Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3052/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin onun xx.xx.2023-cü il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətinin) qanunsuz hesab edilməsi, cavabdehdən hüquqi yardıma görə ödədiyi 100 manat pulun onun xeyrinə tutulması və ona ‘‘Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 44 günlük Vətən Müharibəsində Azərbaycan Tibb Universitetinin 6-cı kurs tələbəsi olaraq döyüş bölgəsinə - N saylı hərbi hissəyə ezam olunaraq hərbi həkim köməkçisi kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək xidmət etmişdir. 2021-ci ildə Hərbi Tibb Fakültəsindən məzun olmuş və xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmiş, hazırda ön cəbhədə - Kəlbəcərdə hərbi həkim kimi xidmətini davam etdirir, rütbəsi leytenantdır. Tələbə yoldaşlarına Müharibə veteranı adı və vəsiqəsi verilsə də, ona bu ad və vəsiqə bugünə kimi verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Tibb Universitetinə xx.xx.2023-cü ildə ərizə ilə müraciət edərək, 44 günlük şanlı Vətən Müharibəsində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həkim köməkçisi kimi döyüş bölgəsinə ezam olunmuş və həkim köməkçisi kimi xidmət etmiş İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsinə köməklik edilməsini xahiş etdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi xx.xx.2023-cü il tarixli 825 saylı məktubla müraciətinə cavab verərək bildirmişdir ki, “oğlunuz İddiaçı oqlu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissəyə ezam olunmuşdur. Məktubunuzda qeyd etdiyiniz suallara cavab olaraq qeyd edirik ki, oğlunuz 2021-ci ilin iyun ayında Hərbi Tibb Fakültəsindən məzun olmuş, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 480 saylı əmrinin 7-ci bəndinə əsasən xidmət yeri dəyişdirilmiş şəxslərin ’’Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi” üzrə komissiyaya təqdim edilməsi, hazırda həqiqi hərbi xidmət keçdiyi hərbi hissə tərəfindən aparılmalıdır. Övladınız İddiaçı “Vətən Müharibəsində” fəaliyyətinə görə sənədlərinin hazırlanması və Müdafiə Nazirliyinin Aparatı nəzdində ’’Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi” üzrə komissiyaya təqdim olunması üçün sənədlərinin hazırlanması Hərbi Tibb Fakültəsi tərəfindən aparıla bilməz.” Məlumat üçün qeyd edilmişdir ki, məsələ ilə bağlı xidmət etdiyi hərbi hissəyə və ya Müdafiə Nazirliyinin Aparatı nəzdində ’’Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi” üzrə komissiyaya müraciət edə bilər. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli 4/3-6062 saylı məktubla müraciətinə cavab verərək bildirmişdir ki, "Vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar onlara “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı ərizəniz Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuşdur. Ərizəyə vətəndaşın şəxsiyyətini, xidmət keçməyini və xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etməyini təsdiq edən zəruri sənədlərin təsdiq edilmiş surətləri əlavə olunmadığından, onlara aşağıda qeyd olunan sənədlərin təsdiq edilmiş surətlərini əlavə etməklə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ayrı-ayrılıqda müraciət etməklərini təklif edirəm: xidmət etdikləri hərbi hissəni qeyd etməklə ətraflı ərizəsini; şəxsiyyət vəsiqəsinin kserosurəti; hərbi biletin bütün vərəqələrinin kserosurəti. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan sənədləri yalnız poçt vasitəsi ilə göndərməyiniz tövsiyə olunur.” Göründüyü kimi, Müdafiə Nazirliyi Müharibə veteranı adı və vəsiqəsinin verilməsi şərtlərini 2 hissəyə bölüb. 1-cisi, “ətraflı ərizə” yazmalıdır. 2-cisi, qoşma sənədlər təqdim etməlidir. Üsul isə poçtla olmalıdır. Ünvana xüsusi diqqət etməlidir. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi” üzrə komissiyaya 1-ci və 2-ci abzaslarında hərbi tibb fakültəsindən N saylı hərbi hissəyə ezam olunma tarixi və sonrakı xidmətləri barədə məlumatları özündə əks etdirən ərizə və həmin ərizəyə əlavə olaraq xidmət etdiyi hərbi hissəni qeyd etməklə ətraflı ərizə ilə müraciət etdi. Bu isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/3-6062 saylı məktubundakı xidmət etdiyi hərbi hissəni qeyd etməklə ətraflı ərizəsi deməkdir. Ərizəyə aşağıdakı sənədləri əlavə etdi: xidmət etdiyi hərbi hissəni qeyd etməklə ətraflı ərizə -1 vərəq, şəxsiyyət vəsiqəsinin surəti - 1 vərəq, hərbi biletin bütün vərəqələrinin kserosurəti - 9 vərəq, etibarnamənin surəti 1 vərəq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin xx.xx.2023-cü il tarixli 825 saylı məktubunun surəti 1 vərəq. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli 4/3-6062 saylı məktubun surəti - 1 vərəq. Onun tələbə yoldaşının adına N saylı hərbi hissədən verilmiş arayışın surəti -1 vərəq, Azərbaycan Tibb Universitetinin xx.xx.2021-ci il tarixli, 272 saylı arayışının surəti - 1 vərəq, Məktubda ayrı-ayılıqda müraciət etməli olduğu bildirilir. Artıq 35 gündən çox müddətin keçdiyini və bu dövr ərzində rəsmi olaraq məsləni öz həllini tapmadığını nəzərə alaraq cavabdehin hərəkətsizliyini müraciətin təmin edilməsindən imtina kimi dəyərləndirir. Buna görə də, hazırki iddia ərziəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı tələblə eyni məzmunlu xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə çatdırılan ərizəsinə cavab verilməmişdir.
5. Cavabdehin iddiaya münasibəti onunla əsaslandırılmışdır ki, iddiaçı Komissiyanın rəyini almadan, imtina olmadığı halda məhkəməyə müraciət etdiyindən, ərizəsi mümkün sayıla bilməz. “Müharibə veteranı” adı müvafiq Komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə əsasən: “Müharibə veteram” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
6. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üzrə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilməsi qərara alınmış, iş materiallarında olan sənədlər cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir.
7. Cavabdeh məhkəmənin 27 fevral 2024-cü il tarixli 2-1(112)-3052/2024 nömrəli qərardadının icrası ilə bağlı xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, vətəndaş İddiaçı sənədlərinə komissiyanın xx.xx.2024-cü il tarixli iclasında baxılmış, təqdim olunan sənədlərə əsasən "Vətən müharibəsi” dövründə 27 sentyabr 2020-cİ il tarixdən 10 noyabr 2020-ci il tarixədək iştirakını təsdiq edən sənədlər olmadığına və nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə görə ona "Müharibə Veteranı” adının və vəsiqəqinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
8. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 262 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən N hərbi hissədə xidmət edir. Arayış Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə təqdim etmək üçün verilir.
9. Məhkəmənin sorğusuna cavab olaraq N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 2405 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı, döyüş əməliyyatları ilə bağlı N nömrəli hərbi hissəyə ezam olunması hərbi hissə komandirinin nizami hissə üzrə əmirlər kitabında adı göstərilmədiyi üçün yuxarı adı qeyd olunan hərbi qulluqçunun hərbi hissənin siyahısına durması üçün əmrdən çıxarışı təqdim etmək mümkün deyil. Əlavə olaraq, İddiaçı hərbi hissənin siyahısından çıxarılması ilə bağlı nizami hissə üzrə əmrində adı qeyd olunduğu üçün əmrdən çıxarışı təqdim olunmuşdur.
10. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 367 nömrəli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Tibb Universitetinin Hərbi Tibb Fakültəsindən ezamiyyətə gəlmiş kursantların ezamiyyət müddəti bitdiyinə görə getmiş və qazan təminatından çıxarılmış hesab edilsinlər.
3. Kursant İddiaçı Ehtimat oğlu. Əsas: ezamiyyət vərəqələri.
11. Məhkəməmənin sorğusuna əsasən Azərbaycan Tibb Universiteti xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının hərbi hissələrə ezam edilməsi ilə əlaqədar sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.
12. Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin xx.xx.2019-cu il tarixli 38 nömrəli əmrindən çıxarışa əsasən 2019/2020-ci tədris ilində Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin Hərbi həkim ixtisası hazırlığı kurslarının İV kursunu müvəffəqiyyətlə bitirmiş və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 36 nömrəli 28 mart 2019-cu il tarixli əmrinə müvafiq olaraq yekun tibbi şəhadətləndirilərkən sağlamlığında problemi olmayan aşağıda adları göstərilən tələbələr Hərbi həkim ixtisası hazırlığı kurslarının V kurs kursantları hesab edilsinlər və bütün növ təminatlara qoyularaq xx.xx.2019-cu il tarixdən İlkin təlim toplanışına cəlb edilsinlər.
37. İddiaçı
13. Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin xx.xx.2020-ci il tarixli 212 nömrəli əmrindən çıxarışa əsasən Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1071 nömrəli telefonoqrammasına əsasən aşağıda adları qeyd edilən hərbi qulluqçular müvafiq hərbi hissələrə xx.xx.2020-ci il tarixdən 2 (iki) ay müddətinə döyüş tapşırığını yerinə yetirmək məqsədilə ezamiyyətə getmiş hesab edilsinlər.
101. Kursant İddiaçı, Hərbi həkim ixtisası hazırlığı kurslarının Vİ kursantı, N nömrəli hərbi hissəyə; Əsas: Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1071 nömrəli telefonoqramması
14. Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin xx.xx.2020-ci il tarixli 285 nömrəli əmrindən çıxarışa əsasən Hərbi Tibb Fakültəsinin aşağıda adları qeyd edilən Hərbi həkim ixtisası hazırlığı kursunun Vİ kurs və Feldşer hazırlığı kursunun İİ kurs kursantları müvafiq hərbi hissələrdən N dekabr 2020-ci il tarixdə ezamiyyətdən gəlmiş hesab edilsinlər.
31. Kursant İddiaçı, Hərbi həkim ixtisası hazırlığı kurslarının Vİ kursantı, N nömrəli hərbi hissədən; Əsas: Tibb xidmətinin təşkili və taktikası kafedrasının baş müəllimi polkovnik-leytenant R.Ş.Abdullayevin raportu (d/o № 2913) və Feldşer hazırlığı kursunun rəisi mayor S.V.Aqayevin raportu (d/o № 2915)
15. Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin xx.xx.2021-ci il tarixli 144 nömrəli əmrindən çıxarışa əsasən 2021-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini Hərbi həkim ixtisası hazırlığı kurslarını bitirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2021-ci il tarixli 0813 nömrəli əmri ilə ilkin “Tibb xidməti leytenantı” hərbi rütbəsi verilməklə müvafiq hərbi hissələrdə vəzifələrə təyin olunmuş aşağıda adları çəkilən kursantlar 30 iyun 2021-ci il tarixdən Hərbi Tibb Fakültəsinin bütün növ təminatlardan çıxarılsınlar və xidmətlərini davam etdirmək üçün təyin olunduqları hərbi hissə komandirinin sərəncamına göndərilsinlər. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində 2021-ci ilin yanvar - iyun aylarında təhsil aldıqları müddət ərzində Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdirlər. 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilməyib, 2021-ci ilin növbəti məzuniyyətindən 30 (otuz) gün istifadə edilib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib.
27. Kursant İddiaçı - N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi; Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2021-ci il tarixli 0813 nömrəli əmrindən çıxarış.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
18. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
II. İddianın növü və mümkünlüyü
19. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
20. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
21. İddiaçının tələbi “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir.
22. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
23. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur
III. Məhkəmənin mövqeyi
24. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
26. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.
27. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
28. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
29. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün məcburidir: şəxsin xidmət keçməsi; bunun müvafiq sənədlərdə - hərbi biletlə yanaşı hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışında əks olunması. 30.Cavabdehin imtinasına əsas olan dəlil ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.2020xx.xx.2020-ci il tarixədək "Vətən müharibəsi”ndə iştirakını təsdiq edən sənədlər olmadığına və nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə görə iddianın təmin edilməsi məqsədəuyğun hesab edilmir.
31. Məhkəmə sorğusuna cavab olaraq verilmiş məlumatlardan görünür ki, iddiaçı Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin: - xx.xx.2020-ci il tarixli 212 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən 2 (iki) ay müddətinə N №-li hərbi hissəyə (Əsas: Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020ci il tarixli 26/1071 nömrəli telefonoqramması) ezam göndərilmiş, - xx.xx.2020-ci il tarixli 285 nömrəli əmri ilə N dekabr 2020-ci il tarixdə N №-li hərbi hissədən ezamiyyətdən gəlmiş hesab edilmişdir; - xx.xx.2021-ci il tarixli 144 nömrəli əmri ilə 30 iyun 2021-ci il tarixdən Hərbi Tibb Fakültəsinin bütün növ təminatlardan çıxarılmış və xidmətlərini davam etdirmək üçün təyin olunduqları hərbi hissə komandirinin sərəncamına göndərilmişdir (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2021-ci il tarixli 0813 nömrəli əmri ilə ilkin “Tibb xidməti leytenantı” hərbi rütbəsi verilməklə müvafiq hərbi hissələrdə vəzifələrə təyin olunmuşdur-Kursant İddiaçı - N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi).
32. Müvafiq ezamiyyət vərəqələri əsasında verilən N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 367 nömrəli əmrindən çıxarışdan da görünür ki, Azərbaycan Respublikası Tibb Universitetinin Hərbi Tibb Fakültəsindən ezamiyyətə gəlmiş iddiaçının ezamiyyət müddəti bitdiyinə görə getmiş və qazan təminatından çıxarılmış hesab edilmişdir.
33. İddiaçının ezamiyyətə göndərilməsi səbəb və məqsədi 2019/2020-ci tədris ilində Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin Hərbi həkim ixtisası hazırlığı kurslarının İV kursunu müvəffəqiyyətlə bitirmiş və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 36 nömrəli 28 mart 2019-cu il tarixli əmrinə müvafiq olaraq yekun tibbi şəhadətləndirilərkən sağlamlığında problemi olmayan tələbə olaraq Hərbi həkim ixtisası hazırlığı kurslarının kursantı hesab edilməsi və bütün növ təminatlara qoyularaq xx.xx.2019-cu il tarixdən ilkin təlim toplanışına cəlb edilməsi olub.
34. Göründüyü kimi, iddiaçının N nömrəli hərbi hissədə xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərində döyüş əməliyyatlarında iştirakı onun ezamiyyətə göndərilməsi üçün əsas olmuş əmrlərdən çıxarışlar ilə təsdiq edilir.
35. Qeyd olunan dövrün nizami hissə üzrə əmrlərlə təsdiqlənməməsinə münasibətdə məhkəmə hesab edir ki, ezam göndərən Azərbaycan Tibb Universitetinin müvafiq əmrləri (ezamiyyə vərəqələri) N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 367 nömrəli əmrinə əsas olan sənədlər olmaqla cavabdehin sözügedən dəlilini təkzib edir.
36. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.
37. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının ezam olunduğu ərazilərdə həkim köməkçisi kimi xidmət etməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.
38. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin meyarlarına uyğun olduğuna görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir.
39. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
40. İnzibati Prosessual Məcəllənin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.
42. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva