arasında hasarın tikintisinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və digər dövlət qurumlarına ünvanladığınız və Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciətinizə Cavabdeh1də baxılmışdır. Sözügedən ərazidə "xxxx" MMC tərəfindən tikintisi davam etdirilən yaşayış binası üzrə tərəflər arasında bu və ya digər əsaslarla məhkəmə mübahisələri davam etdiyindən tərəfimizdən inzibati aktın qəbul edilməsi yolverilməzdir. Mübahisə predmetinə yekun məhkəmə aktı ilə hüquqi qiymət veriləcəkdir. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-M-51/14-071/12/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 4 ünvanında mərhum atasına məxsus fərdi yaşayış evi ilə həmin ərazidə "xxxx" MMC tərəfindən tikintisi aparılan çoxmənzilli yaşayış evi arasında hasarın tikintisinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və digər dövlət qurumlarına ünvanladığı və Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciətə Cavabdeh1də baxılmışdır. Sözügedən ərazidə "xxxx" MMC tərəfindən tikintisi davam etdirilən yaşayış binası üzrə tərəflər arasında bu və ya digər əsaslarla məhkəmə mübahisələri davam etdiyindən tərəfindən inzibati aktın qəbul edilməsi yolverilməzdir. Mübahisə predmetinə yekun məhkəmə aktı ilə hüquqi qiymət veriləcəkdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-15791/2024 **********91 saylı xx.xx.2024-cü il tarixli məktub ilə ünvan 5 ünvana dair sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X13 oğlu X27 miras əmlakdan (ünvan 9 ünvanında yerləşən yaşayış evinin 8/32 hissəsi) bərabər hissələrdə irs almalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 11 X1 (13/256 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il), X12 (16/32 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010-cu il), X14 (30/256 hissə - açıq saxlanılır), X9 (1/32 hissə), X15 (13/256), X18 (8/32 hissə) xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 11 X1 (13/256 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il), X12 (16/32 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010-cu il), X14 (5/256 hissə - açıq saxlanılır), X9 (1/32 hissə), X15 (13/256), X18 (8/32 hissə), X2 (25/256 hissə qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2015-ci il) xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 11 X15 (13/256 – qeydiyyat nömrəsi **********; xx.xx.2015-ci il), X1 (13/256 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il), X12 (16/32 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010-cu il), X14 (5/256 hissə - açıq saxlanılır), X9 (1/32 hissə), X18 (8/32 hissə), X2 (25/256 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2015-ci il) xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 11 X1 (13/256 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il), X12 (16/32 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010-cu il), X14 (5/256 hissə - açıq saxlanılır), X9 (1/32 hissə), X18 (8/32 hissə), X2 (25/256 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2015-ci il) xüsusi mülkiyyətindədir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamədən görünür ki, Bakı şəhəri 21 saylı dövlət notariat kontoru tərəfindən 16 oktyabr 1999-cu il tarixdə təsdiq edilən və reyestrdə 2V-73 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 07 dekabr 2010-cu il tarixdə vəfat etmiş X14 vəsiyyətnamədə göstərilən əmlakının 25/256 hissəyə vərəsəsi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 54, mənzil 40-da qeydiyyatda olan qızı X3r. Şəhadətnamə verilən miras əmlak: BTİ və MHQİ tərəfindən kitab 106, səh.2405 qeydiyyat 30/16707 , qeydiyyat tarixi 10 may 1997-ci il tarixdə verilmiş MH 084699 №li qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş 07A/6478 saylı 07 mart 2014cü il tarixli Dövlət reyestrindən arayışa (forma №1) əsasən ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evindən mərhuma məxsus olan 5\32 hissədən ibarətdir. X22 və X10 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 2 X4 hədiyyə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən ünvan 11 X15 (1/32 hissə), X5 (1/32 hissə), X12 (16/32 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010-cu il), X14 (5/32 hissə - açıq saxlanılır), X9 (1/32 hissə), X18 (8/32 hissə) xüsusi mülkiyyətindədir. xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X16 vərəsəsi X19 miras əmlakdan (ünvan 9 ünvanında yerləşən yaşayış evinin 8/32 hissəsi) irs almalıdır. xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 07 dekabr 2010-cu il tarixdə vəfat etmiş X14 əmlakının 5/256 hissəsinə oğlu X22 və 5/256 hissəsinə oğlu X11 vərəsədir (Bakı şəhəri Təbriz (Çapayev) küçəsi 34). xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X6 arvadı X23 və oğlu X12 miras əmlakdan (Bakı şəhəri Təbriz (Çapayev) küçəsi 34) bərabər payda irs almalıdırlar. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçı və X7r və onların hər biri miras əmlakdan (ünvan 11 ünvanında yerləşən A tikilisindən 13/256 hissə və B tikilisi) ½ irs almalıdırlar. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 3-35/2-Kol-20-25-133/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Cavabdeh1in xx.xx.2019-cu il tarixli 161 nömrəli sərəncamı ilə Qaya Qala MMC-yə çoxmənzilli yaşayış binasının inşası üçün torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam mülkiyyətində olan ünvan 12 ünvanlarına dair hissədə ləğv edildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinin tələblərinə riayət edilməklə Məcəllənin 75-ci maddəsinə uyğun olaraq tələb edilən sənədlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edildikdə müraciətə müvafiq qaydada baxılacaqdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ünvan 11-ə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli texniki pasportdan görünür ki, hüquq subyekti X11 və başqalarıdır. Torpaq sahəsinin faktiki sahəsi 0,05528 ha, tikintialtı sahəsi 0,03145 ha, digər sahələr 0,02383 ha təşkil edir. A tikilisinin ümumi sahəsi 111,5 kv.m, yaşayış sahəsi 79,8 kv.m, köməkçi sahəsi 31,7 kv.m, tikintialtı sahəsi 154,3 kv.m-dir. B tikilisinin ümumi sahəsi 110,6 kv.m, yaşayış sahəsi 50,8 kv.m, köməkçi sahəsi 59,8 kv.m, tikintialtı sahəsi 136,7 kv.m-dir. AZ-İİ seriyalı 292801 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-M-51/14-071/3/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrası məqsədilə Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi və həmin ünvanda yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin ərazidə "xxxx" MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan tikililərin şəhərsalma əsaslandırılması üzrə "xxxx" MMC-nin adına layihələndirilməsi Nərimanov RİH-in xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə razılaşdırılmışdır. Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 161 №-li Sərəncamı ilə RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilmiş və Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir (Nərimanov RİH başçısının sözügedən sərəncamı hal-hazırda hüquqi qüvvəsindədir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 №-li Qərarının 4-cü bəndi ilə 1 avqust 2018-ci il tarixinədək Pilot layihə çərçivəsində tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi haqqında sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə davam etdirilməsi nəzərdə tutulmuşdur. Şikayətdə toxunulan xüsusatlarla əlaqəli hüquq münasibətlərinə çoxsaylı məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, eləcə də mübahisə predmeti üzrə digər şəxslərin hüquq və mənafelərinin pozulmaması baxımından Cavabdeh1 başçısının xx.xx.2019-cu il tarixli, 161 №-li Sərəncamının ləğv edilməsi yolverilməzdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-3(103)-30/2024 №-li Qərardadı ilə İddiaçı cavabdeh Nərimanov RİH-in xx.xx.2019-cu il tarixli 161 nömrəli Sərəncamının qanunauyğunluğunun yoxlanılması tələbinə dair iddiası mümkün sayılmamışdır. Daşınmaz əmlak üzrə hüquqlarınızın dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparıldığından və bu səlahiyyətlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq qurumlarının səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq, hüquq münasibətlərinin həmin qurumla araşdırılması tövsiyə edilmişdir. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-563/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrası məqsədilə Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi və həmin ünvanda yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin ərazidə "xxxx" MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan tikililərin şəhərsalma əsaslandırılması üzrə "xxxx" MMC-nin adına layihələndirilməsi Nərimanov RİH-in xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə razılaşdırılmışdır. Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 161 №-li Sərəncamı ilə RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilmiş və Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC- yə həvalə edilmişdir(Nərimanov RİH başçısının sözügedən sərəncamı hal-hazırda hüquqi qüvvəsindədir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 №-li Qərarının 4-cü bəndi ilə 1 avqust 2018-ci il tarixinədək Pilot layihə çərçivəsində tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi haqqında sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə davam etdirilməsi nəzərdə tutulmuşdur. Şikayətdə toxunulan xüsusatlarla əlaqəli hüquq münasibətlərinə çoxsaylı məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, eləcə də mübahisə predmeti üzrə digər şəxslərin hüquq və mənafelərinin pozulmaması baxımından Cavabdeh1 başçısının xx.xx.2019-cu il tarixli, 161 №-li Sərəncamının ləğv edilməsi yolverilməzdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-3(103)-30/2024 №-li Qərardadı ilə İddiaçı cavabdeh Nərimanov RİH-in xx.xx.2019-cu il tarixli 161 nömrəli Sərəncamının qanunauyğunluğunun yoxlanılması tələbinə dair iddiası mümkün sayılmamışdır. Daşınmaz əmlak üzrə hüquqlarınızın dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparıldığından və bu səlahiyyətlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq qurumlarının səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq, hüquq münasibətlərinin həmin qurumla araşdırılması tövsiyə edilmişdir. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-300/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 4 ünvanında "xxxx" MMC tərəfindən tikintisi davam etdirilən yaşayış binası üzrə tərəflər arasında bu və ya digər əsaslarla məhkəmə mübahisələri davam etdiyindən tərəfindən daş hasarın tikintisinə icazə verilməsinə dair inzibati aktın qəbul edilməsi yolverilməzdir. Mübahisə predmetinə yekun məhkəmə aktı ilə hüquqi qiymət veriləcəkdir. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-ep-8/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 4 ünvanında "xxxx" MMC tərəfindən tikintisi davam etdirilən yaşayış binası üzrə tərəflər arasında bu və ya digər əsaslarla məhkəmə mübahisələri davam etdiyindən həmin ərazidədaş hasarın tikilməsinə dair tərəfindən inzibati aktın qəbul edilməsi yolverilməzdir. Mübahisə predmetinə yekun məhkəmə aktı ilə hüquqi qiymət veriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-675/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi həmin ərazidə daş hasarın tikintisi üçün əsas vermir. Bakı şəhəri Cavabdeh1 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-14/2- 435/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə iş üzrə tərəflər arasında mübahisə predmeti barədə qəbul edilmiş məhkəmə aktlarının surətləri təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3132/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10921/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2(102)-1741/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-3007/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından verilən şikayət üzrə kassasiya mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2(102)-2087/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2(103)-1786/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2350/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7121/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12175/19 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3526/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3526/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən iddiaçı X1 cavabdehlər Qaya Qala MMC, Bakı şəhəri Cavabdeh1, X27 və X17 qarşı “əqdlərin etibarsız elan edilməsi, vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödəməyə məcbur edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı X1 iddianın təmin edilməsi barədə ərizələri (vəsatətləri) təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2(103)-1045/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13216/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-30/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1ə qarşı “Bakı şəhəri Cavabdeh1in 161 saylı xx.xx.2019-cu il tarixli sərəncamının qanunauyğunluğunun yoxlanılması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 №-li qərarından: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. X38 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki halda iddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir və iddia tələbində qeyd etdiyi hüquqlarının qorunması bilavasitə qanundan irəli gəlmir. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-3047/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3047/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver