Məhkəmə qərarları › İş №2-1(112)-3052/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3052/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3052/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin X2 tərəfindən qanunvericiliyin tələbləri pozularaq, məsuliyyətsiz davranması və hərəkətsizliyinə görə, şəxsi istifadəsində olan nəqliyyat vasitəsinin təmiri üçün 3130 (üç min yüz otuz) manat maddi ziyanın, 150 (bir yüz əlli) manat ekspertiza xərclərinin və iddia ərizəsinin məhkəməyə göndərilməsi məqsədilə ödənilən 53.00 (əlli üç) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı həyətdə binanın yaxınlığında və uşaqların oyun meydançasının əhatəsində illər öncə əkilmiş qovaq və şam ağaclarının hündürlüyü 18-20 metr olmaqla əyilmiş budaqları binanın eyvanına doğru uzanır. Gövdəsi çürümüş və aşma təhlükəsi olan hündür, qalın budaqlı bu ağacların budaqlanması ilə bağlı bina sakinləri tərəfindən bir çox dövlət qurumlarına müraciət olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Dövlət Ekspertiza İdarəsi tərəfindən 07 iyun 2011-ci il tarixli müraciətinə cavab olaraq həmin ağacların küləyin təsiri ilə sınma təhlükəsinin yaranmaması və bədbəxt hadisənin baş verməməsi məqsədi ilə onların 5-6 metr hündürlükdən budanması, iri budaqlarının isə təmizlənməsi ilə əlaqədar rəy verilmiş, lakin Bakı Şəhəri İcra Hakimiyyəti heç bir tədbir görməmiş və hələ də bu qanunsuz yanaşmanı davam etdirir. Qurumun öz işlərinə səhlənkar yanaşmasının nəticəsi olaraq xx.xx.2022-ci il tarixində səhər saat 11:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsinin həyətində iri və gövdəsi çürümüş qovaq ağacı güclü külək nəticəsində iddiaçıya məxsus “Opel Astra” markalı ** BK *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin üstünə aşmış, ona xeyli miqdarda zərər dəymişdir. "xxxx" MMC tərəfindən nəqliyyat vasitəsinə dəymiş ziyan 3130.00 manat qiymətləndirilmişdir. Halhazırda nəqliyyat vasitəsini təmir etmək iqtidarında deyil, maddi imkanı yoxdur. Hesab edir ki, cavabdehin qanunvericiliyin tələblərini pozaraq, müvafiq icra tədbirləri görməməsi, məsuliyyətsiz davranış və hərəkətsizliyinə görə iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- ƏN-İİİ № 013360 saylı etibarnamədən görünür ki, “Opel Astra” markalı ** BK *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi X4 tərəfindən İddiaçı sərəncam vermək hüququ da daxil olmaqla idarə etmək üçün xx.xx.2010-cu il tarixdən xx.xx.2040-cı il tarixədək verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti X1nin Ç-İH-160/V saylı xx.xx.2022-ci il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 32 ünvanında xx.xx.2022-ci il tarixdə baş vermiş külək nəticəsində maşının üzərinə aşmış ağacla bağlı avtomobilə dəymiş ziyanın ödənməsi barədə xx.xx.2022-ci il tarixli, M-447-074 saylı və xx.xx.2022-ci il tarixli, M-447/2-074/2 saylı dərkənarlarla Bakı şəhər İcra Hakimiyyətindən X1nə daxil olmuş müraciətlərinə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, sözügedən ünvanda qeyd olunan ağacın budanması və ya götürülməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti X1nə müraciət daxil olmamışdır. xx.xx.2022-ci il tarixində “qaynar xətt" xidmətinə daxil olmuş məlumat əsasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 32 ünvanında 1 (bir) ədəd aşmış qovaq ağacı götürülmüşdür. Eyni zamanda bildirilmişdir ki, ağacların götürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi və yerli icra hakimiyyəti orqanlarının qərarı alındıqdan sonra həyata keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 sayı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.5-ci bəndinin tələblərinə əsasən yaşıllıqlara dair rəy verilməsi üçün aidiyyəti qurum (istifadədə olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə) tərəfindən (vətəndaşın müraciəti əsasında) bütün sənədlər əlavə olunmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmalıdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26/99-454 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış ünvan 2 məxsus “Opel“ markalı maşının üzərinə aşması və dəymiş maddi ziyanın ödənilməsinə dair müraciətinə iştirakıyla İdarə əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı 22 may 2022-ci il tarixində əsən güclü külək nəticəsində yaşadığı binanın qarşısında yerləşən bir ədəd qovaq ağacının sınaraq ona məxsus olan nəqliyyat vasitəsinin üzərinə aşaraq maddi ziyan vurduğunu, nəqliyyat vasitəsinin kasko sığortasının olmadığını və dəymiş ziyan məbləğinin ödənilməsini xahiş etmişdir. Araşdırma müddətində Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində ağacları 5-6 metr hündürlükdən budanaraq təhlükəsiz vəziyyətə gətirilməsi üçün Dövlət Ekspertiza İdarəsi tərəfindən Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə rəy verilməsinə baxmayaraq rəyin icrası təmin edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, ağacın aşması nəticəsində nəqliyyat vasitəsinə dəymiş ziyanın ödənilməsi və ya ödətdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri daxilində deyildir. Odur ki, sözügedən məsələ mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət olunması tövsiyə olunur. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 15/2039 saylı xx.xx.2011-ci il tarixli məktubu ilə Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə bildirilmişdir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 26 ünvanda təhlükə yaradan ağaclara müvafiq rəy bildirilməsi barədə müraciətinə Dövlət Ekspertiza İdarəsində baxılmışdır. Bununla əlaqədar, Dövlət Ekspertiza İdarəsinin mütəxəssisi yerində baxış keçirmiş və Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 26 saylı binanın arxa hissəsində 7 ədəd Qovaq (h=19-25m) və 1 ədəd Şam ağaclarının, binanın yan hissəsində isə 2 ədəd Qovaq (h=20m) ağaclarının küləyin təsiri ilə sınma təhlükəsi yaratması müəyyən olunmuşdur. Dövlət Ekspertiza İdarəsi küləkli hava şəraitində sakinlərin həyatına təhlükə yaradacağını nəzərə alaraq 9 ədəd Qovaq ağaclarının gövdələrinin üst hissəsində təhlükəsiz səviyyəyə qədər (5-6m hündürlükdən) budanmasını, 1 ədəd Şam ağacının isə əyilən istiqamətə ağırlıq yaradan qalın çətirli budaqlarında budama təmizlənməsi xidmətinin aparılmasını məqsədəmüvafıq hesab edir. Qeyd: Ağacların budanması müqavilə əsasında ödəmə yolu ilə praktiki təcrübəyə malik təşkilatlar (Bakı şəhəri, İH X1 (01244 15 34), Əmək birjası və s.r.) tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla yerinə yetirilməlidir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2022-ci il tarixli 24/24-M/00321 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, güclü külək nəticəsində qurumuş qovaq ağacının şəxsi minik avtomobilinin üzərinə düşməsi nəticəsində dəyən zərərin ödənilməsinə kömək göstərilməsi barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş xx.xx.2022-ci il tarixli M-0899 nömrəli müraciətinə müvafiq qaydada baxılmışdır. Göstərilən məsələnin nazirliyin səlahiyyətinə aid olmadığı nəzərinə çatdırılaraq sığorta şirkətinə müraciət etməyi məqsədəmüvafiq hesab edilmişdir. Məlumat üçün bildirilmişdir ki, qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlak sığortalanmalıdır. Sığortalanan əmlaka dəymiş ziyanın ödənilməsi tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq tənzimlənir. - Azərbaycan Respublikası "Bakı Ekspertiza Mərkəzinin ME 0069/22 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinə görə 1999-cu buraxılış ili olan, “Opel Astra” markalı, **-BK-*** d.q.n-li avtomobilə hazırkı vəziyyədə ümumi qiymət təxminən 3130 (üç min yüz otuz ) manat müəyyən olunur. - Məhkəmə sorgusuna əsasən Bakı Şəhər Bakıxanov Bələdiyyəsinin 138-22/tx saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, məktubda qeyd olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 15/2039 saylı 14 iyul 2011-ci il tarixli “ağaclara müvafiq rəy bildirilməsi” barədə məktubu bələdiyyədə qeydiyyatdan keçməmişdir. - Məhkəmə sorgusuna əsasən Bakı şəhər İcra Hakimiyyətindən X1nin Ç-İH-160/V saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 3 ünvanda yaşayan sakinlər və eyni zamanda da aidiyyəti qurumlar tərəfindən hər hansı bir müraciət daxil olmamışdır. - Məhkəmə sorgusuna əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Agentliyinin 3-14-22/2-367/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd edilən ünvanda təhlükəli vəziyyətdə olan ağaclar barədə Sabunçu rayonu Bakıxanov Bələdiyyəsindən 2011-ci il 7 iyul tarixli, 9-684/tx nömrəli məktubla (keçmiş - Dövlət Ekspertiza İdarəsinə) müraciət daxil olmuş və araşdırma aparılaraq həmin ağacların budama xidməti vasitəsilə təhlükəsiz vəziyyətə gətirilməsi istiqamətində cavab məktubu Bakıxanov Bələdiyyəsinə göndərilmişdir (2011-ci il 14 iyul tarixli, 15/2039 nömrəli məktub). Qoşmada olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin 9- 684/tx saylı xx.xx.2011-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 26 saylı binanın sakinlərinin şikayətini nəzərə alaraq, yazıb Sizə bildiririk ki, binanın arxasında olan 2 ədəd 40-45 illik qovaq və 1 ədəd şam ağacı qurumuş, sınaraq balkonların üzərinə düşməklə, binaya zərər verəcək qədər sakinlər üçün təhlükə yaratmışdır. Yaranmış təhlükənin aradan qaldırılması məqsədi ilə həmin ağacların kəsilməsi üçün müvafiq təşkilatlara göstəriş verməyinizi Sizdən xahiş edirik.” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 15/2039 saylı xx.xx.2011-ci il tarixli məktubu əlavə edilmişdir.

4.İddianın növü və mümkünlüyü

İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı hazırki iddia tələbi ilə cavabdehdən “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin X2 tərəfindən qanunvericiliyin tələbləri pozularaq, məsuliyyətsiz davranması və hərəkətsizliyinə görə, şəxsi istifadəsində olan nəqliyyat vasitəsinin təmiri üçün 3130 (üç min yüz otuz) manat maddi ziyanın, 150 (bir yüz əlli) manat ekspertiza xərclərinin və iddia ərizəsinin məhkəməyə göndərilməsi məqsədilə ödənilən 53.00 (əlli üç) manat dövlət rüsumunun” alınaraq ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu əmlakın real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (Mülki Məcəllənin 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Hazırki işin hallarına görə iddiaçının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsinin həyətində xx.xx.2022-ci il tarixində səhər saat 11:00 radələrində iri və gövdəsi çürümüş qovaq ağacının güclü külək nəticəsində iddiaçıya məxsus “Opel Astra” markalı ** BK *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitənin üstünə aşması nəticəsində ziyan dəyməsini cavabdehin təqsirli hesab edir. Lakin işin araşdırılan halları ilə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 sayı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na əsasən: 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.7. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. 2.8. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və rəyin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizəni qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən bu barədə ərizəçiyə bütün çatışmazlıqlar göstərilməklə məlumat verilir və ərizəyə baxılma müddətinin axını dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin yazılı məlumatı daxil olduqdan sonra müddətin axını bərpa edilir. 2.9. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. 2.10. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin verilməsi müddəti də daxil olmaqla, 3 (üç) təqvim günü ərzində yaşıllığın götürülməsi haqqında qərar qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. 2.11. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti 2(iki) gün müddətində məlumat üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir. 3.1. Bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. 3.2. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin(kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. 3.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların götürülməsinə dair rəy istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə 2 (iki) gün müddətində təqdim edilir. 3.4. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsi barədə müraciətlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır, dərhal təqdim olunmuş sənədlər yoxlanılır, yerli qurumlar tərəfindən 1 (bir) gün müddətində yaşıllığa yerində baxış keçirərək nəticəsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1 (bir) təqvim günü ərzində yaşıllıqların götürülməsinə dair müvafiq rəy verilir və istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə həmin gün təqdim edilir. İşdə olan sənədlərdən göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti X1nin Ç-İH-160/V saylı xx.xx.2022-ci il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 32 ünvanında xx.xx.2022-ci il tarixdə baş vermiş külək nəticəsində maşının üzərinə aşmış ağacla bağlı avtomobilə dəymiş ziyanın ödənməsi barədə xx.xx.2022-ci il tarixli, M-447-074 saylı və xx.xx.2022-ci il tarixli, M- 447/2-074/2 saylı dərkənarlarla Bakı şəhər İcra Hakimiyyətindən X1nə daxil olmuş müraciətinə baxılmışdır. Sözügedən ünvanda qeyd olunan ağacın budanması və ya götürülməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti X1nə müraciət daxil olmamışdır. xx.xx.2022-ci il tarixində “qaynar xətt" xidmətinə daxil olmuş məlumat əsasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 32 ünvanında 1 (bir) ədəd aşmış qovaq ağacı götürülmüşdür. Eyni zamanda bildirilmişdir ki, ağacların götürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi və yerli icra hakimiyyəti orqanlarının qərarı alındıqdan sonra həyata keçirilə bilər. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26/99-454 saylı xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış ünvan 2 məxsus “Opel“ markalı maşının üzərinə aşması və dəymiş maddi ziyanın ödənilməsinə dair müraciətinə iştirakıyla İdarə əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı 22 may 2022-ci il tarixində əsən güclü külək nəticəsində yaşadığı binanın qarşısında yerləşən bir ədəd qovaq ağacının sınaraq ona məxsus olan nəqliyyat vasitəsinin üzərinə aşaraq maddi ziyan vurduğunu, nəqliyyat vasitəsinin kasko sığortasının olmadığını və dəymiş ziyan məbləğinin ödənilməsini xahiş etmişdir. Araşdırma müddətində Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində ağacları 5-6 metr hündürlükdən budanaraq təhlükəsiz vəziyyətə gətirilməsi üçün Dövlət Ekspertiza İdarəsi tərəfindən Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə rəy verilməsinə baxmayaraq rəyin icrası təmin edilməmişdir. Həmçinin də işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 15/2039 saylı xx.xx.2011-ci il tarixli məktubundan göründüyü kimi Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə bildirilmişdir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 26 ünvanda təhlükə yaradan ağaclara müvafiq rəy bildirilməsi barədə müraciətinə Dövlət Ekspertiza İdarəsində baxılmışdır. Bununla əlaqədar, Dövlət Ekspertiza İdarəsinin mütəxəssisi yerində baxış keçirmiş və Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 26 saylı binanın arxa hissəsində 7 ədəd Qovaq (h=19-25m) və 1 ədəd Şam ağaclarının, binanın yan hissəsində isə 2 ədəd Qovaq (h=20m) ağaclarının küləyin təsiri ilə sınma təhlükəsi yaratması müəyyən olunmuşdur. Dövlət Ekspertiza İdarəsi küləkli hava şəraitində sakinlərin həyatına təhlükə yaradacağını nəzərə alaraq 9 ədəd Qovaq ağaclarının gövdələrinin üst hissəsində təhlükəsiz səviyyəyə qədər (5-6m hündürlükdən) budanmasını, 1 ədəd Şam ağacının isə əyilən istiqamətə ağırlıq yaradan qalın çətirli budaqlarında budama təmizlənməsi xidmətinin aparılmasını məqsədəmüvafıq hesab edir. Qeyd: Ağacların budanması müqavilə əsasında ödəmə yolu ilə praktiki təcrübəyə malik təşkilatlar (Bakı şəhəri, İH X1 (01244 15 34), Əmək birjası və s.r.) tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla yerinə yetirilməlidir. Lakin məhkəmə sorgusuna əsasən Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin 138-22/tx saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, məktubda qeyd olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 15/2039 saylı 14 iyul 2011-ci il tarixli “ağaclara müvafiq rəy bildirilməsi” barədə məktubu bələdiyyədə qeydiyyatdan keçməmişdir. Beləliklə də iddiaçının iddia etdiyi ərazidəki yaşıllıqlara dair rəy verilməsi üçün aidiyyəti qurum (hazırki iş üzrə Bakıxanov Bələdiyyəsi) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunması iş üzrə müəyyən olunmamışdır. Belə ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 sayı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə əsasən hazırki halda yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqda müvafiq bələdiyyənin qərarı əsasında həyata keçirilməlidir. Fiziki şəxs olan ərizəçi yaşıllıqların götürülməsi məqsədi ilə bələdiyyəyə ərizə ilə müraciət etməlidir. Yaşıllıqların götürülməsinə dair ərizə bələdiyyədə qeydiyyata alınmalı, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılmalı və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmalıdır. Bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. İşin araşdırılan hallarına görə iddiaçının iddia etdiyi ərazidəki yaşıllıqlara dair aidiyyəti quruma (Bakıxanov Bələdiyyəsi) müraciət etməsi və yaxud həmin bələdiyyə tərəfindən müvafiq qərarın qəbul edilməsi iş üzrə müəyyən olunmamışdır. Belə olan halda hazırki vəziyyətdə cavabdehin iddiaçıya dəymiş ziyanda hər hansı təqsiri müəyyən edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına görə MMnin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” barədə iddiası təmin edilməməlidir. Bundan başqa, iddiaçı iddia tələbində iddia ərizəsinin məhkəməyə göndərilməsi məqsədilə ödənilən 53.00 (əlli üç) manat dövlət rüsumunun da cavabdehə alınaraq ona ödənilməsi tələlb etmişdir. İddia tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.- 9.1.12.-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə mübahisə inzibati hüquq münasibətlərindən əmələ gəldiyi üçün iddiaçının məhkəməyə müraciət etməsi üçün hər hansı dövlət rüsumu ödəməsi qanunvericilikdə müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilməsin. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar