Məhkəmə qərarları › İş №2-1(112)-3052/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3052/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3052/2022 02.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı1, İddiaçı3 qanuni nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, X5 və İddiaçı3 qanuni nümayəndəsi X1 cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X12, X17 və X15 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X13 və İddiaçı3 qanuni nümayəndəsi X1 cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X12, X17 və X15 işə cəlb edilməklə 16.01.1967-ci il təvəllüdlü X6, 05.03.1972-ci il X16, 21.04.1961-ci il təvəllüdlü X2ra məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, 4 saylı evin, 54 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı onların paylı mülkiyyətindədir. 3-cü şəxslər isə mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləridirlər. Onların həmin mənzildə istifadə hüquqları mövcud deyildir, ailə üzvləri deyillər. Mülkiyyətlərindəki mənzildə faktiki yaşamırlar, mənzillə bağlı əmlak hüquqları mövcud deyildir. 3-cü şəxslərin qeydiyyatda qalması bir mülkiyyətçi kimi onların mülkiyyət haquqlarını pozur. Onlar cavabdehə müraciət edərək, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etsələr də, heç bir müsbət cavab verilməmişdir. Ona görə də, məhkəməyə müraciət edərək, 3-cü şəxslərin onlara məxsus mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və 3-cü şəxslər isə gəlməmişlər. Cavabdeh ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçılar iddia tələbinə uyğun izahat verərək iddia tələbəinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etsələr də, müraciətlərinə cavab verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29.06.2021-ci il qeydiyyat tarixli, **********36-05101-093002 reyestr nömrəli, ********** və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 55.46 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə 4/6 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı2, 1/6 hissədə İddiaçı3 məxsusdur. İddiaçı1 mülkiyyət hüququ 07.01.2021-ci il tarixdə, İddiaçı2 mülkiyyət hüququ isə 29.06.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli, 30.08.2021-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, ünvan 3 ünvanında 16.01.1967-ci il təvəllüdlü X12, 05.03.1972-ci il təvəllüdlü X17 və 21.04.1961-ci il təvəllüdlü X15 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Suraxanı rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş X12 və X14 fərdi uçot kartoçkalarının surətlərindən görünür ki, X15 mübahisəli ünvana 17.10.2004-cü il tarixdə, ÖM seriyalı, 027112 nömrəli qeydiyyat vəsiqəsinə əsasən qeydiyyata alınmış, X17 28.10.2005-ci il tarixdə qeydiyyata alınmış, qeydiyyata alınmaya əsas olan sənəd göstərilməmiş, X12 07.12.2005-ci il tarixdə qeydiyyata alınmış, qeydiyyata alınmaya əsas olan sənəd göstərilməmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********53 nömrəli, 17.11.2021-ci il tarixli məktubla təqdim edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 4, 54 saylı mənzilə dair İddiaçı1 və İddiaçı2 hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənədlərdən görünür ki: - Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli, 16.03.2006-cı il tarixli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin surətindən görünür ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 4 saylı evi, 54 saylı mənzilini satıcı X15, alıcı İddiaçı2xan Əzizalı oğluna satmışdır. - 24 saylı notariat ofisi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli “Ər-arvadın ümumi əmlakından paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən 23.12.2020-ci ildə vəfat etmiş İddiaçı2xan Əzizalı oğlunun sağ qalmış arvadı ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı2xan Əzizalı oğlunun mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı – ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfidən 27.04.2006-cı il tarixdə İddiaçı2xan Əzizalı oğluna verilmiş **********36- 05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.46 kv.m, yaşayış sahəsi 29.11 kv.m, 2 otaqlı mənzildən ibarədir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarətdir. - 24 saylı notariat ofisi tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüuqu haqqında” Şəhadətnaməyə əsasən 23.12.2020-ci il tarixdə vəfat etmiş İddiaçı2xan Əzizalı oğlunun vərəsələri arvadı İddiaçı1, nəvəsi İddiaçı2, nəvəsi İddiaçı3dır və onların hər biri miras əmlakdan 1/6 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27.04.2006-cı il tarixdə İddiaçı2xan Əzizalı oğluna verilmiş **********36-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi shaəsi 55.46 kv.m, yaşayış sahəsi 29.11 kv.m, 2 otaqlı mənzildən ibarətdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən 05/1-74/11 nömrəli, 04.02.2022-ci il tarixli məktubla təqdim edilmiş, Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən 16 mart 2006-cı il tarixdə, 4Ə-201 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin surətindən görünür ki, AN-İ ******* nömrəli, 16.03.2006-cı il tarixli daşınmaz əmlakın ağı-satqı müqaviləsinə əsasən satıcı X15 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 55,46 kv.m, yaşayış sahəsi 29,11 kv.m olan iki otaqlı mənzili alıcı İddiaçı2xan Əzizalı oğluna satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən alıcı 2 ay müddətində sözügedən mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Tərəflər arasında sözügedən alğı-satqı müqaviləsi bağlanılarkən, notariat işində olan 63 saylı MKİS-nin Forma 2 arayışında həmin ünvanda hazırkı iş üzrə 3-cü şəxslərdən mənzilin keçmiş mülkiyyətçisi X7 qeydiyyatda olması göstərilmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə tərəfindən müəyyən olunur ki, mübahisəli mənzilin vəfat etmiş mülkiyyətçisi İddiaçı2xan Əzizalı oğlu, mənzilin keçmiş mülkiyyətçisi hazırkı iş üzrə 3-cü şəxs olan X8 16.03.2006-cı li tarixdə bağlanmış və 16 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında əldə etmiş, iş üzrə iddiaçılar İddiaçı2xan Əzizalı oğlunun vərəsələri olmaqla hazırda mübahisəli mənzilin paylı mülkiyyətçiləridirlər. 3-cü şəxs mənzilin keçmiş mülkiyyətçisi Flyuza Musayeva alğı-satqı müqaviləsi bağlanan zaman 2 ay ərzində mənzildən qeydiyyatdan çıxmasını öhdəsinə götürsə də, buna əməl etməmişdir. Digər 3-cü şəxslər isə heç bir hüququ əsas olmadan mənzildə qeydiyyatda qalmaqdadırlar. Məhkəmə ilk öncə hazırki iddainını mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddainın mümükünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümükünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianının mümükünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibat Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-nin 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə biər. «İnzibati məhkəmə icraatında iddainın mümükünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümükünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s,) də mövcudluğu yoxlanılmalıdır. İddiaçılar məhkəmədə qaldırdığı iddia ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh müraciət etsələr də, müraciətlərinə cavab verilməmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianının mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də əsaslıdır. Belə ki, məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, X4, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 55.46 kv.m olan mənzili 16.03.2006-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən əldə etdiyindən, hazırda sözügedən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 01.07.2021-ci il tarixli və **********17058849 qeydiyyat nömrəli, 29.06.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçıların paylı mülkiyyətində olduğundan, 3-cü şəxslər qeyd edilən mənzildə yaşamamalarına və onların həmin mənzilə istifadə hüquqlarının olmamasına baxmayaraq, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqda davam etdiklərindən onların qeydiyyatına paylı mülkiyyətçilərin inzibati orqana müraciəti əsasında xitam verilməli idi. Cavabdeh inzibati orqan isə iddiaçıların müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçıların müraciətini təmin etməməklə, faktiki hərəkətsizlik göstərməklə, mülkiyyətçi kimi iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçılar 3-cü şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X3 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 16.01.1967-ci il təvəllüdlü X12, 05.03.1972-ci il təvəllüdlü X17 və 21.04.1961-ci il təvəllüdlü X7 ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar