Məhkəmə qərarları › İş №2-1(112)-305/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-305/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-305/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı kompensasiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən onun kredit borcunun restrukturizasiya olunmamasını, hesablanmış faizlərin silinməməsi nəzərə alınaraq, əsas kredit borcunun yenidən hesablanaraq kompensasiya məbləği hesablanmaqla 7783.33 manat qalıq borcunun azaldılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bu yaxınlarda iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən onun kredit borcunun restrukturizasiya olunmamasını, hesablanmış faizlərin silinməməsi nəzərə alınaraq, əsas kredit borcunun yenidən hesablanaraq kompensasiya məbləği hesablanmaqla 7783.33 manat qalıq borcunun azaldılmasının cavabdeh "xxxx" Açıq Səhmdarı Cəmiyyətinə və ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqi varisi Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyevin sədrliyi ilə) 2(005)-1163/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə onun cavabdeh Mərkəzi Banka qarşı “kompensasiyanın ödənilməsinə dair” tələbinə dair mülki işin icraatına xitam verilmiş, həmin məhkəmənin 2(005)-1163/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin mülki iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası rədd edilmişdir. Nəsimi Rayon Məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati orqan çıxış edir və inzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 2.1-ci maddəsinə görə Mərkəzi Bank publik hüquqi şəxsdir. Həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsində isə göstərilmişdir ki, mövcud vəziyyətdə pul məbləğinin ödənilinəsi və pul məbləğinin həcminin müəyyənləşdirilməsi kommersiya bankları tərəfindən deyil, Mərkəzi Bank tərəfindən həyata keçirilir. İşin faktiki halları ilə diqqətə çatdırır ki, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 28%-lə 48 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəfindən xx.xx.2016-cı il tarixədək banka 2511 ABŞ dolları və 1670 manat ödəmişdir. Lakin sonralar devalvasiya ilə əlaqədar ödəniş edə bilməmişdir. Cavabdeh bank tərəfindən barəsində məhkəmə əmrinin verilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə ondan "xxxx" ASC-nin xeyrinə 7811,47 ABŞ dolları əsas, 3426,09 ABŞ dolları faiz, cəmi 11237, 56 ABŞ dolları məbləğində pul vəsaitinin alınması qət edilmişdir. Həmin qətnamənin əsasında verilmiş icra sənədi əsasında xx.xx.2017-ci il tarixindən etibarən “problemli kreditlərlə bağlı kompensasiyanın verilməsi ilə bağlı” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının qəbul edilməsinə əsas kimi onun təqadündən 6374 manat məcburi qaydada tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanından sonra kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən istifadə edərkən ona məlum olmuşdur ki, banka xx.xx.2019-cu il tarixinə kimi guya onun cavabdeh banka manat ekvivalentində 12641.56 manat əsas kredit borcu olmuş, hesablanmış kompensasiya məbləği 4858.23 manat təşkil etmiş və borcun azaldılmasına yönəldilməsi nəticəsində qalıq borc 7783.33 manat təşkil etmişdir. Diqqətə çatdırır ki, məlum Fərmandan sonra cavabdeh bank tərəfindən borcun restrukturizasiya ilə bağlı heç bir tədbir görülməmiş, vaxtilə hesablanmış faiz borcu və cərimələr silinməmişdir. Palataya təqdim edilən məlumatda onun 8097.05 ABŞ dolları məbləğində əsas kredit borcunun olduğu göstərilir. Halbuki, vaxtilə 2016-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsi ilə onun 7811,47 ABŞ dolları əsas, 3426,09 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsi icraya yönəldildikdən sonra təqaüdündən tutulan məbləğlərin ilk növbədə faiz borcun ödənilməsinə yönəldiyini, həmçinin əsas kredit borcunun azalma ehtimalı da, nəzərə alınsa, onun banka əsas kredit borcu heç bir halda arta bilməzdi. Maliyyə Bazarlarına Nəzarət Palatasına etdiyi müraciət cavabdehə yönləndirilmişdir. Bank tərəfindən bildirilmişdir ki, guya istər borc məbləği, istərsə də, kompensasiya məbləği düzgün hesablanmışdır. Halbuki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli idi. Həmin fərmanla banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmək; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bankların bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməsi tövsiyə edilmişdir. Həmin fərmanda göstərilmişdir ki: vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Həmin fərmanla bağlı qəbul edilmiş Qaydaların 5.2.2-ci maddəsinə əsasən əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatlarının balansında olan əsas kredit borclarına münasibətdə - faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; 5.2.3-cü bəndinə əsasən əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatlarının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə - faiz kompensasiya əsas kredit borcunun qalığının 30%-dən çox olduqda tam şəkildə silinir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Barəsində sorğu edilmiş şəxs – İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi kompensasiyanın hesablanması hissəsində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 2019-cu il 28 fevral tarixli 551 nömərli Fərmanının (Fərman) təsir dairəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə qalıq qalan 8.097,05 ABŞ dolları məbləğində əsas kredit borcuna münasibətdə Fərmanın 1.2-ci bəndinin tələbləri nəzərə alınmaqla 4.858,23 manat kompensasiya hesablanmışdır. Bundan başqa, Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixinə həmin kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcu mövcud olduğundan yuxarıda qeyd edilmiş kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə uyğun olaraq həmin kredit borcunun ödənilməsinə yönəldilmişdir. Beləliklə Fərmanın qüvvəyə mindiyi günə qalıq qalan 7.436,21 ABŞ dolları (12.641,56 manat ekvivalentində) 4.858,23 manat azaldılaraq 7.783,33 manat təşkil etmişdir. Fərman çərçivəsində iddiaçının kredit borcunun restrukturizasiya edilməsinə gəlincə isə bu hissədə sözügedən kredit borcu müvafiq tələblərə cavab vermədiyindən siyahıya daxil edilməmişdir. Belə ki, Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə bankın təqdim etdiyi məlumatlara əsasən müəyyən edilmişdir ki, Fərmanın qüvvəyə mindiyi tarixə - xx.xx.2019-cu il tarixinə borclunun əsas kredit borcu cəmi 7.436,21 ABŞ dolları təşkil etsə də, həmin borcun ödənilməsi yalnız 219 gün gecikdirilmişdir. Bununla bağlı qeyd olunur ki, Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki: - "xxxx" (Azərbaycan) ASC ilə İddiaçı arasında 28-xx-xx-012077 nömrəli, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi”-nə əsasən "xxxx" (Azərbaycan) ASC illik 28 % dərəcəsi ilə 29 mart 2019-cu il tarixədək İddiaçı 9000 (doqquz min) ABŞ dolları məbləğində kredit ayırmışdır. - "xxxx" (Azərbaycan) ASC tərəfindən İddiaçı M/20-7584 nömrəli, 23 avqust 2019-cu il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, problemli kreditlərin kompensasiya portalında İddiaçı "xxxx" ASC-yə 01 mart 2019-cu il tarixinə olan borcunun 12641.56 manat olduğu göstərilir və ona cəmi 4858.23 manat kompensasiya hesablanmışdır. İddiaçı hesablanmış vəsait borcundan silinmiş və xx.xx.2019-cu il tarixinə qalıq borcu kimi 7783.33 manat müəyyən edilmişdir. Əlavə məlumat üçün nəzərinə çatdırılmışdır ki, xx.xx.2019-cu il tarixindən etibarən qeyd oluna kredit müqaviləsi üzrə İddiaçı etibar etdiyi ödənişlər, həmçinin gələcəkdə edəcəyi ödənişlərin borcdan silinməsi zamanı 7783.33 manat qalıq borcu əsas götürüləcəkdir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hehsablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0.60 manat kimi qiymətləndirilir. Odur ki, istər borc məbləği, istərsə də, kompensasiya məbləği düzgün hesablanmışdır. - Problemli kreditlərin informasiya portalından xx.xx.2020-ci il tarixli çıxarışa əsasən "xxxx" ASC-də iddiaçının 01 mart 2019-cu il tarixinə əsas kredit borcu məbləği 12641.56 manat, borcun azaldılmasına yönələn hesablanmış kompensasiya məbləği 4858.23 manat olmaqla, qalıq borcunun məbləği 7783.33 manat təşkil etmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1163/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" ASC-ə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən onun kredit borcunun restrukturizasiya olunmamasını, hesablanmış faizlərin silinməməsi nəzərə alınaraq əsas kredit borcunun yenidən hesablanaraq kompensasiya məbləği hesablanmaqla 7783.33 manat, qalıq borcunun azaldılmasının cavabdeh "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 29 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 28 % hesablanmaqla 48 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit almışdır. Əvvəllər kredit üzrə ödənişləri vaxtı-vaxtında ödəsə də, sonradan devalvasiya nəticəsində kredit üzrə ödəmədə çətinliyi düşmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə ondan "xxxx" ASC-nin xeyrinə 7811,47 ABŞ dolları əsas, 3426,09 ABŞ dolları faiz, cəmi 11237,56 ABŞ dolları məbləğində pul vəsaitinin alınması qət edilmişdir. İcra mərhələsində onun təaqüdünün 3749,22 ABŞ dolları tutularaq Banka döənilmişdir. Sonradan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən cavabdehin borcunun azaldılmasına görə Azərbaycan Respublikasının Mərkəzi Bakı tərəfindən 2857.78 ABŞ dolları (4858,23 manat) ödənilmişdir. Nəticə etibarı ilə İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi üzrə hal-hazırda "xxxx" ASC-ə 4630.56 ABŞ dolları təşkil edir. Məhkəmə sözgüdən tarixli qərarı ilə hesab etmişdir ki, hazırki mülki işin tətbiqi nəticəsində aydın olur ki, mövcud vəziyyətdə pul məbləğinin ödənilməsi və pul məbləğinin həcminin müəyyənləşdirilməsi kommersiya bankları tərəfindən deyil, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən iddia tələbi "xxxx" ASC-yə münasibətdə rədd edilmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankına münasibətdə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması ilə əlaqədar icraata xitam verilmişdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş M/İİ-8997 nömrəli, 13 oktyabr 2022-ci il tarixli cavab məktubuna əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 305/2022 saylı qərardadı ilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə borcun gecikdirilmiş günlərinin sayının müəyyənləşdiriləsi qərara alınmışdır. İddiaçı xx.xx.2019-cu il tarixinə sistem üzrə 31 gecikmə günü müəyyən edilmişdir. Lakin faktiki olaraq gecikmə 992 gündür. Diqqətə çatdırılmışdır ki, İddiaçı kredit portfeli filial bağlanması səbəbindən digər bir filiala köçürüldüyü zaman proqram təminatında texniki xəta baş vermiş və o səbəbdən gecikmə günlərinin sayı sistemdə 31 gün göstərilmişdir. Bu səbəbdən gecikmə günləri ilə bağlı ziddiyyətlər yaranmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 29 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 28 % hesablanmaqla 48 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit almışdır. Əvvəllər kredit üzrə ödənişləri vaxtı-vaxtında ödəsə də, sonradan devalvasiya nəticəsində kredit üzrə ödəmədə çətinliyi düşmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə ondan "xxxx" ASCnin xeyrinə 7811,47 ABŞ dolları əsas, 3426,09 ABŞ dolları faiz, cəmi 11237,56 ABŞ dolları məbləğində pul vəsaitinin alınması qət edilmişdir. İcra mərhələsində onun təaqüdünün 3749,22 ABŞ dolları tutularaq Banka ödənilmişdir. Sonradan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən sözügedən kredit müqaviləsi üzrə iddiaçının xx.xx.2015-ci il tarixinə qalıq qalan 8097.05 ABŞ dolları məbləğində əsas kredit borcuna münasibətdə Fərmanın 1.2-ci bəndinin tələbləri nəzərə alınmaqla 2857.78 ABŞ dolları (4858,23 manat) kompensasiya məbləği hesablanmışdır. İddiaçının Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixinə həmin kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcu mövcud olduğundan sözügedən kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə uyğun olaraq həmin kredit borcunun ödənilməsinə yönəldilmişdir. Beləliklə, Fərmanın qüvvəyə mindiyi günə qalıq qalan 7436,21 ABŞ dolları (12.641,56 manat ekvivalentində) 4858,23 manat azaldılaraq 7.783,33 manat təşkil etmişdir. Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə bankın təqdim etdiyi məlumatlara əsasən Fərmanın qüvvəyə mindiyi tarixə - xx.xx.2019-cu il tarixinə borclunun əsas kredit borcu cəmi 7436.21 ABŞ dolları təşkil etsə də, həmin borcun ödənilməsi məlumat bazasında 219 gün gecikdirilmə göstərildiyindən cavabdeh tərəfindən restrukturizasiya siyahısına daxil edilməmişdir. İddiaçının sözügedən kredit müqaviləsi üzrə gecikdirilmiş günlərinin sayının əldə edilməsi məqsədilə məhkəmə tərəfindən "xxxx" ASC-yə sorğu göndərilmiş, daxil olmuş sorğuya cavab məktubuna əsasən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə borcun gecikdirilmiş günlərinin sayının müəyyənləşdirilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2019cu il tarixinə sistem üzrə 31 gecikmə günü müəyyən edilmişdir. Lakin faktiki olaraq gecikmə 992 gündür. Diqqətə çatdırılmışdır ki, İddiaçı kredit portfeli filial bağlanması səbəbindən digər bir filiala köçürüldüyü zaman proqram təminatında texniki xəta baş vermiş və o səbəbdən gecikmə günlərinin sayı sistemdə 31 gün göstərilmişdir. Bu səbəbdən gecikmə günləri ilə bağlı ziddiyyətlər yaranmışdır. Beləliklə göründüyü kimi, iddiaçının xx.xx.2019-cu il tarixinə gecikdirilmiş günlərinin sayı 992 gün olmasına (360 gündən çox təşkil etməsinə) baxmayaraq, proqram təminatında baş vermiş texniki xəta nəticəsində iddiaçının gecikdirilmiş günlərinin sayı az göstərilmişdir Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Həmin Fərmanın 5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Həmin Fərmanın 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 7.2. bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsin; 7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikası Mərkəzi Bankına verilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanın müddəalarına uyğun olaraq üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə əlaqadar aparılmış inzibati icraat zamanı işin faktiki və hüquqi hallarının düzgün tətbiq edilməsi halı müəyyən edilmədiyindən, bununla da, iddiaçının hazırki tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində İddiaçı adının restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına əlavə edilməklə və ödənilmiş kompensasiya məbləği nəzərə alınmaqla əsas kredit borcu məbləğinin yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar