Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3050/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 İdris oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının nəzərə alınmamış 3 il təhsil müddətinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyinat tarixindən hesablanması və təyinatın aparıldığı gündən (xx.xx.2018-ci il tarixdən) hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ali təhsil diplomuna görə qalıq 3 ilin pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinə görə, iddiaçıya 2018-ci ildən əmək pensiyası təyin edilmişdir. 6 (altı) il keçəndən sonra qanuna uyğun olaraq əvvəllər təyin edilmiş pensiyasının bərpa edilməsi və yenidən hesablanması üçün 1 saylı Bakı DOST Mərkəzində olmuşdur. Mərkəzdə sənədləşmə işi zamanı ali savadlı olduğu üçün diplom təqdim etməsini bildirmişlər. Ona məlum olub ki, ali təhsil müddəti də pensiya məbləği hesablananda nəzərə alınırmış. AETN-nin ak. H.Ə.Əliyev adına X2 yerləşən Pirqulu "Biocoğrafi tədqiqatlar” şöbəsində işlədiyini və bu barədə heç bir xəbəri olmadığını bilmişdir. Pensiya təyin olanda istədikləri sənədləri təqdim etmişdir. Ondan sonra avtomatik sistemdə özləri hesablaşma aparıblar. Bildiriblər ki, 6 illik yox, yalnız 3 illik diploma görə əlavə hesablama aparılacaq. Bu barədə X5 Azərbaycan Respublikasının Qanunundan çıxarışı (2.1-1. Əmək pensiyaları onu almacı hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olnmamaqla və müraciət edilən tarixdən əvvəlki, ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyi bildirilib. Amma çıxarışda və qanunda diplom haqqında heç bir maddə yoxdur və belə bir xəbərdarlıq haqqında məlumatı olmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-256846/2024 nömrəli məktubuna əlavə olunmuş yazılı etirazda qeyd etmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçı Ç.X4 daxil oimuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-G-189090/2024 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, “X5” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği müraciət edilən tarixdən əvvəlki, ən çoxu 3 il üçün ödənildiyi üçün İddiaçı yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. “X5” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. “X5” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki, ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və X1 Sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 30 il 20 gün sığorta stajı və 01.01,2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 36926,93 manat (2018-ci il tarixə indeksləşdirilməklə) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (İddiaçı xx.xx.2024-cü il tarixli müraciətindən üç il əvvəl) 538,57 manat müəyyən edilmişdir. “X5” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 01.01,2022-ci il tarixdən 556,89 manata çatdırılmışdır. İstinad olunan Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım (200) manat 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi (200:12=16,66) məbləğində hesablanır. İddiaçı əmək pensiyasının məbləği 01.01,2023-cü il tarixdən qeyd olunan maddənin tələblərinə əsasən 573,55 manat (556,89+16,66) müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 657,86 manata, 01.01,2024-cü il tarixdən 731,54 manata çatdırılıb. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı pensiya təyin olunan tarixdən 6 il və daha çox işlədiyi üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 32208,09 manat (2024-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2024-cü il tarixdən (İddiaçı pensiya təyin olunan tarixdən 6 il işlədiyi üçün) 1179,37 manat müəyyən edilmişdir. Ötən dövr üzrə hesablanmış fərq məbləği İddiaçı pensiyasının üzərinə əlavə edilməklə ödənilir. "Əmək Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənildiyi üçün İddiaçı yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. İddiaçı Ç.Gülahyevə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və X1 Sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 30 il 20 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 36926,93 manat (2018ci il tarixə indeksləşdirilməklə) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (İddiaçı xx.xx.2024-cü il tarixli müraciətindən üç il əvvəl) 538,57 manat müəyyən edilmişdir. İddiaçının pensiya hüququ məhdudlaşdırılmamış, eyni zamanda o bu hüquqdan məhrum edilməmişdir. İddiaçının 2017-ci il 01 iyul tarixədək yaşa görə əmək pensiyası hüququ yaranmadığından onun pensiyası müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixdə meydana gəlmiş və ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana həmin tarixdə müraciət etmişdir. Həmçinin İddiaçı cavabdeh Mərkəzi Filiala müraciət etdiyi ərizədən görünür ki, o, diplomu xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala təqdim etmişdir. İddiaçı təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İddiaçı yaşa görə pensiya keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər müvafiq dövlərin (üç ilin) ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3050/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “iddiaçının nəzərə alınmamış 3 il təhsil müddətinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyinat tarixindən hesablanması və təyinatın aparıldığı gündən (xx.xx.2018-ci il tarixdən) hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. İşdə olan AZE******** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-12-G-189090/2024 nömrəli yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında məktuba əsasən iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, X5” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinin xx.xx.2018-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Pensiya işində olan sənədlərin surətlərinə və X1 Sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 30 il 20 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 36926,93 manat (2018-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvəl) 538,57 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyası məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 556,89 manata çatdırılmışdır. Əmək pensiyası məbləği xx.xx.2023-cü il tarixindən qeyd olunan maddənin tələblərinə əsasən 573,55 manat (556,89+16,66) müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 657,86 manata, xx.xx.2024-cü il tarixindən 731,54 manata çatdırılıb. İddiaçıya pensiya təyin olunan tarixdən 6 il və daha çox işlədiyi üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2024cü il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 32208,09 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən (pensiya təyin olunan tarixdən 6 il işlədiyi üçün) 1179,37 manat müəyyən edilmişdir. Ötən dövr üzrə hesablanmış fərq məbləği pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənildiyi üçün yaşa görə pensiyanın xx.xx.2018-ci il tarixindən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/1-G-171623/2024 nömrəli qərarı ilə İddiaçı ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması qərara alınmışdır. Qərarda qeyd olunmuşdur ki, ötən dövr müraciətdən əvvəlki 3 ili əhatə edir. 2018-ci ildən ötən dövr mümkün deyildir. Cavabdeh tərəfindən təqdim olunmuş xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı "X5” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası xx.xx.2006-cı il tarixinədək 30 il 20 gün əmək fəaliyyəti dövrü və xx.xx.2006-cı il tarixindən sonra Nazirliyin X1 Sisteminin "Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 36926,93 manat (2018-ci il tarixinə indeksləşdirilmiş) və xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 32208,09 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı nəzərə alınmaqla hesablanmışdır. vətəndaşın 30 il 20 gün sığorta stajına əsasən xx.xx.2006-cı il tarixinə pensiya sığorta kapitalı 9197 manat, həmin kapitalın xx.xx.2018-ci il tarixinə indeksləşdirilmiş məbləği 21083,30 manat təşkil edir: (30+(20/30/12)x306=9197 İndeksləşdirmə nəzərə alınmaqla İstehlak qiymətləri indeksinin illik İllər ilin əvvəlinə pensiya kapitalı səviyyəsi (faizlə) (manatla) 2006 - 9197 2007 8,3 9.960,35 2008 16,7 11.623,73 2009 20,8 14.041,47 2010 1,5 14.252,09 2011 5,7 15.064,46 2012 7,9 16.254,55 2013 1.1 16.433,35 2014 2,4 16.827,75 2015 1,4 17.063,34 2016 4,0 17.745,87 2017 12,4 19.946,36 2018 5,7 21.083,30 Adıçəkilən şəxsin əmək pensiyasının xx.xx.2022-ci il tarixinədək indeksləşdirilmiş məbləği aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2019 - 402,84+402,84x3%=414,92 xx.xx.2020-414,92+414,92x16,6%=483,80 xx.xx.2021 - 483,80+483,80x11,4%=538,95 xx.xx.2022 - 538,95+538,95x3,4%=557,28 Vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 573,94 manat müəyyən edilib: 557,28+(200/12)=573,94 manat. Eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən əmək pensiyasının məbləği indeksləşdirilərək 732,04 manata çatdırılmışdır: xx.xx.2023 - 573,94+573,94x14,7%=658,31 manat xx.xx.2024 - 658,31+658,31x11,2%=732,04 İddiaçının xx.xx.2024-cü il tarixində 6 il və daha çox işləməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 32208,09 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya sığorta kapitalı əsasında yenidən hesablanmış və 732,04 manatdan 1179,37 manata çatdırılmışdır (144-72=72 ay; 32208,09:72=447,33 manat; 732,04 manat+447,33 manat= 1179,37 manat). Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən əmək pensiyasının məbləği indeksləşdirilərək 1274,90 manata çatdırılmışdır. xx.xx.2025- 1179,37+1179,37x8,1%=1274,90 Məhkəmə hesab edir ki, iddia tələbi iş materiallarına əlavə edilmiş sənədlər aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı şəkildə təhlil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, “X5” Azərbaycan Respublikasının Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. 27.3-cü maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. (qüvvədən düşmüş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 14. Çoxuşaqlı, əlil uşağı olan anaların və uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların pensiyaları Qəhrəman analar aşağıdakı şərtlərlə tam pensiya almaq hüququna malikdirlər: yaşından asılı olmayaraq azı 10 il iş stajı olduqda; 50 yaşına çatdıqda iş stajından asılı olmayaraq. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar aşağıdakı şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdirlər: 9 uşağı olanlar—45 yaşına çatdıqda və azı 10 il iş stajı olduqda. 8 uşağı olanlar,—46 yaşına çatdıqda və azı 11 il iş stajı olduqda; 7 uşağı olanlar—47 yaşına çatdıqda və azı 12 il iş stajı olduqda: 6 uşağı olanlar—48 yaşına çatdıqda və azı 13 il iş stajı olduqda; 5 uşağı olanlar—49 daşına çatdıqda və azı 14 il iş stajı olduqda; 4 uşağı olanlar—50 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda; 3 uşağı olanlar—51 yaşına çatdıqda və azı 16 il iş stajı olduqda. (...) Maddə 71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır:(...) Maddə 72. Orta aylıq əmək haqqının müəyyən edilməsi Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. Azərbaycan Respublikası Milli Məclisi deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının orta aylıq əməkhaqqı onun son on iki ay ərzində müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisindən və Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə bölünməsi yolu ilə müəyyən edilir. İş stajı bir təqvim ayından az olduqda iş dövrü ərzindəki əmək haqqı iş günlərinin sayına bölünür. Alınan məbləğ ayın iş günlərinin illik orta sayına (iş həftəsi 6 günlükdürsə 25,4-ə və iş həftəsi 5 günlükdürsə 21,2-ə) vurulur. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı xx.xx.2018-ci il tarixindən etibarən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın hesablanması zamanı xx.xx.1972-ci il tariindən xx.xx.1977-ci il tarixədək təhsil illəri nəzərə alınmış, sonradan isə xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “X5” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbləri tətbiq edilməklə əmək pensiyası yenidən hesablanaraq pensiya ödənişi davam etdirilmişdir. İş materiallarında mövcud olan pensiya işi sənədlərindən və xidməti məktubdan göründüyü kimi, iddiaçıya pensiya təyin olunan tarixdən 6 ildən daha çox işlədiyi üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 32208,09 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən 1179,37 manat müəyyən edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçıya ötən dövr üzrə hesablanmış fərq məbləği pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı nəzərə alınmamış 3 il təhsil müddətinin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyinat tarixindən hesablanması və təyinatın aparıldığı gündən (xx.xx.2018-ci il tarixdən) hesablanaraq ödənilməsini tələb etməkdədir. Cavabdeh tərəfindən təqdim edilmiş etiraz məktubu və imtina mktubu ilə sabit olunmuşdur ki, iddiaçı tərəfindən diplom xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, iddiaçıya təyin edilmiş əmək pensiyası keçmiş 3 il müddət üzrə yenidən hesablanmışdır. İddiaçı tərəfindən təhsil müddətinin siğorta stajına daxil edilərək pensiyanın xx.xx.2018-ci il tarixindən hesablanması və həmin tarixdən pensiyanın hesablanaraq ödənilməsi tələbinə münasibətdə məhkəmə vurğulayır ki, sözügedən hal “X5” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsində nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verimiş imtina halı əsassız kimi qiymətləndirilə bilməz. Belə ki, “X5” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Odur ki, məhkəmə müəyyən edir ki, pensiya təyinatı zamanı cavabdeh orqan qanunvericiliyin tələblərinə tam əməl edilmiş, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmiş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə tərəfindən sorğu edilərək, iddiaçıya münasibətdə əmək pensiyasının hesablanması ilə bağlı ətraflı izah cavabdehdən tələb edilmiş, sorğunun cavablandırılması barədə xidməti məktub məhkəməyə təqdim edilmişdir ki, məhkəmə araşdırması ilə hesablanmanın düzgün aparılmasını təkzib edən hal aşkar edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri rəhbər tutaraq hesab edir ki, cavabdeh tərəfindən aparılan hesablamalar əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış, iddiaçının hüquqlarını pozmamışdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №2-1(112)-3050/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3050/2025
21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver