Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3052/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın verilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisi ümumi sahəsi 89,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi, Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisi ümumi sahəsi 89,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə onun mülkiyyət hüquqlarının bərpa olunması və onun adına çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X14 arasında bağlanmış 23 iyun 2011-ci il tarixli, ll-KM-MF-05 saylı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X12 18 (on səkkiz) ay müddətinə illik 22% hesablanmaqla 60.000,00 (altmış min) manat məbləğində kredit verilmiş, həmin kredit öhdəliyinin icrasının təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə arasında 23 iyun 2011-ci il tarixli, ll-İM-MF-90 saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisi ümumi sahəsi 89,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik X14 tərəfindən icra olunmadığı üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən öhdəliyin icra edilməsi məqsədi ilə X12, X13 və ona qarşı X10 "xxxx" Açıq Səmdar Cəmiyyətinə ödəməli olduğu 57.240,99 (əlli yeddi min iki yüz qırx manat 99 qəpik) manat əsas borcunun, 22 yanvar 2013-cü il tarixə hesablanmış 18.336,29 (on səkkiz min üç yüz otuz altı manat 29 qəpik) faiz borcunun, 15.019,35 (on beş min on doqquz manat 35 qəpik) manat məbləğində hesablanmış dəbbə (penya) pulunun, habelə qətnamə çıxarılan tarixdən qətnamə icra olunacaq günədək 46.043,71 (qırx altı min qırx üç manat 71 qəpik) manat əsas borc məbləğinə 22 faiz ilə hesablanacaq faiz borcu və 30,00 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi X7, X8 və ondan müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisində 89,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi və açıq hərracdan satılması, həmçinin satışdan əldə edilmiş pul vəsaiti hesabına onların "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi, onun Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisində olan ümumi sahəsi 89,8 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin əmlakın boşaldılması, qeyd edilən girov predmetinin hərracda satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin girov predmetinə yönəldilməsi mümükün olmadıqda, tələbin qalan hissəsinin X7, X8 və ondan müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəmə müraciət edərək X10 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəməli olduğu 57.240,99 (əlli yeddi min iki yüz qırx manat 99 qəpik) manat əsas borcunun, 05 iyun 2013-cü il tarixə hesablanmış 22.988,63 (iyirmi iki min doqquz yüz səksən səkkiz manat 63 qəpik) faiz borcunun, 19.671,69 (on doqquz min altı yüz yetmiş bir manat 69 qəpik) manat məbləğində hesablanmış dəbbə (penya) pulunun, habelə qətnamə çıxarılan tarixdən qətnamə icra olunacaq günədək 57.240,99 (əlli yeddi min iki yüz qırx manat 99 qəpik) manat əsas borc məbləğinə 22 faiz ilə hesablanacaq faiz borcu və 30,00 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi X7, X8 və ondan müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)- 180/2014 saylı, 03 mart 2014-cü il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilərək, 57.240,99 (əlli yeddi min iki yüz qırx manat 99 qəpik) manat əsas borcu, 05 iyun 2013-cü il tarixə hesablanmış 22.988,63 (iyirmi iki min doqquz yüz səksən səkkiz manat 63 qəpik) faiz borcu, 2.000,00 (iki min) manat məbləğində hesablanmış dəbbə (penya) pulu və 30,00 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi X7, X8 və ondan müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisində ümumi sahəsi 89,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilərək həmin əmlak boşaldılaraq açıq hərracdan satılması və satışından əldə edilmiş pul vəsaiti hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ümumi borc məbləğinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-829/2015 saylı, 02 aprel 2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-180/2014 saylı, 03 mart 2014-cü il tarixli qətnaməsi borcun ondan tutulması hissəsində ləğv edilməsi, iddia tələbi borcun ondan tutulması hissəsində ləğv edilməsi, iddia tələbi borcun ondan tutulması hissəsinin təmin edilməməsi, qətnamənin faiz borcuna dair hissədə dəyişdirilməsi, faiz borcunun məbləğinin 18.336,29 (on səkkiz min üç yüz otuz altı manat 29 qəpik) manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisi ümumi sahəsi 89,8 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 270.000,00 (iki yüz yetmiş min) manat müəyyən edilməsi və apelyatora münasibətdə qalan hissədə dəyişdirilmədən saxlamlması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3792/2015 saylı, 17 sentyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-829/2015 saylı, 02 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan məhkəmə qərarı qüvvəyə mindikdən sonra Bakı Apellyasiya Məhkəməsi 2(103)-829/2015 saylı, 02 aprel 2015-ci il tarixli icra sənədi icra olunması üçün yenidən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmiş və icra sənədi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Samir Osmanovun icraatına daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Samir Osmanov 12 noyabr 2015-ci il tarixdə icra icraatına başlanması barədə qərar qəbul edərək, icra sənədinə uyğun olaraq tələbin ödənilməsi məqsədi ilə icra işi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona 01/2954 nömrəli, 09 sentyabr 2016-cı il tarixdə ünvanlanmış olduğu məktubuna əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, X2, 7 saylı ünvanda yerləşən zirzəmisində qeyri-yaşayış sahəsinin satılması ilə bağlı mövcüd qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə "Birja yenilikləri" qəzetinin 09 sentyabr 2016-cı il tarixli nömrəsində dərc edilmişdir. Bundan sonra, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 30 təqvim günü ərzində təklif olunan ipoteka ilə yüklü edilmiş əmlakı almaması barədə məlumatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddiaçıya bildirmiş, bundan sonra işin icra qurumuna geri-qaytarılacağı bildirilmişdir. Bu səbəbdən məhkəmə qanunun tələblərinə əsasən mülkiyyətini təşkil edən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, X1 istifadə olan 0,0445 ha torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisində ümumi sahəsi 89,8 kv.m-dən ibarət qeyri-yaşayış üzərinə olan yükliilüyə xitam verməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən inzibati orqana müxtəlif məzmunlu müraciətlər olsa da hazırki iddia tələbinə uyğun müraciəti olmamışdır. İddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmədiyindən iddianın mümkün sayılmamasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdarlıq edilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin orqan tərəfindən imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsinin 14.06.2021-ci il tarixli, 17/72-11809/31-14634 №-li məktubunun surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-829/2015 saylı, 02.04.2015-ci il tarixli icra sənədinə əsasən 57240.99 manat əsas borc, 05.06.2013-cü il tarixə hesablanmış 18336.2 manat faiz borcu, 2000 manat məbləğində hesablanmış dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu X7, İddiaçı və X8 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməlidir. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 istifadədə olan 0.0445 ha. torpaq sahəsində yerləşən 7 nömrəli binanın zirzəmisində 89.8 kvm. ümumi, 89.8 kvm. əsas sahədə ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldilərək həmin əmlak boşaldılaraq açıq hərracda satılmalı və satışdan əldə edilmiş pul vəsaiti hesabına borcluların tələbkara olan ümumi borc məbləği ödənilməlidir. İpoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 istifadədə olan 0.0445 ha torpaq sahəsində yerləşən 7 nörməli binanın zirzəmisində 89.8 kvm. ümumi, 89.8 kvm. əsas sahədən ibarət qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 270000 manat müəyyən edilməlidir. İcraat zamanı "xxxx" MMC-nin 03.10.2016-cı il tarixli protokolundan qeyri-yaşayış sahəsinin satıldığı müəyyən edilmişdir. Hazırda qeyri-yaşayış sahəsinin boşaldılması istiqamətində tədbirlər görülür. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3052/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3052/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver